Microsoft Word Azerb tarixi derslik doc



Yüklə 2,42 Kb.
Pdf görüntüsü
səhifə73/104
tarix01.11.2017
ölçüsü2,42 Kb.
#7863
1   ...   69   70   71   72   73   74   75   76   ...   104

 
227 
sazovu,  Ə.Sultanovu, R.Məlikovu və b. qeyd etmək olar. Q.Mina-
sazov yazırdı ki, “Rus bürokratiyası həmişə müsəlman kütlələrinin 
əsarətdə olmasını rus dövlətinin məqsədləri üçün sərfəli hesab et-
mişdir”. 
 
3. Cənubi Azərbaycanda demokratik  
və milli-azadlıq hərəkatı 
 
1905-1911-ci illər Məşrutə inqilabı. XX əsrin başlanğıcında 
kəndlərdə feodal istismarının  şiddətlənməsi, o cümlədən vergilərin 
çoxalması, ölkənin Rusiya və  İngiltərənin yarımmüstəmləkəsinə 
çevrilməsi ilə  əlaqədar sosial tarazlığın pozulması, möhtəkirliyin 
baş alıb getməsi, maliyyə sisteminin böhranı  və s. İranda, o cüm-
lədən Cənubi Azərbaycanda hakim dairələrin daxili və xarici siya-
sətindən narazı qüvvələrin sayını xeyli artırmışdı. Ticarət-sənaye 
sahələrində  fəaliyyət göstərən burjuaziya ölkədə qayda-qanun 
yaradılmasını, xüsusi mülkiyyətin toxunulmazlığın təmin olun-ma-
sını tələb edirdi. Burjuaziya eyni zamanda yerli sənayenin inkişafına 
mane olan xarici kapitala, xaricdən sənaye mallarının axınına qarşı 
mübarizə aparırdı. Təbrizdə yaranan bir sıra gizli təşkilatlar əhalini 
şah üsuli-idarəsinə qarşı mübarizəyə çağırırdı. 1905-1911-ci illər 
Məşrutə inqilabı gedişində  Cənubi Azərbaycanda sosial zid-
diyyətlər, siyasi vəziyyət daha gərgin olmuşdu. Xalq ədalətli quru-
luş yaradılmasını  tələb edirdi. Artmaqda olan hərəkatın təzyiqi 
altında  1906-cı il avqustun 5-də konstitusiya verilməsi haqqında 
şah fərmanı elan olundu (24, s. 127). 
1906-cı ilin sonunda Təbrizin gizli siyasi qrup və cəmiyyətləri 
tərəfindən  əsası  hələ 1904-cü ildən qoyulmuş  “İctimaiyyune-
amiyyun”, yəni sosial-demokrat partiyası yarandı (24, s. 132). Öz 
mərkəzini “Mərkəz-e qeybi” (“Gizli mərkəz”) adlandıran Təbriz 
sosial-demokratik təşkilatının başında  Əli Müsyö dururdu. 1906-cı 
il sentyabrın 9-da Məclisə seçkilər keçirilməsi haqqında  əsasnamə 
imzalandı. Sentyabrın 20-də  Təbriz üsyançıları öz tələblərinə 
saraydan müsbət cavab aldılar. Bu uğur xalqı daha da ruhlandırdı. 


 
228
Hərəkat başçıları içərisindən 20 nəfər ilk rəsmi siyasi əncümənin 
(şura)  əsasını qoydu və  həmin  əncümən rəsmən “Azərbaycan 
əyalət əncüməni” adlandırıldı. 1906-cı ilin noyabr-dekabr aylarında 
əyalət  əncüməninin rəhbərliyi ilə Azərbaycanın başqa  şəhərlərində 
vilayət əncümənləri yaradılmağa başladı. 1907-ci ilin fevral ayının 
8-də Azərbaycan nümayəndələri Tehrana gəldilər və  əyalət 
əncüməninin saraya verdiyi tələblərin məclisdə müzakirəsi zamanı 
möhkəm dəlillərlə onların həyata keçirilməsi haqqında razılıq  əldə 
etməyə nail oldular. Bu qələbə şahı qorxuya saldı. Feodalların silah-
lı  dəstələri ölkənin hər tərəfindən  əhaliyə qarşı basqınlar etməyə 
başladılar. Bunun qarşısını almağa çalışan demokratik qüvvələr 
məclis tərəfindən xalq üçün əhəmiyyətli maddələrin olduğu “Kons-
titusiyaya əlavələr”in qəbul edilməsini tələb etdilər. 
Artıq 1907-ci ilin iyun ayında Urmiya şəhərində yüzlərlə 
silahlı mücahid əncümənin göstərişlərini həyata keçirməyə hazır idi, 
bu təcrübə Tehranda da tətbiq olunmağa başladı. 1907-ci ilin 
oktyabrında Konstitusiyaya “Əlavələr” qəbul edildi. 1907-ci ilin 
noyabrında demokratik hərəkata qarşı hücum hazırlamaq məqsədilə 
Tehranda “Fetovvat” və “Səadət”, eyni zamanda Təbrizdə  “İsla-
miyyə” adlı irticaçı  əncümənlər təşkil edildi. Şah və onun tərəf-
daşları  tərəfindən hələ 1908-ci ilin aprel-may aylarından hazır-
lanmaqda olan hökumət çevrilişi həmin il iyun ayının 23-də həyata 
keçirildi (24, s. 148). Əksinqilab bütün İranda hücuma keçdi. Lakin 
Təbrizdə inqilabi hərəkat daha ciddi şəkil aldı, inqilabi mübarizənin 
mərkəzi Tehrandan Təbrizə keçdi. 
İrticaçılar  Əmiraxiz məhəlləsi istisna olmaqla Təbrizin 
şimali-şərq hissəsini tutdular. Əmiraxiz məhəlləsini Təbriz üsya-
nının görkəmli rəhbəri Səttar xanın dəstəsi, şəhərin cənub-şərqində 
yerləşən  Xiyaban məhəlləsini isə  Bağır xanın başçılıq etdiyi 
hissələr müdafiə edirdilər. Buna görə  də 1908-ci ilin avqustunda 
buraya 40 min nəfərdən artıq silahlı qüvvə göndərildi. Sentyabrın 
25-dən Təbriz üzərinə 2 günə  qədər davam edən hücum başlandı, 
lakin irtica qüvvələri heç bir uğur qazana bilməyərək, oktyabrın 12-
də  şəhəri tərk edib qaçmağa məcbur oldular. Xalq Səttar xanı 


 
229 
Sərdare-milli”, Bağır xanı “Salare-milli” adlandırdı, sonra isə 
Azərbaycan  əyalət  əncüməni bu adları  rəsmiləşdirmək üçün qərar 
qəbul etdi. 1909-cu ilin fevralına qədər Cənubi Azərbaycanın bütün 
qərb vilayətləri Maku istisna olmaqla inqilabçıların  əlinə keçdi. 
1908-ci ilin dekabrında  əksinqilab yenidən 40 min silahlı adam 
toplamışdı (24, s. 161). 1909-cu il yanvarın axırlarında Təbriz  şə-
həri yenidən mühasirəyə alındı. Fevral-mart aylarında Təbriz üzə-
rinə  əksinqilabın hücumu başladı, lakin bu hücumlar da inqilab-
çıların qələbəsilə  nəticələndi. Aprelin 14-də uzun müddət Marağa 
şəhərinin qubernatoru olmuş Səməd xanın qoşunları Təbrizə hücum 
etdilər və  məğlub oldular. Bu halda ingilis və çar Rusiyası açıq 
müdaxiləyə əl atdılar. Çar Rusiyası xarici konsulluqları və təbəələri 
müdafiə etmək və guya Təbrizə  ərzaq daşınmasını  təmin etmək 
bəhanəsilə 1909-cu il aprelin 29-da öz qoşunlarını Təbrizə yeritdi və 
Təbriz üsyanı yatırıldı. Təbriz üsyanı Rəşt və İsfahanda üsyanların 
uğurla başa çatmasına, üsyançıların Tehrana yürüşünə, eyni zaman-
da Məhəmmədəli şahın hakimiyyətdən devrilməsinə (16 iyul 1909-
cu il) və Konstitusiyanın bərpa olunmasına səbəb oldu. 
Fədailəri tərk-silah etmək məqsədilə Tehranın rəsmi dairələri 
tərəfindən Səttar xan və Bağır xan 1910-cu il martın 11-də paytaxta 
dəvət olundular. Tərk-silah haqqında  əldə edilmiş razılığa baxma-
yaraq, Səttar xan və onun ətrafındakılarına Tehranda xaincəsinə 
basqın edildi. Vuruşma nəticəsində 18 nəfər həlak oldu, 40 nəfər, o 
cümlədən Səttar xan yaralandı (24, s. 178). Səttar xan və Bağır xana 
Təbrizə qayıtmağa icazə verilmədi. Bu xəyanət Azərbaycan xalqını 
hiddətləndirdi, çar hökuməti Təbrizə yeni hərbi qüvvələr göndər-
məklə, dekabrın 28-dək Təbriz fədailərinin müqavimətini qırdılar 
(24, s. 183). Ələ keçən fədailər və  Təbriz  əncüməni rəhbərlərinə 
divan tutuldu. Bütün Azərbaycanda terror və irtica hökm sürməyə 
başladı. İnqilab mərkəzləri və vilayət şüarları dağıdıldı. 
Beləliklə, 1905-1911-ci illər  İran  İngilabı xarici müdaxiləçi-
lərin ordusu tərəfindən yatırıldı. Bu inqilabın Azərbaycan xalqının 
ictimai-siyasi və milli şüurunun inkişafına böyük təsiri oldu. 


Yüklə 2,42 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə