Microsoft Word Azerb tarixi derslik doc


“müvəqqəti mükəlləfiyyətli”



Yüklə 2,42 Kb.
Pdf görüntüsü
səhifə70/104
tarix01.11.2017
ölçüsü2,42 Kb.
#7863
1   ...   66   67   68   69   70   71   72   73   ...   104

 
218
baycanda “müvəqqəti mükəlləfiyyətli” münasibətlər 40 ildən çox 
davam etdi. Kənd təsərrüfatında kapitalist əmtəə istehsalı artdıqca 
torpağın qiyməti də sürətlə yüksəlirdi. Torpağın çox hissəsi dövlətin 
əlində idi. Kəndlilərin 68%-ni dövlət kəndlisi təşkil edirdi. 1900-
cü il mayın 1-də hökümət dövlət kəndlilərinin torpaq müna-
sibətlərini qaydaya salmaq üçün qanun verdi. “Cənubi Qafqazda 
dövlət kəndlilərinin torpaq quruluşu” haqqında bu qanun (63, s. 
18-23)  dövlət kəndlilərinə  kənd icması  yığıncaqlarının razılığı ilə 
icma torpaqlarından  nəsli istifadə hüququ verirdi (109, v. 64). 
Qanun bu maddəsi icma torpaq mülkiyyətinə çox ağır zərbə vurdu. 
‘Cənubi Qafqazın beş quberniyasında pay torpaqlarını mü-
əyyənləşdirmək və torpaq quruluşu işini aparmaq qaydası haq-
qında” əsasnamə 1903-cü il aprelin 21-də qüvvəyə mindi. Qanuna 
görə, pay torpaqlarının planı hazırlanarkən istsfadə edilən mövcud 
sərhədlər  əsas götürülməli idi. Əsasnamədəki yenilik kəndlilərə 
əlavə pay torpağının verilməsi, çəmən, otlaq və meşələrdən pay 
ayrılması qaydalarından ibarət idi. Lakin nə qanun, nə də əsasnəmə 
dövlət kəndlilərinin torpaq quruluşu məsələsini tam həll etmədi. 
Kəndlilərin istifadəsində olan pay torpaqları əsasən yenə də dövlət 
mülkiyyətində idi. 
1912-ci il dekabrın 20-də “Cənubi Qafqaz quberniyasında 
torpaqların məcburi surətdə satın alınması haqqında” qanun 
verildi. Qanunla birlikdə onun həyata keçirilməsi üçün “Qaydalar” 
təsdiq edildi. “Qaydalara” görə, Azərbaycandakı sahibkar kəndliləri 
1913-cü il yanvarın 1-dən mükəlləfiyyət daşımaqdan azad olu-
nurdular. Kəndlilər pay torpaqlarını  məcburi  şəkildə satın almalı 
idilər. Onlar yalnız torpaq nizamnaməsində göstərilən torpağı öz 
mülkiyyətinə keçirə bilərdi.  İcarəyə verilən torpaqlar mülkədarın 
mülkiyyətində qalırdı. Kəndli çəmən, otlaq və meşə sahələrini satın 
ala bilməzdi. O, həmin yerlərdən yalnız torpaq sahibinin razılığı ilə 
istifadə edə bilərdi. Su arxları mülkədarların xüsusi mülkiyyəti 
olaraq qalırdı. Dövlət xəzinəsi torpağın haqqını 20 il ərzində 
kəndlilərdən toplamalı idi, mülkədarlar isə torpaq üçün əvəz haqqını 
dövlət xəzinəsindən alırdı. 1912-ci il aqrar qanunu Zaqatala dairəsi 


 
219 
kəndlilərinə  şamil edilmədi.  1913-cü il iyulun 7-də hökumət 
Dağıstan və Zaqatala dairəsində feodal-asılı münasibətlərinin 
ləğv olunması haqqında qanun qəbul etdi. 1912-1913-cü illər 
aqrar qanunları pay torpaqlarının sahibkar kəndlilərinin xüsusi 
mülkiyyətinə çevrilmısinə, onların “müvəqqəti mülkiyyətli” müna-
sibətlərdən azad edilməsinə imkan verdi. Azərbaycan kəndində 
kapitalist münasibətlərinin inkişafı və ictimai təbəqələşmə getdikcə 
sürətlənirdi (5, s. 66-67). 
XX  əsrin  əvvəllərində çarizmin milli müstəmləkə zülmü və 
kapitalist münasibətlərinin inkişafı  Şımali Azərbaycanda  əhalinin 
sosial tərkibinə ciddi təsir göstərmişdi. Sənaye və ticarət burjuazi-
yasının xüsusi çəkisi artırdı. Əsrin əvvəllərində Azərbaycan tədricən 
aqrar-sənaye ölkəsinə çevrilmərdə idi. Kənddə sosial təbəqələşmə 
kəndlilərin içərisindən kənd varlılarının və qolçomaqların ayrıl-
masına gətirib çıxardı. Mülkədarların bir hussəsi çarizmin müstəm-
ləkə  əsarətinə nifrət edir, xalqın sosial-iqtisadi vəziyyətini yaxşı-
laşdırmaq üçün yollar axtarırdılar. Mülkədarlardan Allahyar bəy 
Zülqədərov,Fərrux bəy Vəzirov və b. da yoxsullara kömək edirdilər. 
Lakin ümumilikdə  Şimali Azərbaycan kəndlərində sosial münasi-
bətlər kəskin idi. Azərbaycan şəhərlərində isə fəhlələrlə sahibkarlar 
arasında ziddiyyətlər getdikcə  kəskinləşirdi. Milli burjuaziyanın 
H.Z.Tağıyev,  Ş.Əsədullayev, M.Səlimxanov, M.C.Əliyev kimi nü-
mayəndələri müsəlman fəhlələrinin qayğısına qalırdı. 
XX  əsrin  əvvəllərində  Əli bəy Hüseynzadə,  Əlimərdan bəy 
Topçubaşov,  Əhməd bəy Ağayev, Məmməd  Əmin Rəsulzadə, 
Nəriman Nərimanov, Fətəli xan Xoyski, Cəlil Məmmədquluzadə, 
Üzeyir Hacıbəyov və b. yüzlərcə ziyalı milli şüurun, milli özünüdər-
kin formalaşmasında mühüm rol oynayırdı. 
Böhran illərində  sənayenin, xüsusən neft sənayesinin geri-
ləməsi böyük işsizlər ordusunun yaranmasına səbəb oldu. Azərbay-
can neft sənayesində  fəhlələrin sayı on minə  qədər azalıb, 27 min 
nəfərə endi. Azərbaycan kəndliləri mülkədarların ağır istismarına 
məruz qalırdılar. Böhran illərində fəhlələrin vəziyyətinin son dərə-
cədə ağırlaşması, fəhlələr arasında siyasi təşviqatın genişlənməsinə 


 
220
şərait yaratdı. Məhz bu dövrün başlanğıcında, 1900-cü ilin sonla-
rında Bakıda sosial-demokratiya hərəkatı genişlənməyə başladı. 
1901-ci ildə Bakıda RSDFP-nin təşkilatı artıq formalaşmaqda idi, 
Bakı  və onun rayonlarında 15 dərnək fəaliyyət göstərirdi. 1901-ci 
ilin yazında RSDFP-nin Bakı Komitəsi yaradıldı. 1901-ci ilin mar-
tinda Bakıda Sabunçu “Remont” mexaniki və b. emalatxanaların 
fəhlələri tətil etdilər. 1902-ci ilin aprelində Bakıda 5 min fəhlənin 
iştirakı ilə ilk dəfə açıq nümayiş keçirildi. 1903-cü il martın 2-də 
Bakıda fəhlələrin açıq küçə nümayişi keçirildi. 1903-cü il iyulun 1-
dən 22-nə  qədər Bakıda ilk ümumi siyasi tətil keçirilmişdi. 
Tətilçilər  əsasən iqtisadi tələblər irəli sürürdülər. Azərbaycan kən-
dində sinfi mübarizənin kəskinləşməsi, kəndli çıxışlarının artması 
müşaiyət olunurdu. Milli-azadlıq hərəkatına tələbələr və ziyalılar da 
qoşulurdular: N.Nərimanov, M.Ə.Rəsulzadə, S.M.Əfəndiyev, 
Ə.Ağayev, M.Əzizbəyov, C.Məmmədquluzadə, M.Ə.Sabir və b. 
1904-cü ilin yanvarında başlanmış rus-yapon müharibəsi fəhlə 
və kəndlilərin həyat şəraitini daha da ağırlaşdırdı. Bu isə zəhmətkeş 
kütlələri mübarizəyə sövq edirdi, onları müharibə əleyhinə çıxışlara 
qaldırırdı.  Əvvəllər dərnək tipli olan sosial-demokratların azərbay-
canlı  fəhlələr arasında iş aparan özəyi 1904-cü ildə “Hümmət”adlı 
qəzet buraxmağa başladı. Qəzet zəhmətkeşləri mütləqiyyətə, sosial 
ədalətsizliyə qarşı mübarizəyə çağırırdı. Tezliklə “Hümmət” adlı 
sosail-demokrat təşkilatının əsası qoyuldu. Bu təşkilat azərbaycanlı 
fəhlələr arasında geniş inqilabi iş görür, vərəqələr nəşr edir, “Hüm-
mət” qəzetinin nəşrini davam etdirirdi. 1904-cü ilin dekabrın 13-də 
“Xəzər-Qara dənizi cəmiyyəti” zavodu, sonra isə bir sıra başqa 
sənaye müəssisələrin, fabrik və zavodlarının fəhlələri tətil etdilər. 
Tətil neft mədənlərini bürüdü. Şəhərdə hərbi vəziyyət elan olundu. 
Tətil komitəsi ilə aparılan ilk danışıqlar nəticəsiz oldu. Nəhayət, 
dekabrın 30-da fəhlələrin “Mazut Konstitusiyası” adlandırdığı 
müştərək müqavilə imzalandı. Müqavilənin əsas müddəaları bunlar 
idi: 9 saatlıq iş günü, ayda 4 dəfə istirahət günü və ildə bir dəfə 
məzuniyyət verilməsi; orta əmək haqqının 20-25 % artırılması, 
xəstəlik üzündən işləyə bilməyən fəhlələrə əmək haqqının verilməsi 


Yüklə 2,42 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə