145
Gətirilən sitatlardan da ayd
ın olur ki, natiqlik sənəti, nitq mədəniyyəti nə qədər estetikaya yaxın bir
elmdir. Estetikan
ın əsas kateqoriyalarından biri olan gözəllik ən ümumi və geniş anlamdır. Estetik
qiymətləndirmə isə insan təfəkk
ürünün məhsuludur. Bu əsas şərtdir. Nitqin qurulmasında qeyd olunan bu
prinsiplər m
ühüm rol oynayır. Gözəl nitq dinləyiciyə estetik zövq və ləzzət verir. Auditoriyanı məftun edir,
dinləyicilərin fəall
ığını artırır. Estetik kateqoriya olan «gözəllik kateqoriyası daxilində qəşənglik, gözəllik,
incəlik, heyranl
ıq kimi bölgülər», dərəcələr və rənglər tapmaq olar. Habelə komiklik kateqoriyasında gülüş,
rişxənd, istehza, ifşa, yumor, satira, parodiya kimi m
üxtəlif münasibət dərəcələri və boyaları vardır.
Bunlardan başqa fəlsəfə elminin bir s
ıra kateqoriyaları (mündəricə, forma, materializm, idealizm, ideyalılıq
və s.) estetika elmində də işlənməkdədir. Bu elmin incəsənətə aid bəhsində sənətş
ünaslıq məfhumlarından,
d
üstur və istilahlarından da istifadə olunur. Əlbəttə, canlı həyat və incəsənət hadisələri, insanların estetik
fəaliyyəti bu d
üsturların, istilah və kateqoriyaların hamısından zəngin və rəngarəngdir. Amma, hər halda bu
kateqoriyalar həyat
ın estetik təzahürlərinin tipik və ümumi cəhətlərini əhatə və ifadə edə bilir».
Deməli, estetika elə bir elmdir ki, onu həyat
ın bütün sahələrinə şamil etmək mümkündür. O ki qaldı nitq
mədəniyətinə, natiqlik sənətinə və incəsənətin digər n
övlərinə, estetika onlarla nəinki əlaqədə, hətta birgə
inkişaf edir. Nitq mədəniyyətinə xas olan m
üəyyən prinsiplər, qanunauyğunluqlar, mündəricə, forma və
məzmun, ideyal
ılıq və s. məsələlər həm də estetikanın tədqiq obyektidir. Gözəlliyə, gözəllərin tərifinə yüksək
qiymət verən b
öyük Azərbaycan şairi Nizami Gəncəvi «Leyli və Məcnun» poemasında Leyli surətini estetik
bir dil zənginliyi ilə belə ifadə etmişdir:
Murad dastan
ının ilk səhifəsi,
G
özəllik mülkünün baş sərkərdəsi,
Yeddi ulduz kimi g
özəl camallı,
O g
öylər duruşlu, göylər cəlallı,
G
özəl cəlalına ay həsəd çəkən,
H
üsnüylə sərvin də bağrını sökən.
146
Ümidi, qorxunu mat qoyan hünər,
O, aydan, g
ünəşdən irs alan dilbər,
O, b
ütpərəstlərin səcdə mehrabı.
O, saray qəndili, g
ülşən gülabı...
H
üsnün, gözəlliyin ziynət mayəsi
Şəkər dillilərin naz sərmayəsi...
B
öyük şairin bu kəlamından sonra gözəlliyi, sözü, söz sənətini ifadə etmək üçün yeni bir söz deməyə
s
özün qüdrəti çatmadı.
Nitq mədəniyyətinin əlaqədə olduğu elmlərdən biri də fiziologiyad
ır. Nitqin əmələ gəlməsində
orqanizmin bir s
ıra üzvləri iştirak edir. Nitqin əmələ gəlməsində fiziologiyanın tədqiq obyekti olan danışıq
üzvləri (ağ ciyər, boğaz, qırtlaq, ağız boşluğu, burun boşluğu, dilçək, üst damaq, alt çənə, dil, diş, dodaqlar),
əsəb sistemi m
ühüm rol oynayır. nsan nitqinin əmələ gəlməsində və öyrənilməsində fiziologiyanın əvəzsiz
xidməti vard
ır. Nitq prosesində fəaliyyət göstərən səslər ictimai mənası olan səslərdir.
Əgər normal insan
ın «nitq prosesində fəaliyyət göstərən üzvlər»i möhkəm və mürəkkəb sistem
hal
ındadırsa, bunların birinin zədələnməsi nəticəsində nitq prosesində müəyyən çatışmazlıq, anormallıq
əmələ gələ bilər. Məsələn, beyinin zədələnməsi nitq fəaliyyətinin pozulmas
ına səbəb olur. nsan beyninin
m
üəyyən hissələrinin zədələnməsi nəticəsində nitq fəaliyyətində bu və ya başqa qüsurlar yaranır. Belə ki,
xəstələrin bəzisi s
özləri tələffüz edə bilmir, digəri dərketmə qabiliyyətini itirir və s. Nitq fəaliyyətinin
pozulmas
ına səbəb olan başqa faktlar da vardır. Məsələn, insanda ciddi yorğunluq, sarsıdıcı qorxu, gərgin
əsəbilik nəticəsində də nitqin pozulmas
ı halları baş verə bilər.” (A.Qurbanov)
Nitqin əmələ gəlməsində iştirak edən dan
ışıq üzvlərindən hər birinin möhkəm və sağlam olması əsas
şərtdir. Bu
üzvlərdən birinin anormallığı mütləq nitqə qüsur gətirir. Məsələn, dilin böyüklüyü səslərin düzgün
tələff
üz olunmasına (r səsi l kimi, ş səsi s kimi, j səsi z kimi tələffüz olunur) mane olur. Nitqin səlis ifadə
olunmas
ında, səs tembrlərindən düzgün istifadə edilməsində eşitmə üzvünün də mühüm rolu vardır.
147
Son vaxtlar natiqlik sənəti cəmiyyətin inkişaf
ı ilə əlaqədar bir çox nailiyyətlər əldə etmişdir. Son dövrün
məhsulu olan kibernetika da nitq mədəniyyəti ilə əlaqəli xassəyə malikdir. Kibernetikada istifadə olunan
rabitə və informasiya sistemi natiqlik sənətində, x
üsusilə də nitqin hazırlanmasında istifadə olunur. Bundan
əlavə, kibernetik maş
ınların köməyi ilə sözlərin işlənmə tezliyi, lüğət tərkibinə daxil olan sözlərin təhlili,
səslərin və fonemlərin tədqiqi, c
ümlədə söz sırası, mətnlərin tərcümə olunması və s. məsələlər öz həllini tapır.
Kibernetik maş
ınlar həm də nitqə xidmət edən bir sıra amilləri özündə birləşdirir. Məsələn, yazılmış
nitqin məzmununu olduğu kimi yaddaş
ına köçürür. stənilən vaxt həmin nitqi bu maşın vasitəsi ilə əldə
etmək olar. Beləliklə, natiq yaz
ılı nitqin üzünün koçürülməsini, dinləyicilərə çatdırılmasını tezləşdirir və
səliqəyə sal
ır.
ndi kibernetik maş
ınlar vasitəsilə natiqlik sənətinin son nailiyyətləri tədqiq olunur, öyrənilir.
Nitq mədəniyyəti eyni zamanda fəlsəfə ilə də əlaqəlidir. Fəlsəfə insanlarda m
üəyyən bir dünyagörüşü
yarad
ır, həm də obyektiv gerçəklikdə onun yerini müəyyənləşdirir. nsan onu əhatə edən aləmdə nə
qazan
ırsa, fəlsəfənin dialektik qanunları ilə əlaqələndirir. Bu dərketmə istər yazılı nitqlə, istərsə də şifahi
nitqlə reallaş
ır. Hətta fəlsəfənin bəzi prinsipləri, nitqin prinsipləri ilə üst-üstə düşür.
Nitq mədəniyyəti ilə daha geniş şəkildə əlaqədə olan elmlərdən biri də məntiqdir. Məntiq təfəkk
ür
qanunlar
ından bəhs edir. Ona görə də nitq mədəniyyəti ilə sıx şəkildə bağlıdır. Məntiq elminin əsas tədqiqat
obyekti və predmeti təfəkk
ür prosesidir. Nitq mədəniyyətinin əlaqədə olduğu digər elmlərdən fərqli olaraq,
məntiq bizi əhatə edən obyektiv ger
çəkliyin dərk olunmasını tədqiq edir. Bu xüsusiyyət onu digər elmlərdən
fərqləndirir və d
üzgün təfəkkürün formalarını, qanunlarını, həyatı dərk etmə yollarını öyrənir. Dil təfəkkürün
maddi formas
ı kimi fəaliyyət göstərir. Nitq isə dilin cilalanmış, rəngə, boyalara salınmış təzahür formasıdır.
Natiq dilin b
ütün incəliklərindən istifadə edir. Nitqini qurarkən bir çox çətinliklərlə üz-üzə qalır.
Nitqimi necə qurum, fikrimi necə ifadə edim? Faktlar
ı, dəlilləri dinləyici ilə necə bölüşüm?-kimi suallar ilə
qarş
ılaşır. Bu zaman natiqin köməyinə məntiqi qanunlar gəlir. Natiq məntiqin vasitələrindən zərgər dəqiqliyi
ilə istifadə edir. Bu da təbii bir prosesdir.
Çünki məntiq şüurumuzla birbaşa bağlıdır. Məntiq şüurla bağlı
olduğu
üçün, nitqlə də qırılmaz tellərlə bağlıdır. Əgər məntiqin qanunlarından düzgün istifadə etməsək,
nitqimiz dolğunluğunu, zənginliyini, d
üzgünlüyünü itirər. Çünki məntiq fikrin təzahür formalarını öyrənir.
Dostları ilə paylaş: |