148
Bunlar
ı vəhdət halında qəbul edən natiq dolğun və zəngin nitq yaratmağa nail olur. Hər bir məntiqi
kateqoriyan
ın araşdırılmasında, onun mahiyyətinin açılmasında nitq xüsusi rol oynayır. Natiq nitqin gözəl
aş
ılanması üçün düzgün təfəkkürə meyl etməlidir. Məhz, düzgün təfəkkür dəqiq nəticələr əldə etməyə imkan
verir. Bura s
übutları, mühakimələri, mülahizələri də əlavə etmək olar. Bundan əlavə nitqin əsas
prinsinlərindən olan və onun əsas
ını təşkil edən fonetik (bura intonasiya, vurğu, sözlərin düzgün
hecalanmas
ı), leksik, morfoloji, semantik, sintaktik sistemin öyrənilməsində də məntiqi kateqoriyalar mühüm
rol oynay
ır. Onu da qeyd edək ki, məntiq həmişə filologiya elmləri ilə sıx əlaqədə olub və onların
öyrənilməsində, araşdırılmasında, müəyyən nəticələr əldə etməyə imkan və şərait yaradıb. Çünki düzgün və
məntiqi təfəkk
ür olmadan elmdə heç bir nailiyyət əldə etmək olmaz. Əslində məntiq bütün elmlərin
tədqiqində istifadə olunan bir
üsuldur. Bütün elmlər ümumidən xüsusiyə və ya əksinə, xüsusidən ümumiyə
gedən tarixi yolu ayd
ınlaşdırır.
«Tarix
çox böyük ölçüdə ümumi və təkcə, zəruri və təsadüfi, başlıca və ikinci dərəcəli və i.a. hadisələrin
qəribə bir
çulğaşmasıdır. Tarixi proseslər müxtəlif nöqteyi-nəzərdən, müxtəlif üsullarla öyrənilir. Bunlardan
biri tarixi
öyrənərkən hadisələrin bütün təfərrüatını, bütün rəngarəngliyini nəzərdə tutur. Bu tarixi tədqiqat
üsuludur. Digəri tarixi prosesdə təkrarlanan ümuminin öyrənilməsini nəzərdə tutur. Bu artıq məntiqi
üsuldur. Məntiqi üsul əslində tarixi üsuldur, lakin çoxlu təfərrüatdan, təsadüflərdən, təfsilatdan təmizlənmiş
halda olan tarixi
üsuldur.
Tarix və məntiqi tədqiqat
üsulları vəhdət halındadır, axı bunların köməyi ilə eyni bir predmetin
meydana gəlməsi və inkişaf
ı öyrənilir. Bunlardan birinin unudulması və ya digərinin mütləqləşdirilməsi
nəzəriyyədə və praktikada ciddi səhvlərə gətirib
çıxarır. Tarixi üsula laqeydlik göstərilməsi subyektivizmə,
predmetsiz nəzəriyyəbazl
ığa, real tarixi proseslə əlaqələndirilməyən məntiqi mülahizələrə gətirib çıxarır.
Məntiqi metodun unudulmas
ı isə bu prosesi ümumilikdən, daxili əlaqədən məhrum olan emprik faktorlar
y
ığını kimi təsəvvür etməyə gətirib çıxarır.
Predmeti onun hərəkəti və inkişaf
ı halında, onun daxili əlaqələri halında tədqiq etmək üçün daha bir
üsul abstraktdan konkretə yüksəltməkdir». (A.Afanasiyev)
149
Sitatdan bəlli olur ki, məntiqi və tarixi idrak
üsulları nitqdə aparılan ümumiləşdirmələr və konkretləşmə
fikrin ifadəsinə (istər zəif fikrin, istərsə də dolğun fikrin) xidmət edir. Ona g
örə də filosoflar məntiqi fikri
ifadənin təzah
ür forması kimi qəbul edirlər ( stər formal məntiqi, istərsə də dialektik məntiqi). Fikrin
dolğunluğu, zənginliyi, elmiliyi hələ nitqin qəbul olunmas
ı demək deyildir. Nitqdə qoyulan elmi məsələ
(m
übahisə də demək olar) əsaslı surətdə faktlarla, sübutlarla təsdiq olunmalıdır. Məhz, bu mərhələdən sonra
məntiqi şəkildə dinləyiciləri raz
ı salmaq olar.
Ümumiyyətlə, hər hansı bir elmi kəşf, irəli sürülən fikir, ixtira təcrübədən və sınaqdan keçirilir, sonra
ona m
üəlliflik şəhadətnaməsi verilir. Bu yenə də məntiqi təfəkkürə əsaslanır. Məntiqi təfəkkür isə öz
n
övbəsində yüksək inandırıcılıq qabiliyyətinə malik olur.
Natiq nitqini qurarkən (m
övzusundan asılı olmayaraq) məntiqi təfəkkürün qanunlarını dərindən bilməli
və fikrini ş
üurlu surətdə ifadə etməlidir. Bu nitq mədəniyyətinin əsas amillərindən biridir. Qeyd edək ki, bəzi
natiqlər bu qanunauyğunluqlara məntiqin qanunlar
ını bilmədən əməl edirlər. Bu nitq mədəniyyətinin
məntiqi təfəkk
ürlə nə qədər yaxın olduğunu sübut edir.
Məntiqi qanunlar
ın nitq üçün nə qədər əhəmiyyətli olduğunu aydınlaşdırmaq üçün bir anlığa fikirləşək
ki, hər hans
ı bir mövzuda nitq hazırlayırıq və bu nitqdə məntiqi təfəkkürə aid qanunları, normaları
işlətməyib, onlar
ın üstündən sükutla keçirik. Əvvəla, nə qədər çalışsaq da, bu mümkün deyil. mkan
daxilində məntiqi təfəkk
ürə xas olan qanun və normalardan az istifadə edək. Sonra yazdığımız nitqi oxuyaq.
Hər halda (əgər buna nitq demək m
ümkünsə) özümüz nitqin ilk tənqidçisinə çevriləcəyik. Deməli, nitq
mədəniyyətini məntiqi təfəkk
ürdən ayırmaq qeyri-mümkündür.
Nitqin ayd
ın, məntiqi olmasının xüsusi əhəmiyyəti vardır. Bunun üçün hər hansı bir obyektin,
məfhumun, əşyan
ın hissələrini əks etdirən ən sadə, elementar anlayışdan, getdikcə daha mürəkkəb anlayışa,
elmi nəzəriyyəyə, sistemə doğru hərəkət etmək laz
ımdır. Ona görə də məntiqi təfəkkürün müxtəlif forma və
qanunlar
ı vardır. Bunlardan dörd əsas qanunu nəzərdən keçirək:
1. Eyniyyət qanunu
2. Ziddiyyət qanunu
3.
Üçüncünü istisna qanunu
150
4. Kafi - əsas qanunu
Öz üzərində çalışan, natiq olmaq istəyən hər bir şəxs bu dörd əsas qanunu dərindən bilməlidir.
Eyniyyət qanunu əsas qanunlardan biridir. Bu qanunun x
üsusiyyəti ondan ibarətdir ki, hər hansı bir
predmet, əşya, məfhum, obyekt hal
ında yürüdülən fikir (burada mübahisə də, mühakimə də ola bilər) eyni,
birmənal
ı olmalıdır. Buradan elə bir nəticə çıxmamalıdır ki, natiqin nitqində şərh etdiyi hər hansı predmet
ətalətdədir. Predmet də, həyat da inkişaf edir, dəyişir. Natiq təsvir etdiyi predmeti daha dərində
öyrənir və
birmənal
ı şəkildə mövzusunda əks etdirdiyi məfhuma münasibətini bildirir. Natiq nitqində təyin etdiyi
predmeti pərakəndəlikdən qurtar
ır. Eyni zamanda ona birmənalı yanaşır və müəyyən nəticələr əldə edir.
Əlimizdə olan materiallar
ın bolluğundan istifadə edib belə bir nəticəyə gəlirik ki, eyniyyət lap qədim
d
övrlərdən, şifahi xalq ədəbiyyatından bu günümüzə qədər yazılmış hər hansı bir ədəbi növdə, məqalədə,
rəydə və s. janrlar
ın yaranmasında özünə möhkəm yer tutmuşdur. Eyniyyət hər yerdə- cəmiyyətlə insanlar,
təbiətlə canl
ılar arasında yaranıb inkişaf etmişdir. Buna görə qədim insanlar təbiətlə öz aralarında bir
yax
ınlıq, eynilik hiss edirdi. Ona görə də qədim xalqların yaratdığı hər hansı bir abidənin kökü eynidir, lakin
bu eynilik sonralar insanlar
ın təxəyyülünə, təfəkkürünə təsir edib fərqlənmişdir. Mirəli Seyidova istinad edən
.Musayev yaz
ır:
«Hər bir xalq
ın şifahi yaradıcılığı orijinaldır, doğmadır, özünəməxsusdur. Bununla belə, həmin
yarad
ıcılıq prosesi müəyyən yad təsirlərə də məruz qalmışdır. Belə ki, xalq istilalara məruz qaldıqca onun
yaddaş
ına hücumlar edilib, lakin onu tamamilə dağıtmaq, yox etmək heç kəsə müyəssər olmayıb.»
Təbiəti dərketmədəki oxşarl
ıq, bəlkə də eynilik xalqların təfəkkür tərzində, düşüncəsində oxşarlıq
yaratm
ışdır. Bu oxşarlıq həm də xalqların həyat tərzindəki yaxınlıqla bağlıdır.
Məşhur Amerikal
ı türkoloq - alim (şumerşünas) S.N.Kramerə istinad edən .Musayev yazır: «Şumer
atalar s
özü ən azı üç min beş yüz il bundan əvvəl yazıya alınmışdır ki, bunların da əksəriyyəti yəqin daha
qədimlərdə yaranm
ış, şifahi şəkildə nəsildən-nəslə keçərək yaşamışdır. Bunlar bizdən hər cəhətcə fərqli bir
xalq tərəfindən yarad
ılmışdır. Bu xalqın öz dili, öz coğrafi mühiti, öz adət-ənənəsi, öz dini, öz siyasi və
iqtisadi prinsipləri olmuşdur. Lakin b
ütün onlarla birlikdə qədim Şumer atalar sözü heyrətamiz dərəcədə
Dostları ilə paylaş: |