Microsoft Word Azf-279258. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə34/36
tarix26.03.2018
ölçüsü2,8 Kb.
#34148
1   ...   28   29   30   31   32   33   34   35   36

 
185
Qoruyammadım 
 
Görünür küsmüsən ay qızım məndən, 
Haqqın var əcəldən qoruyammadım. 
Gəlir doğum günün, gəlir ad günün, 
O, günə əzəldən qoruyammadım. 
 
                      Cəhənnəm sanıram sənsiz hər günü, 
                      Anana-atana olan sevgini. 
                      Ömrünün açılan gül-çiçəyini, 
                      Tökülən xəzəldən qoruyammadım. 
 
Qoy Allah qorusun cüt nemətini
Qızım vermədilər öz qiymətini. 
Əzrayılın olan bəd niyyətini, 
Sənin tək incidən qoruyammadım. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
186
Sən isə hamının şirini oldun 
 
Özünlə aparıb dizimin girin, 
Göydə mələklərin şirini oldun. 
Hər kəsin balası özünə şirin, 
Sən isə hamının şirini oldun. 
 
                               Gözlərimə gəldi çən ilə duman, 
                               Məzarda görüşə qalıbdı güman. 
                               Deyirəm dərdinə aman-əlaman
                               Niyə əzrayılın şirini oldun. 
 
Qızımın dərdini, balasın alam, 
Başıma haranın daşını salam; 
Vaxtsız ölümünlə ay nakam balam, 
Firdunun yarası, irini oldun. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
187
Öldürəcək məni qızım 
 
Sənin dərdin gələndə yaz, 
Öldürəcək məni qızım. 
Həm qış, həm yay, həm də payız, 
Öldürəcək məni qızım. 
                               Qapına gəlmir qonağın, 
                               Yandırılmır od-ocağın. 
                                Sinəmə çəkilən dağın, 
                                Öldürəcək məni qızım. 
 
Gəlmir səsi bül-bülümün, 
Solan vaxtıdır gülümün. 
Balam bədahət ölümün. 
Öldürəcək məni qızım. 
 
                                  Yanmayır odu ocağı, 
                                  Kəmaləmin qəm otağı. 
                                  Firudinin bala dağı, 
                                  Öldürəcək məni qızım. 
 
 
 
 
 
 
 
 


 
188
Yaman  kövrəkləşirəm 
 
Qocalıqdı, ya nədi, 
Yaman kövrəkləşirəm. 
Boğduqca kədər məni
Yaman kövrəkləşirəm. 
 
 Sevinmirəm, gülmürəm, 
 Heç dərdimi bilmirəm. 
 Biləndə ki ölərəm, 
 Yaman kövrəkləşirəm. 
 
Xoş danışıq olanda, 
Bənövşələr solanda. 
Gözüm yaşla dolanda, 
Yaman kövrəkləşirəm. 
 
Səbr eylə deyənlər çox, 
Dərdimi bilənlər yox. 
Sinəmə dəyəndə ox, 
Yaman kövrəkləşirəm. 
 
Kəfənliyim boynumda, 
Bu fələyin oynunda. 
Əzrayılın qoynunda
Yaman kövrəkləşirəm. 
 
 
 


 
189
Aman ver Əzrayıl, 
aman ver mənə 
 
Yaralarım qövr eyləyibdi yenə, 
Gecə-gündüz yalvarıram mən sənə. 
Aman ver Əzrayıl, aman ver mənə, 
Balamın balasın yerbəyer edim
Qızımın yanına üzü ağ gedim. 
 
İtkinimin həsrətini çəkərək, 
Göz yaşımı ürəyimə tökərək. 
Bağçasında yeni güllər əkərək, 
Balamın balasın yerbəyer edim, 
                  Qızımın yanına üzü ağ gedim. 
 
Yarı yolda qalan arzularını, 
Həyata keçirim ruhu şad olsun. 
Bir yana çıxarım oğlanlarını, 
Balamın balasın yerbəyer edim, 
Qızımın yanına üzü ağ gedim. 
 
Qoy ruhu atadan incik qalmasın, 
Ruhlar arasında seçkin olmasın. 
Nəcəflə Orxanı qəmə dalmasın, 
Balamın balasın yerbəyer edim, 
                  Qızımın yanına üzü ağ gedim. 
 
Firdunam həyatım olmayıb hamar, 
Fələk mənim ilə oynamış qumar. 


 
190
Ondan bir arzum var, bir istəyim var, 
Balamın balasın yerbəyer edim, 
Qızımın yanına üzü ağ gedim. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
191
Səndən ayrı deyib-gülmərəm qızım 
 
Atdığım ilk oxum daşa toxundu, 
Səndən sonra deyib-gülmərəm qızım. 
Natamam ömrünə yasin oxundu
Səndən sonra deyib-gülmərəm qızım, 
Ürəyimin odun silmərəm qızım. 
 
                İnsan var anadan xoşbəxt doğulur, 
                İnsan da var zülm içində boğulur. 
                Qəbrini görəndə gözüm ovulur, 
                Səndən sonra deyib-gülmərəm qızım, 
                Ürəyimin odun silmərəm qızım. 
 
Qara çuxan düz otuz səkkiz il, 
Dalınca sürünüb onu yaxşı bil. 
Axır mələkləri eylədi vəkil
Səndən sonra deyib-gülmərəm qızım,  
Ürəyimin odun silmərəm qızım. 
 
                Əzrayıl atımı yıxana qədər, 
                Ölümün gözünə baxana qədər. 
                Ruhum bədənimdən çıxana qədər, 
                Səndən sonra deyib-gülmərəm qızım, 
                Ürəyimin odun silmərəm qızım. 
 
Mənim ki, əzəldən bəxtim qaradı, 
Ürəyimin başı para-paradı. 
İndi getdiyim yol bilməm haradı, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə