~ 203 ~
Məhərrəm Əlizadə
Məhərrəm Fərəc oğlu Əlizadə 1909-cu ildə Şuşada anadan
olmuşdur. İlk təhsilini Şuşa şəhər birdərəcəli məktəbində almış,
1923-1927 illərdə Şuşa pedaqoji məktəbində oxumuşdur. (Kamran
Məmmədov. Məhərrəm Əlizadə (1909-1942).(M.Əlizadə.Kədər və
sevinc. Bakı, 1962) O, Ağdamın Keştazlı kəndində, Şuşada, 1930-
cu ildə isə Bakıda pedaqoji fəaliyyətlə məşğul olmuşdur. (Kamran
Məmmədov. Məhərrəm Əlizadə (1909-1942).(M.Əlizadə.Kədər və
sevinc. Bakı, 1962)
Məhərrəm Əlizadə 1932-1936 illərdə Azərbaycan Dövlət Pe-
daqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universitet)
Dil və ədəbiyyat fakültəsində təhsil almış, oxuduğu təhsil ocağının
aspiranturasında saxlanılmışdır. (Kamran Məmmədov. Məhərrəm
Əlizadə (1909-1942).(M.Əlizadə.Kədər və sevinc. Bakı, 1962)
O, 1939-cu ildən 1941-ci ilə kimi Azərbaycan Dövlət Pedaqoji
İnstitutunda (indiki Azərbaycan Dövlət Pedaqoji Universitet) ədəbiy-
yat metodikası fənnindən dərs demişdir. (Kamran Məmmədov. Məhər-
rəm Əlizadə (1909-1942).(M.Əlizadə.Kədər və sevinc. Bakı, 1962)
Məhərrəm Əlizadə 1934-cü ildən bədii yaradıcılıqla məşğul
olmuşdur. Onun sağlığında "Dostlar" (1934), "Qonaq" (1941) adlı
iki kitabı işıq üzü görmüşdür. (Kamran Məmmədov. Məhərrəm Əli-
zadə (1909-1942).(M.Əlizadə.Kədər və sevinc. Bakı, 1962)
"Dostlar" və "Qonaq" kitablarındakı hekayələr 30-cu illər
Azərbaycan həyatının bir çox cəhətlərinin əks etdirir. Bu hekayələ-
rin mövzusu Azərbaycan qadınının ictimai həyatdakı fəaliyyətindən,
müəllim-tələbə münasibətlərindən və başqa mövzulardan ibarətdir.
(Kamran Məmmədov. Məhərrəm Əlizadə (1909-1942). (M.Əlizadə.
Kədər və sevinc. Bakı, 1962)
Məhərrəm Əlizadə cəbhədə vuruşduğu üçün 1941-ci ilin son-
larında çapdan çıxmış "Qonaq" kitabını görə bilmədi. (Kamran
Məmmədov. Məhərrəm Əlizadə (1909-1942).(M.Əlizadə.Kədər və
sevinc. Bakı, 1962)
~ 204 ~
Onun ölümündən sonra ilk kitabı 1962-ci ildə nəşr olunan
"Kədər və sevinc" kitabıdır. Bu kitaba müəllifin 9 hekayəsi daxil
edilmişdir.
Məhərrəm Əlizadə 1942-ci ildə vəfat etmişdir. (Kamran
Məmmədov. Məhərrəm Əlizadə (1909-1942). (M.Əlizadə.Kədər və
sevinc. Bakı, 1962)
Teymur Elçin
Teymur Süleyman oğlu Əliyev
1924-cü ilin yazında Şuşa şəhərində ana-
dan olub. Yeddi yaşında ikən Bakıya kö-
çüblər. 132 saylı Bakı şəhər orta məktəbi-
ni bitirdikdən sonra Azərbaycan Dövlət
Universitetinin filologiya fakültəsində
təhsil alıb. Oxuduğu illərdə həm də Radio
Komitəsində ştatdankənar müxbir, diktor,
məsul redaktor vəzifələrində çalışıb. Hələ
tələbə ikən İkinci Dünya müharibəsinin
başlanması gənc Teymurun həyat tərzini
dəyişib. Müharibə illərində müxtəlif səngərlərdə Teymur kursant,
kiçik komandir kimi döyüş yolu keçib. Müharibə qələbə ilə başa
çatdıqdan sonra vətənə dönən Teymur müxtəlif vəzifələrdə çalışıb.
Eyni zamanda "Gənc işçi" qəzeti redaksiyasında ədəbi işçi
(1941), Azərbaycan Radio Komitəsində ictimai-siyasi verilişlər baş
redaksiyasında ştatdankənar müxbir (1941-1942), diktor, redaktor,
məsul redaktor (1942-1943), İkinci Dünya müharibəsi dövründə
Zaqafqaziya cəbhəsində kursant, kiçik komandir, alay komsomol
təşkilatçısı, Zaqafqaziya cəbhəsi siyasi heyətinin hazırlıq və yenidən
hazırlıq kurslarının müdavimi (1943-1945) olmuşdur. Ordu sırala-
rından tərxis ediləndən sonra APİ-nin komsomol komitəsinin katibi
(1945-1946), Azərbaycan LKGİ Bakı şəhər komitəsinin birinci
katibi (VI, 1946 – IV, 1948), Azərbaycan LKGİ MK təbliğat və təş-
viqat şöbəsi müdirinin müavini (1948-1949), Azərbaycan LKGİ
~ 205 ~
Bakı komitəsinin katibi (U, 1949 – IV, 1950), Azərnəşrin siyasi-
ictimai ədəbiyyat şöbəsinin müdiri (1950-1952), Azərbaycan Nazir-
lər Soveti yanında Radio Məlumat Komitəsi sədrinin müavini
(1952-1953), Azərbaycan Nazirlər Soveti nəşriyyat qrupunun rəisi,
katibliyin müdiri (1953-1955), Azərbaycan KP MK elm və mədə-
niyyət şöbəsinin təbliğat və təşviqat şöbəsi müdirinin müavini
(1955-1957), Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsi-
nin (sonra Dövlət komitəsi) sədri (1957-1964), Azərbaycan KP MK
təbliğat və təşviqat şöbəsinin müdiri (1964-1975), Azərbaycan mə-
dəniyyət nazirinin müavini (1975-1988) vəzifələrində işləmişdir.
Azərbaycan KP MK ümumi şöbəsinin müdiri (1988-1990), Azər-
baycan LKGİ MK və Bakı komitəsinin üzvü, Bakı şəhəri rayon par-
tiya komitəsinin büro üzvü seçilmişdir. Azərbaycan KP XXI, XXU
qurultaylarında Azərbaycan KP Təftiş Komissiyasının üzvü, Azər-
baycan KP MK üzvlüyünə namizəd, XXIV, XXV, XXVI, XXVU,
XXVUI qurultaylarında isə Azərbaycan KP MK üzvü, Azərbaycan
Ali Sovetinin V, VI, VU, VUI çağırış deputatı seçilmişdir. Sovet
İttifaqı rəsmi nümayəndə heyətinin tərkibində Albaniya (1957),
Bolqarıstan (1962), Macarıstan (1966), Polşa (1973) ölkələrində ol-
muşdur. İspaniyada, Avstriyada, Türkiyədə keçirilən Beynəlxalq
folklor festivallarında Azərbaycan kollektivlərinə rəhbərlik etmiş-
dir. Ədəbi fəaliyyətə kiçik yaşlarından başlamış, ilk şeirlərini mək-
təb şənliklərində oxumuşdur. Onun ilk mətbu əsəri Bakı Mərkəzi
Pionerlər Evinin 1938-ci ildə nəşr etdiyi "Şeirlər məcmuəsi"ndə
dərc olunan "Azərbaycan" şeiridir. Bundan sonra məktəb illərində
onun dövri mətbuatda ("Kommunist", "Yeni yol" və "Azərbaycan
pioneri" qəzetlərində) dərc edilən yazılan "Teymur Əlizadə" imzası
ilə çıxmışdır. Onun bir sıra siyasi, lirik, əmək və uşaq şeirlərinə
mahnılar bəstələnmişdir. "Qar qız" mənzum pyesi M.Qorki adına
Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulmuşdur (1983). Əsərlə-
ri keçmiş SSRİ, həmçinin xarici ölkə xalqlarının dillərində çap
olunmuşdur. Bədii tərcüməyə də xüsusi diqqət yetirir. Xidmətlərinə
görə "Qırmızı Əmək Bayrağı ordeni" (1971), "Şərəf nişanı" ordeni
(1979), yeddi medal və üç dəfə Azərbaycan Ali Soveti Rəyasət
~ 206 ~
Heyətinin Fəxri fərmanı ilə, həmçinin ÜİLKGİ MK və Azərbaycan
LKGİ MK Fəxri fərmanları ilə təltif edilmişdir.
Teymur Elçinin jurnalistlik fəaliyyəti zəngin və əngindir.
Ötən əsrin ortalarında Azərbaycan Televiziya və Radio Verilişləri
Komitəsinin sədri təyin edilib. Onu bu vəzifədə görənlər, bir yerdə
çalışanlar söyləyirlər ki, teleradio komitəsinə rəhbərlik etdiyi dövr-
lərdə həmişə dilimizin saflığı keşiyində dayanan bir şəxsiyyət olub.
Xüsusilə də gənclərə məsləhət görürdü ki, kortəbii ifadələrdən, xari-
ci sözlərdən qaçmağa çalışsınlar. Xatırlayırlar ki, o vaxt qaboy,
klarnet, ney kimi nəfəslə çalınan musiqi alətlərinə adətən "nəfəsli
alətlər" deyirdilər. Məhz Teymur müəllimin müdaxiləsi ilə bu söz
"nəfəs alətləri" kimi əvəz edildi. O, hər kəsə başa salmağa çalışırdı
ki, bu alətlərin özlərinin nəfəsi yoxdur. Onları dilləndirən insan
nəfəsidir. Azərbaycan dilinin orfoepiyasına əməl etməyən efirə
buraxılmazdı.
Teymur Elçin elə bir iş üslubu yaratmışdı ki, verilişlərə ca-
vabdeh olanlar hər cümləyə, sözə nəzarət edirdilər. Çünki sədrin qı-
nağına gəlməkdən çəkinirdilər. Bu gün Azərbaycan teleməkanında
baş verənləri nəzərdən keçirəndə həqiqətən bir təəssüf hissi adamı
bürüyür. Ləhcələr, jarqon və latayır ifadələr baş alıb getməkdədir.
Bəzi özəl kanallara baxanda sanki ekran qarşısında deyil, küçədə,
hansısa bir dava-dalaşın, qalmaqalın, qeybətin içindəsən. Vaxtilə
Teymur Elçin tərəfindən yaradılmış ənənələrin bu gün də tətbiqinə
böyük ehtiyac var.
Ədəbi fəaliyyətə hələ orta məktəb illərindən başlayan şair
uzun illər o dövrün mətbuatında "Teymur Əlizadə" imzası ilə çıxış
etmişdir. Əsasən də uşaqlar üçün yazmağı sevən Teymur Elçinin ilk
bədii əsəri 1938-ci ildə çap edilmiş "Azərbaycan" şeiridir. Sağlığın-
da 15-ə yaxın şeir kitabı işıq üzü görüb. Əsərləri keçmiş SSRİ-nin
müttəfiq respublikalarında çap edilmişdi. Şair tərcümə ilə də məşğul
olurdu. N.Zabila, İ.V.Turgenev, S.Marşak, A.Tudoraş, K.Çukovski,
P.Voronko, T.Xovman, Ş.Rəşidov, N.Zəkəriyyə və başqalarının
əsərləri Azərbaycan oxucularına məhz Teymur Elçinin tərcüməsin-
də çatdırılıb. Onun bir sıra şeirlərinə mahnılar da bəstələnib. Mən-
~ 207 ~
zum pyesləri Gənc Tamaşaçılar Teatrında səhnələşdirilib. Ədəbi
xidməti dövlət tərəfindən dəfələrlə təltiflərlə ("Qırmızı Əmək Bay-
rağı", "Şərəf nişanı" ordenləri, 7 medal və müxtəlif fəxri fərmanlar)
qiymətləndirilib. Dövlət mükafatı laureatı idi. 1975-ci ildən 1988-ci
ilədək Azərbaycan mədəniyyət nazirinin müavini işləyib. Milli mə-
dəniyyətimizin daha da çiçəklənməsində Teymur Elçinin də əməyi
danılmazdır.
Bütün bunlarla bərabər, Teymur Elçin ən məhsuldar uşaq şair-
lərindən biri idi. XIX əsrin ikinci yarısından təşəkkül tapan uşaq ədə-
biyyatının sistemli şəkildə inkişafında S.Ə.Şirvani, F.Köçərli,
M.Ə.Sabir, A.Səhhət, S.S.Axundov, A.Şaiq, S.Vurğun, M.Seyidzadə,
Ə.Cəmil, M.Dilbazi, X.Əlibəyli və onlarca başqaları özlərinə məxsus
fədakarlıq göstəriblər. Bu şairlərin əksəriyyətinin əsərləri bir tərbiyə
ocağı olub, maarifləndirmək missiyasını şərəflə yerinə yetirib.
Nəsillər Abdulla Şaiqin, Sabirin, Səhhətin, eləcə də Teymur Elçinin
şeirlərini sevə-sevə oxuyaraq, əzbərləyərək həm özləri öyrəniblər,
həm də sonralar övladlarına, nəvələrinə öyrədiblər. Onun çoxlu sayda
çapdan çıxmış kitablarının sadəcə adlarına fikir versək, şairin məqsəd
və məramı dərhal bəlli olar. "Qar qız", "Bip-bip", "Qulaq asın, danı-
şım", "Qızılduz, Yaşar və Nur nənə", "Din-dan", "Bahar, adlar, uşaq-
lar", "Sözlər, nəğmələr, nağıllar, laylalar", "Laylalar", "Şəkərim, du-
zum", "Xoruzbani gedirəm", "Torağayın nəğməsi", "Toğrul babanın
nağıl ağacı", "Balaca Aytən", "Mənim kiçik ulduzlarım", "Oğul Bu-
ğac", "Babalar, nənələr, nəvələr" və başqaları. Teymur Elçin uşaq
ədəbiyyatının zənginləşməsində çox böyük xidmətə malikdir. Onun
şeirlərində dilimizin şəhdi-şirəsi duyulur. Misralar bir-birləri ilə elə
ünsiyyət bağlayırlar ki, uşaqlar onu əzbərləməkdə, daha doğrusu,
yadda saxlamaqda çətinlik çəkmirlər. Söz sözə bağlanaraq bir-birinin
ardıcıllığına, yaddaşda iz salmasına kömək edir.
Ədəbi fəaliyyətə erkən yaşlarından başlayan Teymur Elçin
şeirlərinin dili sadə, qafiyələri musiqili olduğundan bu şeirlər yad-
daşlarda əbədi həkk olunub. Şeirlərinə yazılmış mahnılarının isə bu
gün də uşaqlar tərəfindən sevilərək oxunması şairin unudulmama-
~ 208 ~
sından xəbər verir. Şair öz yaradıcılığında arxaik sözlərə belə yeni
nəfəs, yeni can vermişdir.
Şairin kitablarındakı şeir və poemaların əksəriyyəti kiçikyaşlı
oxucular üçün nəzərdə tutulmuşdur. Bu isə şairin istedadı ilə yanaşı,
uşaq aləmini daha dərindən bilməsindən xəbər verir. Onun qələmə
aldığı şeirlər və poemaların sözlərindəki məna çaları bir növ uşaqla-
ra müxtəlif tərbiyəvi fikirlər aşılamaq, ibrətamiz həyat hadisələrini
dərk etmək üçün gözəl vasitədir desək yanılmarıq.
O həmçinin respublikamızda uşaqlar üçün yazılmış ən gözəl
mahnıların sözlərinin də müəllifi olmuşdur. F. Əmirov, O. Zülfüqa-
rov, A.Rzayeva və başqa bəstəkarların şairin sözlərinə yazdığı mah-
nıları dillər əzbəridir. Onun uşaqlar üşün yazdığı “Qar Qız” pyesi
1983-cü ildə M.Qorki adına Gənc tamaşaçılar teatrında tamaşaya
qoyulmuşdur.
Teymur Elçin 14 mart, 1992-ci ildə vəfat etmişdir. Hazırda
Bakının küçələrindən biri şairin adını daşıyır.
~ 209 ~
MÜNDƏRİCAT
ÖN SÖZ
İŞIQLI XATİRƏLƏR MƏNBƏYİ
............................................................ 3
GİRİŞ
.................................................................................................. 7
I FƏSİL
ŞUŞA MƏDƏNİ MÜHİTİ
...................................................................... 9
AZƏRBAYCAN MƏTBUATININ İNKİŞAF TARİXİ .................................... 19
II FƏSİL
ŞUŞALI ZİYALILARIN MİLLİ MƏTBUATIN
........................................ 34
İNKİŞAFINDA ROLU
......................................................................... 34
III FƏSİL
ŞUŞALI ZİYALILAR
........................................................................... 44
Mir Möhsün Nəvvab ........................................................................................... 44
Məhəmmədəli bəy Məxfi .................................................................................. 45
Həsən bəy Hadi .................................................................................................... 48
Mustafa bəy Behbudov ..................................................................................... 52
Həsənəli bəy Sarıcalinski ................................................................................. 55
Zeynal bəy Yeganbəyov .................................................................................... 56
Həsənəli ağa Qarabağlı ..................................................................................... 58
Nəcəf bəy Vəzirov ............................................................................................... 64
Əbdülkərim bəy Mehmandarov .................................................................... 67
Əbdüləli bəy Muxtarov ..................................................................................... 68
Səfərəli bəy Vəlibəyov ....................................................................................... 70
~ 210 ~
Baxşəli bəy Məhərrəmbəyov .......................................................................... 72
Mirzə Ağamirzəyev ............................................................................................. 73
Yusif bəy Məlikhaqnəzərov ............................................................................. 73
Mirzə Aslan Əmirov ........................................................................................... 76
Zəkəriyyə bəy Aslanov ...................................................................................... 76
Bahəddin bəy Köçərli ........................................................................................ 78
İsmayıl bəy Şəfibəyov ........................................................................................ 79
Həşim bəy Nərimanbəyov ............................................................................... 80
Mirzə Salah bəy Zöhrabbəyov........................................................................ 81
Fərəc bəy Sultanov ............................................................................................. 82
Camal bəy Fətəlibəyov ...................................................................................... 83
Qasım bəy Qasımov ............................................................................................ 85
Əbdüləli bəy Vəlibəyov ..................................................................................... 85
Firidun bəy Köçərli ............................................................................................. 86
Muxtar bəy Muradоv ......................................................................................... 91
Əliş bəy Tahirov ................................................................................................... 93
Məmməd bəy Tahirov ....................................................................................... 93
Mirzə Hüseyn bəy Münşizadə ........................................................................ 94
Qənbər bəy Tahirov ........................................................................................... 97
Mirzə Cəlal Yusifzadə ........................................................................................ 98
Mirzə Şərif Mirzəyev ....................................................................................... 101
Mirzə Əli Mühərrir ........................................................................................... 102
Həsən bəy Bağırbəyov ................................................................................... 104
Mir Haşım bəy Vəzirov................................................................................... 105
~ 211 ~
Əhməd bəy Ağaoğlu ........................................................................................ 111
Xurşid xanım Vəzirova ................................................................................... 114
Əbdülkərim bəy Vəlibəyov ........................................................................... 115
Məhəmməd ağa Müctəhidzadə ................................................................... 116
İbrahim Tahir Musayev ................................................................................. 117
Əbdürəhim bəy Haqverdiyev ...................................................................... 118
Davud Ağamirzadə .......................................................................................... 119
Rəsul bəy Tahirov ............................................................................................ 120
Yəhya bəy Hacıbəyov ...................................................................................... 121
Süleyman Sani Axundov ................................................................................ 123
Bədəl bəy Bədəlbəyli ...................................................................................... 131
Salman bəy Əlibəyov ...................................................................................... 132
Hüseyn bəy Mirzəcamalov ........................................................................... 134
Fərhad Ağazadə ................................................................................................ 135
Zülfüqar bəy Hacıbəyov ................................................................................ 137
Abbas bəy İsmayılbəyov................................................................................ 141
Azad bәy Әmirov .............................................................................................. 142
Ağalar bəy Hacıbəyov ..................................................................................... 143
Üzeyir bəy Hacıbəyov ..................................................................................... 144
Həsən bəy Fətəlibəyov ................................................................................... 158
Yusif Vəzir Çəmənzəminli ............................................................................. 159
Cəlil bəy Bağdadbəyov ................................................................................... 160
Salman bəy Tahirov ........................................................................................ 165
Mirzə Xosrov Axundov ................................................................................... 167
Mir Həsən bəy Vəzirov ................................................................................... 170
~ 212 ~
Ceyhun bəy Hacıbəyli ..................................................................................... 170
Xudadat bəy Əzizbəyov ................................................................................. 175
Xəlil İbrahim ....................................................................................................... 177
Mirzə Həsən Əlizadə ....................................................................................... 178
Mirzə Yəhya Əliyev .......................................................................................... 178
Sürəyya xanım Vəlibəyova ........................................................................... 179
Zülfüqar Abdullayev ....................................................................................... 180
Qulamrza bəy Qasımbəyli ............................................................................. 181
Mir Fəttah Musəvi ............................................................................................ 182
Hilal Münşi .......................................................................................................... 185
Hüseyn Baykara ................................................................................................ 186
Cahangir Zeynaloğlu ....................................................................................... 192
Feyzulla Əliquluzadə ...................................................................................... 196
Əfrasiyab Bədəlbəyli ....................................................................................... 196
Məhərrəm Əlizadə ........................................................................................... 203
Teymur Elçin ...................................................................................................... 204
Rəşad Nəsirov
Azərbaycan milli mətbuatının inkişafında
Şuşalı ziyalıların rolu
(1875-1935)
Bakı – Mütərcim – 2018
Kitab «Mütərcim» Nəşriyyat‐Poliqrafiya Mərkəzində
səhifələnmiş və çap olunmuşdur.
Çapa imzalanıb: 26.02.2018.
Format: 60x84 1/16. Qarnitur: Times.
Həcmi: 13,5 ç.v. Tiraj: 200. Sifariş № 56.
Qiyməti müqavilə ilə.
TƏRCÜMƏ
VƏ NƏŞRİYYAT‐POLİQRAFİYA MƏRKƏZİ
Az 1014, Bakı, Rəsul Rza küç., 125/139b
Tel./faks 596 21 44; (055) 715 63 99
e‐mail: mutarjim@mail.ru
www.mutercim.az
Dostları ilə paylaş: |