Microsoft Word Az?rbaycan Respublikas?n?n Miqrasiya M?c?ll?si



Yüklə 301,22 Kb.
Pdf görüntüsü
səhifə12/22
tarix12.10.2018
ölçüsü301,22 Kb.
#73438
1   ...   8   9   10   11   12   13   14   15   ...   22

şəxslər  və  onların  ailə  üzvləri,  həmçinin  Azərbaycan  Respublikasına  xüsusi 

diplomatik missiya və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq 

müqavilələrdə  nəzərdə  tutulmuş  hallarda  xüsusi  missiya  ilə  səfər  edən  əcnəbilər 

üçün  ölkədə  müvəqqəti  olma  müddətlərinin  uzadılması  bu  Məcəlləyə  uyğun 

olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən yeni viza verilməsi qaydasında 

həyata keçirilir. 

 

Maddə  43.  Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan 



Respublikasında  müvəqqəti  olma 

müddətinin 

uzadılmadığı 

hallar 


43.1.  Əcnəbilərin  və vətəndaşlığı olmayan  şəxslərin  Azərbaycan  Respublikasında 

müvəqqəti  olma  müddəti  aşağıdakı  hallarda  uzadılmır,  əvvəl  verilmiş  müvəqqəti 

olma 

müddətinin 



uzadılması 

haqqında 

qərar 

isə 


ləğv 

edilir: 


43.1.1.  onların  Azərbaycan  Respublikasında  müvəqqəti  olması  Azərbaycan 

Respublikasının 

milli 

təhlükəsizliyinə 



zərər 

vura 


biləcəyi 

hallarda; 

43.1.2.  onların  Azərbaycan  Respublikasında  müvəqqəti  olması  ictimai  asayişə 

zərər vura biləcəyi hallarda; 

43.1.3.  onlar  Azərbaycan  Respublikasında  müvəqqəti  olma  müddətini  uzatmaq 

məqsədi  ilə  saxta  sənədlər  və  ya  yalan  məlumatlar  təqdim  etdikdə; 

43.1.4. onların şəxsiyyətini təsdiq edən sənədləri olmadıqda; 

43.1.5. onların Azərbaycan Respublikasının ərazisinə girişinə qadağa qoyulduqda; 

43.1.6. onların Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma müddətini 

uzatmaq üçün əsas olmuş hal aradan qalxdıqda; 

43.1.7. onların Azərbaycan Respublikasında olması arzuolunmaz hesab edildikdə. 

43.2.  Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  pasportlarının  və  ya  digər 

sərhədkeçmə  sənədlərinin  etibarlılıq  müddətlərinin  bitməsinə  1  aydan  az  vaxt 

qaldıqda, onların ölkədə müvəqqəti olma müddəti uzadılmır. 

 

 

 



 

FƏSİL 7 


 

AZƏRBAYCAN RESPUBLİKASININ ƏRAZİSİNDƏ MÜVƏQQƏTİ 

YAŞAMAQ ÜÇÜN İCAZƏ 

 

  



Maddə  44.  Əcnəbilərə  və  vətəndaşlığı  olmayan  şəxslərə  Azərbaycan 

Respublikasının  ərazisində  müvəqqəti  yaşamaq  üçün  verilən  icazə  və  bunu 

təsdiq edən sənəd 

44.1. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq istəyən əcnəbilər 

və  vətəndaşlığı  olmayan  şəxslər  bunun  üçün  müvafiq  icazə  almalıdırlar. 

44.2.  Əcnəbilərə  və  vətəndaşlığı  olmayan  şəxslərə  Azərbaycan  Respublikasının 

ərazisində  müvəqqəti  yaşamaq  üçün  icazə  müvafiq  icra  hakimiyyəti  orqanı 

tərəfindən verilir. 

44.3.  Əcnəbilərə  və  vətəndaşlığı  olmayan  şəxslərə  Azərbaycan  Respublikasının 

ərazisində müvəqqəti yaşamaq üçün icazə verildikdə, həmin şəxslərə müvafiq icra 




hakimiyyəti  orqanı  tərəfindən  Azərbaycan  Respublikasının  ərazisində  müvəqqəti 

yaşamaq üçün icazə vəsiqəsi təqdim edilir. 

44.4.  Azərbaycan  Respublikasının  ərazisində  müvəqqəti  yaşamaq  üçün  icazə 

vəsiqəsi əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının 

ərazisində  müvəqqəti  yaşamaq  üçün  icazə  və  etibarlılıq  müddətində  Azərbaycan 

Respublikasından  getmək  və  viza  almadan  Azərbaycan  Respublikasına  qayıtmaq 

hüququ verən, habelə həmin şəxslərin ölkə ərazisində şəxsiyyətini və yaşayış yeri 

üzrə qeydiyyata alındığını təsdiq edən sənəddir. 

44.5.  Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  şəxsiyyətini  təsdiq  edən 

sənədlərdəki  məlumatlar  dəyişdikdə  və  ya  icazə  vəsiqəsi  itirildikdə,  onlar  bu 

barədə 10 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına məlumat verməli 

və  icazə  vəsiqəsinin  yenidən  rəsmiləşdirilməsi  və  ya  ləğv  edilməsi  üçün  ərizə 

təqdim etməlidirlər. 

44.6.  Azərbaycan  Respublikasının  ərazisində  müvəqqəti  yaşamaq  üçün  icazə 

vəsiqəsinin  təsviri,  spesifikasiyası  və  nümunəsi  müvafiq  icra  hakimiyyəti  orqanı 

tərəfindən təsdiq edilir. 

 

Maddə  45.  Əcnəbilərə  və  vətəndaşlığı  olmayan  şəxslərə  Azərbaycan 



Respublikasının  ərazisində  müvəqqəti  yaşamaq  üçün  icazə  verildiyi  hallar 

45.0.  Bu  Məcəllənin  50-ci  maddəsində  nəzərdə  tutulmuş  hallar  istisna  olmaqla, 

əcnəbilərə  və  vətəndaşlığı  olmayan  şəxslərə  aşağıdakı  hallarda  Azərbaycan 

Respublikasının 

ərazisində 

müvəqqəti 

yaşamaq 

üçün 


icazə 

verilir: 

45.0.1. 

Azərbaycan 

Respublikasının 

vətəndaşı 

ilə 

yaxın 


qohumluq 

münasibətlərində olduqda; 

45.0.2.  ölkə  iqtisadiyyatına  azı  500.000  manat  məbləğində  investisiya  qoyduqda; 

45.0.3.  Azərbaycan  Respublikasının  ərazisində  azı  100.000  manat  dəyərində 

daşınmaz əmlakı və ya Azərbaycan Respublikasının banklarında həmin məbləğdə 

pul vəsaiti olduqda; 

45.0.4. iqtisadiyyat, sənaye, müdafiə, elm, mədəniyyət, idman və digər sahələr üzrə 

yüksək səviyyəli mütəxəssis olduqda; 

45.0.5.  Azərbaycan  Respublikasının  ərazisində  müvəqqəti  və  ya  daimi  yaşayan 

əcnəbi  və  ya  vətəndaşlığı  olmayan  şəxslərin  ailə  üzvləri  olduqda; 

45.0.6.  xarici  hüquqi  şəxsin  Azərbaycan  Respublikasındakı  filial  və 

nümayəndəliyinin rəhbəri və onun müavini vəzifəsini tutduqda; 

45.0.7.  Azərbaycan  Respublikasında  sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olduqda; 

45.0.8. Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə 

məşğul  olmaq  üçün  bu  Məcəllə  ilə  müəyyən  edilmiş  qaydada  iş  icazəsi  aldıqda; 

45.0.9. Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrində əyani 

formada və ümumtəhsil müəssisələrində təhsil aldıqda; 

45.0.10.  dövlət  qeydiyyatına  alınmış  dini  qurumlarda  peşəkar  dini  fəaliyyətlə 

məşğul olduqda; 

45.0.11.  Azərbaycan  Respublikasının  beynəlxalq  müqavilələrində  nəzərdə 

tutulmuş əsaslar olduqda. 

QEYD:  Bu  Məcəllənin  45.0.7-ci  maddəsində  göstərilən  hal  o  vaxt  Azərbaycan 

Respublikasının  ərazisində  müvəqqəti  yaşamaq  üçün  icazənin  verilməsinə  əsas 

hesab olunur ki, həmin şəxslər azı 5 nəfər ilə tam iş vaxtı şəraitində və ya 10 nəfər 




Yüklə 301,22 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə