Microsoft Word Az?rbaycan Respublikas?n?n Miqrasiya M?c?ll?si



Yüklə 301,22 Kb.
Pdf görüntüsü
səhifə2/22
tarix12.10.2018
ölçüsü301,22 Kb.
#73438
1   2   3   4   5   6   7   8   9   ...   22

müvəqqəti olması, onlara müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, 

onların qeydiyyata alınması, miqrasiya prosesi iştirakçılarının hüquq və vəzifələri, 

əmək  miqrasiyası,  habelə  miqrasiyaya  dövlət  nəzarəti  və  qanunsuz  miqrasiyaya 

qarşı mübarizə sahəsində münasibətləri tənzimləyir. 

4.2.  Bu  Məcəllə  ilə  müəyyən  edilən  qaydalar  daxili  əmək  miqrasiyasına  şamil 

edilmir. 

4.3.  Azərbaycan  Respublikasında  qaçqın  statusunun  verilməsi,  qaçqın  statusunun 

itirilməsi, qaçqın statusundan məhrum etmə, habelə qaçqın statusu almış şəxslərə 

verilən sənədlər və həmin şəxslərin hüquqi vəziyyətinin əsasları müvafiq qanunla 

tənzimlənir. 

4.4.  Səfərbərlik  zamanı  Azərbaycan  Respublikasına  gəlmə  və  Azərbaycan 

Respublikasından  getmənin  xüsusi  qaydalarını  müvafiq  icra  hakimiyyəti  orqanı 

müəyyən edir. 

 

Maddə 5. Miqrasiya proseslərinin iştirakçıları 



5.0. Miqrasiya proseslərinin iştirakçıları aşağıdakılardır: 

5.0.1. miqrasiya proseslərinin idarə olunmasında və tənzimlənməsində iştirak edən, 

habelə həmin proseslərə dövlət nəzarətini həyata keçirən dövlət orqanları; 

5.0.2.  xarici  ölkəyə  gedən,  orada  müvəqqəti  və  ya  daimi  yaşayan,  habelə  haqqı 

ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları; 

5.0.3.  əcnəbiləri  və  vətəndaşlığı  olmayan  şəxsləri  Azərbaycan  Respublikasına 

dəvət edən və onların Azərbaycan Respublikasında qeydiyyata alınması prosesində 

iştirak edən şəxslər; 

5.0.4.  Azərbaycan  Respublikasına  viza  əsasında  və  ya  viza  tələb  olunmayan 

qaydada  gələn,  burada  müvəqqəti  olan,  müvəqqəti  olma  müddəti  uzadılan, 

müvəqqəti və ya daimi yaşamaq üçün icazə verilən, Azərbaycan Respublikasında 

haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi verilən əcnəbilər 

və vətəndaşlığı olmayan şəxslər; 

5.0.5.  əcnəbiləri  və  vətəndaşlığı  olmayan  şəxsləri  Azərbaycan  Respublikasına 

dəvət  etmiş,  onların  ölkədə  müvəqqəti  olması,  müvəqqəti  olma  müddətinin 

uzadılması, qeydiyyata alınması və əmək miqrasiyası, onlara müvəqqəti və daimi 

yaşamaq  üçün  icazələrin  verilməsi  proseslərində  iştirak  edən  təşkilati-hüquqi 

formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlar, xarici hüquqi şəxslərin 

filial və nümayəndəlikləri, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər; 

5.0.6.  Azərbaycan  Respublikası vətəndaşlarının xarici  ölkələrdə  işə düzəlməsində 

vasitəçilik  edən  Azərbaycan  Respublikasında  dövlət  qeydiyyatına  alınmış  hüquqi 

şəxslər. 

 

 

 



 

 

 



 

 

 




FƏSİL 2 

 

ƏCNƏBİLƏRİN VƏ VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏRİN 



MİQRASİYA UÇOTU 

 

  



Maddə 6. Miqrasiya uçotunun məqsədləri 

6.1. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin miqrasiya uçotu (bundan sonra 

– miqrasiya uçotu) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında bu Məcəllə 

ilə  nəzərdə  tutulmuş  məlumatların,  habelə  onların  yerdəyişməsi  haqqında 

məlumatların qeydə alınması və ümumiləşdirilməsi sahəsində fəaliyyətdir. 

6.2. Miqrasiya uçotu miqrasiya proseslərinin idarə olunması formalarından biridir 

və Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla olan hər bir əcnəbinin 

və  vətəndaşlığı  olmayan  şəxsin  Azərbaycan  Respublikasının  Konstitusiyası  ilə 

müəyyən  edilmiş  sərbəst  hərəkət  etmək,  ölkə  ərazisində  olma  və  yaşama  yeri 

seçmək  və  digər  hüquq  və  azadlıqlarının  təmin  olunmasına,  habelə  Azərbaycan 

Respublikasının  miqrasiya  sahəsində  milli  maraqlarının  həyata  keçirilməsinə  və 

qanunsuz miqrasiyanın qarşısının alınmasına yönəlmişdir. 

6.3. Miqrasiya uçotu aşağıdakı məqsədlərlə aparılır: 

6.3.1.  əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  öz  hüquq  və  azadlıqlarını 

həyata  keçirməsi,  habelə  üzərlərinə  qoyulmuş  vəzifələri  yerinə  yetirməsi  üçün 

lazımi şərait yaradılması; 

6.3.2. miqrasiya sahəsində dövlət siyasətinin işlənməsi və həyata keçirilməsi; 

6.3.3. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yerdəyişməsinin nəticələrinin 

proqnozlaşdırılması məqsədi ilə belə yerdəyişmə haqqında tam, dəqiq və operativ 

məlumatın  formalaşdırılması,  habelə  miqrasiya  sahəsində  statistik  müşahidənin 

aparılması; 

6.3.4.  təbii  fəlakət,  fövqəladə  vəziyyət,  hərbi  vəziyyət  və  digər  bu  kimi  hallarda 

idarəetmənin təmin olunması; 

6.3.5.  qanunsuz  miqrasiyaya  və  digər  qanunazidd  hərəkətlərə  qarşı  mübarizə 

aparmaqla ictimai  asayişin və  Azərbaycan  Respublikasının  milli  təhlükəsizliyinin 

təmin olunması; 

6.3.6. Azərbaycan Respublikasında olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 

haqqında, habelə onların yerdəyişməsi haqqında məlumatların sistemləşdirilməsi. 

 

Maddə 7. Miqrasiya uçotunun aparılması üçün əsaslar 



7.1.  Şəxsin  miqrasiya  uçotuna  alınması  üçün  əsaslar  aşağıdakılardır: 

7.1.1.  əcnəbinin  və  ya  vətəndaşlığı  olmayan  şəxsin  Azərbaycan  Respublikasına 

girişi; 

7.1.2. əcnəbinin Azərbaycan Respublikasında doğum faktının qeydə alınması; 

7.1.3.  Azərbaycan  Respublikasının  ərazisində  olan  şəxsin  Azərbaycan 

Respublikası vətəndaşlığına xitam verilməsi. 

7.2. Şəxsin miqrasiya uçotundan çıxarılması üçün əsaslar aşağıdakılardır: 

7.2.1.  əcnəbinin  və  ya  vətəndaşlığı  olmayan  şəxsin  Azərbaycan  Respublikasında 

vəfat etməsi; 



7.2.2.  Azərbaycan  Respublikasında  olan  əcnəbinin  və  ya  vətəndaşlığı  olmayan 

şəxsin ölmüş və ya itkin düşmüş elan edilməsi barədə məhkəmə qərarının qanuni 

qüvvəyə minməsi; 

7.2.3.  Azərbaycan  Respublikasında  olan  əcnəbinin  və  ya  vətəndaşlığı  olmayan 

şəxsin Azərbaycan Respublikasının vətəndaşlığını əldə etməsi. 

 

Maddə 8. Miqrasiya uçotunun aparılması 



8.1.  Miqrasiya  uçotu  aparılarkən  əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər 

haqqında  aşağıdakı  məlumatların  toplanması,  qeydə  alınması,  ümumiləşdirilməsi 

və istifadəsi həyata keçirilir: 

8.1.1.  əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  şəxsiyyətini  təsdiq  edən 

sənədin növü və rekvizitləri (sənədin adı, seriyası, nömrəsi, verilmə tarixi və yeri, 

etibarlılıq müddəti, habelə mövcud olduğu təqdirdə, həmin sənəddə olan biometrik 

məlumatlar); 

8.1.2.  Azərbaycan  Respublikasında  olmaq  və  ya  yaşamaq  hüququnu  təsdiq  edən 

sənədin növü və rekvizitləri; 

8.1.3. soyadı, adı, atasının adı (sənəddə sonuncu barədə məlumat olduğu təqdirdə); 

8.1.4. doğulduğu tarix və yer; 

8.1.5. cinsi; 

8.1.6. vətəndaşlığı; 

8.1.7. Azərbaycan Respublikasına gəlişinin məqsədi; 

8.1.8. peşəsi (olduğu təqdirdə); 

8.1.9.  Azərbaycan  Respublikasında  olmasının  və  ya  yaşamasının  bəyan  edilmiş 

müddətləri; 

8.1.10.  Azərbaycan  Respublikasında  son  yaşayış  yeri  və  ya  olduğu  yer  üzrə 

qeydiyyat tarixi və onun ünvanı; 

8.1.11. qanuni nümayəndələri barədə məlumat (valideynlər, övladlığa və himayəyə 

götürənlər, qəyyumlar); 

8.1.12.  ölkə  hüdudlarından  kənara  çıxarılması  barədə  məlumat  (tətbiq  olunub  ya 

yox, tətbiq olunubsa – kim tərəfindən və nə vaxt); 

8.1.13.  ölkədə  olmasının  arzuolunmaz  hesab  edilməsi  barədə  məlumat; 

8.1.14.  Azərbaycan  Respublikasında  cinayət  məsuliyyətinə  və  ya  inzibati 

məsuliyyətə cəlb edilməsi haqqında məlumat; 

8.1.15.  Azərbaycan  Respublikasında  vəfat  etdiyi  tarix,  yaxud  ölmüş  və  ya  itkin 

düşmüş  elan  edilməsi  barədə  məhkəmə  qərarının  qanuni  qüvvəyə  mindiyi  tarix, 

məhkəmənin adı və yeri. 

8.2. Miqrasiya uçotu müvafiq icra hakimiyyəti orqanı tərəfindən Vahid Miqrasiya 

Məlumat Sistemi vasitəsi ilə aparılır. 

8.3. Aidiyyəti dövlət orqanları miqrasiya uçotunun aparılması məqsədi ilə müvafiq 

məlumatları  istifadələrində  olan  informasiya  resursları  və  sistemləri  vasitəsi  ilə 

müvafiq icra hakimiyyəti orqanına ötürürlər. 

8.4. Vahid Miqrasiya Məlumat Sisteminin məlumat resurslarının formalaşması və 

ondan  istifadə qaydaları  müvafiq icra hakimiyyəti  orqanı  tərəfindən təsdiq  edilən 

əsasnamə ilə müəyyən olunur. 

 

 




Yüklə 301,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə