Microsoft Word Az?rbaycan Respublikas?n?n Miqrasiya M?c?ll?si



Yüklə 301,22 Kb.
Pdf görüntüsü
səhifə7/22
tarix12.10.2018
ölçüsü301,22 Kb.
#73438
1   2   3   4   5   6   7   8   9   10   ...   22

verir  və  bu  məlumat  əsasında  onlar  olduğu  yer  üzrə  qeydiyyatdan  çıxarılırlar. 

Qeydiyyat  müddəti  başa  çatdıqda,  əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər 

qeydiyyatdan çıxarılmış hesab edilirlər. 

21.9.  Əcnəbi  və  ya  vətəndaşlığı  olmayan  şəxs  olduğu  yeri  dəyişdikdə,  o,  bu 

Məcəllənin 21.2–21.5-ci maddələrində nəzərdə tutulmuş qaydada yeni olduğu yer 

üzrə qeydiyyata alınmalıdır. 

 

Maddə  22.  Qeydiyyatı  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  aparılan 



əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 

22.1.  Xarici  ölkələrin  Azərbaycan  Respublikasında  fəaliyyət  göstərən  diplomatik 

nümayəndəlik 

və 


konsulluqlarının, 

habelə 


beynəlxalq 

təşkilatların 

nümayəndəliklərinin  əməkdaşları,  inzibati-texniki  xidmət  heyətinə  daxil  olan 

şəxslər  və  onların  ailə  üzvləri,  həmçinin  Azərbaycan  Respublikasına  diplomatik 

missiya  ilə  və  ya  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq 

müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən əcnəbilərin 

qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. 

22.2.  Bununla  əlaqədar  onlara  nümunəsi  müvafiq  icra  hakimiyyəti  orqanı 

tərəfindən təsdiq edilmiş müvafiq vəsiqə verilir. 

22.3. Müvafiq icra hakimiyyəti orqanı miqrasiya uçotunun aparılması məqsədi ilə 

bu Məcəllənin 22.1-ci maddəsində nəzərdə tutulmuş şəxslər barədə məlumatları 10 

gün müddətində müvafiq icra hakimiyyəti orqanına təqdim edir. 

 

Maddə  23.  Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan 



Respublikasının  ərazisində  olmasının  arzuolunmaz  hesab  edilməsi  

23.1.  Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan  Respublikasına 

gəlməsi,  Azərbaycan  Respublikasında  olması  və  ya  yaşaması  Azərbaycan 

Respublikasının  suverenliyinə,  ərazi  bütövlüyünə,  onun  dünyəvi  xarakterinə, 

Azərbaycan xalqının vahidliyinə, ölkənin milli təhlükəsizliyinə, ictimai asayişə və 

ya  əhalinin  sağlamlığına  zərər  vura  biləcəyi  hallarda,  habelə  Azərbaycan 

Respublikası  vətəndaşlarının  və  digər  şəxslərin  hüquqlarının  və  qanuni 

mənafelərinin  qorunması  bunu  tələb  etdikdə,  müvafiq  icra  hakimiyyəti  orqanları 

tərəfindən  həmin  əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  ölkədə  olması 

arzuolunmaz hesab edilə bilər. 

23.2.  Şəxsin  arzuolunmaz  hesab  edilməsi  5  il  müddətinə  müəyyən  edilir  və 

müvafiq  əsaslar  aradan  qalxmadıqda  eyni  müddətə  uzadıla  bilər.  Uzadılmaların 

sayı məhdudlaşdırılmır. 

23.3.  Azərbaycan  Respublikasının  ərazisində  qanuni  əsaslarla  müvəqqəti  olan, 

müvəqqəti və ya daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxs arzuolunmaz 

hesab edildikdə, həmin şəxs qərar qəbul edildiyi andan ölkədə olma və ya yaşama 

hüququnu itirir. 

23.4.  Şəxsin  ölkədə  olmasının  arzuolunmaz  hesab  edilməsi  barədə  məlumat 

müvafiq  icra  hakimiyyəti  orqanları  tərəfindən  “Giriş-çıxış  və  qeydiyyat” 

idarələrarası  avtomatlaşdırılmış  məlumat-axtarış  sisteminə  daxil  edilir. 

23.5.  Azərbaycan  Respublikasının  ərazisində  olan  şəxslərin  ölkədə  olması 

arzuolunmaz  hesab  edildikdə  müvafiq  icra  hakimiyyəti  orqanları  bu  barədə 

məlumatı  əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  uçotunun  aparılması, 



habelə  həmin  şəxslər  barəsində  bu  Məcəllənin  79-cu  maddəsinə  uyğun  olaraq 

Azərbaycan  Respublikasının  hüdudlarından  kənara  çıxarılması  haqqında  qərar 

qəbul edilməsi üçün müvafiq icra hakimiyyəti orqanına təqdim edirlər. 

 

 



 

III BÖLMƏ 

 

ƏCNƏBİLƏRƏ VƏ VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏRƏ AZƏRBAYCAN 



RESPUBLİKASINA GƏLMƏK, AZƏRBAYCAN RESPUBLİKASINDA 

MÜVƏQQƏTİ OLMAQ, YAŞAMAQ VƏ İŞLƏMƏK HÜQUQU VERƏN 

SƏNƏDLƏR VƏ ONLARIN VERİLMƏSİ QAYDALARI

 

 



FƏSİL 5

 

 



VİZALAR

 

  



Maddə  24.  Əcnəbilərə  və  vətəndaşlığı  olmayan  şəxslərə  verilən  vizalar 

24.1. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən vizaların giriş və tranzit 

növləri vardır. 

24.2.  Girişlərin  sayına  görə  giriş  vizası  birdəfəlik  və  çoxdəfəlik  vizalara,  tranzit 

vizası isə birdəfəlik və ikidəfəlik vizalara bölünür. 

24.3. Giriş vizası diplomatik, xidməti və adi kateqoriyalara bölünür. 

24.4. Diplomatik və xidməti kateqoriyalı giriş vizaları yalnız rəsmi səfər məqsədi 

ilə Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə 

verilir. 

24.5. Adi kateqoriyalı giriş vizaları işgüzar, elm, təhsil, əmək, turizm, mədəniyyət, 

idman,  humanitar,  müalicə  və  şəxsi  səfər  məqsədləri  ilə  Azərbaycan 

Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilir. 

24.6. Giriş vizasının etibarlılıq müddəti birdəfəlik giriş-çıxış üçün 90 günədək, 

çoxdəfəlik giriş-çıxış üçün isə 2 ilədək müəyyən olunur. 

24.7. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər vizada göstərilən qalma  müddəti 

ərzində və məqsədlə ölkə ərazisində qala bilərlər. 

24.8.  Vizada  göstərilən  ölkədə  qalma  müddətindən  vizanın  etibarlılıq  dövrü 

ərzində istifadə edilir. Bu müddət ərzində istifadə olunmayan viza qüvvədən düşür. 

24.9.  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrdə 

vizalarla  bağlı  bu  Məcəllədə  nəzərdə  tutulmuş  qaydalardan  (müddətlərdən)  fərqli 

qaydalar (müddətlər) müəyyən oluna bilər. 

 

Maddə 25. Rəsmi səfər məqsədi ilə verilən giriş vizası 



25.1.  Rəsmi  səfər  vizası  xarici  ölkələrin  Azərbaycan  Respublikasında  fəaliyyət 

göstərən  diplomatik  nümayəndəlik  və  konsulluqlarının,  habelə  beynəlxalq 

təşkilatların  nümayəndəliklərinin  əməkdaşlarına,  inzibati-texniki  xidmət  heyətinə 

daxil olan şəxslərə və onların ailə üzvlərinə, həmçinin Azərbaycan Respublikasına 

diplomatik  missiya  ilə  və  ya  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı 

beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən 




Yüklə 301,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə