Microsoft Word Az?rbaycan Respublikas?n?n Miqrasiya M?c?ll?si



Yüklə 301,22 Kb.
Pdf görüntüsü
səhifə6/22
tarix12.10.2018
ölçüsü301,22 Kb.
#73438
1   2   3   4   5   6   7   8   9   ...   22

19.3.  Aşağıdakı  hallarda  əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  tranzit 

keçidi üçün tranzit vizası tələb olunmur: 

19.3.1.  əcnəbilərə  və  ya  vətəndaşlığı  olmayan  şəxslərə  Azərbaycan 

Respublikasının  dövlət  sərhədini  keçməyə  imkan  verən  digər  vizalar  verilmiş 

olduqda; 

19.3.2. 


hava  nəqliyyatı 

sərnişinləri 

təyyarə 

dəyişmədən 

Azərbaycan 

Respublikasının ərazisindən tranzitlə uçduqda; 

19.3.3. əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının 

hava  limanında  təyyarə  dəyişməklə  təyinat  ölkəsinə  getdikdə  –  bir  şərtlə  ki, 

sərnişinlərin təyinat ölkəsinə daxil olmaq hüququnu təsdiq edən sənədləri, təyyarə 

dəyişmək üçün endikləri hava limanından yola düşmə vaxtını təsdiq edən təyyarə 

biletləri  olsun  və  Azərbaycan  Respublikasının  ərazisində  qalma  müddəti  24 

saatdan  artıq  olmasın.  Bu  zaman  sərnişinlər  hava  limanı  ərazisində  xüsusi  olaraq 

ayrılmış ərazinin hüdudlarından kənara çıxa bilməzlər; 

19.3.4. Azərbaycan Respublikası ilə vizasız gediş-gəliş haqqında  müqaviləsi olan 

dövlətin vətəndaşları tranzitlə keçdikdə. 

19.4.  Tranzit  keçid  zamanı  əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  vizada 

göstərilən  müddətdən  artıq  Azərbaycan  Respublikasının  ərazisində  məcburi 

dayanması aşağıdakı hallarda mümkündür: 

19.4.1.  nəqliyyatın  hərəkətinə  maneə  olan  təbii  fəlakət  baş  verdikdə;  

19.4.2.  avtonəqliyyat  vasitəsinin  (onun  hissələrinin)  sıradan  çıxması,  yaxud  yol-

nəqliyyat  hadisəsi  nəticəsində  təmirə  ehtiyac  yarandıqda  (müvafiq  sənəd  təqdim 

edildikdə);  

19.4.3.  Azərbaycan  Respublikasının  ərazisindən  keçən  şəxslər  xəstələndikdə  (bu 

halda keçidin davam etdirilməsinin xəstənin səhhəti üçün təhlükə törətdiyinə dair 

həkimin rəyi olmalıdır); 

19.5.  Bu  Məcəllənin  19.4.3-cü  maddəsində  nəzərdə  tutulmuş  halda  xəstə  şəxslə 

birlikdə  onun  yaxın  qohumları  olduqda,  məcburi  dayanma  onlara  da  şamil  edilir.  

19.6.  Tranzit  keçid  zamanı  məcburi  dayanma  baş  verdikdə,  əcnəbilərin  və 

vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan  Respublikasında  müvəqqəti  olma 

müddəti bu Məcəllənin 41–43-cü maddələrinə uyğun olaraq məcburi dayanmanın 

səbəbləri aradan qalxanadək artırılır. 

19.7.  Azərbaycan  Respublikasının  ərazisindən  dəmiryol  nəqliyyatı  və  ya 

avtonəqliyyat  vasitəsi  ilə  tranzitlə  keçən  əcnəbilərin  və  vətəndaşlığı  olmayan 

şəxslərin sərhədboyu zonada dayanması qadağandır. 

19.8. Beynəlxalq yükdaşımalarda iştirak edən əcnəbilərin və vətəndaşlığı olmayan 

şəxslərin  Azərbaycan  Respublikası  ərazisindən  tranzit  keçidi  beynəlxalq  və 

dövlətlərarası  yükdaşımalar  üçün  müəyyənləşdirilmiş  dövlət  sərhədinin  buraxılış 

məntəqələrindən və avtomobil yollarından həyata keçirilir. 

19.9.  Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan  Respublikasının 

ərazisindən tranzitlə keçməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanları həyata 

keçirirlər.  

19.10.  Əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  Azərbaycan  Respublikasının 

ərazisindən  tranzit  keçid  qaydalarına  əməl  etmədiklərinə  görə  qanunla  nəzərdə 

tutulmuş qaydada məsuliyyətə cəlb olunurlar. 

 



Maddə  20.  Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan 

Respublikasında müvəqqəti olması 

20.1.  Viza  əsasında Azərbaycan  Respublikasına gələn  əcnəbilərin  və  vətəndaşlığı 

olmayan  şəxslərin  ölkədə  müvəqqəti  olma  müddəti  vizada  göstərilən  qalma 

müddətindən,  viza  tələb  olunmayan  qaydada  Azərbaycan  Respublikasına  gələn 

əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin isə ölkədə müvəqqəti olma müddəti, 

Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrdə  nəzərdə 

tutulmuş hallar istisna olmaqla, 90 gündən artıq ola bilməz. 

20.2.  Bu  müddət  bitənədək  əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  ölkədə 

müvəqqəti olma müddəti uzadılmamışdırsa, onlara müvəqqəti yaşamaq üçün icazə 

verilməmişdirsə,  habelə  onlardan  müvəqqəti  olma  müddətinin  uzadılması  və  ya 

müvəqqəti  yaşama  icazəsinin  verilməsi  üçün  ərizə  qəbul  edilməmişdirsə,  onlar 

Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər. 

 

Maddə  21.  Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan 



Respublikasında olduğu yer üzrə qeydiyyata alınması 

21.1. Azərbaycan Respublikasında 3 gündən artıq müvəqqəti olan əcnəbilər və ya 

vətəndaşlığı  olmayan  şəxslər  olduğu  yer  üzrə  qeydiyyata  alınmalıdırlar. 

21.2.  Bunun  üçün  əcnəbinin  və  ya  vətəndaşlığı  olmayan  şəxsin  qaldığı  yerin 

(mehmanxana,  sanatoriya,  istirahət  evi,  pansionat,  kempinq,  turist  bazası, 

xəstəxana və ya digər belə ictimai yerlər) müdiriyyəti və ya mənzilin, digər yaşayış 

sahəsinin sahibi (bundan sonra – “qəbul edən tərəf”) əcnəbinin və ya vətəndaşlığı 

olmayan şəxsin ölkəyə gəldiyi vaxtdan 3 gün ərzində həmin şəxsin olduğu yer üzrə 

qeydiyyata  alınması  haqqında  ərizə-anketi  və  onun  pasportunun  (digər 

sərhədkeçmə  sənədinin)  surətini  müvafiq  icra  hakimiyyəti  orqanının  internet 

informasiya  ehtiyatı,  poçt,  elektron  poçt  vasitəsi  ilə  və  ya  şəxsən  müvafiq  icra 

hakimiyyəti orqanına təqdim etməlidir. 

21.3.  Əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  də  olduğu  yer  üzrə  qeydiyyata 

alınmaları  üçün  bu  Məcəllənin  21.2-ci  maddəsində  müəyyən  olunmuş  qaydada 

müraciət edə bilərlər. 

21.4. Ərizə daxil olduqdan sonra müvafiq icra hakimiyyəti orqanı dərhal əcnəbi və 

ya  vətəndaşlığı  olmayan  şəxs  barədə  məlumatları  Vahid  Miqrasiya  Məlumat 

Sisteminə  daxil  etməklə onları olduğu  yer  üzrə qeydiyyata  alır  və  bu  barədə  1 iş 

günü ərzində müraciət edən şəxsə məlumat verir. 

21.5. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı müddətlərə qeydiyyata 

alınırlar: 

21.5.1. viza əsasında gələnlər - vizada göstərilən qalma müddətinə; 

21.5.2. viza tələb olunmayan qaydada gələnlər - 90 gün müddətinə. 

21.6.  BMT-nin  Qaçqınlar  üzrə  Ali  komissarının  Azərbaycan  Respublikasındakı 

nümayəndəliyi  tərəfindən  himayəyə  götürülmüş  əcnəbilərin  və  vətəndaşlığı 

olmayan  şəxslərin  himayə  müddətinə  olduğu  yer  üzrə  qeydiyyatı  müvafiq  icra 

hakimiyyəti  orqanı  tərəfindən  Nümayəndəliyin  məlumatları  əsasında  aparılır.  

21.7.  Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  olduğu  yer  üzrə  qeydiyyata 

alınması üçün dövlət rüsumu ödənilmir. 

21.8.  Əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  olduğu  yerdən  getdikdə,  qəbul 

edən  tərəf  və  ya  şəxs  özü  bu  barədə  müvafiq  icra  hakimiyyəti  orqanına  məlumat 



Yüklə 301,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə