Microsoft Word Az?rbaycan Respublikas?n?n Miqrasiya M?c?ll?si



Yüklə 301,22 Kb.
Pdf görüntüsü
səhifə5/22
tarix12.10.2018
ölçüsü301,22 Kb.
#73438
1   2   3   4   5   6   7   8   9   ...   22

Maddə  16.  Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan 

Respublikasına 

gəlişi 

ilə 


bağlı 

qadağalar 

və 

məhdudiyyətlər 



16.1.  Əcnəbilərə  və  vətəndaşlığı  olmayan  şəxslərə  Azərbaycan  Respublikasına 

gəlmək aşağıdakı hallarda qadağan edilir: 

16.1.1.  milli  təhlükəsizlik  və  ya  ictimai  asayişin  mühafizəsi,  yaxud  Azərbaycan 

Respublikası  vətəndaşlarının  və  digər  şəxslərin  hüquqlarının  və  qanuni 

mənafelərinin qorunması bunu tələb etdikdə; 

16.1.2. şəxsin sülh və insanlıq əleyhinə, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə 

və müharibə cinayətləri törətməsi və ya transmilli mütəşəkkil cinayətkar dəstənin 

üzvü olması barədə məlumat olduqda; 

16.1.3.  şəxs  Azərbaycan  Respublikasının  vətəndaşlarına  və  ya  Azərbaycan 

Respublikasının maraqlarına (mənafelərinə) qarşı cinayət törətdiyinə görə məhkum 

olunduqda, 

əgər 


məhkumluğu 

qanunla 


müəyyən 

edilmiş 


qaydada 

ödənilməmişdirsə və ya götürülməmişdirsə; 

16.1.4.  şəxs  əvvəllər  Azərbaycan  Respublikasının  hüdudlarından  kənara 

çıxarıldıqda,  əgər  ölkəyə  girişinə  qoyulmuş  məhdudiyyət  müddəti  bitməmişdirsə; 

16.1.5.  şəxsin  Azərbaycan  Respublikasında  olması  arzuolunmaz  hesab  edildikdə; 

16.1.6. şəxs əvvəllər Azərbaycan Respublikasında olarkən ölkəyə gəlişinin bəyan 

edilmiş məqsədlərini pozduqda; 

16.1.7. şəxs Azərbaycan Respublikasına gəlməsi haqqında vəsatət qaldırarkən, özü 

və ya səfərinin məqsədi haqqında yalan məlumat verdikdə; 

16.1.8. şəxs miqrasiya qanunvericiliyini pozduğuna görə son üç il ərzində iki dəfə 

və ya daha çox inzibati məsuliyyətə cəlb olunduqda. 

16.2.  Bu  Məcəllənin  16.1.6  –  16.1.8-ci  maddələrində  nəzərdə  tutulmuş  hallarda 

əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlişinə 

5 il müddətinə qadağa qoyulur. 

16.3.  Bu  Məcəllənin  16.1-ci  maddəsində  nəzərdə  tutulmuş  hallarda  əcnəbilər  və 

vətəndaşlığı  olmayan  şəxslər  haqqında  məlumatlar  müəyyən  olunmuş  qaydada 

“Giriş-çıxış  və  qeydiyyat”  idarələrarası  avtomatlaşdırılmış  məlumat-axtarış 

sisteminin  məhdudiyyət  siyahılarına  daxil  edilməli  və  müvafiq  əsaslar  aradan 

qalxdıqda məlumatların aktiv statusu dəyişdirilməlidir. 

 

Maddə  17.  Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan 



Respublikasından getməsinin müvəqqəti məhdudlaşdırılması 

17.1. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasından 

getməsi aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər: 

17.1.1.  onların  getməsi  milli  təhlükəsizliyin  təmin  edilməsi  mənafeyinə  zidd 

olduqda – bu əsas aradan qalxanadək; 

17.1.2.  onlar  Azərbaycan  Respublikasının  Cinayət-Prosessual  Məcəlləsinə  uyğun 

olaraq  tutulduqda  və  ya  barələrində  hər  hansı  qətimkan  tədbiri  seçildikdə  –  azad 

edilənədək,  qətimkan  tədbirinin  müddəti  bitənədək  və  ya  qətimkan  tədbiri  ləğv 

edilənədək; 

17.1.3. onlar məhkum edildikdə – Azərbaycan Respublikasının Cinayət Məcəlləsi 

ilə  müəyyən  edilmiş  əsas  cəzalarını  çəkib  qurtaranadək  və  ya  bu  Məcəllənin 

17.1.5-ci  maddəsində  nəzərdə  tutulmuş  hal  istisna  olmaqla  cəzadan  azad 

edilənədək; 



17.1.4. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq 

barələrində  tibbi  xarakterli  məcburi  tədbirlər  tətbiq  edildikdə  –  tibbi  xarakterli 

məcburi tədbirlərin tətbiqi ləğv edilənədək; 

17.1.5.  onlar  üzərinə  Azərbaycan  Respublikasının  Cinayət  Məcəlləsində  nəzərdə 

tutulan  vəzifələr  qoyulmaqla  şərti  məhkum  edildikdə  və  ya  cəzadan  şərti  olaraq 

vaxtından  əvvəl  azad  edildikdə  –  müvafiq  olaraq  sınaq  müddəti  və  ya  cəzanın 

çəkilməmiş  hissəsi  başa  çatanadək  və  ya  şərti  məhkumetmə,  yaxud  üzərinə 

qoyulmuş vəzifələr vaxtından əvvəl tamamilə ləğv edilənədək; 

17.1.6.  məhkəmə  qərarı  əsasında  verilmiş  icra  sənədinin  könüllü  icra  üçün 

müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə onların ölkədən 

getmək  hüququnun  müvəqqəti  məhdudlaşdırılması  barədə  məhkəmənin  qanuni 

qüvvəyə  minmiş  qərarı  olduqda  –  məhdudlaşdırmanın  götürülməsi  barədə  qərar 

qəbul edilənədək; 

17.1.7. onlar inzibati xəta törətdikdə – barələrində qanuni qüvvəyə minmiş inzibati 

tənbeh tədbirləri icra edilənədək. 

17.2.  Qanunvericilikdə  nəzərdə  tutulmuş  qaydada  profilaktik  peyvəndlərin 

aparılmaması  Azərbaycan  Respublikasında  daimi  yaşayan  əcnəbilərin  və 

vətəndaşlığı  olmayan  şəxslərin  beynəlxalq  tibbi  sanitariya  qaydalarına  və  ya 

Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrə  uyğun 

olaraq, 


profilaktik 

peyvəndlər 

tələb 

olunan 


ölkələrə 

gediş-gəlişinin 

məhdudlaşdırılması ilə nəticələnir. 

17.3.  Bu  Məcəllənin  17.1-ci  və  17.2-ci  maddələrində  nəzərdə  tutulmuş  hallarda 

əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında məlumatlar müəyyən olunmuş 

qaydada  “Giriş-çıxış  və  qeydiyyat”  idarələrarası  avtomatlaşdırılmış  məlumat-

axtarış  sisteminin  məhdudiyyət  siyahılarına  daxil  edilməli  və  müvafiq  əsaslar 

aradan qalxdıqda məlumatların aktiv statusu dəyişdirilməlidir. 

 

Maddə  18.  Azərbaycan  Respublikasına  pasportsuz  və  ya  vizasız  gələn 



əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 

18.1. Bu Məcəllənin tələblərini pozaraq pasportsuz, vizasız və ya etibarlı olmayan 

pasport və digər sənədlərlə Azərbaycan Respublikasının dövlət sərhədini keçməyə 

cəhd  göstərən  əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  Azərbaycan 

Respublikasının  ərazisinə  buraxılmadan,  gəldikləri  ölkəyə  qaytarılırlar.  

18.2.  Saxta  və  ya  başqasına  məxsus  sənədlərlə  dövlət  sərhədini  keçməyə  cəhd 

göstərən  əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  qanunla  müəyyən  olunmuş 

qaydada məsuliyyətə cəlb edilirlər. 

 

Maddə  19.  Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan 



Respublikasının ərazisindən tranzit keçidi 

19.1.  Əcnəbinin  və  ya  vətəndaşlığı  olmayan  şəxsin  hər  hansı  bir  dövlətdən 

Azərbaycan  Respublikasının  ərazisinə  girişi  və  Azərbaycan  Respublikasının 

ərazisində  müəyyən  olunmuş  marşrut  üzrə  hərəkət  edərək  üçüncü  ölkəyə  çıxışı 

həmin şəxsin Azərbaycan Respublikasının ərazisindən tranzit keçidi hesab olunur. 

19.2.  Azərbaycan  Respublikasının  ərazisindən  tranzitlə  keçən  əcnəbiyə  və  ya 

vətəndaşlığı  olmayan  şəxsə  bu  Məcəllənin  34–37-ci  maddələrində  nəzərdə 

tutulmuş qaydada tranzit vizası verilir. 




Yüklə 301,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə