Microsoft Word Az?rbaycan Respublikas?n?n Miqrasiya M?c?ll?si



Yüklə 301,22 Kb.
Pdf görüntüsü
səhifə9/22
tarix12.10.2018
ölçüsü301,22 Kb.
#73438
1   ...   5   6   7   8   9   10   11   12   ...   22

32.3. Mədəniyyət və idman vizasının rəsmiləşdirilməsi üçün bu Məcəllənin 36-cı 

maddəsində göstərilən sənədlər tələb olunur. 

 

Maddə 33. Turizm məqsədi ilə verilən giriş vizası 



33.1.  Turizm  vizası  Azərbaycan  Respublikasına  turist  kimi  gələn  əcnəbilərə  və 

vətəndaşlığı olmayan şəxslərə verilir. 

33.2.  Turizm  vizasında  ölkədə  qalma  müddəti  30  günədək  müəyyən  edilir. 

33.3.  Turizm  vizasının  rəsmiləşdirilməsi  üçün  səfərin  turizm  məqsədi  ilə  həyata 

keçirildiyini  təsdiqləyən  sənəd  (turizm  vauçeri  və  ya  turizm  yollayışı,  yaxud 

sərnişin bileti və mehmanxanada, kempinqdə, turist bazasında və ya digər bu kimi 

obyektlərdə  yer  sifariş  edilməsini  təsdiqləyən  sənəd)  və  bu  Məcəllənin  36-cı 

maddəsində göstərilən sənədlər tələb olunur. 

33.4. Turistlərə elektron vizaların verilməsi qaydası bu Məcəllənin 38-ci maddəsi 

ilə müəyyən edilir. 

 

Maddə 34. Tranzit vizası 



34.1.  Tranzit  vizası  üçüncü  ölkələrə  gedən  əcnəbilərə  və  vətəndaşlığı  olmayan 

şəxslərə  Azərbaycan  Respublikasının  ərazisindən  keçmək  üçün  verilir. 

34.2. Tranzit vizasının etibarlılıq müddəti 30 günədək, ölkədə qalma müddəti isə 5 

günədək  müəyyən  edilir.  Tranzit  vizaları  hava,  su,  dəmiryol  nəqliyyatı  və  digər 

nəqliyyat növü vasitəsi ilə gediş marşrutu və ona sərf olunan vaxt nəzərə alınmaqla 

verilir. 

34.3.  Tranzit  vizasının  rəsmiləşdirilməsi  üçün  təyinat  ölkəsinə  getmək  vizasının 

(təyinat ölkəsinə səfər etmək üçün vizasız rejim müəyyən olunmuş ölkələr istisna 

olmaqla)  və  müraciət  olunan  ölkədən  təyinat  ölkəsinə  getmək  üçün  nəqliyyat 

biletinin surətləri (əldə etmək mümkün olduğu təqdirdə) və ya bu səfəri təsdiq edən 

digər  məlumatlar  və  bu  Məcəllənin  36-cı  maddəsində  göstərilən  sənədlər  tələb 

olunur. 


 

Maddə 35. Viza blankında qeyd olunan məlumatlar 

35.1.  Viza  blankında  “Azərbaycan  Respublikası”  sözləri,  dövlət  gerbi,  vizanın 

seriyası və nömrəsi, növü, kateqoriyası, ölkəyə gəlişin məqsədi, viza sahibinin adı, 

soyadı,  pasportunun  nömrəsi,  cinsi,  anadan  olduğu  tarix,  vətəndaşlığı,  onunla 

gedənlərin  ümumi  sayı,  vizanın  verildiyi  yer  və  tarix,  vizanı  verən  səlahiyyətli 

şəxsin imzası və müvafiq dövlət orqanının möhürü, vizanın etibarlılıq müddətinin 

başlandığı  və  bitdiyi  tarix,  girişlərin  sayı,  vizanın  etibarlılıq  müddəti  ərzində 

gəlişlərin  sayından  asılı  olmayaraq  viza  sahibinə  ölkədə  qalmaq  üçün  icazə 

verilmiş  günlərin  cəmlənmiş  sayı,  viza  sahibinin  biometrik  identifikasiya 

tələblərinə uyğun üz təsviri əks olunur. 

35.2. Viza blankında nəzərdə tutulmuş parametrlərin adları Azərbaycan və ingilis 

dillərində yazılır. 

35.3. Viza blankının nümunəsi, təsviri və spesifikasiyası müvafiq icra hakimiyyəti 

orqanı tərəfindən təsdiq edilir. 

35.4.  Viza  blankının  fərdi  olaraq  doldurulması  qaydası  müvafiq  icra  hakimiyyəti 

orqanı tərəfindən təsdiq edilir. 

 



Maddə 36. Viza verilməsi üçün tələb olunan sənədlər 

36.1. 


Viza 

verilməsi 

üçün 

aşağıdakı 



sənədlər 

tələb 


olunur: 

36.1.1. nümunələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş ərizə-

anket; 

36.1.2.  pasport  və  ya  digər  sərhədkeçmə  sənədi  (pasportun  və  ya  digər 



sərhədkeçmə  sənədinin  etibarlılıq  müddəti  verilməsi  nəzərdə  tutulan  viza 

müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır) və onların əsas səhifələrinin 

surətləri; 

36.1.3.  biometrik  identifikasiya  tələblərinə  uyğun  iki  ədəd  rəngli  fotoşəkil 

(3x4sm); 

36.1.4.  tibbi  sığorta  şəhadətnaməsinin  surəti  (dəvət  edən  tərəf  tibbi  xidmətləri  öz 

üzərinə götürmədikdə); 

36.1.5.  viza  verilməsi  üçün  dövlət  rüsumunun  ödənilməsi  barədə  sənəd; 

36.1.6.  nümunəsi  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  təsdiq  edilmiş 

Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən 

tərəfin  vəsatəti,  dövlət  qeydiyyatı  haqqında  şəhadətnamənin  surəti  (qeyri-dövlət 

təşkilatları  üçün),  dəvətin  səbəbini  təsdiqləyən  sənəd  (tranzit,  turizm,  rəsmi  və 

şəxsi səfər vizaları üçün bu sənədlər tələb olunmur); 

36.1.7.  səfərin  məqsədindən  asılı  olaraq,  bu  Məcəllənin  25–34-cü  maddələrində 

göstərilən müvafiq sənədlər. 

36.2.  18  yaşına  çatmamış,  lakin  pasport  sahibi  olan  və  valideyni  və  ya  qanuni 

nümayəndəsi  ilə  birgə  səfər  etməyən  əcnəbilərə və vətəndaşlığı  olmayan  şəxslərə 

viza  rəsmiləşdirilməsi  üçün  bu  Məcəllənin  36.1-ci  maddəsində  qeyd  olunan 

sənədlərdən  əlavə,  notariat  qaydasında  təsdiq  olunmuş  doğum  haqqında 

şəhadətnamənin  surəti,  valideynlərin  və  ya  qanuni  nümayəndənin  icazəsi  və 

onların  şəxsiyyətlərini  təsdiq  edən  sənədlərin  surətləri  də  tələb  olunur. 

36.3.  Viza  verilməsi  üçün  alınan  dövlət  rüsumunun  məbləği  Azərbaycan 

Respublikasının müvafiq qanunu ilə müəyyən edilir. Viza verilməsi üçün ödənilən 

dövlət  rüsumu,  müraciətə  baxılmanın  nəticəsindən  asılı  olmayaraq,  geri 

qaytarılmır. 

 

Maddə 37. Vizaların rəsmiləşdirilməsi qaydası 



37.1.  Əcnəbi  və  vətəndaşlığı  olmayan  şəxs  viza  verilməsi  haqqında  vəsatətlə 

yaşadığı  ölkədə  və  ya  üçüncü  ölkələrdə  Azərbaycan  Respublikasının  diplomatik 

nümayəndəliklərinə  və  konsulluqlarına  şəxsən  və  ya  nümayəndəsi  vasitəsi  ilə 

müraciət 

edir.  

37.2.  Müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən  edilmiş  hallarda 



əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  vizanı  Azərbaycan  Respublikasının 

ərazisində ala bilərlər. 

37.3.  Viza  verilməsi  haqqında  vəsatət  elektron  müraciət  formasında  da  təqdim 

edilə bilər. 

37.4.  Viza verilməsi üçün tələb olunan  sənədlərin  siyahısı,  ərizə-anketin  forması, 

dövlət  rüsumunun  məbləği  və  ödənilməsi  qaydası,  habelə  Azərbaycan 

Respublikasının  diplomatik  nümayəndəlik  və  konsulluqlarının  olmadığı  ölkələrdə 

yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza alınması üçün müraciət 

olunmalı 

üçüncü 


ölkələrdə 

Azərbaycan 

Respublikasının 

diplomatik 




Yüklə 301,22 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə