Microsoft Word Az?rbaycan Respublikas?n?n Miqrasiya M?c?ll?si



Yüklə 301,22 Kb.
Pdf görüntüsü
səhifə8/22
tarix12.10.2018
ölçüsü301,22 Kb.
#73438
1   ...   4   5   6   7   8   9   10   11   ...   22

əcnəbilərə  və  vətəndaşlığı  olmayan  şəxslərə  verilir.  Bu  vizalarda  ölkədə  qalma 

müddəti verilən vizanın etibarlılıq müddəti ilə müəyyən edilir. 

25.2.  Rəsmi  səfər  vizası,  eyni  zamanda  Azərbaycan  Respublikasında  keçirilən 

rəsmi tədbirlərdə və görüşlərdə iştirak edəcək əcnəbilərə və vətəndaşlığı olmayan 

şəxslərə  də  verilir  və  bu  vizalarda  ölkədə  qalma  müddəti  180  günədək  müəyyən 

edilir. 


25.3.  Rəsmi  səfər  vizasının  rəsmiləşdirilməsi  üçün  əcnəbinin  və  vətəndaşlığı 

olmayan şəxsin təmsil etdiyi ölkənin və ya beynəlxalq təşkilatın rəsmi notası və ya 

Azərbaycan Respublikasının müvafiq qurumlarının vəsatəti və bu Məcəllənin 36-cı 

maddəsində göstərilən sənədlər tələb olunur. 

 

Maddə 26. İşgüzar səfər məqsədi ilə verilən giriş vizası 



26.1.  İşgüzar  səfər  vizası  Azərbaycan  Respublikasında  işgüzar  əlaqələr  və  ya 

əməkdaşlıq  qurmaq  üçün  Azərbaycan  Respublikasının  dövlət  orqanlarının, 

Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi şəxslərin və ya hüquqi şəxs 

yaratmadan  sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olan  fiziki  şəxslərin,  habelə  xarici 

hüquqi şəxslərin filial və nümayəndəliklərinin vəsatəti əsasında və ya Azərbaycan 

Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmanı təsdiq edən sənədlə gələn 

əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilir. 

26.2. İşgüzar səfər vizasında ölkədə qalma müddəti 180 günədək müəyyən edilir. 

26.3.  İşgüzar  səfər  vizasının  rəsmiləşdirilməsi  üçün  bu  Məcəllənin  36-cı 

maddəsində göstərilən sənədlər tələb olunur. 

Maddə 27. Elm və ya təhsil məqsədi ilə verilən giriş vizası 

27.1.  Elm  və  ya  təhsil  vizası  bu  sahədə  Azərbaycan  Respublikasında  fəaliyyət 

göstərən  dövlət  orqanlarının,  elmi-tədqiqat  institutlarının,  dövlət  qeydiyyatından 

keçmiş  təhsil  müəssisələrinin  vəsatəti  əsasında  elmi  fəaliyyətlə  məşğul  olmağa, 

müvafiq  konfrans,  seminar  və  digər  elmi  tədbirlərdə  iştirak  etməyə,  təhsil 

müəssisələrinə  qəbul  olunaraq  təhsil  almağa  və  ya  ixtisas  artırmağa  gələn 

əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilir. 

27.2. Elm və ya təhsil vizasında ölkədə qalma müddəti 90 günədək müəyyən edilir. 

27.3.  Elm  və  ya  təhsil  vizasının  rəsmiləşdirilməsi  üçün  şəxsin  Azərbaycan 

Respublikasında  təhsili  və  yaşayışı  ilə  bağlı  xərcləri  ödəyə  biləcək  maliyyə 

vəsaitinə  malik  olması  haqqında  müvafiq  sənəd  (Azərbaycan  Respublikasında 

əcnəbinin  və  vətəndaşlığı  olmayan  şəxsin  təhsili  vətəndaşı  olduğu  və  ya  daimi 

qeydiyyatda  yaşadığı  ölkə  tərəfindən  maliyyələşdirilmədiyi  halda)  və  bu 

Məcəllənin 36-cı maddəsində göstərilən sənədlər tələb olunur. 

 

Maddə 28. Əmək məqsədi ilə verilən giriş vizası 



28.1. Əmək vizası Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə 

məşğul olmaq niyyətində olan və bunun üçün Azərbaycan Respublikasının dövlət 

orqanlarının,  Azərbaycan  Respublikasında  fəaliyyət  göstərən  hüquqi  şəxslərin  və 

ya  hüquqi  şəxs  yaratmadan sahibkarlıq  fəaliyyəti  ilə  məşğul olan fiziki  şəxslərin, 

habelə  xarici  hüquqi  şəxslərin  filial  və  nümayəndəliklərinin  işəgötürən  tərəf 

qismində  vəsatəti  əsasında  gələn  əcnəbilərə  və  vətəndaşlığı  olmayan  şəxslərə 

verilir. 

28.2.  Əmək  vizasında  ölkədə  qalma  müddəti  90  günədək  müəyyən  edilir. 




28.3.  Əmək  vizasının  rəsmiləşdirilməsi  üçün  bu  Məcəllənin  36-cı  maddəsində 

göstərilən sənədlər tələb olunur. 

 

Maddə 29. Müalicə məqsədi ilə verilən giriş vizası 



29.1.  Müalicə  vizası  Azərbaycan  Respublikasındakı  tibb  müəssisələrinin  qəbul 

edən  tərəf  qismində  vəsatəti  əsasında  Azərbaycan  Respublikasında  müayinə  və 

müalicə  olunmağa  gələn  əcnəbilərə  və  vətəndaşlığı  olmayan  şəxslərə  verilir. 

29.2.  Müalicə  vizasında  ölkədə  qalma  müddəti  90  günədək  müəyyən  edilir. 

29.3. Müalicə vizasının rəsmiləşdirilməsi üçün dəvət edilən şəxsdə müayinə və ya 

müalicə  olunacaq  xəstəliyin  olması  barədə  tibbi  arayış  və  bu  Məcəllənin  36-cı 

maddəsində göstərilən sənədlər tələb olunur. 

 

Maddə 30. Şəxsi səfər məqsədi ilə verilən giriş vizası 



30.1.  Şəxsi  səfər  vizası  Azərbaycan  Respublikası  vətəndaşının,  Azərbaycan 

Respublikasında  daimi  yaşayan  əcnəbinin  və  ya  vətəndaşlığı  olmayan  şəxsin, 

Azərbaycan  Respublikasında  müvəqqəti  yaşamaq  üçün  icazəsi  olan  əməkçi 

miqrantın və ya təhsil alan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin (yalnız həmin 

əməkçi miqrantın və ya təhsil alan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin ailə 

üzvləri  üçün)  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  rəsmiləşdirilmiş 

dəvətnaməsi  əsasında  gələn  əcnəbilərə  və  vətəndaşlığı  olmayan  şəxslərə  verilir.  

30.2.  Şəxsi  səfər  vizasında  ölkədə  qalma  müddəti  90  günədək  müəyyən  edilir. 

30.3.  Şəxsi  səfər  vizasının  rəsmiləşdirilməsi  üçün  dəvət  edən  şəxsin  şəxsiyyətini 

təsdiq edən sənədin surəti, əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin səfəri ilə 

bağlı  maliyyə  xərclərinin  (bilet,  gündəlik  yaşayış,  tibbi  və  sair)  təminatı  barədə 

öhdəlik  və  ya  bu  xərcləri  ödəyə  biləcək  maliyyə  vəsaitinə  malik  olma  barədə 

müvafiq  sənəd,  habelə  dəvət  edilən  şəxsin  əməkçi  miqrantın  və  ya  təhsil  alan 

əcnəbi və vətəndaşlığı olmayan şəxsin ailə üzvü olmasını təsdiq edən sənəd və bu 

Məcəllənin 36-cı maddəsində göstərilən sənədlər tələb olunur. 

 

Maddə 31. Humanitar səfər məqsədi ilə verilən giriş vizası 



31.1.  Humanitar  səfər  vizası  Azərbaycan  Respublikasında  humanitar  niyyətli 

fəaliyyət  ilə  məşğul  olmaq,  humanitar  tədbirlər  keçirmək  və  ya  belə  tədbirlərdə 

iştirak  etmək  üçün  Azərbaycan  Respublikasının  dövlət  orqanlarının,  bu  sahədə 

fəaliyyət  göstərən  hüquqi  şəxslərin  qəbul  edən  tərəf  qismində  vəsatəti  əsasında 

gələn 

əcnəbilərə 



və 

vətəndaşlığı 

olmayan 

şəxslərə 

verilir. 

31.2. Humanitar səfər vizasında ölkədə qalma müddəti 90 günədək müəyyən edilir. 

31.3.  Humanitar  səfər  vizasının  rəsmiləşdirilməsi  üçün  bu  Məcəllənin  36-cı 

maddəsində göstərilən sənədlər tələb olunur. 

 

Maddə  32.  Mədəniyyət  və  idman  məqsədləri  ilə  verilən  giriş  vizası 



32.1.  Mədəniyyət  və  idman  vizası  Azərbaycan  Respublikasında  keçirilən 

mədəniyyət və idman tədbirlərində iştirak etmək üçün Azərbaycan Respublikasının 

dövlət orqanlarının, bu sahədə fəaliyyət göstərən hüquqi şəxslərin qəbul edən tərəf 

qismində  vəsatəti  əsasında  əcnəbilərə  və  vətəndaşlığı  olmayan  şəxslərə  verilir. 

32.2. Mədəniyyət və idman vizasında ölkədə qalma müddəti 60 günədək müəyyən 

edilir. 



Yüklə 301,22 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə