Microsoft Word Az?rbaycan Respublikas?n?n Miqrasiya M?c?ll?si



Yüklə 301,22 Kb.
Pdf görüntüsü
səhifə10/22
tarix12.10.2018
ölçüsü301,22 Kb.
#73438
1   ...   6   7   8   9   10   11   12   13   ...   22

nümayəndəlikləri  və  konsulluqları  barədə  məlumat  müvafiq  icra  hakimiyyəti 

orqanının, 

Azərbaycan 

Respublikasının 

xarici 

ölkələrdəki 



diplomatik 

nümayəndəliklərinin  və  konsulluqlarının  rəsmi  internet  saytlarında  və  binalarının 

qarşısında hər kəsin yaxşı görə biləcəyi lövhələrdə yerləşdirilir. 

37.5.  Vizanın  rəsmiləşdirilməsi  “Giriş-çıxış  və  qeydiyyat”  idarələrarası 

avtomatlaşdırılmış  məlumat-axtarış  sistemi  vasitəsi  ilə  həyata  keçirilir. 

37.6.  Viza  verilməsi  haqqında  əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin 

vəsatətlərinə  müraciət  olunduğu  gündən  ən  geci  on  beş  gün  keçənədək,  müvafiq 

icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hallarda, habelə əcnəbilərin və 

vətəndaşlığı  olmayan  şəxslərin  səfəri  təcili  müalicə,  yaxud  Azərbaycan 

Respublikasında  yaşayan  yaxın  qohumunun  ağır  xəstəliyi  və  ya  ölümü  ilə 

bağlıdırsa  (bu  faktları  təsdiq  edən  sənəd  təqdim  olunmaqla)  ən  geci  iki  iş  günü 

ərzində baxılır. 

37.7.  Vizanın  verilməsi  barədə  ərizənin  düzgün  doldurulması  və  tələb  olunan 

sənədlərin  tamlığı  diplomatik  nümayəndəlik  və  ya  konsulluq  tərəfindən 

yoxlanıldıqdan  sonra  həmin  məlumatlar  dərhal  “Giriş-çıxış  və  qeydiyyat” 

idarələrarası  avtomatlaşdırılmış  məlumat-axtarış  sisteminə  daxil  edilir  və 

gücləndirilmiş elektron imza ilə təsdiq edilir. 

37.8.  Viza  verilməsi  məsələsinə  baxılarkən  müvafiq  icra  hakimiyyəti  orqanı 

tərəfindən  məlumatların  düzgünlüyü  və  tamlığı  yoxlanılır,  “Giriş-çıxış  və 

qeydiyyat” 

idarələrarası 

avtomatlaşdırılmış 

məlumat-axtarış 

sisteminin 

məhdudiyyət siyahıları ilə müqayisələr aparılır, razılaşdırılma məqsədi ilə müvafiq 

icra  hakimiyyəti  orqanının  rəyi  alınır,  bu  işlərin  nəticəsindən  asılı  olaraq  qəbul 

edilən  yekun  rəy  diplomatik  nümayəndəlik  və  ya  konsulluğa  təqdim  edilir. 

37.9.  Viza verilməsi məqsədəuyğun hesab  edildikdə diplomatik  nümayəndəlik  və 

ya  konsulluq  tərəfindən  viza  blankının  fərdiləşdirilməsi,  verilməsi  və  qeydə 

alınması təmin edilir. 

37.10. Bu Məcəllənin 16.1-ci maddəsində nəzərdə tutulmuş hallarda viza verilməsi 

haqqında  vəsatət  rədd  edilir,  əvvəl  verilmiş  viza  isə  ləğv  edilir.  Təkrar  vəsatətə 

imtinanı 

doğuran 


səbəblər 

aradan 


qaldırıldıqdan 

sonra 


baxılır. 

37.11.  Viza  verilməsi  haqqında  vəsatətə  baxılmasında  süründürməçiliyə  yol 

verilməsindən  və  ya  vəsatətə  baxmaqdan  imtina  edilməsindən  əcnəbilər  və 

vətəndaşlığı  olmayan  şəxslər  inzibati  qaydada  və  (və  ya)  Azərbaycan 

Respublikasının qanunvericiliyinə əsasən məhkəməyə şikayət edə bilərlər. 

 

Maddə 38. Turistlərə verilən elektron vizalar 



38.1.  Azərbaycan  Respublikasına  gələn  turistlər  turizm  şirkətləri  vasitəsi  ilə 

elektron viza ala bilərlər. 

38.2.  Elektron  viza  almaq  üçün  əcnəbilər  Azərbaycan  Respublikasında  fəaliyyət 

göstərən  və  müvafiq  icra  hakimiyyəti  orqanında  akkreditasiyadan  keçmiş  turizm 

şirkətlərinə  birbaşa  və  ya  yaşadıqları  ölkələrdə  həmin  şirkətlərin  tərəfdaşı  olan 

turizm şirkətləri vasitəsi ilə müraciət edə bilərlər. 

38.3. 

Elektron 



vizanın 

alınması 

üçün 

Azərbaycan 



Respublikasında 

akkreditasiyadan keçmiş turizm şirkəti müvafiq icra hakimiyyəti orqanının internet 

informasiya  ehtiyatında  yerləşdirilmiş  elektron  ərizə-anketi  dolduraraq,  şəxsin 

pasportunun, fotoşəklinin və səfərin turizm məqsədi ilə həyata keçirildiyini təsdiq 




edən  sənədlərin  (turizm  vauçeri  və  ya  turizm  yollayışı,  sərnişin  bileti  və 

mehmanxanada, kempinqdə, turist bazasında və ya digər bu kimi obyektlərdə yer 

sifariş edilməsini təsdiqləyən sənəd) skan olunmuş surətlərini əlavə edir. Sənədlər 

daxil  olduqdan  sonra  onlara  bu  Məcəllənin  37-ci  maddəsi  ilə  müəyyən  edilmiş 

qaydada  ən  geci  10  gün  keçənədək  baxılır  və  viza  rəsmiləşdirilərək,  elektron 

qaydada  müraciət  edən  turizm  şirkətinin  elektron  poçt  ünvanına  göndərilir.  Viza 

verilməsindən  imtina  edildikdə,  bu  barədə  əsaslandırılmış  məlumat  verilir.  

38.4. Elektron vizanın verilməsi üçün qanunla müəyyən edilmiş  məbləğdə dövlət 

rüsumu ödənilir. 

38.5.  Çap  olunmuş  elektron  viza  pasporta  yapışdırılmır  və  dövlət  sərhədinin 

buraxılış məntəqəsindən keçərkən turist tərəfindən pasportla birgə təqdim olunur. 

Dövlət  sərhədinin  buraxılış  məntəqəsindən  keçərkən  pasportda  və  vizada  şəxsin 

Azərbaycan Respublikasının ərazisinə daxil olması və Azərbaycan Respublikasının 

ərazisini tərk etməsi barədə qeyd aparılır. 

38.6.  Elektron  qaydada  verilən  viza  blankının  təsviri  və  nümunəsi  müvafiq  icra 

hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 

38.7. Turistlər üçün elektron viza almaq hüququ olan Azərbaycan Respublikasında 

fəaliyyət  göstərən  turizm  şirkətlərinin  müvafiq  icra  hakimiyyəti  orqanında 

akkreditasiyadan  keçməsi  qaydası  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən 

müəyyən edilir. 

 

 

FƏSİL 6 



 

ƏCNƏBİLƏRİN VƏ VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏRİN AZƏRBAYCAN 

RESPUBLİKASINDA MÜVƏQQƏTİ OLMA MÜDDƏTİNİN UZADILMASI 

 

  



Maddə  39.  Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan 

Respublikasında  müvəqqəti  olma  müddətinin  uzadılması  haqqında  qərar 

39.1. Bu Məcəllənin 40-cı maddəsində  müəyyən olunmuş  hallarda əcnəbilərin və 

vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan  Respublikasında  müvəqqəti  olma 

müddəti  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  uzadıla  bilər  və  bu  barədə 

müvafiq qərar qəbul edilir. 

39.2.  Əcnəbilərin  və vətəndaşlığı olmayan  şəxslərin  Azərbaycan  Respublikasında 

müvəqqəti  olma  müddətinin  uzadılması  barədə  qərar  əcnəbilərə  və  vətəndaşlığı 

olmayan  şəxslərə  Azərbaycan  Respublikasında  müvəqqəti  olma  hüququ  verən 

rəsmi sənəddir. 

39.3. Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadılmış əcnəbilər və 

vətəndaşlığı olmayan şəxslər pasportlarını və ya digər sərhədkeçmə sənədlərini və 

müvəqqəti  olma  müddətinin  uzadılması  haqqında  qərarı  təqdim  edərək,  dövlət 

sərhədinin  buraxılış  məntəqələrindən  keçməklə,  ölkəni  tərk  edə  bilərlər. 

39.4.  Əcnəbilərin  və vətəndaşlığı olmayan  şəxslərin  Azərbaycan  Respublikasında 

müvəqqəti  olma  müddətinin  uzadılması  barədə  qərarın  təsviri,  spesifikasiyası  və 

nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 

 



Yüklə 301,22 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə