Microsoft Word Az?rbaycan Respublikas?n?n Miqrasiya M?c?ll?si



Yüklə 301,22 Kb.
Pdf görüntüsü
səhifə4/22
tarix12.10.2018
ölçüsü301,22 Kb.
#73438
1   2   3   4   5   6   7   8   9   ...   22

yaşına  çatmayan  vətəndaş  ölkədən  tək  getdikdə  valideynlərinin,  valideyn 

himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və 

ya  qəyyumunun  notariat  qaydasında  təsdiq  edilmiş  razılığı  tələb  olunur.  Həmin 

şəxslərdən  birinin  razılığı  olmadıqda,  yetkinlik  yaşına  çatmayan  vətəndaşın 

ölkədən  getməsi  məsələsi  məhkəmənin  qərarı  əsasında  həll  edilir. 

11.3.  Yetkinlik  yaşına  çatmayan  vətəndaşın  valideynlərindən  birinin  ölüm 

haqqında  şəhadətnaməsi,  ölmüş  və  ya  itkin  düşmüş  elan  edilməsi,  valideynlik 

hüququndan  məhrum  edilməsi  barədə  məhkəmənin  qərarı  və  ya  müvafiq  icra 

hakimiyyəti  orqanı  tərəfindən  verilmiş  doğum  haqqında  akt  qeydində  ata  barədə 

məlumatın  ananın  göstərişi  üzrə  yazılması  haqqında  arayış  olduqda,  digər 

valideynin  razılığı  tələb  olunmur.  Qeyd  olunan  sənədlərlə  birgə  digər  valideynin 

notariat qaydasında təsdiq edilmiş razılığını təqdim edən yetkinlik yaşına çatmayan 

vətəndaş Azərbaycan Respublikasından gedə bilər. 

11.4.  Əcnəbilər  və  ya  vətəndaşlığı  olmayan  şəxslər  tərəfindən  övladlığa 

götürülmüş Azərbaycan Respublikasının vətəndaşı olan uşaq yalnız onun övladlığa 

götürülməsi  haqqında  məhkəmənin  qanuni  qüvvəyə  minmiş  qətnaməsi  və 

övladlığa  götürmə  haqqında  şəhadətnamə  təqdim  edilməklə  qanunla  nəzərdə 

tutulmuş qaydada ölkədən gedə bilər. 

11.5.  Azərbaycan  Respublikasından  gedən  yetkinlik  yaşına  çatmayan  vətəndaşın 

həyat  və  sağlamlığına,  ölkə  hüdudlarından  kənarda  onun  hüquq  və  qanuni 

maraqlarının  qorunmasına  görə  məsuliyyət  həmin  şəxsin  valideynlərinin,  onu 

övladlığa  götürən  şəxslərin,  himayəçi  və  ya  qəyyumlarının  üzərinə  düşür. 

11.6. Yetkinlik yaşına çatmayan vətəndaşlar ölkədən qrup halında valideynlərinin, 

onları  övladlığa  götürən  şəxslərin,  himayəçi  və  ya  qəyyumlarının  müşayiəti 

olmadan  getdikdə,  qanuni  nümayəndənin  vəzifələrini  həmin  qrupun  rəhbərləri 

yerinə yetirirlər. 

 

Maddə 12. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşın ölkədən getməsi qaydası 



Fəaliyyət  qabiliyyətinin  olmaması  məhkəmə  tərəfindən  təsdiq  edilmiş  vətəndaş 

ölkədən  valideynlərinin,  onu  övladlığa  götürən  şəxslərin,  himayəçi  və  ya 

qəyyumlarının  notariat  qaydasında  təsdiq  edilmiş  vəsatəti  əsasında,  yetkinlik 

yaşına çatmış digər şəxsin müşayiəti ilə gedə bilər. 

 

Maddə  13.  Xarici  ölkədə  müvəqqəti  və  ya  daimi  yaşamaq  üçün  gedən 



vətəndaşların konsulluqlarda uçotu 

13.1.  Xarici  ölkəyə  müvəqqəti  və  ya  daimi  yaşamaq  üçün  gedən  vətəndaşlar 

Azərbaycan  Respublikasının  xaricdəki  konsulluğunda  “Giriş-çıxış  və  qeydiyyat” 

idarələrarası  avtomatlaşdırılmış  məlumat-axtarış  sistemi  vasitəsilə  uçota  alınırlar. 

Azərbaycan  Respublikası  konsulluğunun  olmadığı  xarici  ölkələrdə  (yerlərdə) 

yaşayan  vətəndaşlar yaşayış  yeri  barədə məlumatı  elektron  qaydada  müvafiq icra 

hakimiyyəti orqanına verə bilərlər. 

13.2. Vətəndaşlar xarici ölkədə yaşayış yeri üzrə qeydiyyatdan çıxaraq Azərbaycan 

Respublikasına 

qayıtdıqda, 

“Giriş-çıxış 

və 


qeydiyyat” 

idarələrarası 

avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə Azərbaycan Respublikasının 

xaricdəki konsulluğunda uçotdan çıxarılırlar. 

 



Maddə  14.  Azərbaycan  Respublikasının  ərazisindən  kənarda  yaşayan 

vətəndaşların  hüquqlarının  Azərbaycan  dövləti  tərəfindən  müdafiəsi  

Azərbaycan 

Respublikasının 

müvafiq 

dövlət 


orqanları, 

diplomatik 

nümayəndəlikləri  və  konsulluqları,  habelə  onların  vəzifəli  şəxsləri  Azərbaycan 

Respublikasının  ərazisindən  kənarda  müvəqqəti və  ya  daimi  yaşayan  Azərbaycan 

Respublikası  vətəndaşlarının  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı 

beynəlxalq  müqavilələrə,  müvafiq  xarici  dövlətin  qanunvericiliyinə,  habelə 

beynəlxalq adətlərə uyğun olaraq onlara verilmiş bütün hüquqlardan tam həcmdə 

istifadə  edə  bilmələri  üçün  tədbirlər  görməyə,  onların  qanunla  qorunan  hüquq  və 

mənafelərini  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  müdafiə  etməyə, 

Azərbaycan  Respublikası  vətəndaşlarının  pozulmuş  hüquqlarının  bərpası  üçün 

tədbirlər görməyə borcludurlar. 

 

 



 

 

FƏSİL 4 



 

ƏCNƏBİLƏRİN VƏ VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏRİN AZƏRBAYCAN 

RESPUBLİKASINA GƏLMƏSİ, AZƏRBAYCAN RESPUBLİKASINDAN 

GETMƏSİ VƏ AZƏRBAYCAN RESPUBLİKASINDA MÜVƏQQƏTİ OLMASI 

 

 

Maddə  15.  Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan 



Respublikasına 

gəlməsi 


və 

Azərbaycan 

Respublikasından 

getməsi 


15.1.  Əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  dövlət  sərhədinin  buraxılış 

məntəqələrindən  keçmək  şərti  ilə,  pasportları  və  ya  digər  sərhədkeçmə  sənədləri 

əsasında  Azərbaycan  Respublikasına  gələ  və  Azərbaycan  Respublikasından  gedə 

bilərlər. 

15.2.  Azərbaycan  Respublikasına  gəlmək  üçün  viza  tələb  olunduğu  hallarda 

əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  bu  Məcəllə  ilə  müəyyən  olunmuş 

qaydada viza almalıdırlar. 

15.3. Xarici dövlətlərlə müvafiq beynəlxalq müqavilələr bağlanmış olduğu hallarda 

əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  Azərbaycan  Respublikasına  vizasız 

qaydada gələ bilərlər. 

15.4.  Azərbaycan  Respublikasında  müvəqqəti  və  ya  daimi  yaşamaq  üçün  icazə 

almış  əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  pasportları  və  ya  digər 

sərhədkeçmə  sənədləri  və  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti 

orqanı  tərəfindən  verilmiş  müvəqqəti  və  ya  daimi  yaşamaq  üçün  icazə  vəsiqələri 

əsasında  Azərbaycan  Respublikasından  gedə  və  viza  almadan  Azərbaycan 

Respublikasına qayıda bilərlər. 

15.5.  Azərbaycan  Respublikasında  qaçqın  statusu  almış  əcnəbilər  və  vətəndaşlığı 

olmayan şəxslər onlara Azərbaycan Respublikasının hüdudlarından kənara getmək 

üçün  verilən  “Yol  sənədi”  əsasında  Azərbaycan  Respublikasından  gedə  və  viza 

almadan Azərbaycan Respublikasına gələ bilərlər. 

 



Yüklə 301,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə