Microsoft Word Azrbaycanda inhisarclq faliyytinin dovlt tnzimlnmsi mexanizmi V onun tkmillsdirilmsi probleml doc



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə13/22
tarix01.04.2018
ölçüsü0,52 Mb.
#35567
1   ...   9   10   11   12   13   14   15   16   ...   22

38 

 

yoxlamaların  95,6%-də  nöqsan  aşkar  edilmişdirsə  bu  göstərici  2013-cü  ilin 



müvafiq dövrü ərzində 88,9% olmuşdur.  

Aparılan  nəzarət  tədbirləri  zamanı  ticarət,  ictimai  iaşə,  məişət  və  digər  növ 

xidmət  fəaliyyəti  ilə  məşğul  olan  təsərrüfat  subyektləri  tərəfindən  aşağıdakı 

pozuntulara  yol  verilməklə  istehlakçıların  hüquqlarının  pozulduğu  aşkar 

olunmuşdur: 

-

  saxlama müddəti ötmüş malların satışı; 

-

  mənşəyi məlum olmayan malların satışı; 

-

  keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə 

uyğun olmayan malların satışı; 

-

  malların qaytarılması və ya dəyişdirilməsi qaydalarına əməl edilməməsi; 

-

  müqavilələrə istehlakçıların hüquqlarını məhdudlaşdıran şərtlərin daxil 

edilməsi; 

-

  müqavilə və zəmanət öhdəliklərinə əməl edilməməsi və s.  

Süni  qiymət  artımının  qarşısının  alınması,  əhalinin  artan  tələbatının  daha 

dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması məqsədilə Dövlət 

Xidməti və digər aidiyyəti dövlət orqanlarının birgə təşkilatçılığı ilə Bakı şəhərində 

Novruz Bayramı ilə əlaqədar 8, Qurban Bayramı ilə əlaqədar 29, Yeni il bayramı 

ilə  əlaqədar  8  müxtəlif  yerlərdə  bazarla  müqayisədə  daha  ucuz  qiymətə  ərzaq 

mallarının,  kənd  təsərrüfatı  məhsullarının  və  diri  qoyunların  satış  yarmarkaları 

təşkil olunmuşdur.  

Əhali tərəfindən daha çox istifadə olunan malların - 57 adda ərzaq malları, 26 

adda tərəvəz məhsulları və 49 adda tikinti materiallarının orta bazar qiymətlərinin 

səviyyəsi,  dinamikası  və  dəyişmə  meylləri  barədə  məlumatların  toplanması  və 

təhlili  məqsədi  ilə  ölkənin  bütün  regionlarını  əhatə  edən  mütəmadi  monitorinqlər 

davam etdirilimişdir.  

Toplanmış  məlumatlar  müntəzəm  olaraq  təhlil  edilmiş,  qiymətlərində 

dəyişikliklər  qeydə  alınmış  məhsullar  üzrə  bunun  səbəbləri  araşdırılmış  və 

nəticələrindən  asılı  olaraq  qanunvericilikdə  nəzərdə  tutulmuş  tədbirlər 




39 

 

görülmüşdür.  



Taxıl  məhsullarının  süni  qiymət  artımının  qarşısının  alınması  məqsədilə 

çörəyin  və  unun  qiymətinin  bütün  regionlarda  mütəmadi  monitorinqləri  davam 

etdirilimişdir.  

Yeni  dərs  ilinin  başlanması  ilə  əlaqədar  süni  qiymət  artımının  qarşısının 

alınması  məqsədilə  məktəbli  geyimi  və  ləvazimatlarının  satıldığı  obyektlərdə 

gündəlik monitorinqlər keçirilmişdir.  

Hesabat  dövründə  aparılmış  monitorinqlər  zamanı  süni  qiymət  artımı  qeydə 

alınmamışdır. Məhkəmə prosesləri, icra üzrə icraat, icraya nəzarət barədə məlumat 

2013-cü  ildə  Dövlət  Xidmətinin  cavabdeh  qismində  cəlb  edildiyi  430  iş  üzrə 

məhkəmə prosesləri keçirilmişdir. Hesabat dövründə 378 iş üzrə məhkəmə baxışı 

tamamlanmış,  baxılan  87  iş  üzrə  Dövlət  Xidmətinin  qərarından  verilən  şikayət 

təmin olunmamış, 71 iş üzrə cərimə məbləği azaldılmış, 217 iş üzrə inzibati cərimə 

xəbərdarlıqla  əvəz  edilmiş,  1  iş  üzrə  Dövlət  Xidmətinin  qərarı  əsasında  tətbiq 

olunmuş  maliyyə  sanksiyası  ləğv  edilmiş,  2  iş  üzrə  qərar  və  göstəriş  ləğv 

edilmişdir.  Qalan  52  iş  üzrə  məhkəmə  prosesi  hazırda  davam  edir.  Dövlət 

Xidmətinin  tətbiq  etdiyi  maliyyə  sanksiyasının  ləğv  edilməsi  ilə  bağlı  1  iş  üzrə 

Bakı Apellyasiya Məhkəməsinin gəldiyi nəticə Ali Məhkəmənin qərarı ilə qüvvədə 

saxlanılmış, inzibati cərimə tətbiq edilməsi ilə bağlı Dövlət Xidmətinin 2 qərarının 

ləgv  edilməsi  ilə  bağlı  işlər  üzrə  qərardan  Dövlət  Xidmətinin  kassasiya  şikayəti 

vermək hüququ olmadığından apellyasiya instansiya məhkəməsinin qərarı qüvvədə 

qalmışdır.  Antiinhisar  qanuvericiliyinin  pozulmasına  görə  tətbiq  edilmiş  maliyyə 

sanksiyalarını  ödəməmiş  və  ya  tam  həcmdə  ödəməmiş  33  təsərrüfat  subyekti 

barəsində  ödənilməmiş  maliyyə  sanksiyasının  və  vaxtında  ödənilmədiyi  üçün 

penyanın  tutulmasına  dair  iddia  ərizəsi  hazırlanaraq  aidiyyəti  üzrə  məhkəməyə 

göndərilmişdir.  

Hesabat  dövrü  ərzində  məhkəmədə  baxılan  2  iş  üzrə  Dövlət  Xidmətinin 

maliyyə sanksiyası və peniyanın tutulması barədə iddiası təmin olunmuş, 5 iş üzrə 

peniyanın məbləği azaldılmışdır.  




40 

 

Azərbaycan Respublikası  nzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə 



əsasən barələrində inzibati cərimə tətbiq edilmiş 1115 təsərrüfat subyekti haqqında 

Dövlət  Xidmətinin  qanuni  qüvvəyə  minmiş,  lakin  icra  edilməmiş  qərarları  (o 

cümlədən  əvvəlki  dövrdə  aparılmış  yoxlamaların  nəticələri  üzrə  439  qərar) 

müvafiq qaydada icra olunmaq üçün məhkəmə icraçılarına göndərilmişdir.  

Vətəndaşlardan  daxil  olan  ərizə  və  şikayətlərə  baxılması  ilə  bağlı  görülmüş 

işlər  Dövlət  Xidmətinə  2013-cü  il  ərzində  ümumilikdə  4505  müraciət  daxil 

olmuşdur. 2012-ci ildən baxılması davam edən 48 müraciət (35 müraciət istehlakçı 

hüququ,  13  müraciət  isə  digər  məsələlərlə  bağlı)  də  nəzərə  alınmaqla  hesabat 

dövründə  ümumilikdə  4553  müraciətə  baxılmışdır.  Onlardan  1699  müraciət 

istehlakçı hüquqları ilə bağlı, 2854 müraciət isə digər məsələlərlə bağlı olmuşdur.  

stehlakçı hüquqları ilə bağlı baxılmış 1699 müraciət üzrə 844 halda müraciət 

təmin  olunmuş,  46  halda  araşdırma  aparılmış  və  ərizələrdə  qeyd  olunan  faktlar 

aşkar  edilməmiş,  473  halda  vətəndaşlara  qanunamüvafiq  izahat  və  tövsiyə 

verilmiş, 34 halda ərizə baxılması üçün aidiyyəti orqanlara göndərilmiş, 21 halda 

aidiyyəti  üzrə  müraciət  etmələri  tövsiyə  olunmuş,  3  halda  zəruri  sənədlər  təqdim 

edilmədiyindən müraciətə baxılması dayandırılmış, 85 halda müraciət işə alınmış, 

193 müraciət üzrə araşdırmalar davam etdirilir.  

stehlakçı hüquqları ilə bağlı baxılmış müraciətlərin sayı ötən illə müqayisədə 

1060  müraciət  və  ya  2,66  dəfə,  təmin  olunmuş  istehlakçı  müraciətlərinin  sayı  is 

529  müraciət  və  ya  2,68  dəfə  artmışdır.  Digər  məsələlərlə  bağlı  baxılmış  2854 

müraciət üzrə 2475 halda müraciət təmin olunmuş, 9 halda araşdırma aparılmış və 

ərizələrdə  qeyd  olunan  faktlar  aşkar  edilməmiş,  153  müraciət  müvafiq  qaydada 

izahat  verilməklə  cavablandırılmış,  47  halda  ərizə  baxılması  üçün  aidiyyəti 

orqanlara göndərilmiş, 29 halda müraciətlə bağlı rəy və təklif verilmiş, 33 təqdim 

edilmədiyindən  müraciətə  baxılması  dayandırılmış,  77  halda  müraciət  işə 

alınmışdır. 15 müraciətə baxılması davam etdirilir.  

Digər  məsələlərlə  bağlı  baxılmış  müraciətlərin  sayı  ötən  illə  müqayisədə  92 

müraciət və ya 3,3 faiz artmış, təmin olunmuş müraciətlərinin sayı isə 48 müraciət 




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə