Microsoft Word Azrbaycanda inhisarclq faliyytinin dovlt tnzimlnmsi mexanizmi V onun tkmillsdirilmsi probleml doc



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə12/22
tarix01.04.2018
ölçüsü0,52 Mb.
#35567
1   ...   8   9   10   11   12   13   14   15   ...   22

35 

 

azalmış, qanun pozuntusu aşkar edilmiş nəzarət tədbirlərinin sayı isə 27 yoxlama 



və  ya  26,7  faiz  azalmışdır.  Hesabat  dövründə  69  təsərrüfat  subyekti  barəsində 

antiinhisar  qanunvericiliyinin  pozulması  əlamətləri  üzrə  iş  qaldırılmışdır.  Bu 

işlərdən 52-si aparılmış nəzarət tədbirləri zamanı, 15-i isə daxil olmuş müraciətlər 

və  K V-də  yayımlanan  məlumatlarla  bağlı  Dövlət  Xidmətində  aparılmış 

araşdırmalar  nəticəsində  aşkar  edilmiş  qanun  pozuntusu  əlamətləri  üzrə 

qaldırılmışdır.  

Hesabat dövründə qaldırılmış işlərin sayı ötən illə müqayisədə 16 iş və ya 19, 

3 faiz azalmışdır.  

2013-cü ilin 12 ayı ərzində 79 işə baxılması başa çatdırılmışdır. Bu işlərdən 

59-u hesabat dövründə qaldırılmış, 20-si isə keçən ildən davam edən işlərdən ibarət 

olmuşdur.  

l ərzində baxılması başa çatmış işlərin sayı ötən illə müqayisədə 5 iş və ya 6, 

8 faiz artmışdır. Baxılması başa çatmış işlər üzrə 62 təsərrüfat subyektinə 2145,9 

min manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə müvafiq icrası məcburi 

göstərişlər  verilmişdir.  Hesabat  dövründə  qaldırılmış  işlər  üzrə  50  təsərrüfat 

subyektinə  305,8  min  manat,  əvvəlki  ildən  davam  edən  işlər  üzrə  12  təsərrüfat 

subyektinə  1840,1  min  manat  məbləğində  maliyyə  sanksiyası  tətbiq  edilmişdir. 

Hazırda 8 işə baxılması davam edir.  

Yoxlamalar  zamanı  təsərrüfat  subyektləri  tərəfindən  aşağıdakı  formalarda 

antiinhisar  qanunvericiliyinin  pozulduğu  və  haqsız  reklama  yol  verildiyi  aşkar 

edilmişdir: 

-

  müvafiq sertifikatları olmadan, sertifikatlaşdırılan malların istehsalı; 

-

  məhsulların etiketlərində istehlakçılara yanlış məlumatların verilməsi; 

-

  istehlakçıların  seçmə  sərbəstliyinə  təsir  göstərən  qanunsuz  reklam 

üsullarından istifadə edilməsi və s.  

Taxıl  məhsullarınnın  keyfiyyətinə  və  təhlükəsizliyinə  dövlət  nəzarətinin 

həyata  keçirilməsi  ilə  bağlı  görülmüş  işlər.  “Taxıl  məhsullarının  keyfiyyətinə  və 

təhlükəsizliyinə  nəzarətin  həyata  keçirilməsi  qaydaları  haqqında  Əsasnamə”yə 




36 

 

uyğun olaraq 21 iri taxılçılıq subyektində anbarda olan buğdadan və istehsal edilən 



unlardan nümunələr götürülərək laborator şəraitdə qiymətləndirilmişdir.  

Götürülmüş buğda nümunələrinin laborator müayinəsi zamanı onların III sinif 

ərzaq  buğdası  üçün  müəyyən  edilmiş  göstəricilərə  uyğun  olduğu  müəyyən 

edilmişdir.  Bununla  yanaşı  bu  müəssisələrdən  8-nin  istehsalı  olan  un 

nümunələrindən  hazırlanmış  çörəklərdə  36  saatdan  sonra  kartof  xəstəliyi  ilə 

yoluxma aşkar edilmişdir. Bununla əlaqədar, istehsalın qanunvericiliyin tələblərinə 

uyğunlaşdırılması  ilə  bağlı  zəruri  tədbirlər  həyata  keçirilməsi  barədə  həmin 

müəssisələrə müvafiq göstərişlər verilmişdir. Göstərişlərin icrası ilə bağlı görülmüş 

işlər  barədə  müəssisələr  tərəfindən  məlumatlar  verildikdən  sonra,  istehsal  olunan 

unlardan  təkrar  nümunələr  götürülmüş  və  laborator  müayinələr  nəticəsində  bu 

unların normativ sənədlərin tələblərinə uyğun olduğu müəyyən edilmişdir. Bundan 

başqa Bakı şəhəri və respublikanın regionları üzrə 64 çörək istehsalı müəssisəsində 

istehsal  edilən  çörəklərdən  götürülmüş  nümunələrin  laborator  qaydada  müayinəsi 

zamanı kənarlaşma aşkar edilməmişdir.  

Satışda  olan  çörəklərin  keyfiyyətinə  nəzarət  məqsədilə  mağazalarda  satılan 

çörəklərdən 2013-cü  il  ərzində  Bakı  şəhəri  və  respublikanın  regionları  üzrə  1752 

nümunə  götürülərək  laborator  şəraitdə  müayinə  olunmuş  və  bu  çörəklərin 

keyfiyyət  və  təhlükəsizlik  göstəricilərinin  standartların  tələblərinə  uyğun  olduğu 

müəyyən edilmişdir.  

Bundan  başqa  istehlakçılardan  daxil  olmuş  müraciətlər  əsasında  4  çörək 

istehsalı müəssisəsində taxıl məhsullarınnın keyfiyyətinə və təhlükəsizliyinə dövlət 

nəzarətinin həyata keçirilməsi məqsədi ilə yoxlama aparılmışdır. Yoxlama zamanı 

bu müəssisələrdə çörəyin texnoloji təlimat olmadan istehsal edildiyi və çörəklərin 

markalanmasının  normativ  texniki  sənədlərin  tələblərinə  uyğun  həyata 

keçirilmədiyi  müəyyən  edilmişdir.  Bununla  əlaqədar  həmin  təsərrüfat 

subyektlərinə qanun pozuntularının aradan qaldırılması barədə göstərişlər verilmiş 

və icrası təmin edilmişdir.  

Mənşəyi  məlum  olmayan,  saxlama  müddəti  ötmüş,  qanunvericiliyə  uyğun 




37 

 

olaraq  sertifikatlaşdırılmalı  olan,  lakin  sertifikatlaşdırılmamış,  etiketlənməsi, 



keyfiyyət  və  təhlükəsizlik  göstəriciləri  normativ  sənədlərin  tələblərinə  uyğun 

olmayan  keyfiyyətsiz  və  təhlükəli  ərzaq  və  qeyri-ərzaq  mallarının  satışının 

qarşısının  alınması,  eyni  zamanda  qiymət  intizamına  əməl  olunmasına  nəzarət 

məqsədi ilə hesabat dövründə 2535 yoxlama aparılmış və bu yoxlamalardan 2254-

də mövcud qanunvericiliyin tələblərinin pozulduğu aşkar edilmişdir.  

Aparılmış  yoxlamaların  sayı  ötən  illə  müqayisədə  182  yoxlama  və  ya  7,73 

faiz,  pozuntu  aşkar  edilmiş  yoxlamaların  sayı  isə  5  yoxlama  və  ya  0,2  faiz 

artmışdır.  

Qanun  pozuntularına  yol  vermiş  sahibkarlıq  subyektləri  barəsində 

Azərbaycan  Respublikası  nzibati  Xətalar  Məcəlləsinin  müvafiq  maddələrinə 

əsasən  inzibati  qaydada  tədbirlərin  görülməsi  məqsədi  ilə  hesabat  dövründə 

ümumilikdə  2213  qərar  qəbul  edilmişdir  (o  cümlədən  əvvəlki  dövrdə  aparılmış 

yoxlamaların  nəticələri  üzrə  39  qərar).  Barəsində  qərar  qəbul  edilmiş  1049 

təsərrüfat  subyektinə  ümumilikdə  1640,7 min  manat  (o  cümlədən  əvvəlki  dövrdə 

aparılmış  yoxlamaların  nəticələri  üzrə  25  təsərrüfat  subyektinə  42,5  min  manat) 

məbləğində  inzibati  cərimə  tətbiq  edilmişdir.  Bundan  başqa  1164  təsərrüfat 

subyektinə (o cümlədən əvvəlki dövrdə aparılmış yoxlamaların nəticələri üzrə 14 

təsərrüfat subyektinə) xəbərdarlıq olunmuşdur.  

Hesabat  dövründə  aparılmış  yoxlamalar  zamanı  qanun  pozuntusu  aşkar 

edilmiş 80 yoxlamanın nəticələri üzrə işlərə baxılması davam edir.  

2013-cü  ildə  aparılmış  nəzarət  tədbirləri  zamanı  ümumilikdə  34,8  ton 

müxtəlif  növ  istehlak  üçün  yararsız  ərzaq  və  qeyri  ərzaq  malları  satışdan 

çıxarılaraq  müvafiq  qaydada  məhv  edilmişdir.  Aparılmış  nəzarət  tədbirlərinin 

sayının  ötən  illə  müqayisədə  7,73%  (və  ya  182  yoxlama)  artmasına  baxmayaraq 

satışda aşkar edilmiş istehlak üçün yararsız ərzaq və qeyri ərzaq mallarının həcmi 

20,0% (və ya 8,7 ton) azalmışdır.  

Bununla  yanaşı  nöqsan  aşkar  edilmiş  yoxlamaların  xüsusi  çəkisi  də  7,0% 

azalmışdır.  Belə  ki,  əgər  ötən  ilin  yanvar-dekabr  ayları  ərzində  aparılmış 




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə