|
Microsoft Word b vahabzade 11. 12. 2014. doc
|
səhifə | 12/32 | tarix | 25.06.2018 | ölçüsü | 0,65 Mb. | | #51459 |
|
BULUDXAN XƏLİLOV
––– 44 –––
“qan tutan kimi” tutdu. Şeirlərdəki bədii-fəlsəfi ümu-
miləşdirmə bütün ruhumu titrətdi. Dərsim qurtaran-
dan sonra evimizə getdim, çörək yeməmiş stolumu-
zun arxasında əyləşib Bəxtiyar müəllimə məhəbbət,
heyranlıq və hətta pərəstişkarlıqla dolu bir məktub
yazdım, onun gözəl şeirləri haqqında dərin oxucu
təəssüratlarımı bildirdim. Təbii ki, bu məktubda hər
bir söz ürəyimin, ruhumun, estetik zövqümün, canlı,
təmənnasız, son dərəcə emosional təəssüratları ilə
yoğrulmuşdu. Mən şairin ev ünvanını da bilmirdim.
Məktubda öz şeirlərimdən bir neçəsini də yazmışdım
və pərəstiş etdiyim bu şairdən xahiş edirdim ki, bu
yazılarım haqqında öz fikrini bildirsin. Məktubu
birbaşa Yazıçılar İttifaqının ünvanına göndərdim, çox
çəkmədi ki,böyük şairimizdən cavab məktubu gəldi.
Məktubu təbii ki, acgözlüklə oxudum. Etiraf edirəm ki,
şairin mənim yazılarım haqqında müsbət fikrini
oxuyanda sevincim yerə-göyə sığmadı... Məktubun
sonunda Bəxtiyar müəllim bu sözləri də yazmışdı ki,
“Bakıya gələndə məni görərsən”. O, öz ev ünvanını
da yazmışdı. Mən həmin il universitetə imtahan ver-
məyə hazırlaşırdım və söz vermişdim ki, qəbul ol-
masam, Bəxtiyar müəllimlə görüşməyəcəyəm... Həmin
il universitetə qəbul oldum və bir neçə gündən
sonra qərara gəldim ki, Bəxtiyar müəllimgilə gedim.
Mən artıq onun ünvanını bilirdim (Bəxtiyar müəllim
o vaxt Hüsü Hacıyev küçəsindəki mənzilində yaşa-
yırdı). Bəxtiyar müəllim məni hörmətlə qarşıladı.
Mən onun üzündə heç bir rəsmiyyət, təkəbbür, özün-
dən razılıq ifadəsi hiss etmədim. Yoldaşı Dilarə xa-
nım da böyük alicənablıq göstərdi. Mən bu hörmət
qarşısında xəcalət çəkirdim və tər tökürdüm. On-
BƏXTİYAR VAHABZADƏNİN PEDAQOJİ GÖRÜŞLƏRİ
––– 45 –––
ların təbii insanlıq münasibətləri məni bir qədər sı-
xıntıdan xilas etdi. O, mənimlə bir qədər söhbət elə-
di və sonra soruşdu: Sən Bakıya ancaq məni gör-
mək üçünmü gəlmişdin? Cavab verdim ki, “Xeyr, mən
Universitetə imtahan vermək üçün gəlmişdim və qə-
bul oldum”. O, gülümsündü və soruşdu: Bəs nə
əcəb əvvəlcə mənim yanıma gəlmədin? Mən ona bil-
dirdim ki, əgər Universitetə qəbul olmasaydım Sizin-
lə görüşməyəcəkdim. O soruşdu: “Niyə?” Mən də ca-
vab verdim ki, elə olsaydı, mənim Sizə kənddən yaz-
dığım məktubun səmimiyyətinə heç kim inanmazdı.
Hiss elədim ki, mənim bu hərəkətim onun xoşuna
gəlib. O, gülümsündü və belə bir əhvalat danışdı:
“Günlərin bir günü, rayonların birindən bizə bir
cavan oğlan gəldi. O, dibçəkdə yetişən bir limon gə-
tirmişdi. Limon meyvə ilə dolu idi. Mən bu “hədiyyə-
dən” imtina etmək istədim, lakin bu oğlan məni
inandırmağa çalışdı ki, mən sizin bir pərəstişkarınız
kimi gəlmişəm. Mən ona inandım. Bundan təqribən
beş-altı gün keçəndən sonra həmin oğlan yenə bizə
gəldi və məndən xahiş etdi ki, mən bir neçə gündən
sonra Universitetə imtahan verəcəyəm, çox xahiş
edirəm, mənə kömək edəsiniz. Təbii ki, mən hirslən-
dim və onun gətirdiyi limon ağacını geri qaytardım!
İndi, bala, mən sənin səmimiyyətinə inandım!”
Universitetin filologiya fakültəsində Bəxtiyar
müəllim bizə dərs deyirdi. Biz fəxr edirdik ki, o döv-
rün görkəmli alimləri, o cümlədən Bəxtiyar müəllim
bizə dərs deyir. Onun mühazirələri şablon və trafa-
retdən, rezenyorluqdan, soyuq pedomtizmdən, süni
professor ədalarından, diletantlıqdan, əzbərçilikdən,
soyuq konyunkturluqdan çox-çox uzaq idi. Biz onun
BULUDXAN XƏLİLOV
––– 46 –––
dedikləri həqiqətləri udub, həzm edə bilirdik. O, həm
ürəyimizi, həm də beynimizi hərəkətə gətirir, təfəkkü-
rümüzdə, təəssüratlarımızda ciddi intibah yaradır və
bizi boş, mənasız, çılpaq fikir səltənətindən uzaqlaşdı-
rırdı. Onun mühazirələrini dinləməyə başqa institut-
lardan da azad dinləyicilər gəlirdi. Onun fikirləri bi-
zim beynimizə sanki mismarlanırdı. Çünki o, ancaq
həqiqəti deyirdi. Tələbəlik illərində Bəxtiyar müəllim
mənim şeirlərimdən xoşuna gələnləri çap olunma-
sına kömək edirdi. 1968-ildə isə “Ulduz” jurnalında
mənim şeirlərim haqqında “Uğurlu yol” da yazdı və
təbii ki, mən buna çox sevindim. O, zaman televizi-
yada “Şeir sevənlər məclisi” adlı bir veriliş gedir-
di. O, məni bir gənc şair kimi televiziyaya apardı
və mən orada bir neçə şeir oxudum. Mən gizlində
də olsa, fəxr edirdim ki, həmin məclisdə bizim böyük
sənətkarlarımız Osman Sarıvəlli, Mikayıl Rzaquluzadə
və istedadlı şairimiz Bəxtiyar Vahabzadənin yanın-
da şeir oxumuşdum. Günlər, illər keçdi. Mən 1969-cu
ildə Universiteti bitirdim və təyinatla öz doğma ra-
yonumuza – İsmayıllıya təyinat aldım. Rayonun Bas-
qal kəndində Azərbaycan dili və ədəbiyyatından dərs
dedim. Bir gün B.Vahabzadədən mənə bir məktub
gəldi. O, məsləhət görürdü ki, mən Bakıya gəlim və
aspiranturaya imtahan verim. Bu böyük alicənablıq,
qayğıkeşlik və humanizm idi. Mən Bakıya gəldim,
aspiranturanın qiyabi şöbəsinə imtahan verib qəbul
oldum. Mövzu götürdüm, işlədim, müdafiə etdim.
1978-ci ildə Bəxtiyar müəllim şəxsən özü mənim
şeirlərimdən seçib götürdüyü bir balaca kitabçalıq
şeirləri qovluğa qoyub “Gənclik” nəşriyyatına apar-
dı, plana saldırdı. ... 1978-ci ildə mənim kiçik bir
Dostları ilə paylaş: |
|
|