Microsoft Word Baba -edebiyyatda lirik nov doc



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə30/42
tarix16.08.2018
ölçüsü0,89 Mb.
#63610
1   ...   26   27   28   29   30   31   32   33   ...   42

 

 

132



şeirimiz tarixində əsas yer tutur.  

Məhəbbət və gözəllik qəzəl  şeirinin  əsas mövzusudur. 

Nəsimi, Xətayi, Füzuli kimi klassik şairlərimizin 

yaradıcılığında ictimai-fəlsəfi mövzulara da geniş yer 

verilmişdir.  

Azərbaycan  ədəbiyyatında qəzəl  şeirinin  ən böyük 

ustadı M.Füzulidir. Füzulinin qəzəllərində istifadə etdiyi 

təşbehlər, məcazlar tamamilə yeni və bənzərsizdir. Odur ki, 

böyük şair məhəbbət mövzusunda yazdığı qəzəlləri ilə qəlbin 

dialektikasını açmağa nail olmuşdur. Ümumiyyətlə, qəzəl 

yazmaq, yüksək sənətkarlıq tətəl edir. Aşiqin öz məhəbbəti 

yolunda çəkdiyi iztirablar, onun bu yolda göstərdiyi 

fədakarlığı, hicran dərdi, vüsal sevinci Füzuli qəzəllərinin 

əsas-aparıcı motivini təşkil edir.  

Qəzəl öz quruluşuna görə  əsasən 5, 7, 9, 11 beytdən 

ibarət olur. Qəzəlin 1-ci beyti həmqafiyə olur. Qalan 

beytlərdə isə 1-ci misra sərbəst buraxılır, 2-ci misra isə 

qəzəlin 1-ci beyti ilə həmqafiyə olur.  



Olsaydı məndəki qəm Fərhadi-mübtəladə, /a/ 

Bir ah ilə verərdi min Bisütunu badə. /a/ 

 

Versəydi ahi-Məcnun fəryadımın sədasın, /b/ 

Quşmu qərar edərdi başındakı yuvadə? /a/ 

 

Fərhada zövqi-surət, Məcnuna seyri-səhra,  /v/ 

Bir rahət içrə hər kəs, ancaq mənəm bəladə  /a/ 

 

Gəh qəmzən içmək istər qanımı, gah çeşmin, /q/ 

Qorxum budur ki, nəgah qanlar olar aradə  /a/ 

 

 

 



133

Gər görməmək dilərsən rəsmi-cəfa, Füzuli,  /d/ 

Olma vəfaya talib dünyai-bivəfadə.  

/a/ 

 

Qəzəlin ilk beyti mətlə, son beyti isə  məqtə adlanır. 



Şairlər qəzəlin son beytində özlərinin təxəllüsünü verirlər. 

Azərbaycan ədəbiyyatında Füzulidən sonra qəzəl şeirinin ən 

böyük ustadı S.Ə.Şirvani hesab olunur. Müasir ədəbiy-

yatımızda S.Vurğun, S.Rüstəm, B.Vahabzadə, M.Seyidzadə, 

Ə.Vahid qəzəl  şeirinin məzmunca rəngarəng, çağdaş 

nümunələrini yaratmışlar.  



Qəsidə – Şərq poeziyasında, eləcə  də klassik 

Azərbaycan  şeirində lirik növün əsas janrlarından biri də 

qəsidədir. Qəsidədə müəyən bir hadisə,  əhvalat qəhrəman, 

şəxsiyyət yüksək təntənəli üslubda tərif edilir, vəsf olunur. 

Qədim dövrlərdə  əsasən tərif məqsədilə yazılan qəsidələr 

zaman keçdikcə ictimai həyatın daha geniş sferalarını  əhatə 

edir, mövzu və məzmunca zənginləşir.  

Xaqaninin qəsidələrində dövrünün ayrı-ayrı 

hökmdarlarının mədh olunmasına geniş yer verilməsi ilə 

yanaşı, yaşadığı dövrün ictimai ziddiyyətlərini  əks etdirən 

qəsidələrə  də rast gəlirik.  Şairin məşhur «Qəsideyi-siniy-

yə»sində müxtəlif amala, əqidəyə malik iki insan obrazı 

canlandırılır.  İnsanları pislikdən,  şər işlərdən uzaq olmağa 

çağırır.  

Məlumdur ki, qəsidə saray ədəbiyyatının  əsas 

janrlarından biridir. Qəsidənin yüksək təntənəli üslubu, şeir 

dilinin ritorikliyi, mübaligəli təsvir və  tərənnüm cəhəti də 

məhz saray ədəbiyyatının xüsusiyyətlərindən irəli gəlir. 

N.Gəncəvinin müasirlərindən olan İzəddin  Şirvani təbiətin 

gül açan baharı  fəsli, çəməni, bağı, gül, yasəməni təsvir 




 

 

134



edərkən də bundan dövrünün şahını  tərif etmək məqsədi 

güdmüşdür.  



Çəmənə badi-səba müşkünü etdikcə nisar, 

Güllərin ətri məni uyğudan etdi bidar…  

Cəmşidin möhrü kimi hökmün edərdi izhar. 

Zülm görmüşlər onun ədli ilə rahətdir,  

Evlərində hamı azadə keçirdir ruzgar.  

Elə şahdır bu müzəffər atası-hərb günü 

Qaldırar çərxi-fələkdən iti şəmşiri buxar.  

Atının nəli yürüş vaxtı qopardıqca şərər 

Doqquzuncu fələkin sahəsi ulduzla dolar.  

Afərinlər sənə şahim – göyə bir qıy vursan, 

Heybətindən karıxıb dağ kimi olmaz səyyar… 

O günəş rəyli, ay üzlü taxtından.  

Öz xoşilə bu qulun verməmiş hicranə qərar

1

 

N.Gəncəvinin qəsidələrində sayca az olmasına 



baxmayaraq, ictimai həyatın  ən vacib məsələləri öz bədii, 

fəlsəfi  əksini tapır. «Nizaminin ictimai-fəlsəfi qəsidələri sö-

zün həqiqi mənasında yüksək ictimai-fəlsəfi lirika 

nümunələri olub, şairin hökmdar və cəmiyyət, mühit və fərd, 

elm və din, ağıl və zaman kimi problemlər  ətrafında 

düşüncələrini əks etdirir»

2



Qəsidənin poetik, ənənəvi xüsusiyyətlərini nəzərə alan 



Nizaminin də  qəsidələrində qüvvətli pavos, tərif, təntənə 

hissi güclüdür. Lakin Nizami saray şairi olmadığı üçün onun 

qəsidələrində  şərə, pisliyə qarşı mübarizə,  əxlaqi-didaktik 

                                                           

1

 Щикмят хязиняси. «Маариф» няшриййаты, 1992, сящ. 60-61.  



2

  Я.Сяфярли,  Х.Йусифов.  Гядим  вя  орта  ясрляр  Азярбайъан  ядя-

биййаты, Бакы, «Маариф», 1982. 

 

 



135

motivlər çox güclüdür. Şairin «Qocalıq» qəsidəsi onun həyat 

haqqında, ömür-gün, insanlıq, yaşayış haqqında 

düşüncələrinin yekunudur.  



Bu çəməndə qocalıqdan belim döndü kamana, 

Bundan sonra bu budaqdan yetişərmi bar mana? 

Ağacımdan bir kimsəyə nə meyvə var, nə kölgə, 

Yarpağımı, məhsulumu, fələk verdi küləyə.  

Sandığımda gövhərlərin qalmadı bəxt ulduzu! 

Umudsuzluq göylərində doğdu sabah ulduzu,  

Ağ tüklərdən qar yığıldı başım üstə qalandı,  

Vücudum bir çardaq kimi yatmasın ah, amandı! 

Mən ki səfər yolçusuyam, hörmətim var, a dostlar, 

Onun üçün gözlərimdən yanağıma yaş axar. 

Ömrüm keçdi, günahkarlıq qazanmışam dünyada, 

Ona görə layiq oldum xəcalətli bir ada

1

 

Qəsidə şeirinin klassik nümunələrini yaradan görkəmli 



sənətkarlardan biri də M.Füzulidir. Dahi şair üç dildə 

qəsidənin  ən yaxşı nümunələrini qələmə almışdır. Saray 

şeirində yaranan qəsidələrdən fərqli olaraq Füzulinin 

qəsidələrində  həyata çağırış, azadfikirlilik hissləri, ictimai-

fəlsəfi motivlər çox güclüdür.  

Qəsidə  şeirinin poetik imkanlarından bəhs edən 

qüdrətli  şairin bu barədə estetik düşüncələri də maraqlıdır: 

«Nəzm fənlərinin  şəhərlərini fəth etmək üçün söz bayrağını 

qaldırdım. Allaha şükür ki, müxtəlif dillərin açarları ilə nəzm 

fənninin qapılarını açmağa başladım. Hansı qapıya ki, 

çatdım, onu nəzər sahiblərinin üzünə açdım. Gah məsnəvi 

üslubunun bağçasından gül-çiçək dərdim, gah qəzəl 

                                                           

1

 Низами Эянъяви. Эянълик, Бакы, 1976, сящ. 11-12. 




Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə