Microsoft Word Baba -edebiyyatda lirik nov doc



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə38/42
tarix16.08.2018
ölçüsü0,89 Mb.
#63610
1   ...   34   35   36   37   38   39   40   41   42

 

 

164



Hansı bağın var bir nəxli, qədin tək barvər, 

Hansı nəxlin hasili sibi-zənəxdanınca var? 

 

Hansı gülşən bülbülün derlər, Füzuli, sən kimi, 

Hansı bülbülün sürudu ahü əfğanınca var? 

1

 

                                                           

1

 Йеня орада, сящ.61. 



 

 

165



Sırf məhəbbət mövzusundan bəhs olunan bu qəzəlin 

bədii ruhuna elə bil bahar təravəti çilənmişdir. Bu qəzəldə 

həqiqi gözəl, həqiqi bir məhəbbət var. Bu qəzəldə bahar nu-

ru, bahar ətri, bahar nəfəsi var, məhəbbət və baharın qovuşu-

ğu, onun poetik həlli var. Burada məhəbbət həyatdır, bahar 

isə bu məhəbbətin ilham və enerji mənbəyidir. Bahar donu 

geyindirilmiş bu qəzəlin bədii qayəsi, ideya-məzmunu ritorik 

suallarla açıqlanır. Aşiqin dilindən deyilən bu qəzəlin birinci 

beytində o nə istəyir?  İstəyir ki, qoyduğu bu suallara cavab 

alsın. Lakin bu ritorik sualların cavabı yoxdur, lakin aşiqin 

narahatlığına, onun iztirablarına son qoyulacaq cavab şeirin 

bədii qayəsidir. 

Bahar gözəllikdir, hər yer güllük, çiçəklikdir, lakin heç 

bir güllük və çiçəkliyin lirik qəhrəmanın sevgilisinə oxşar 

nazlı-nazlı yeriyən xuraman gözəli yoxdur. Hansı gülün yeni 

açılmış qönçəsini məşuqəsinin açılmış dodaqları ilə 

müqayisə etmək olar? Qəzəlin ikinci beytində gözəlin hüsnü 

gül bağında açılan bir gülə bənzədilir. Sevgilinin inci saçan 

dil-dodaqları gülə, gül yarpaqlarına oxşadılır. Lakin bu 

zaman üstünlük gözələ verilir. 

Qəzəlin üçüncü beytində  şair gözəli bağda çoxlu 

meyvə gətirən xurma ağacı ilə müqayisə edir. Lakin heç bir 

xurma ağacının barı öz formasına görə  məşuqənin 

çənəsindəki çuxura-zənəxdana bənzəməz. 

Qəzəlin son beytindən çıxan nəticə  də maraqlıdır: bu 

beytdə  şair-aşiq özünə müraciət edir ki, bəs hansı "gülşən 

bülbülün" nəğmə oxuması  aşiqin ah-naləsinə oxşar. Son 

beytə  qədər bütün beytlərdə  aşiq üstünlüyü öz sevgilisinə 

verir. Belə gözələ vurulan, ona söz düzüb-qoşan, onun 

yolunda narahat olan, ah-nalə qoparan aşiq özünü baharda 




 

 

166



oxuyan bülbüllə müqayisə edir. Sən demə, aşiq belə 

bənzərsiz, bahar qədər gözəl və  təravətli məşuqə üçün ah-

əfğan etmir, bülbül kimi oxuyur. 

Göründüyü kimi, burada hər  şey yenidir, orijinaldır. 

Aşiq-məşuq münasibətləri, lirik-intim hisslər bahar fonunda, 

təbiət təsvirləri kontekstində həll olunur. 

Füzulinin qəzəllərində aşiqin öz sevgilisini gülə, sərvə 

bənzətməsi, onun hüsnünə bahar donu geyindirməsi halları 

çoxdur. Yəqin bahar elementlərindən, peyzaj təsvirlərindən 

istifadə etməklə  şair bu fəslin məhəbbət, sevgi dövranı 

olduğuna işarə etmişdir. Baharda təbiət oyanıb, hər yer gül-

çiçək açan kimi aşiqin də  qəlbində sevgi hissi oyanır, onun 

məşuqəsi ilə  məhəbbəti gül açır, daha konkret desək, lirik 

qəhrəmanın qəlbində bahar fəsli var. 



Aşiq oldum yenə bir tazə güli-rənayə, 

Ki, salır al ilə dəm məni yüz qovğayə.

1

 

 

Yaxud da: 



Ey gül, nə əcəb silsileyi-mişki-tərin var, 

Vey sərv, nə xoş can alıcı işvələrin var.

2

  

 

Füzulinin qəzəllərində bu cür istiarələrlə yaradılan 



portret səciyyəli bahariyyələrə çox rast gəlmək olar. Birinci 

beytdə  aşiq öz sevgilisini "tazə güli-rənayə, - yəni yeni gül 

açan, gözəl rahiyəli bir gülə  bənzədir. Aşiq isə bülbül olub 

bu gülün üstündə öz nəğməsini deyə bilmir, hər an dərd 

                                                           

1

 Щикмят хязиняси (Гядим Азярбайъан ядябиййаты мцнтяхябаты). 



Тяртибчиляр:  Я.Сяфярли,  Х.Йусифов,  Бакы, "Маариф"  няшриййаты, 

1992, сящ.378. 

2

 Йеня орада, сящ.383. 



 

 

167



çəkir, iztirab çəkir, onun ucbatından "yüz qovğayə" düşür. 

İkinci beytdə də aşiq məşuqəni güllə, sərv ilə müqayisə 

edir. Burada məşuqə "mişki-tərə" - təzə gül açıb  ətir verən 

gülə  bənzədilir. Lakin sərv boylu bu gözəlin də "can alıcı" 

işvələri var və bu ona artıq iztirab gətirir. 

Romantik peyzajın  ədəbiyyatda rolu və  əhəmiyyətin-

dən bəhs edən  ədəbiyyatşünas N.Muradəliyevanın fikrincə

romantik peyzaj lövhələri bədii əsərdə həmişə fəal, psixoloji 

və emosional təsir oyadır. Peyzaj-lövhələr yalnız qəhrəman-

ların həyatı, daxili hissləri,  əhvali-ruhiyyələri ilə birlikdə 

verilir. Daha doğrusu, peyzaj-lövhələr qəhrəmanın psixoloji 

qəlb aləmini açmaq üçün bir bədii-estetik vasitə rolunu 

oynayır.

1

 



Buradan göründüyü kimi, yuxarıda etdiyimiz bölgüyə 

əsasən bahariyyələrin birinci və ikinci bölgüsü lirik 

qəhrəmanın obrazını yaratmaq, onu vəsf etmək, daxili-

mənəvi və psixoloji əhvali-ruhiyyəsini açmaq məqsədilə 

işlədilir. Füzulinin bir sıra qəzəlləri sırf bahariyyə üslubunda 

qələmə alınmışdır. 

Şairin "Seyr qıl gör kim, gülüstanın nə abü-tabı var" 

adlı  qəzəli bu baxımdan parlaq nümunədir. Bahar əhvali-

ruhiyyəsi bu qəzəlin bədii ruhundadır. Baharın tərənnümü, 

lirik qəhrəmanların davranış  və  hərəkətlərindəki nikbinlik 

diqqəti xüsusilə cəlb edir: 

Seyr qıl gör kim, gülüstanın nə abü-tabı var, 

Hər tərəf min sərvi-sərsəbzü güli-sirabı var. 

 

Pənceyi-bərgi çinar etmiş mühəyya şanələr, 

                                                           

1

  Н.Мурадялийева.  Ядябиййатда  романтик  пейзаж,  Бакы,  Йазычы, 



1991, сящ.131 (рус дилиндя). 


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə