Microsoft Word Baba -edebiyyatda lirik nov doc



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə41/42
tarix16.08.2018
ölçüsü0,89 Mb.
#63610
1   ...   34   35   36   37   38   39   40   41   42

 

 

178



Başladı eninü nalə bülbül. 

Əlqissə, fəzalənib çəmənlər

Xoş, tazə geyindi yasəmənlər...

1

 

 

Göründüyü kimi, bu şeirdə baharın sözlə ifadsi, bədii 



tərənnümü vardır. Bahar vaxtı göy çəmənlərin göyərməsi, 

nəbatın köynəyinin parçalanması, yırtılması (yetişmək 

mənasında), "nərgiz gülünün göz açıb bağə girməsi (nərgizin 

açılması)," "əyri boyun bənövşələrin, öz örtük və 

pərdəsindən çıxması", "qönçənin yaxasının açılması", "bunu 

görən bülbülün şad olması və oxuması", "yasəmənlərin təzə 

geyinməsi və s. kimi metaforik ifadələr həqiqi sənətkar 

qələminə  məxsus təbiət təsvirləridir. Lakin bu şeirdə  təbiət 

emprik müşahidə ilə  təsvir olunmur, təbiət cilalanmış sözlə 

bəzənir və  rəsm olunur, elə bil dil açıb danışır. Bülbül 

Füzulinin sənət dilində oxuyur, qızılgül qönçəsi Füzulinin 

bədii dili ilə açılır və ətir saçır. 

Prof. Mir Cəlal yazırdı: "Füzulinin bir sıra təbiət 

təsvirlərində yalnız bir aşiq ruhu deyil, böyük bir insanın 

yüksək həyat zövqünü görürük. Gül, gülüstan, sərv və 

sərvistan, fərdi bir eşq aləmi yox, həyatın tükənməz və gözəl 

neməti kimi təsvir olunur. Bu təsvir insanı  həyata, nəşəyə, 

yaşamaq havasilə uçmağa çağırır. Bundan əlavə, Füzulinin 

peyzajlarında təbiət gözəlliyinin ifadəsi yalnız ayrı-ayrı 

ünsürlərin tərif və vəsfi ilə verilir. Bəlkə əlvan təbiət yalnız 

lalədə, nərgis və ya bülbülün ilhamından ibarət qalmır. 

Oxucu  şeirin istiqamətilə gedərək sanki təbiət döşündə 

                                                           

1

 М.Фцзули. Сечилмиш ясярляри, Бакы, "Шярг-Гярб" няшриййаты, 



1992, сящ.316-317. 

 

 



179

gəzir."


1

 

M.Füzulinin bahariyyələrində  sənətkarlıq məsələləri 



daha 

ətraflı öyrənilməlidir. 

Şairin yaradıcılığında 

bahariyyələrin təhlili və  tədqiqi Füzuli sənətinin sirlərini, 

onun bədii-poetik xüsusiyyətlərini bir daha dərindən 

öyrənmək üçün ətraflı bilgi verir. 

Müasir  şeirimizdə  də yeni-yeni janrlar, formalar 

yaranmaqdadır. Bunlardan biri h i m n d i r . Himn – yunan-

ca: humnos – mədh, tərif, alqış və s. mənada işlənir. İctimai-

siyasi lirikanın nümunəsi olan himnlər öz məzmununa görə, 

dövlət  əhəmiyyətli, inqilabi, hərbi, dini xarakterli olur. Hər 

hansı bir tarixi hadisənin və qəhrəmanların şərəfinə də himn 

yazıla bilər. Qədim yunanlar Apollonun, Dionisin şərəfinə 

himnlər yazmışlar.  

Himn insanlarda vətənpərvərlik, qəhrəmanlıq 

hisslərinin formalaşmasında, bu ruhda tərbiyə olunmasında 

fövqəladə  əhəmiyyətə malik bir şeir  şəklidir. Bunun 

vasitəsilə oxucularda vətənə  məhəbbət, sədaqət, onun 

mənafeyinə xidmət etmək kimi ali hisslər yaranır, formalaşır. 

Təntənəli mahnı  mənasını verən himnlər insanlarda ən ali 

vətənpərvərlik hissi olan qəhrəmanlıq xarakterinin 

formalaşmasında mühüm rol oynayır.  

Fransızların «Marselyoza»sının təsiri ilə xalq kütlələri 

səfərbər olunmuş  və  nəticədə böyük Fransa inqilabı baş 

vermişdir. «Marselyoza»nın ilkin adı «Reyn ordusunun hərbi 

mahnısı» olmuşdur. Sonralar isə marsellilərin marşı 

adlanaraq Fransanın ən populyar mahnısına çevrilmişdi.  

Daha sonralar Potyenin yazdığı «Internasional» bütün 

                                                           

1

  Мир  Ъялал.  Фцзул  сяняткарлыьы,  АДУ  няшриййаты,  Бакы 1958. 



сящ.88. 


 

 

180



dünya zəhmətkeşlərinin himninə – təntənəli mahnısına 

çevrilmişdi. Keçmiş Sovet İttifaqının və ayrı-ayrı müttəfiq 

respublikaların ayrıca himnləri mövcud idi. Lakin 

Azərbaycan respublikası 1991-ci ildə dövlət müstəqilliyi əldə 

edəndən sonra kütlələri müstəqil dövlətimiz  ətrafında 

səfərbər edən himnə ehtiyac duyulurdu. Çünki müstəqil 

dövlətimizin  əsas simvollarından olan dövlət himnimiz 

dövlətçiliyimizin atributu kimi əhəmiyyətlidir.  

İndi sözləri  Əhməd Cavada, musiqisi Üzeyir 

Hacıbəyova məxsus himnimiz müstəqil, azad, demokratik 

dövlətimizin varlığının simvoludur, atributudur: 

Azərbaycan! Azərbaycan! 

Ey qəhrəman övladın şanlı Vətən! 

Səndən ötrü can verməyə cümlə hazırız! 

Səndən ötrü qan tökməyə cümlə qadiriz! 

Üçrəngli bayrağınla məsud yaşa! 

Minlərlə can qurban oldu! 

Sinən hərbi meydan oldu! 

Hüququndan keçən əsgər, 

Hərə bir qəhrəman oldu! 

Sən olasan gülüstan, 

Sənə hər an can qurban! 

Sənə min bir məhəbbət  

Sinəmdə tutmuş məkan! 

Namusunu hifz etməyə

Bayrağını yüksəltməyə  

Cümlə gənclər müştaqdır! 

Şanlı Vətən! Şanlı Vətən! 

Azərbaycan! Azərbaycan! 

 

 



 

181


Poema  – yunan sözü olub «poiema» - yaratmaq 

deməkdir. Qədim zamanlarda yaranan xalq dastanlarına 

poema deyirdilər. Poemada həyatın lirik və epik təsviri üs-

tünlük təşkil edir. Ona görə  də poemaya bəzən mənzum 

povest – yəni şeirlə yazılan povest deyirlər. Poemanı şeirdən 

fərqləndirən səciyyəvi cəhət onun həcminin böyüklüyü və 

kiçikliyi deyildir. Hər iri həcmli şeir də hələ poema deyildir. 

Poema nadir qəhrəmanın və nadir hadisənin geniş, pafoslu və 

dəbdəbəli  şəkildə  şeir dilində  təsvir və  tərənnüm olunması 

deməkdir. Buna görə  də poemaya qəhrəmannamə  də 

deyirlər. Poemanın mərkəzində bir qəhrəmanın və ya bir 

hadisənin lirik-epik təsvir və  tərənnümü verilir. Adi lirik 

şeirdən fərqli olaraq poema müəyyən bir süjetə malik olur.  

Poemalar öz quruluşuna, formasına görə, lirik, epik, 

lirik-epik və dramatik xarakterli olur. Bütövlükdə isə poema 

bir  ədəbi forma olaraq epik və lirik cəhətlərin müştərək 

vəhdəti ilə yaranır. Bunun nəticəsidir ki, onun spesifikası 

haqqında polemik fikirlər hələ indi də qalmaqdadır. Bəzi 

nəzəriyyəçilər poemada epik, bəziləri isə lirik 

xüsusiyyətlərin aparıcı, dominant olduğunu qeyd edirlər. 

Hazırda bir sıra nəzəriyyəçilər poema haqqında danışarkən 

onun epik, lirik və dramatik keyfiyyətləri birləşdirən bir janr 

olduğunu göstərirlər. Bu isə  tədqiqatçılar tərəfindən onunla 

əsaslandırılır ki, bəzi poemalarda mənzum təhkiyəçilik 

üstünlük təşkil edir və epik xarakterli olur. Bir sıra 

poemalarda isə demək olar, süjet olmur və orada hisslərin 

tərənnümü əsas götürülür. Başqa poemalarda isə hadisələrin 

axarı dialoqlar vasitəsilə inkişaf etdirilir.  

Poema janrının tarixinə  nəzər salsaq görərik ki, onun 

təşəkkülü, yaranması da müəyyən ictimai-tarixi proseslərlə 




Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə