Microsoft Word Baba -edebiyyatda lirik nov doc



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə35/42
tarix16.08.2018
ölçüsü0,89 Mb.
#63610
1   ...   31   32   33   34   35   36   37   38   ...   42

 

 

152



riyyələri bütün Şərq poeziyasında məşhurdur və həmin jan-

rın klassik nümunələri kimi tanınır.  Şah  İsmayıl Xətai özü-

nün "Dəhnamə" poemasında Azərbaycan dilində bahariyyə-

nin ilk mükəmməl nümunəsini yaratmışdır. MəHəmməd Fü-

zulinin "Söhbətül-əsmar" əsəri də ənənəvi bahariyyə ilə baş-

lanır." 


1

 

Bununla bağlı olaraq bahariyyə haqqında başqa bir ter-



minlər lüğətində oxuyuruq: "Bahariyyə  - klassik Şərq, o 

cümlədən Azərbaycan poeziyasında baharı  təsvir edən  şeir 

növü. Qəzəl, qəsidə və başqa formalarda yazılardı. Şah İsma-

yıl Xətainin "Dəhnamə" məsnəvisinin əvvəlindəki bahariyyə 

məşhurdur. M.Füzulinin "Söhbətül-əsmar" ("Meyvələrin 

söhbəti")  əsəri M.F.Axundovun "Şərq poeması" da baharın 

təsviri ilə başlayır". 

2

 



Göründüyü kimi, bu açıqlamalarda əsas fikir müxtəlif-

liyi bahariyyənin şeir forması, janrı və ya şeir növü olmasın-

dadır. Bizim fikrimizcə, bahariyyə şeir növü və ya şeir janrı 

ola bilməz. Çünki bahariyyə peyzaj lirikasının nümunəsi ki-

mi diqqəti daha çox cəlb edir. Bu baxımdan, bahariyyə məz-

mun və forma elementi kimi diqqəti cəlb edir. Ümumiyyətlə, 

bahariyyələr haqqında daha dolğun məlumat almaq üçün 

klassik  ədəbiyyatımızda yaranan bir sıra  şairlərin bahariyyə 

şeirlərinə nəzər salmaq daha məqsədəuyğun olar. 

Təsadüfi deyildir ki, Qətran Təbrizi bahar lövhələrini 

təsvir etməklə, insanların  əhval-ruhiyyəsində baş verən xoş 

ovqatı yüksək sənətkarlıqla tərənnüm etməyə nail olmuşdur. 

                                                           

1

 Елчин, В.Гулийев. Юзцмцз вя сюзцмцз. Азярбайъан Дювлят Няш-



риййаты. - Бакы, 1993, сящ.20. 

2

  Азярбайъан  классик  ядябиййатында  ишлядилян  адларын  вя  тер-



минлярин  шярщи  (тяртиб  едяни:  А.Бабайев), "Маариф"  няшриййаты, 

Бакы, 1993, сящ.26. 

 

 

153



Şairin aşağıdakı şeiri bu baxımdan xarakterikdir: 

 

Elə bil kanun ayına şəbixun eylədi neysan: 



Səmanı tozla, doldurdu, çölü, səhranı tutdu qan. 

Əgər qan istəyirsənsə, nəzər sal buluda bir an. 

Bahar yelləri ənbərlə yoğurdu torpağı indi, 

Budaqlar zərxara geydi tamam neysan yağışından 

Al-əlvan Çin ipəyiylə bəzənmiş bağ, elə bil ki

Gəlir hər gecə aramsız bağa Çindən yeni karvan 

Gəlinlər tək gülür, gülür sevinclə bağçada, bağda: 

Ona bülbül oxur əfsun yaman gözlər bəlasından. 

Çəmənlərdə gülür lalə üzü tək Leylinin hər dəm, 

Bulud göylərdə qan ağlar gözü tək Məcnunun hər an, 


 

 

154



Uçur mərcan üzərində fəqət bağlarda bülbüllər 

Qaçır əlvan ipək üstdə fəqət çöllərdəki ceyran.

1

  

 

Ümumiyyətlə, Klassik Azərbaycan  şairlərinin  əsərləri-



nə müraciət etsək, onların əsərlərində bu və ya digər şəkildə 

bahariyyə nümunələrinə rast gələrik. Bahariyyə formasında 

müxtəlif janrlarda əsərlər yazmaq ədəbi ənənəsi demək olar 

on doqquzuncu yüzilliyə qədər davam etmişdir. Belə ki, hə-

min  şeirlər başdan-başa bahariyyə formasında olmasa da, 

onun müəyyən hissələri mütləq baharın təsvir və  tərənnü-

mündən ibarət olmuşdur. Məsələn, Şakir Şirvaninin aşağıda-

kı şeiri bu baxımdan diqqəti cəlb edir: 



Ey gül, sənə nisbət güli-xəndan ola bilməz, 

Hüsnün kimi heç bağda gülüstan ola bilməz, 

Qəddin kimi xoş sərvi-xuraman ola bilməz

Manənd sənə hüriyi-qılman ola bilməz, 

Zülfün kimi bir sünbüli-reyhan ola bilməz. 

 

Ey qaşları yay, gözləri nərgis, ruxi-ziba, 

Hər yerdə ki, vəsfin oxuram mən dəxi əla, 

Ey kakili-sünbül, dəhəni qönçeyi-həmra, 

Yoxdur sənə manənd gözüm dəhrdə həmta, 

Yox sən təki bir Yusifi-Kənan ola bilməz.

2

  

 

Azərbaycan  ədəbiyyatşünaslığında bahariyyələrin bə-



dii-estetik və nəzəri məsələlərindən bəhs edən bütün ədəbiy-

                                                           

1

 Щикмят хязиняси (Гядим Азярбайъан ядябиййаты мцнтяхябаты). 



Тяртиб  едянляр:  Я.Сяфярли,  Х.Йусифли, "Маариф",  Бакы, 1992, 

сящ.49. 


2

 Йеня орада, сящ.455. 

 

 

155



yatşünaslar  Şah  İsmayıl Xətainin "Dəhnamə" poemasının 

müqəddiməsini bahariyyəyə ən xarakterik nümunə hesab et-

mişlər. 

Akad. Həmid Araslı bu münasibətlə yazır: "Əsərin mü-

qəddiməsində yazıçının qələmə aldığı "Sifəti-gülşənü bahar" 

adlandırdığı "Bahariyyə" Azərbaycan  ədəbiyyatı tarixində 

təbiət təsvirinin yaxşı nümunələrindən biridir".

1

 



Görkəmli  ədəbiyyatşünas həmin bahariyyədə verilən 

təbiət təsvirlərini nümunə göstərərək yazır: "Bu misralarda 

başlanan təsvirdə baharın gəlməsilə təbiətin canlanması, hə-

yatın hər tərəfində əmələ gələn yeniliklər, quşların, heyvan-

ların, bir sözlə, təbiətin bütün sahələrinin gözəlləşməsi çox 

maraqlı və obrazlı bir dillə təsvir edilir."

2

 

Ş.İ.Xətai "Dəhnamə" poemasında, doğrudan da, bahariy-



yənin ən uğurlu, ən səciyyəvi nümunəsini yaratmışdır: 

Qış getdi, yenə bahar gəldi, 

Gül bitdi və laləzar gəldi. 

Quşlar qamusu fəğanə düşdü, 

Eşq odu yenə bu canə düşdü. 

Yer geydi qəbayi-xizr puşan 

Cümlə dilə gəldi ləbxəmuşan. 

Sərvin yenə tutdu damənin su, 

Sərv üstə oxudu faxtə gu-gu. 

Qönçə dəhəni çəməndə xəndan

Gülməkdən ənar açıldı dəndan. 

Bülbül oxudu süfati-hicran, 

                                                           

1

 Щ.Араслы. Ш.И.Хятаи вя онун йарадыъылыьы (юн сюз), бу китабда: 



Ш.И.Хятаи. Дящнамя, Азярб. Ушаг вя Эянъляр Няшриййаты, Бакы, 1959, 

сящ.7. 


2

 Йеня орада. 




Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə