Microsoft Word Baba -edebiyyatda lirik nov doc



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə37/42
tarix16.08.2018
ölçüsü0,89 Mb.
#63610
1   ...   34   35   36   37   38   39   40   41   42

 

 

160



 

Arizin gül-gül edibdir meyi-gülgun tabi

Vəh ki, bir güldən açılmış neçə gülzar sana. 

 

Bağə seyr et bu ruxi-ləl ilə kim qönçəvü gül, 

Göstərə xuni-dilü dideyi-xunbar sana. 

 

Der idim qamətinə sərv, vəli, özgə imiş, 

Hərəkatü rəvişü işvəvü rəftar sana. 

1

 

 

Göründüyü kimi, şair on beytlik qəzəlin altı beytində 



bahariyyədən istifadə etmişdir. Lakin burada təsvir və tərən-

nüm olunan bahariyyə natamam səciyyəlidir. Daha doğrusu, 

bahariyyələrin yuxarıda təsnif etdiyimiz birinci bölgüsünə 

uyğun gəlir. Çünki burada bahar anlamından daha çox 

konkret obyektə müraciət və onun lirik tərənnümü var. Aşiq 

öz məşuqəsini tərənnüm etmək, tərifləmək üçün onu baharla 

müqayisə edir. 

Qəzəlin ilk beytində aşiq öz sevgilisini baharda açılan 

təzə gülə bənzədir. Düzdür, o, sevdiyi məşuqədən narazıdır, 

onu "hali-dili-zar", yəni həmişə  ağlayan, inildəyən, ah-nalə 

edib sızıldayan görübdür. Bununla belə, Füzuli qəzəlin belə 

bir şikayət və qəmlə dolu olan məzmununa sanki bahar donu 

geyindirmiş, bahar əhvali-ruhiyyəsi vermiş  və nikbinlik ya-

ratmışdır. Burada bahar, təbiət təsvirləri əsas fon yox, gözə-

lin tərənnümü üçün bir vasitədir. 

Şair, qəzəlin üçüncü beytində bahar təsvirlərindən isti-

fadə etməklə maraqlı istiarə - metafora yaratmışdır. Yəni 

                                                           

1

 М.Фцзули. Сечилмиш ясярляри, Бакы, "Шярг-Гярб" няшриййаты, 



1992, сящ.29. 

 

 



161

məşuqənin - "nərgisi-məstin" surəti qədəhdəki gül rəngli 

meydə yox, aşiqin qədəh kimi açan gözlərindədir. 

Füzuli dördüncü beytdə bahara aid olan "gül-gül", "me-

yi-gülgun", "bir güldən açılmış neçə gülzar" ifadələri ilə 

məşuqənin üz-gözündə bahar təravəti olduğunu söyləyir, ma-

raqlı bənzətmə və müqayisə verir. 

"Arizin gül-gül edibdir meyi-gülgün tabi" - deyəndə 

məşuqənin yanaqlarının gül rəngli meyin təsirindən gül kimi 

qızardığını söyləyir. "Bir güldən açılmış neçə gülzar sana" 

dedikdə isə şair aşiqin sevgilisinin eşq meyinin təcirindən qı-

zarıb gül kimi olmuş üz-gözünü baharda açılmış gül diyarı 

ilə müqayisə edir. 

Bizə belə gəlir ki, şair eşq meyindən yanaqları qızaran 

məşuqənin ilk məhəbbətini göstərmək istəmişdir. Daha doğ-

rusu, məşuqə ilk məhəbbətin meyindən "dadıb" onun yəqinli-

yini bilən kimi utancaqlıq hissi keçirir, qızarır, lal duyğular 

həqiqi məhəbbətin təsiri ilə oyanmağa başlayır. Prof. Əlyar 

Sfərlinin dediyi kimi: "Sevgilinin gözəlliyi Füzuli qəzəllərin-

də hüdudsuzdur. Bu gözəllik insanı heyrətə salır, lal edir, fə-

ləkləri yandıran ahlar çəkməyə, bahar yağışları kimi gözün-

dən yaşlar axıtmağa... səbəb olur". 

1

 

Təhlil etdiyimiz qəzəlin sonrakı beytlərində  şair gözə-



lin üzünü və dodaqlarını "qönçəvü gülə", qamətini sərvə bən-

zətmişdir. Bu beytdən çıxan nəticə budur ki, gözəlin dodaq-

ları bağda açılan gülün qönçəsi, qəddi-qaməti isə sərv ağacı-

na bənzəyir. Lakin şair aşiqin məşuqəsini bahar təravəti ilə 

nə qədər bəzəsə də, onu dilə tutsa da, gözəl də asanlıqla yola 

gəlmir. Bir sözlə, aşiqin nəzərində güllü-çiçəkli bahar fəslinə 

                                                           

1

 Я.Сяфярли, Х.Йусифов. Гядим вя орта ясрляр Азярбайъан ядябий-



йаты, Бакы, "Маариф" няшриййаты, 1982, сящ.226. 


 

 

162



bənzəyən məşuqə öz aşiqinin dilindən söylənənləri "kompli-

ment" kimi qəbul edir. Məşuqə ona görə  aşiqinə  əhəmiyyət 

vermir, "xuni-dilü", "dideyi-xunbar" olub, aşiqi ilə "hərəkatü 

rəvişü işvəvü rəftar" edir. Naz-qəmzə, şivə eləmək isə məşu-

qənin çoxdankı adətidir. Qəzəlin ümumi mündəricəsində isə 

belə bir təzad və kontrast vardır. Üz-gözü gül kimi alışıb ya-

nan, sərv boylu, dodaqları, "qönçəvü-gülə" bənzəyən məşu-

qənin zahirində bahar təravəti hiss olunsa da, öz məhəbbəti 

yolunda əzab və iztirab çəkən aşiqin əhvali-ruhiyyəsində bu 

hiss olunmur. 

Füzulinin qəzəllərinin ayrı-ayrı beytlərində baharla 

bağlı bu cür təsvir və  tərənnüm hisslərinə çox rast gəlmək 

olar: 

Həvayi-rövzeyi-kuyin, bahari-gülşəni canım, 

Nihali-qamətin sərvim, üzarın yasəmənimdir.

1

  

 

Bu beytdə şair baharın təsviri ilə mükəmməl bənzətmə 



elementindən istifadə etmişdir. Burada şair az sözlə, sözün 

poetik məna yükündən sənətkarlıqla istifadə etməklə böyük 

məna ifadə edə bilmişdir. Yuxarıdakı beytdə "həvayi-rövze-

yi-kuyin, bahari-gülşəni canım", "nihali-qamətin sərvim", 

"üzarın yasəmənimdir" ifadələri mükəmməl bənzətmədir. 

Aşiqin dilindən söylənilən qəzəlin bu beytində göstərilir ki, 

sevgilisinin evinin pəncərəsindən gələn hava aşiq üçün bahar 

çəmənliyinin, güllük və çiçəkliyin havası kimidir. Aşiqə  də 

can verən, onu yaşamağa səsləyən elə budur. Aşiq üçün 

məşuqənin "nihali-qaməti", yəni cavan qaməti sərvə  bənzə-

yir, üzarı-yanaqları isə  ətirli yasəməndir. Göründüyü kimi, 

                                                           

1

 М.Фцзули. Сечилмиш ясярляри, Бакы, "Шярг-Гярб" няшриййаты, 



1992, сящ.58. 

 

 



163

şair bir beytdə bahar fəsli haqqında xeyli geniş təsəvvür ya-

ratmışdır. 

Füzulinin şeirlərində rast gəldiyimiz baharla bağlı işlə-

dilən xitablar gözələ olunan müraciətlərdir. Bahar anlayışı 

şairin yaradıcılığında həqiqi eşq, məhəbbət, gözəllik anlayış-

ları ilə eynidir. Görəsən,  şairin bahara, oyanmış, gül-çiçək 

açmış  təbiətə bu qədər intensiv müraciət etməsinin sirri nə-

dir? Məlum olur ki, bahar dahi şair üçün həyatdır, svegidir, 

ilham mənbəyidir: 



Demiş hər qönçəyə aşiqliyim razın səba derlər, 

El ağzın tutmaq olmaz, qorxuram, ey gül, sana derlər.

1

 

 

Şair burada türkdilli xalqların şifahi təfəkküründə məş-



hur olan "El ağzını tutmaq olmaz", "El ağzı, fal ağzı" aforiz-

mi və bahara aid qurduğu istiarə ilə maraqlı  bədii paralel 

yaratmışdır: səhər yeli baharda qönçələrin açılması xəbərini 

verdiyi kimi, el ağzını tutmaq olmaz və o da bahar fəslində 

baş qaldıran aşiqin məhəbbət sirrini bütün aləmə açır. 

Füzulinin bahariyyə üslubunda yazılmış maraqlı əsərlə-

rindən biri də "Hansı gülşən gülbüni sərvi-xuramanınca 

var?" qəzəlidir. Qəzəldə baharın təsviri ilə məşuqənin tərən-

nümü vəhdət təşkil edir. 

Hansı gülşən gülbüni sərvi-xuramanınca var?  

Hansı gülbün üzrə qönçə, ləli-xəndanınca var? 

 

Hansı gülzar içrə bir gül açılır hüsnün kimi, 

Hansı gül bərgi, ləbi-ləli-dürəfşanınca var? 

 

                                                           

1

  М.Фцзули. Сечилмиш ясярляри, Бакы, "Шярг-Гярб" няшриййаты, 1992, 



сящ.59. 


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə