Microsoft Word Baba -edebiyyatda lirik nov doc



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə36/42
tarix16.08.2018
ölçüsü0,89 Mb.
#63610
1   ...   32   33   34   35   36   37   38   39   ...   42

 

 

156



Dəryadə dür oldu əbri-neysan. 

Durna uçuban həvayə düşdü

Laçın aluban ovayə düşdü. 

Alma ağacı dibində sayə, 

Tən eylər idi buludda, ayə...

1

 

 

Buradan göründüyü kimi, Xətai baharla bağlı bütün 



təsvirləri öz bədii-estetik idealına uyğun olaraq işlətmişdir. 

Bahariyyədə verilən ayrı-ayrı peyzaj detalları əsərdəki obraz-

ların  əhvali-ruhiyyəsinin açılmasına kömək etmişdir. Doğru 

olaraq deyildiyi kimi, "Bədii əsərlərdə peyzaj, ən əvvəl, təbi-

ət təsvirlərinə aid detallardan başlayır. Peyzaj detalları bədii 

əsərlərdə əsas estetik rol oynayır. Belə ki, peyzaj bədii əsər-

lərdə sadəcə olaraq təbiət lövhələrinin təsvirindən ibarət de-

yildir. Bu, hər şeydən əvvəl, əsərdə konkert funksiya daşıyan 

bir anlayışdır."

2

 



Ədəbiyyatşünaslar bahariyyələrin nəzəri məsələsindən 

danışarkən M.F.Axundovun "Puşkinin ölümünə Şərq poema-

sı"nı da nümunə göstərirlər. Doğrudan da, M.F.Axundov po-

emada baharın təsvirini ustalıqla vermiş, baharın gəlməsi, 

güllərin açması, bülbüllərin oxuması və ümumiyyətlə, təbiət-

də baş verən "şadlıqla" özü arasında olan təzadı,  şairin ma-

təm içərisində olmasını yüksək sənətkarlıqla ifadə etmişdir. 

Beləliklə də şair göstərmək istəmişdir ki, bütün təbiət baha-

rın gəlməsindən sevinirsə  də, o, bu xoş  əhvali-ruhiyyədən 

çox uzaqdır: 

                                                           

1

 Ш.И.Хятаи. Дящнамя, Азярб. Ушаг вя Эянъляр Ядябиййаты няш-



риййаты, Бакы, 1959, сящ.13. 

2

  Н.Мурадялийева.  Ядябиййатда  романтик  пейзаж,  Бакы,  Йазычы, 



1991, сящ.110 (рус дилиндя). 

 

 



157

Açılıb qönçə, qızılgül də gülüstanda gülür

Nazlanan yasəmənin telləri bəzən tökülür. 

Çöl köçən qızlara bənzər, bəzənib sanki gəlin, 

Təpələr ətrini yığmış ətəyə qönçələrin. 

Cansıza can verir hər səmti saran mənzərələr 

Şah kimi bağda çələng taxmış ağaclar ucalır. 

 

Hər tərəf şövqlü, almas kimi nurlanmışdır. 

Nərgizin gözləri məstanə xumarlanmışdır. 

Yaralı köksünü bülbül də vurub bir budağa, 

Bir qızıl gül varağı bəxş eləyir hər qonağa. 

Dürr yığıb göydə bulud nazlı gülüstanə səpir, 

Titrəşən incə küləklə yayır ətrafə ətir...

1

 

 

 Öz  yaradıcılığında bahariyyələrdən tez-tez istifadə 



edən klassik sənətkarlarımızdan biri də böyük Azərbaycan 

şairi Məhəmməd Füzulidir. Dahi söz ustadının yaradıcılığın-

da bahariyyələrin müxtəlif formalarına rast gəlirik. Belə ki, 

böyük  şair istər qəzəllərində, istərsə  də poemalarında baha-

riyyələrin istifadə etmişdir. Şairin yüksək sənətkarlıqla verdi-

yi bahariyyələr, təbiət təsvirləri onun sözdən istifadə etmək 

sənətkarlığını bir daha nümayiş etdirir. 

 

Məhəmməd Füzuli yaradıcılığında  



bahariyyələr 

Məhəmməd Füzuli XVI əsr Azərbaycan lirik şeirinin 

ən qüdrətli nümayəndəsidir. Könülləri fəth edən, öz oxucusu-

na yüksək bədii zövq aşılayan, poetik üslubu ilə orijinal sə-

                                                           

1

  М.Ф.Ахундов.  Комедийалар.  Повест.  Ше'рляр,  Бакы,  Йазычы, 



1982, сящ.230-231. 


 

 

158



ciyyəli Füzuli şeiri beş yüz illik zaman çərçivəsində müəllifi-

nə geniş şöhrət qazandırmış, onu qəlb şairi kimi tanıtmışdır. 

Füzuli şeirini sevdirən, oxucu və dinləyicilərini ovsun-

layan  ən başlıca amillərdən biri böyük şairin yaradıcılığına 

xas olan lirik tərənnüm hisslərinin sonsuzluğu və  rənga-

rəngliyidir. Dahi şairin poeziyasında və ümumiyyətlə, yara-

dıcılığında rast gəldiyimiz poetik əlvanlıq, yüksək bədii pa-

fos, bədii sözün oyunu ilə yaranan emosional məna çaları hər 

kəsi sehrləyir, ondan asılı olmayaraq həqiqi bir sənət dünya-

sına – Füzuli dünyasına salır. 

M.Füzuli yaradıcılığı üçün səciyyəvi olan cəhətlərdən 

biri də təbiət təsvirlərindən məharətlə istifadə etməsidir. Bizi 

əhatə edən dünya, yer, göy, ay, ulduz, gül-çiçək, bir sözlə, tə-

biətin min bir əsrarəngiz gözəlliyi onun lirikasının ilham və 

mövzu mənbəyidir. Təbiət təsviri, peyzaj Füzuli lirikasında 

məqsəd və vasitədir. Baharın təsviri, təbiətin oyanması, gül-

lərin açması, bülbüllərin oxuması Füzuli şeirində bədii-poe-

tik qayə kəsb edir. Şərq şeirincə baharla bağlı işlənən bu cür 

təbiət təsvirlərinə bahariyyələr deyilir. 

Azərbaycan ədəbiyyatında Füzulidən əvvəl də bahariy-

yələr yazılmışdır. Lakin böyük şair bahar lövhələrinin 

təsvrindən daha poetik sənətkarlıqla istifadə etmişdir.  

Şairin lirikası ilə tanışlıq göstərir ki, Füzuli ilk şeirlə-

rində bahariyyələrdən yox, baharla bağlı anlayışlardan, ele-

mentlərdən istifadə etmişdir. Şairin sonrakı şeirlərində və iri 

həcmli epik əsərlərində isə biz klassik mənada bahariyyə şeir 

formaları ilə rastlaşırıq. 

Məhəmməd Füzuli yaradıcılığı üzərində aparılan müşa-

hidə və araşdırmalar göstərir ki, şair öz əsərlərində bahariy-

yələrdən konkret olaraq aşağıdakı məqsədlərlə istifadə etmiş-

 

 

159



dir: 

1. Lirik təsvir və tərənnüm: gözələ müraciət, onun zahi-

ri aləmini, üz-gözünü baharla və ya onun elementləri ilə 

tərifləmək, tərənnüm etmək; 

2. Romantik qəhrəmanın mənəvi, daxili psixoloji əhva-

li-ruhiyyəsini vermək, portret bahariyyələr yaratmaq; 

3. Baharın təsviri ilə bədii məkan və zaman yaratmaq; 

4. Bahariyyələr, bahar lövhələri kompozisiya elementi 

kimi; 

 

Bahariyyələr, buradan göründüyü kimi, klassik şeirin 



janrı yox, nəzm və nəsr əsərlərində yalnız epik-lirik təsvir və 

tərənnüm vasitəsidir. Füzuli qəzəl, qəsidə  və poemalarında 

bahariyyələrdən poetik sənətkarlıqla istifadə etmişdir. Müx-

təlif  şeir formalarında, poetik məqamlarda işlənməsinə bax-

mayaraq, bahar fəslini sənətkarlıqla, şairanə surətdə, yüksək 

poetik dillə təsvir və tərənnüm olunması bahariyyələrin əsas 

xarakterik xüsusiyyətidir. Qeyd etdiyimiz kimi, Füzuli baha-

rın, yazın ayrı-ayrı  əlamətlərini tərənnüm edə-edə  tədricən 

bahariyyə  şeir formasına müraciət etmişdir. Bu baxımdan, 

şairin "Qəmdən öldüm, demədim hali-dili-zar sana" qəzəli 

səciyyəvidir: 

Qəmdən öldüm, demədim hali-dili-zar sana, 

Ey güli-tazə, rəva görmədim azar sana. 

 

İç meyi-nab ki, bağrından edər cümlə kəbab, 

Atəşi-eşq ilə üşşaqi-ciyərxar sana. 

 

Meyi gülgünda deyil nərgisi-məstin əksi, 

Qədəh olmuş, göz açıb, aşiqi-didar sana. 



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə