Microsoft Word Baba -edebiyyatda lirik nov doc



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə34/42
tarix16.08.2018
ölçüsü0,89 Mb.
#63610
1   ...   30   31   32   33   34   35   36   37   ...   42

 

 

148



Sonrakı misralarda qafiyələnmə belə  şəkildə davam 

edir: v v a a , q q a a, d d a a və s.  



Tuyuq – türkdilli xalqların milli şeir formasıdır. Tuyuq 

həcm etibarı ilə iki beyt – dörd misradan ibarət olur. Burada 

misralar a a b a şəklində qafiyələnir. Yəni 1-ci, 2-ci və 4-cü 

misralar həmqafiyə, 3-cü misra isə sərbəst olur. Azərbaycan 

ədəbiyyatında Q.Burhanəddin və  İ.Nəsimi tuyuq şeirinin  ən 

yaxşı nümunələrini yaratmışlar.  



Hər zamanın bir nigarü şahi var, 

 

/a/ 

Hər günün günəşi, gecənin mahi var   

/a/ 

Oduna düşənə qalmadı qərar, 

  /b/ 

Yola çıxan kişinün allahı var.  

/a/ 

(Q.Bürhanəddin) 

Gözlərim baxdıqca ey şah alnına,  

/a/ 

Göydən endi sanıram mah alnına,  

/a/ 

Gördüm anda əhsənə ilah ayətin   /b/ 

Oxudum mən bərəkallah, alnına.  

 

/a/ 

(İ.Nəsimi) 

 

Tuyuq  şeirində  bəzən üçüncü misra da digərləri ilə 



həmqafiyə olur.  

Məclisi kim xoş tutar ənbər, ənbər.  

/a/ 

Könüli kim aparur dilbər, dilbər.   /a/ 

Dünya əhlinün başına kim çətər,   /a/ 

İşini toğru gılan sərvər, sərvər.   /a/ 

(Q.Bürhanəddin) 

 

Tuyuq  şeiri  əsasən  əruz vəzninin rəməl bəhrində 



yazılır: fAilAtün, fAilAtün, fAilAtün, fAilAt.  

Bəzi hallarda tuyuq şeiri cinas qafiyələr üzərində 

 

 

149



qurulur. Belə qafiyələr isə, məlum olduğu kimi, şəkilcə eyni 

olsa da, mənaca müxtəlif olur: 



Adımı həqdən Nəsimi yazarəm,   /a/ 

Bil bu mənidən ki, siməm, ya zərəm.  

/a/ 

Həm hidayət eylərəm, həm azərəm,  

/a/ 

Həm büti üşadıcı, həm Azərəm.  

 

/a/ 

(İ.Nəsimi) 

 

Ümumiyyətlə, klassik Şərq və Azərbaycan  şeirinin 



onlarla, yüzlərlə  şəkilləri mövcuddur. Ədəbiyyatşünaslığa 

aid lüğətlərdə, ensiklopediyalarda klassik şeirin zəngin 

şəkilləri haqqında xeyli bilgilər vardır.  

Klassik  Şərq  şairləri öz əsərlərində  təbiət təsvirlərin-

dən, müxtəlif bədii məqamlara uyğun olaraq ilin fəsillərinin 

təsvirindən bol-bol istifadə etmişlər. Bir sözlə, təbiət, onun 

müxtəlif fəsilləri klassik şairlərin yaradıcılığında öz fikirləri-

ni, bədii duyğularını ifadə etmək vasitəsi olmuşdur. Təbiət, 

canlı varlıq, ayrı-ayrı əşyalar, anlayışlar, göy cisimləri, təbiə-

tin ayrı-ayrı lövhələri klassik şairlərin yaradıcılığında 

konkret bədii məqsədlə işlədilmişdir. Təbiət, klassik şairlərin 

yaradıcılığında öz fikirlərini bədii ifadə etmənin ən əlverişli 

üsul və vasitəsinə çevrilmişdir. 

Klassik Şərq poeziyasında sanki insan təbiətlə, eyni za-

manda təbiətin özü insanla eyniləşdirilir, müqayisə olunur. 

Klassik Azərbaycan  ədəbiyyatında da təbiət təsvirlərindən, 

qış, payız, yay, yaz, bahar lövhələrindən xeyli çox istifadə 

edilmişdir. Q.Təbrizi, Nizami, Füzuli, Xətai kimi klassik 

Azərbaycan  şairlərinin  əsərlərində elə bil təbiət insan kimi 

dil açıb danışır. Beləliklə də klassik ədəbiyyatımızda bahar, 

qış təsvirləri, bütövlükdə isə təbiət insan əhvali-ruhiyyəsini, 



 

 

150



lirik qəhrəmanın daxili mənəvi aləmini təsvir etmək vasitəsi 

olmuşdur. 

Bütün klassik Şərq  şairlərində olduğu kimi, Azərbay-

can şairləri də təbiət təsvirlərinin, peyzajların təsvirinə geniş 

yer vermişlər. Klassik Azərbaycan  şairlərinin  əsərlərində li-

rik-romantik qəhrəmanın psixoloji-mənəvi aləmi ilə bağlı 

olaraq bahar təsvirlərindən də geniş istifadə edilmişdir. 

Məlumdur ki, klassik Şərq  şeirində baharla bağlı  işlədilən 

bədii təsvirlərə təbiət lövhələrinə bahariyyələr deyilir. 

Bahariyyə – klassik Şərq  şeir formalarından biridir. 

Bahariyyə, adından göründüyü kimi, ayrı-ayrı  əsərlərdə ba-

har fəslinin, onun təbiətinə məxsus müxtəlif çalarların təsvir 

olunduğu lirik şeir parçalarıdır. Bahariyyə  şeir formasından 

klassik poemaları, iri həcmli epik əsərləri yazarkən də istifa-

də olunmuşdur. Belə ki, bahariyyə şeir forması klassik Şərq 

şeirinin müxtəlif janrlarında yazıla bilər. Burada əsas məsələ 

baharın sənətkarlıqla,  şairanə surətdə, yüksək bədii, poetik 

dillə təsvir və tərənnüm olunmasıdır. Klassik sənətkarlar öz 

əsərlərində bahariyyələrdən  əhvalat və xarakter yaratmaq 

üçün istifadə etmişlər. Demək olar, klassik şairlərimizin əsər-

lərində bahar lövhələrinin təsviri ilə insan xarakterinin, onun 

mənəvi aləminin təsviri uyğunlaşdırılmış  və paralel olaraq 

götürülmüşdür. 

Bahariyyə anlayışının nəzəri-terminoloji açılışı  və  bə-

dii-estetik məzmunu haqqında nəzəri fikrimizdə mövcud 

olan fikirlər, demək olar, biri digərinin təkrarından ibarətdir. 

Lakin bahariyyənin terminoloji açılışı eyni olsa da, müxtəlif 

sənətkarların yaradıcılığında ondan öz yaradıcılıqlarına uy-

ğun olaraq müxtəlif məqsədlərlə istifadə etmişlər. 

Məsələn, Azərbaycan Sovet Ensiklopediyasında 

 

 



151

Bahariyyənin nəzəri məzmunu belə verilir: 

"Bahariyyə" - klassik Şərq, o cümlədən, Azərbaycan 

poeziyasında baharı təsvir və tərənnüm edən lirik şeir. Qəzəl, 

qəsidə, məsnəvi və s. formada yazılırdı. Şah İsmayıl Xətainin 

"Dəhnamə" məsnəvisinin əvvəlindəki Bahariyyə məşhurdur. 

Füzulinin "Söhbətül-əsmar" ("Meyvələrin söhbəti")  əsəri də 

baharın təsviri ilə başlayır.

1

  

Demək olar ki, bu nəzəri-elmi tərif bütün ədəbiyyatşü-



naslıq lüğətlərində, nəzəri kitab və dərsliklərdə bu və ya di-

gər  şəkildə  təkrar olunur. Lakin qeyd etməliyik ki, klassik 

ədəbiyyatımızda işlənən bahariyyə şeir formaları öz məzmu-

nu etibarı ilə çox zəngin və rəngarəngdir. Çünki hər şair ba-

har lövhələrindən öz sənətkarlıq qabiliyyəti, istedadı  səviy-

yəsində istifadə etmişdir. Bundan başqa, hər sənətkar bahar 

təsvirlərindən öz bədii-estetik dünyagörüşünə uyğun olaraq 

istifadə etmişdir. 

Prof.  Əziz Mirəhmədov tərtib etdiyi "Ədəbiyyatşünas-

lıq terminləri lüğəti"ndə bahariyyə haqqında belə yazır: "Ba-



hariyyə - klassik Şərq ədəbiyyatında baharı təsvir edən lirik 

şeirlər, yaxud böyük bir poemanın baharı əks etdirən hissəsi. 

Bahariyyə qəzəl, qəsidə, məsnəvi formasında və başqa şəkil-

lərdə ola bilər".

2

  

Yaxud da bahariyyə haqqında başqa bir tərtib olunmuş 



kitabda belə deyilir: "Bahariyyə - klassik Azərbaycan (və 

ümumiyyətlə,  Şərq) poeziyasında yaz fəslini təsvir edən 

şeirlər, peyzaj lirikası nümunələri. Qətran Təbrizinin  baha-

                                                           

1

  Азярбайъан  Совет  Енсиклопедийасы, 10 ъилддя, II ъилд.  Бакы, 



1977, сящ.46. 

2

 Ядябиййатшцнаслыг терминляри лцьяти (тяртиб едяни: Я.Мирящ-



мядов). - Бакы, Маариф, 1988, сящ.25. 


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə