Microsoft Word Baba -edebiyyatda lirik nov doc



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə39/42
tarix16.08.2018
ölçüsü0,89 Mb.
#63610
1   ...   34   35   36   37   38   39   40   41   42

 

 

168



Anlamış guya ki, sünbül kakilinin tabı var. 

 

 

 



169

Rahət üçün fərş salmış səbzeyi-tər gülşənə, 

Nərgisin görmüş gözün məxmur, sanmış xabı var. 

 

Bulunur hər dərdə istərsən gülüstanda dəva, 

Həqqəsində qönçənin guya şəfa cüllabı var. 

 

Güldü gül, açıldı nərgis, lalə doldu, jalədən, 

Ey xoş ol kim, işrətü eyş etməyə əsbabı var. 

 

Qalib olmuş xəlqə zövqi-seyri-gülşən, guyiya, 

Çəkməyə xəlqi bənəfşə zülfünün qüllabı var. 

 

Gər Füzuli meyli-gülzar etsə fəsli-gül nola, 

Ey üçün xunabeyi-dildən şərabi-nabı var.

1

 

 

Bu qəzəl bizim Şərq ədəbiyyatı üçün səciyyəvi olan sırf 



klassik bahariyyədir. Qəzəlin ümumi bədii ruhunda bahar 

fəslinin sözlə  çəkilmiş  rəsmi var. Burada baharın təbiət 

mənzərəsini çəkən  ən mahir tablo ustası-rəssam rəng çalar-

larından necə uyarlı istifadə edərdisə, Füzuli də sözün məna 

çalarından, sözün bədii tutumundan o cür sənətkarlıqla 

istifadə etmişdir. Qəzəldə baharın sözlə  bədii ifadəsi, bədii 

rəsmi var. Burada söz-sözə bağlanmışdır. Sözlərin deyili-

şində, misraların axarında təbiət gülür, həyat gülür və lirik 

qəhrəmanların lirik-intim məhəbbət hisslərinin oyanması 

üçün meydan açılır. 

Qəzəlin 1-ci beytinə  nəzər salaq: bahardır, seyr qıl, 

tamaşa elə gör ki, gülüstanın nə gözəl təravəti var. "Güli-

sirab" ifadəsi ilə şair bahar yağışlarına işarə etmişdir. Bahar 

fəslində gülün həm yarpaqlarının üstü, həm də açmış 

                                                           

1

 М.Фцзули. Сечилмиш ясярляри, 1992, сящ.71. 




 

 

170



qönçələrinin ağzında su yığılır.  Şair bu təbii hadisəyə 

assosiativ bədii don geydirir. Demək olar ki, qəzəlin bütün 

beytlərində belə ruh hakimdir. Şeirdə baharın gəlişini elə bil 

xalq da öz qalibiyyəti kimi qeyd edir. Belə xoş dövranda eyş-

işrət keçirməyin bir "əsbabı" vardır. Bəs görəsən, lirik 

qəhrəman-şairin özü nə üçün kədərlidir? Nə üçün o, tökdüyü 

göz yaşını özü üçün "eyş etməyə" xalis, saf şərab hesab edir? 

Bahar fəslində hamı kimi, bütün sevgililər kimi, şair də öz 

məşuqəsinə qovuşar. Bahariyyədən çıxan nəticə, nikbin ruh, 

ideya-bədii qayə bundan ibarətdir.  Şair bu bədii qayəni 

vermək üçün real həyatda bahar fəslindən, bədii-estetik 

anlamda bahariyyədən istifadə etmişdir. 

Şairin aşağıda təqdim etdiyimiz beytini prof. Samət 

Əlizadə çox maraqlı şəkildə belə təhlil və izah etmişdir: 



Rüxun görgəc olur suzi-dəruni dərdi-dil hasil 

Bahar əyyamı sıçrar bərqi-rəx-şəndə, səhab oynar. 

 

Açılışı: Üzünü gördükdə  dərin yanğı  və ürəyin dərdi 



hasil olur, - bahar günlərində parlaq şimşək sıçrar, buludlar 

oynayar. 

Beyt təşbehlər silsiləsi üzərində qurulmuş, insan və 

təbiət qarşı-qarşıya qoyulmuşdur: gözəlin üzünün görün-

məsi,- baharın gəlişi: sinədəki yanğı-çaxan  şimşək; ürəyin 

dərdi-buludlar. Sevgilisinin üzünü gördükdə aşiq üçün bahar 

gəlir; lakin bu onun öz baharıdır; köksü od tutub yanır, 

qəlbini qəm-qüssə buludları bürüyür...

1

 

Füzuli "Bağə girdim, səri-kuyin anıb  əfğan etdim", 



"Bağə gir bülbülə  ərzi-güli-rüxsar eylə" misraları ilə 

                                                           

1

 C.Ялизадя. Шащ бейтляр, Азярбайъан Дювлят няшриййаты, Бакы, 



1995, сящ.80. 

 

 



171

başlanan qəzəllərində  də bahariyyədən sənətkarlıqla istifadə 

etmişdir. 

Qeyd etdiyimiz kimi, Füzulinin bir sıra qəzəllərində 

bahariyyələr bədii zaman bildirmək məsqsədilə  qələmə 

alınmışdır.  Şairin farsca yazdığı "Bahar əyyamıdır gəlməz 

nədəndir şurə bülbüllər" qəzəli bu baxımdan səciyyəvidir: 

Bahar əyyamıdır gəlməz nədəndir şurə bülbüllər, 

Məgər düşmüş lətafətdən könüllər şad edən güllər. 

 

Çiçəklər ətir saçdı, nazəninlər seyri-bağ etməz, 

Açılmış gülləri yekər pərişan etdi qafillər. 

 

Əgər eşq əhli etməzsə, gözəl məhrulərə rəğbət, 

Nə lazımdır bu ziynət, bu gözəllik, bu qəra tellər? 

 

Könüllər bəs neçin gülzarə bağlanmaz bu məsimdə, 

Məgər zənciri-zülfün açmamış gülşəndə sünbüllər? 

 

Könül qönçə kimi yüzlərcə qəmlə, bax, düyünlənmiş, 

Budur müşkül ki, dövran naz edir açdıqca müşküllər.

1

 

 

Bahariyyə formasında yazılmış bu qəzəl  şairin başqa 



bahariyyələri ilə müqayisə edilərsə, burada Füzulinin bədii 

zaman yaratması aydın görünmüş olar. Bədii zaman və 

məkan yaratmaq da şairin yaradıcılığında bir məqsəddir. Bu 

ruhlu bahariyyələrdə  şair çoxşaxəli məqsəd izləyir. Baharın 

poetik tərənnümünü verir, bahar atributları ilə insan atribut-

larını eyniləşdirir. Bahar anlayışları ilə lirik qəhrəmanlara 

müraciət edir və müəyyən zaman çərçivəsində müxtəlif 

hadisələri bədii surətdə əks etdirir. 

                                                           

1

 М.Фцзули.Сечилмиш ясярляри, Бакы, 1992. сящ.189. 




 

 

172



M.Füzuli öz qəsidələrində  də bahariyyələrdən mə-

harətlə istifadə etmişdir.  Şairin "Həva  ərayiş-gülzarə oldu 

çəhragüşa, Bahar gülşənə geydirdi hilleyi-xəzra" beyti ilə 

başlanan, habelə "Bahar", "Gül" qəsidələri bahariyyələrin 

yüksək sənətkarlıqla yazılmış nümunələri baxımından 

diqqəti cəlb edir. 

 Maraqlıdır ki, Füzulinin istər qəzəl, istərsə  də  qəsidə 

janrında yaratdığı bahariyyələrin əsasən çoxu rəməl bəhrində 

yazılmışdır. 

FAil Atün, FAil Atün, FAil Atün, FA iLün. "Rəməl" 

sözü ərəbcə dəvənin ləngərli yerişindən, ritm və ahəngindən 

götürülmüşdür.  Əzəmət, vüqar ifadə edən rəməl bəhri 

buradan götürülmüşdür."

1

 



Füzulinin "Həva  ərayisi-gülzarə oldu çöhrəgüşa" 

misrası ilə başlanan qəsidəsində bahariyyə ruhu çoxdur. Yəni 

burada həyat  əsasən bahar fonunda təsvir və  tərən-nüm 

olunur. Şairin "Bahar" və "Gül" qəsidələrində isə bahariyyə 

fonunda daha çox ictimai-fəlsəfi motiv verilmişdir. Təbiət və 

insan gözəlliyi bu qəsidələrin  əsas ideyası  və  məzmununu 

təşkil edir. "Bahar" adlı məşhur qəsidəsində deyilir: 

Qıldı dəfi-qəm dili-üşşaqdan zövqi-bahar, 

Ah kim, göstərdi eşq əhlinə dövran hicri-yar. 

 

Sakini xümxanə peyda qıldı şövqi-seyri-bağ, 

Gəldi ol dəm kim, qıla biçarələr tərki-diyar. 

 

Dustlar, əyyami-gül olsaydı həngami-sürür, 

Rəd nalan dəmbədəm qılmazdı əbri-əşkbar. 

 

                                                           

1

  Мир  Ъялал,  П.Хялилов.  Ядябиййатшцнаслыьын  ясаслары, "Маа-



риф" няшриййаты, Бакы, 1988. сящ.113. 

 

 



173

Fəsli-gül təbində əmniyyətdən olsaydı əsər, 

Qərqi-xuni-laləzar olmazdı tiği-kühsar...

1

 

 

Füzulinin "Leyli və  Məcnun" poemasında da bahariy-



yələrdən poetik sənətkarlıqla istifadə olunmuşdur. Lakin 

burada da şair bahariyyələrdən  əvvəlcə epizodik şəkildə is-

tifadə etmişdir. Çünki belə epizodlarda baharın geniş  təbiət 

təsvirlərindən daha çox lirik qəhrəmanlara müraciət 

məqsədilə istifadə edilmişdir. "Leyli və  Məcnun" 

poemasında "Bu sifəti - Məcnundur və ibtidai-möhnəti-

füzundur" fəslində verilmiş bahariyyə bu baxımdan 

xarakterikdir: 



Bir dilbəri-sərvqəddü gülruy, 

Sərvi-xoşu gülrüxu səmənbuy 

Şiirin ləbi-mənşəi-lətafət, 

Rəna qədi-durduğu ilə afət... 

 

Şəhla gözü-nərgisi pürəfsun 

Ziba qaşı-nərgis üzrəgi nun 

Hüsni güli-laleyi-şəfəqfam, 

Zülfi xəmi-lalə üzrəgi lam...

2

 

 

Göründüyü kimi, burada bahara aid verilən anlayışlar 



və  təbiət təsvirləri lirik qəhrəmanın tərənnümü üçün 

müqayisə ilə verilən portret-bahariyyədir. Çünki burada 

baharın elementləri vasitəsilə bahar fəsli yox, daha çox lirik 

qəhrəmanın özü dərk olunur: "Sərv boylu, gül üzlü bir dilbər, 

gül yanaqlı, yasəmən qoxulu qəşəng bir sərv...  Şəhla gözü-

                                                           

1

 М.Фцзули. Сечилмиш ясярляри, Бакы, Йазычы, 1984, сящ.137. 



2

 М.Фцзули. Лейли вя Мяънун, Бакы, Эянълик, 1993, сящ.119. 




Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə