Microsoft Word Baba -edebiyyatda lirik nov doc



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə40/42
tarix16.08.2018
ölçüsü0,89 Mb.
#63610
1   ...   34   35   36   37   38   39   40   41   42

 

 

174



ovsunçu nərgiz, gözəl qaşı-nərgiz üstündə nun. Hüsnünün 

gülü-qırmızı lalə, saçının əyrisi-lalə üstündə lam... dodağının 

ləli-naz çeşməsinin suyu... O dərəcədə gözəl bir təbiət idi 

ki,..."


1

 

"Leyli və  Məcnun" poemasında "Bu Leyliyə  Məcnun 



güzərdə müqabil olduğudur və gün müqabilində hilali-mehri 

bədri-kamil olduğudur" fəsli bədii zaman və  məkan, eyni 

zamanda lirik qəhrəmanın portretini yaratmaq baxımından 

klassik bahariyyədir: 



Bir gün ki, bahari-aləməfruz. 

Vermişdi cəhanə feyzi-novruz. 

Salmışdı niqab çöhrədən gül, 

Çəkmişdi sürud-nalə bülbül. 

Şəbnəm meyi-nabı ilə lalə. 

Doldurmuş idi qızıl piyalə... 

Hər yan dedilər ki: "Ey bəlakeş, 

Gül çağıdır, olmagil müşəvvəş..."

2

 

 

Bu fəslin nəsr variantını vermək fikrimizi əyani şəkildə 



açıqlamaq üçün daha məqsədəuyğundur: 

"Bir gün dünyanı  işıqlandıran bahar günəşi aləmə 

novruz feyzi vermişdi, gül üzündən örtüyünü salmış, bülbül 

ağlar mahnısına başlamışdı... Bir neçə  vəfalı yoldaş  şikəstə 

Məc-nunun ağlar görüb hər yandan dedilər ki: "Ey bəlakeş, 

gül çağıdır, iztirab keçirmə. Bu fəsildə adam gərək şad ola, 

qayğıdan, bəla və qəmdən azad ola... Gül kimi sinəni yırtma. 

Çəmən kimi torpağı yataq eləmə... Bəlkə bu növbahar fəs-

lində seyrdə sevgilinin vüsalı qismət ola". Dərdli Məcnun 

                                                           

1

  М.Фцзули.  Лейли  вя  Мяънун  (няср  вариантына  чевиряни: 



С.Ялийев). "Маариф" няшриййаты, Бакы, 1991, сящ.53. 

2

 М.Фцзули. Лейли вя Мяънун. Бакы, Эянълик, 1993, сящ.32. 



 

 

175



ayağa durdu, seyr üçün səhralara baş vurdu... Gah çəmənliyə 

sirr açar, gah laləyə min-min dualar edərdi... Nərgizin 

gözünə nəzər salar, yarının gözünü anıb, ah edərdi... Bənöv-

şəyə könül dərdini söylərdi ki, yarını görsə ona söyləsin. 

Halını bülbüllərə, möhnət və məlalını qumrulara şərh edərdi. 

Hər türfə çiçək gördükcə ah çəkib, mənzil-mənzil gəzərdi, 

birdən yolu bir mənzilə düşdü ki, yarı orada seyr edə idi. 

Leyli, şikəstə Məcnundan əvvəl bir neçə pəri üzlü həmdəmlə 

o düzənliyə güzar eləmiş, gülün, lalənin, üstünə kölgə 

salmışdı. Bir yaşıllıqda yaşıl bir çadır qurmuşdu, ay çəmən-

liyin ortasında halə qurmuşdu. O çadır qönçə kimi idi, o ay 

da içində gül yarpağı kimi. Leyli Məcnunla üz-üzə  gəldi, 

dərd seli qəm dəryasına yetişdi...

1

 



Əlbəttə, bu cür poetik sənətkarlıqla qurulmuş bahariyyə 

şeirləri öz bədii keyfiyyətləri ilə  bərabər, həm də poemanın 

bədii strukturunu təşkil edən kompozisiya elementi kimi də 

diqqəti cəlb edir. Belə bahar təsvirləri  əsərə  həm də 

oxunaqlıq, gözəllik və lirik tərənnüm hisslərinin geniş şəkil-

də verilməsi üçün bədii enerji rolu oynayır. Bu isə Füzuli 

yaradıcılığında ümumiyyətlə sözün potensial enerji 

yükündən, məna tutumundan maksimum sənətkarlıqla isti-

fadə etməkdən irəli gəlir. 

Poemada "Bu, Leylinin bahar əyyamı seyri-gülzar 

etdiyidir və gülzarda muradına yetdiyidir" fəsli də 

bahariyyənin yüksək poestetik təsvir və  tərənnümü 

baxımından diqqəti cəlb edir: 

Bir gün ki, bahari-aləmaray 

Zövq əhlinə oldu rahətəfzay, 

                                                           

1

 М.Фцзули. Лейли вя Мяънун (няср варианты), "Маариф" няшрий-



йаты, Бакы, 1991, сящ.53-54. 


 

 

176



Ayineyi-dövrdən gedib cəng 

Dövr etdi zəmini asimanrəng. 

Feyzi-şəbi-kimiya əsərdən, 

Təsiri-şəmameya-səhərdən, 

Açıldı xəmi-bənövşədən tab, 

Şəbnəm gülə saçdı löləi-nab, 

Gülzarə həva əbir tökdü, 

Səhrayə ğübari-mişk çökdü. 

Yağdırdı səhab jalə daşın, 

Ol daş ilə yardı ğönçə başın,... 

Səbzə gülə verdi mişk bacın, 

Gül səbzəyə mülkünün xəracın...

1

 

 

Əlbəttə, bahariyyəni bütöv də nümunə şəklində vermək 



mümkündür. Lakin diqqəti cəlb edən sözdən istifadə etmək 

məharətidir. Burada nəinki sözü sözdən, hətta misranı 

misradan ayırmaq çox müşküldür.  Şeirdə sözlər az qala 

özləri də elə bil dil açıb danışır, gül açıb  ətirlənir. Təbiətin 

özündə bioloji mənada təbiilik, qanunauyğunluq olduğu 

kimi, şeirdə də qüvvətli bir lirizm, bədii-məntiqi ardıcıllıq və 

beləliklə də baharın tam şəkildə təsvir və tərənnümü var. 

"Bənövşənin  əyri boynundakı büküyün açılması", 

"hava gülzarı xoş qoxu tökdü", "bulut jalə daşını yağdırdı", 

"qönçə o daş ilə başını yardı", "qönçə qaş-göz elədi, gül 

adına min müəmma açdı", "Ruzigar yaşıllıq bəzəyi ilə yeri 

göyə  bənzətdi" və  sair  kimi  bədii assosiativ tapıntılar  şeirə 

real, təbii həyatda olduğundan qat-qat çox cazibədarlıq, 

təbiilik gətirir. 

Sözlə  rəsm olunan bu bahariyyədə  həyat oxucu üçün 

                                                           

1

 М.Фцзули. Лейли вя Мяънун, Бакы, Эянълик, 1993, сящ.65. 



 

 

177



daha çox gerçək, təbii və obyektivdir. Füzuli bu cür 

bahariyyə  təsvirlərində sanki zərgər dəqiqliyi ilə "iş görür", 

sözləri seçir, təbiətin həmin hadisəsinə ən uyğununu və uyar-

lısını seçir. "Bulut jalə, daşını yağdırdı", "qönçə o daş ilə 

başını yardı", "qönçə qaş-göz elədi" və s. metafora və 

frazeoloji ifadələr baş verən və mikroskopik müşahidə 

obyekti olan təbiət hadisələridir. Füzuli isə bunları öz 

pərəstişkarlarına bədii sənət mikroskopunda böyüdərək 

təqdim edir. Belə şeirlərdə həm real, həm də ictimai mənada 

həyat var, gözəllik var, ən başlıcası isə hamını məftun edən 

cazibədar Füzuli sənəti var. 

Füzulinin poemalarında bahariyyələr yuxarıda deyildiyi 

kimi, həm də kompozisiya elementidir. Bu şeirlər poemanın 

ideya bədii qayəsi, bədii forması ilə üzvi vəhdət təşkil edir. 

"Leyli və  Məcnun" poemasında sevən aşiqlərin  ən yaxşı 

əhvali-ruhiyyələrini, tanışlıq və görüş səhnələrini əks etdirən 

bahariyyələri poemadan çıxarsaq, o zaman əsərin 

kompozisiyasına xələl gələr və zəifləyər. 

Şairin "Söhbətül-Əsmar" poemasında verilən bahariyyə 

də bu baxımdan diqqəti çəkir: 



...Çün nəşvü nüma bulub çəmənlər, 

Çak etdi nəbat pirəhənlər. 

Mey nəşə ilə əyan çəkdi

Nərgis ki, göz açdı bağə girdi, 

Bir baxmağılan özün itirdi. 

Köçgərdan olub bənövşəyi-zar, 

Bir nəşeyi meylə oldu xummar. 

Qönçə yaxasını eylədi çak, 

Bülbül baxuban olub fərəhnak. 

Bağ içrə açıldı qırmızı gül, 


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə