Microsoft Word Baba -edebiyyatda lirik nov doc



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə29/42
tarix16.08.2018
ölçüsü0,89 Mb.
#63610
1   ...   25   26   27   28   29   30   31   32   ...   42

 

 

128



də oradakı obrazların sayının çoxluğu olmuşdur. Əlbəttə, bu 

xüsusiyyət qəzəlin yaranmasının daha ilkin dövrlərinə aiddir.  

Şərq xalqları ədəbiyyatında farsdilli qəzəlin yaranması 

əsasən XII əsrdən başlayır. Q.Təbrizi, Xaqani, Nizami kimi 

klassik Azərbaycan  şairləri farsdilli qəzəlin  ən yaxşı 

nümunələrini yazmışlar. Qəzəl  şeiri həqiqi lirikanın  əsas 

janrlarından biri kimi əsl poetik xüsusiyyətlərini bəlkə  də 

məhz bu dövrlərdən mənimsəyir. Xaqani, Nizami kimi 

şairlərin qəzəllərində  bədii məzmun, mövzu genişliyinə 

baxmayaraq, poetik «mən»in tərənnümü, lirik hisslərin, 

əhval-ruhiyyənin təsviri önə  çəkilir. Ani hisslərin 

tərənnümünə  həsr edilən qəzəl  şeiri tez yazılır, xalq 

tərəfindən məclislərdə, kütləvi yerlərdə  əzbərlənir və 

yayılırdı. Nizaminin poetik istedadı farsdilli qəzəlin həm 

forma – məzmun, həm də bədii təsvir, dil-üslub baxımından 

zənginləşməsində müstəsna rol oynamışdır. Nizaminin 

qəzəllərində insan ehtiraslarının, onun daxili aləminin 

çırpıntılarının təsvir və  tərənnümünə daha çox üstünlük 

verilir. Duyğuların, hisslərin tərənnümü mövzuya olan 

münasibətdən əsas götürülür. Bununla da qəzəl lirik şeir janrı 

olaraq öz həqiqi bədii-poetik xüsusiyyətlərini ehtiva etmiş olur. 

N.Gəncəvinin aşağıdakı qəzəlinə diqqət edək: 



Ay üzlü nigarım, kimə mehman olacaqsan? 

Bir söylə, kimin şəninə şayan olacaqsan? 

 

Şahlıq çətiri var başın üstündə bu axşam, 

Ənbər çətirinlə kimə sultan olacaqsan? 

 

Şəkkər demərəm mən sənə, ondan da şirinsən, 

Dilbər, necə bir bəxtəvərə can olacaqsan? 

 

 

 



129

Zülmət gecə, sən nurlu çıraq, bəd gözə gəlmə

Ey abi-həyat, sən kimə canan olacaqsan? 

Getdin, necə bəs tab eləsin hicrə Nizami, 

O xəstə ikən, sən kimə dərman olacaqsan?

1

 

 

Nizaminin qəzəllərində  məhəbbət və gözəlliyin 



mənəvi-psixoloji və  fəlsəfi təsviri daha güclüdür. Onun 

qəzəllərinin mövzusunu, obrazlar aləmini real həyatdan ayrı 

düşünmək mümkün deyildir. Şairin qəzəllərinin mərkəzində 

əsasən iki obrazın – sevən aşiqin və onun məşuqəsinin obrazı 

canlandırılır. Göründüyü kimi, dahi şairin qəzəllərində 

istifadə olunan təşbehlər, bənzətmələr, ifadə üsulu və 

vasitələri tamamilə yeni və orijinaldır.  

Nizaminin qəzəlləri fars dilində yazılmasına 

baxmayaraq, bu şeirlərin bədii məzmunu türk təfəkkürü ilə 

yoğrulmuşdur. Çünki Nizaminin istər qəzəllərində, istərsə  də 

epik həcmli poemalarında türk-Azərbaycan təfəkkürünü, 

psixologiyasını, deyim tərzini, xalq təfəkkürünü  əks etdirən 

çoxlu sayda ifadələrdən, frazemlərdən istifadə edilmişdir. Bu 

da təsadüfi deyildir. Çünki bu bənzərsiz ifadələr, hər  şeydən 

əvvəl, Nizami yaradıcılığına xalq ədəbiyyatından süzülüb 

gəlirdi.  Şairin qəzəllərinin sadə, aydın, anlaşıqlı, ahəngdar 

olmasının da səbəbi bununla bağlı olmuşdur.  

Şairin  əsərlərinə  dərindən bələdlik bir daha sübut edir 

ki, dahi sənətkar öz qarşısına… xalq ruhunun, onun 

dünyagörüşünün ifadəçisi olmaq kimi çətin və  məsul bir 

vəzifə qoymuşdur. Öz xalqının qədim mənşəyindən, həyat 

tərzindən mövzu götürən Nizami yaradıcılığında Azərbaycan 

şifahi xalq təfəkkürünün dərin və silinməz izləri ilə 

                                                           

1

 Гязялин фарсъадан тяръцмяси Ъяфяр Хяндана мяхсусдур.  




 

 

130



qarşılaşırıq

1

.  



Yuxarıda deyildiyi kimi, Nizami qəzəlləri XIII əsrdən 

başlayaraq təşəkkül tapmağa başlayan anadilli qəzəlin 

inkişafında təsirli rol oynamışdır. «XIII əsrdən başlayaraq 

bütün Yaxın  Şərq bədii fikrində olduğu kimi, Azərbaycan 

ədəbiyyatında da qəzəl bir janr kimi öz tam təsdiqini tapdı. 

Həm də maraqlıdır ki, ənənəvi orta əsr  ədəbi-nəzəri 

traktatlarında qəzəlin qarşısında qoyulan tələblərdən fərqli 

olaraq, poetik təcrübədə janrın mövzu dairəsi daha geniş 

vüsət və əhatəlilik kəsb edir. Aşiq və məşuqə münasibətləri

məhəbbətin nəşəsi və  kədəri, vüsal, hicran səhnələri öz 

hakim mövqeyini saxlasa da, təbiət mənzərələri, ictimai-

siyasi, didaktik-etik motivlər də qəzəlin predmetinə çevrilir, 

sırf fəlsəfi, sufi-panteist qəzəllər yazılır»

2



Anadilli  ədəbiyyatımızın tarixi XIII əsrdən başlayır. 

İzəddin Həsənoğlunun «Apardı könlümü bir xoş  qəmərüz, 

canfəza dilbər» qəzəli anadilli şeirimizin ilk nümunəsidir.  

Apardı könlümü bir xoş qəmər yüz canfəza dilbər. 

Nə dilbər? Dilbəri-şahid. Nə şahid? Şahidi – sərvər.  

 

Mən ölsəm sən büti-şəngül, sürahi, eyləmə gülgül. 

Nə gülgül? Qülgüli-badə. Nə badə? Badeyi – əhmər. 

 

Başımdan getmədi hərgiz sənünlən içtigüm badə. 

Nə badə? Badeyi-məsti. Nə məsti? Məstiyi-sağər. 

 

Əzəldə canim içində yazıldı surəti-məni, 

Nə məni? Məniyi-surət. Nə surət? Surəti-dəftər. 

                                                           

1

 Бах: Баба Бабайев. Низами вя халг ядябиййаты. «Азярбайъан мцяллими» 



гязети, 5 ийул, 1989-ъу ил.  

2

 Азадя Рцстямова. Классик Азярбайъан поезийасында гязял. Бакы, 



 

 

131



 

Həsənoğlu sana gərçi duaçidir, vəli sadiq. 

Nə sadiq? Sadiqi – bəndə. Nə bəndə? Bəndeyi – çakər.  

Həsənoğlunun bu qəzəli ana dilində yazılan  şeirin ilk 

nümunəsi olmaqla yanaşı, həm də dil, süjet – kompozisiya 

baxımından mükəmməl bir sənət nümunəsidir.  Şairin bu 

qəzəli XIII əsr Azərbaycan  ədəbi dili haqqında aydın 

təsəvvür yaradır. Qəzəlin poetik dil sistemi, məcazları 

göstərir ki, bu əsər Həsənoğlunun ana dilində yazdığı yeganə 

şeiri deyildir. Ədəbi-tarixi mənbələr onun Azərbaycan 

dilində «Divan»ı olduğunu və  şairin  əsərlərinə türk və fars 

dillərində nəzirələr yazıldığını göstərir.  

Həsənoğlunun bu qəzəlində  ərəb-fars dilinin təsiri ilə 

əcnəbi sözlərdən, izafət tərkiblərindən də çox istifadə 

edilmişdir. lakin şairin ana dilinə  həssaslıqla yanaşması, 

poetik ustalığı  ərəb-fars mənşəli sözlərin işlənilməsini o 

qədər də qabarıq hiss etdirmir. Çünki bu sözlər, tərkiblər bir 

növ Azərbaycan dilinin qanunlarına tabe tutulur. Qəzəldə 

hal, mənsubiyyət, xəbərlik, zaman, şəxs kateqoriyasına aid 

olan sözlər indi dilimizdə  işləndiyi kimidir. Bütün bunlar 

görkəmli şairin böyük ciddi-cəhdlə ana dilində əsər yazmaq 

istəyindən irəli gəlmişdir.  

Sonrakı dövrlərdə Q.Bürhanəddin,  İ.Nəsimi,  Ş.İ.Xə-

tayi, Həbibi, Kişvəri, M.Füzuli anadilli qəzəli inkişaf 

etdirərək yeni poetik zirvələrə qaldırmışlar. Q.Bürhanəddin, 

İ.Nəsimi, S.İ.Xətayi kimi şairlərin yaradıcılığında qəzəl şeiri 

daha mübariz, döyüşkən ruh qazanmışdır. Bu dövrdə yazılan 

qəzəllərin məzmununda ictimai-siyasi, fəlsəfi ruh hakim 

olmuşdur. Nəsiminin sufi-hürufi məzmunlu qəzəlləri fəlsəfi 

                                                                                                                            

«Елм», 1990.  



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə