72
daxilən,
məzmunca bağlansa da, onun özü də əlahiddə
məzmun və mənaya malik olur. Burada sənətkarın müxtəlif
arzuları, düşüncələri öz əksini tapa bilər. Qəzəlin son
beytində müəllif mütləq şəkildə öz adını bildirir. Ona görə də
qəzəlin məqtə beytinə tac beyti də deyirlər.
Hansı gülşən bülbülün derlər, Füzuli, sən kimi,
Hansı bülbül naləsi fəryadü əfğanınca var?
(M.Füzuli)
73
Ey nazlı vətən, mən sənə öz könlümü verdim,
Qarşında günahkarsa, Süleymanı bağışla!
(S.Rüstəm)
Müxtəlif şəkildə yazılmış şeirlərin, qəzəl və qəsidələrin
ayrı-ayrı beytlərindən başqa ədəbiyyatşünaslıqda
yetim beyt
və ya ən kiçik ölçüdə yazılmış şeir olan fərd anlayışları da
vardır. Yetim beytlər və fərdlər yalnız bir beytdən ibarət
olur. Fikir və məzmunca dolğun yazılmış belə beytlərin ya
müəllifi naməlum qalır, ya da konkret müəllifi olsa da belə
sanki anonim şəkildə dillərdə əzbər olur.
Bənd. Şeir nəzəriyyəsində, onun poetik strukturunda
əsas rol oynayan anlayışlardan biri də bənddir. Şeirin bir
neçə misradan ibarət olub vəzn, qafiyə, ahəng, intonasiya və
başqa poetik-estetik, bədii sintaktik xüsusiyyətlərinə görə
bir-birinə bağlanmış, fikir-məna vəhdəti etibarı ilə bitkin
hissəsinə və ya bölümünə bənd deyilir.
Azərbaycan şifahi xalq şeir janrları və yazılı ədəbiyyatda
yaranan şeirimiz başqa texniki şərtləri ilə bərabər, bəndlərin
sayı, quruluşu baxımından da zəngindir. Yuxarıda
dediklərimizdən başqa
şeirin bədii tərtibində,
kompozisiyasının bütövlüyündə, ifadənin emosionallığında,
fikrin ritmik axarında və təsirliliyində bəndin mühüm əhə-
miyyəti vardır. Şeir şəkillərinin müəyyənləşməsində
bənddəki misraların sayı əsas şərtdir. Bununla bərabər, bir
sıra şeir şəkillərindəki bəndlər misraların sayı etibarı ilə
eynidir. Belə ki, hər bəndi dörd misradan ibarət olan şeirlərin
mürəbbe (dördlük), qoşma, gəraylı kimi şəkilləri vardır.
Klassik şeir janrları olan mürəbbelərin hər bəndi dörd,
müxəmməslərin beş, müsəddəsin altı, müsəbbelərin yeddi
74
misradan ibarət olmuşdur. Deməli, şeir şəkilləri bənddəki
misraların sayına görə təyin olunur. O da qeyd olunmalıdır
ki, bəndlər iki misradan tutmuş on, on iki, on dörd və s. mis-
ralardan ibarət ola bilər.
Qəzəl və qəsidələrin hər bəndi iki misradan ibarət olub
beytlər şəklində qurulur. Qoşmaların hər bəndi bir qayda
olaraq dörd misradan ibarət olur.
Ey cavan qız, məndən belə gəzmə gen, -
Mən sənin üzündə xalı sevmişəm. (a)
Bənd olmuşam şirin-şirin sözünə,
-
Şəkkər dodağından balı sevmişəm. (a)
(M.P.Vaqif)
M.P.Vaqifin müsəbbelərinin (yeddilik) hər bəndi yeddi,
müəşşərlərinin isə hər bəndi on misradan ibarətdir. Qeyd
etmək lazımdır ki, xalq şeiri və klassik şeir janrlarında
bəndlərin qafiyələnməsi tam ənənəvi qaydaya tabe tutulur.
Müasir şeirimizdə üçlüklərdən istifadə olunur və onların
qafiyə quruluşu da müxtəlifdir.
Şikayətim vardır gül əllərindən,
(a)
Onlar ürəyimi tutub dərindən (a)
Necə qoparmada bilməm, şirin qız? (b)
(M.Müşfiq)
Könlümdə şirin nəğmələrim var,
(a)
Xoş keçdi bu yerlərdə həyatım, (-)
Sahilləri cənnət Xəzərim var.
(a)
(S.Rüstəm)
Digər bəndlərdə birinci, ikinci misralar sərbəstdir,
75
üçüncü misra isə birinci bəndin son misrası ilə qafiyələnir.
B.Vahabzadənin «Şəhriyara» şeiri beşlik şəklində
yazılmışdır. Qafiyə quruluşu bütün bəndlərdə eynidir: a, a, a,
b, b, və s.
Sən almışdın gücünü bu ocaqdan
(a)
Ondan dönüb, ona baxdın uzaqdan, (a)
Qönçə ikən ayrı düşdün budaqdan
(a)
Heydərbaba dalınca qan ağladı…
(b)
Ancaq ayaq izlərini saxladı.
(b)
Müasir şeirimizdə bəndlər təkcə misraların sayına və
qafiyə sisteminə görə yox, daxili quruluşunun başqa bədii
keyfiyyətləri baxımından da müxtəlif və rəngarəngdir.
76
SƏRBƏST VƏZN
Azərbaycan poeziyasında istifadə olunub, şairlərimiz
tərəfindən tez-tez işlədilən vəznlərdən
biri də s ə r b ə s t şeir
vəznidir. Sərbəst şeirin adından da göründüyü kimi, heca
vəznində tələb olunan texniki şərtlərə burada tam şəkildə
əməl olunmur. Sərbəst şeirdə yazan şair şeirin ölçü, bölgü,
qafiyə sistemindən sərbəst şəkildə istifadə edir. Əlbəttə, bu o
demək deyildir ki, sərbəst şeirdə bölgüdən, qafiyədən istifadə
olunmur. Sadəcə olaraq, sərbəst şeirdə qafiyə, ölçü, bölgü,
misraların həcmi, hecaların misralardakı sayı, ahəngi
tamamilə formal səciyyə daşıyır. Belə ki, qafiyə heca
vəznində iki və daha artıq misralar arasında və ya çarpaz
şəkildə işləndiyi halda, sərbəst şeirdə qafiyə ardıcıl şəkildə
deyil, bir neçə misradan sonra da gələ bilər. Bəzən qafiyə
sərbəst şeirdə dalbadal da işlənə bilər.
Sərbəst şeirdə bənddəki misraların və hecaların sayı da
müxtəlif olur. Şair sərbəst vəzndə müxtəlif ölçülü misralar-
dan, misradaxili fasilələrdən və hecalardan istifadə edə bilər.
Lakin şeirin hansı vəzndə yazılıb yazılmamasından asılı ol-
mayaraq orada hisslərin tərənnümü, poetik fikrin emosional
təsviri əsas olmalıdır. Odur ki, sərbəst vəzndə yazılan
şeirlərdə poeziyanın bu ən mühüm qanunlarına əməl olun-
malıdır. Buradan belə nəticəyə gəlmək olar ki, sərbəst şeir
anlayışının özü də formal olub, şairin bir sənətkar kimi tam
sərbəstliyi, azadlığı demək deyildir. Çünki sərbəst şeirdə
misraların, hecaların sayı, qafiyə sistemi konkret bir ideyaya,
məzmuna tabe tutulur. Şübhəsiz, sərbəst şeirlərin özündə də
qüvvətli bir ritm, ahəng olmalıdır. Hisslərin lirik tərənnümü,
poetik sistem və qanunauyğunluq, ritm bütün vəznlərdə yazı-
77
lan şeirlər üçün əsasdır.
Azərbaycan şeirində sərbəst vəznin inkişafı əsasən
1920-1930-cu illərdən başlayır. Lakin sərbəst şeir yarandığı
vaxtlardan müxtəlif mübahisələrə səbəb olmuşdur. Sərbəst
şeirdə yazan bir sıra şairlər bunun adından istifadə edir və ən
zəif şəkildə yazılmış nəzm nümunələrini də poetik fikrin
uğuru kimi gələmə verirdilər. Ritm, ahəng, bölgü, qafiyə
kimi şərtlərdən uzaq olub, məzmunca dağınıq, qarışıq olan
belə sərbəst şeir nümunələri hələ o zaman tənqid və
ədəbiyyatşünaslıqda etirazla qarşılanırdı.
Sərbəst şeir sahəsində yaranan mübahisələr tamamilə
haqlı və təbii idi. Belə ki, 1920-1930-cu illərdə S.Vurğun,
R.Rza, M.Müşviq, O.Sarıvəlli kimi şairlər istisna olmaqla,
bir çox gənc yazanlar sərbəst şeirə onun adına uyğun olaraq
tam sərbəst yanaşır, formalist mövqedə dururdular. Zahiri,
formal cəhətlərinə əsas önəm verən bir çox sərbəst şeir
yazanlarının əsərləri solğun, sönük, bədii cəhətdən zəif, dil
nöqteyi-nəzərdən qüsurlu, ən başlıcası isə məzmunsuz idi.
Hər cür söz yığınından ibarət nəzm nümunələri sərbəst şeir
hesab olunurdu. Bütün bunlar isə sərbəst şeirin poetikasını
kifayət qədər bilməməkdən, gənc şairlərin ifrat dərəcədə
formalizmə, zahiri effektlərə uymasının nəticəsi idi.
Sərbəst şeirin ilk təşəkkül dövrlərində S.Vurğun «Ap-
rel», «Məktub», «Şairin andı», «Zərərçilər», «Raport»,
«Ölən şeirlərim», «Cavabımız», «Şeir və xaltura», «Tikanlı
sözlər», «Fanar» və s. kimi şeirlərini sərbəst vəzndə yazmışdır.
Lakin S.Vurğunun şeirlərində hansı vəzndə yazmasından
asılı olmayaraq qüdrətli şairin duyğularının, hisslərinin
yüksək poetik dillə ifadəsini görürük. «Hansı vəzndə
yazmasından asılı olmayaraq S.Vurğunun şeirləri həmişə