54
qeyri-bədii sözlərdən düzələn qafiyələrdən
az istifadə olunur,
ya da heç olunmur. Xüsusilə də müxtəlif köklü sözlərin
şəkilçi oxşarlığına görə qafiyələndirilməsi şeir sənətində
yolverilməzdir.
S.Vurğunun şeirlərində müxtəlif nitq hissələrindən
əmələ gələn ən kamil qafiyə quruluşu ilə rastlaşırıq və bu
qafiyələrin özü də yuxarıda dediyimiz kimi şairanə və oxucu
üçün gözlənilməzdir.
Görüb tanış olmadığım,
(fel)
Qayğısına qalmadığım.
(fel)
Son nəfəsdə səni andı,
(fel)
Dəniz kimi dalğalandı.
(fel)
Gözüm yolda, könlüm səsdə,
(isim)
Dinlə məni son nəfəsdə.
(isim)
Açılmayır qaş-qabağın,
(idiom)
Çiçək açmaz könül bağım. (idiom)
Gecə cansız, gecə sakit, gecə lal! (isim)
Nə qədər uçsa da uçduqca xəyal. (isim)
S.Vurğun şeirində müxtəlif nitq hissələrindən düzələn
kamil qafiyələrə rast gəlirik.
Səhralara səs salacaq ilxıların kişnəməsi,
(fel)
Qulaqları oxşayacaq qoyun səsi, quzu səsi. (isim)
Yenə axar çaylar üstə dəmir körpü qurulacaq, (fel)
Yenə sahil lampaları alışacaq çıraq-çıraq.
(zərf)
1988, с.106
55
Azərbaycan şeirində bir sıra hallarda qulaq
qafiyəsindən də istifadə edirlər. Belə qafiyələr qurmaq
əlbəttə çətindir. Bu zaman qafiyələr sözün yazılış – qrafik
cəhətinə görə yox, məhz fonetik səs oxşarlığına görə qurulur.
Daha doğrusu, belə qafiyələrdə söz kökünün yazılışı və
qrammatik dəyişməsi deyil, oxşar səslərin tələffüzü əsas
götürülür. Prof. A.Axundov yazır: «Azərbaycan şeirində
çoxdan mövcud olan qulaq qafiyələri məhz fonetik prinsipin
verdiyi imkanlar əsasında yaranan qafiyələrdir. Lakin bunlar
heç də o demək deyildir ki, guya qrafik qafiyə poeziyamızda,
o cümlədən bizim şeirimizdə unudulmuşdur və artıq o
yararsızdır. Şübhəsiz, qafiyənin gözəlliyi onun yeniliyində
və gözlənilməzliyindədir. İstər fonetik prinsipə əsaslansın,
istər qrafik».
1
Xəyal dumanında xumaram indi,
Yuxumu həyatdan umaram indi!
Gerçəyin ilkidir yuxunun sonu,
- Yuxu nəğməmizin son akkordunu.
(B.Vahabzadə)
At çapdılar düz Altaydan Oğuza
Körpü saldı Cığataydan Oğuza.
(B.Vahabzadə)
Ən müqəddəs məbədiydi Vətən Vaqifin,
Şair könlü bülbül kimi ötən Vaqifin.
(S.Rüstəm)
1
А.Ахундов. Шеир сяняти вя дил. Йазычы, Бакы, 1980, с.76
56
Gecələr ay sənindir, gündüzlər günəş
kainat kimi!
Hər şey gözəlləşmədə, sən də gözəlləş
bu həyat kimi.
(M.Müşfiq)
Xalqlar necə yaxındır
sanki
bir
ürəkdədi.
Gülüşlərin, sözlərin,
Nəğmələrin vəhdədi.
(Ə.Kərim)
Məni çulğalar boran,
Əgər bir saat, bir an.
Ayrılsam gəncliyimin yüyənsiz tufanından.
(Ə.Kərim)
Qapan ölüm, öpən ölüm,
Məni yerə təpən ölüm. (A.Laçınlı)
Bəzən şairlər yalnız misranın sonunda yox, misranın
daxilində də qafiyə qururlar. Aşıq ədəbiyyatında və aşıq şeiri
ənənəsində yazılan yazılı şeir nümunələrində buna
qoşayarpaq deyirlər.
A.Ələsgərin «Düşdü» şeiri bu baxımdan xarakterikdir.
Ətlazdan, belində şalı,
Gövhərdən bahalı üzündə xalı.
Geydi yaşıl-alı, yaxdı mahalı,
Əyri tellər ayna qabağa düşdü.
57
Yeriyirdi sana yaşılbaş, sona,
Yaraşır canana ağ nazik cuna.
Tellərində şana, əlində həna,
Yəmən, yaqut əhmər dodağa düşdü.
(A.Ələsgər)
Sənsən mənim ayım, günüm, hilalım,
Dövlətim, iqbalım, cahım, cəlalım.
Gözəl üzün daim fikrü xəyalım,
Sözün dildə şirin hekayətimdir.
(M.P.Vaqif)
Xumar-xumar baxmaq göz qaydasıdır,
Lalətək qızarmaq üz qaydasıdır,
Pərişanlıq zülfün öz qaydasıdır,
Nə badi-səbadən, nə şanədəndir.
(M.P.Vaqif)
Klassik və müasir şeirimizdə də şairlər daxili qafiyədən
istifadə etmişlər. Belə qafiyələr doğrudan da, şeirdə ikiqat
qafiyə adlanır. M.Füzuli «Məni candan usandırdı…» adlı
məşhur qəzəlində daxili qafiyədən məharətlə istifadə
etmişdir.
Deyildim mən sənə mail, sən etdin əqlimi zail,
Mənə tən eyləyən qafil, səni görcək utanmazmı?
Füzuli rindi-şeydadır, həmişə xəlqə rüsvadır,
Sorun kim bu nə sövdadır, bu sövdadan usanmazmı?
Lakin klassik şeirdən fərqli olaraq, müasir poeziyamızda