36
MƏNSUR ŞEİR
Lirik növ haqqında danışarkən belə nəticə çıxarmaq
olmaz ki, bu növdə yaranan əsərlər yalnız nəzmlə yazıla
bilər. Ədəbi prosesin inkişafı göstərir ki, çağdaş Azərbaycan
nəsri bədii-poetik strukturu baxımından daha da zənginləşir.
Bu ədəbi inkişaf bəlkə də rus və Avropa bədii nəsrində
özünü daha çox göstərmişdir. İndi ədəbiyyat nəzəriyyəçiləri,
ədəbi tənqidçilər lirik nəsr anlayışından tez-tez istifadə
edirlər. Bu isə ondan irəli gəlir ki, yazıçılar təsvir olunan
obyektiv gerçəkliyə daha emosional münasibət bəsləyir,
insanın daxili-mənəvi aləminin dəruni hisslərini,
həyəcanlarını nəsr dilində daha obrazlı şəkildə, şairanə
surətdə təsvir edirlər. Belə təsvirlərdə bəzən hətta təsvir və
tərənnümün sərhəddini müəyyən etmək olmur. Beləliklə də
nəsr dili şeirləşir və təhkiyənin bədii strukturuna qüvvətli bir
lirizm nüfuz edir. Bu isə yazıçıdan fövqəladə sənətkarlıq,
hadisələrə, varlığa obrazlı, şairanə münasibət tələb edir.
Lirik və epik elementlərin müştərək xüsusiyyətləri zə-
minində yaranan yeni bədii formalardan biri məhz mənsur
şeirdir. Görkəmli ədəbiyyat nəzəriyyəçisi C.Xəndan yazırdı:
«Nasirlər bədii həyəcanı daha artıq vermək, janr sahəsində
yenilik yaratmaq üçün lirik nəsr yaratmağa başlayırlar.
Beləliklə, nəsrlə şeir arasında bir növ yaxınlıq əmələ gəlir.
Mənsur şeir deyilən yeni növ nəsrin inkişafı ilə əlaqədar
olaraq yaranır ki, buna ahəngdar (ritmik) nəsr də deyirlər.
Mənsur şeir hiss və həyəcanın yüksək ifadəsini vermək üçün
nəsrə lirik xüsusiyyət gətirir»
1
.
1
Ъ.Х.Щаъыйев. Ядябиййат нязяриййяси, Бакы, Азярняшр, 1958, сящ.
251.
37
Əlbəttə, bu deyilənlər şeirlə nəsri heç vaxt
eyniləşdirmir. Çünki şeirin və nəsrin öz texniki qanunları,
poetik dil sistemi var. Lakin yuxarıda deyildiyi kimi, mənsur
şeirin dili öz təsirliliyi, emosionallığı, səs sistemi, müəyyən
poetik tələblərə cavab verməsi, onu lirik şeirə bənzədir. Həm
də demək lazımdır ki, mənsur şeirdə hiss-həyəcanın, lirik
qəhrəmanın romantik hisslərinin tərənnümü üstünlük təşkil
edir. Qeyd etmək lazımdır ki, mənsur şeirlər həcmi etibarı ilə
də çox yığcam və lakonik olurlar. Çünki mənsur şeirlərdə
təhkiyə genişliyi, əhvalatçılıq yox, lirik tərənnüm hissi
əsasdır. Burada nitqin emosionallığı, şeir dilinə məxsus
rəngarəng ritm mənsur şeiri daha çox şeirə yaxınlaşdırır.
Mənsur şeirlərdə hadisə və əhvalatların təhkiyə dili ilə nəql
olunması yox, hisslərin ekspressiv-emosional tərənnümü
əsas götürülür.
Əslində mənsur şeirlər lirik xarakterli çox da böyük
olmayan nəsr əsərlərinə deyilir. Orada, yəni mənsur şeirdə
təhkiyə faktoru, əhvalat olsa da, lirik subyektiv
qiymətləndirmə, buna uyğun olaraq əsərin ritmik-
intonasiyalı strukturu əsas tutulur. Mənsur şeiri həqiqi lirik
şeirdən fərqləndirən ən xarakterik cəhətlərdən biri də budur
ki, belə şeirlərin səs quruluşu, poetik konbinasiyaları lirik
şeirdə olduğu kimi, ardıcıl və sistemli səciyyə daşımır
1
.
Beləliklə də «Lirik və epik xüsusiyyətlərin müştərək
birgə halında iştirak etdiyi, həm də insanın daxili, hissi
aləmini qələmə alan, vəzn, qafiyə, bölgü kimi nəzm
şərtlərindən uzaq, təbii ritmik nəsr dili ilə yığcam yazılan
əsərlərə mənsur şeir adı verirlər»
2
.
1
Словарь литературоведческих терминов. Москва, 1974, сящ. 386.
2
Мир Ъялал, П.Хялилов. Ядябиййатшцнаслыьын ясаслары, Бакы,
38
Mənsur şeir janrına aid nəzəri axtarışlar göstərir ki, rus
ədəbiyyatında İ.Turgenev, fransız ədəbiyyatında R.Rollan,
hind ədəbiyyatında R.Taqor və başqaları bu formanın ən
yaxşı nümunələrini yaratmışlar.
Azərbaycan ədəbiyyatında da mənsur şeir janrında
yazıb-yaradan sənətkarlar olmuşdur. Lakin Azərbaycan
ədəbiyyatında mənsur şeir janrının ən böyük nümayəndəsi,
ardıcıl yazanı Gülhüseyn Hüseynoğludur. Görkəmli yazıçı-
nın çox da böyük olmayan mənsur şeirlərinin məzmun və
mündəricəsində müxtəlif mövzuların emosional, şairanə
bədii həlli verilir. G.Hüseynoğlunun yığcam, lakonik mənsur
şeirlərində yazıçının gerçəkliyə sözlə ekspressiv münasibəti,
bədii obyektin mediativ təsvir və tərənnümü xüsusi yer tutur,
diqqəti xüsusi olaraq cəlb edir.
Düzdür, müasir Azərbaycan ədəbiyyatında mənsur şeir
janrında yazan başqa sənətkarlara da rast gəlinir. Lakin
cəsarətlə demək mümkündür ki, G.Hüseynoğlu bu janrın ən
professional yaradıcısı olan mahir qələm sahibidir. Onun
mənsur şeirləri nəinki öz mövzularına görə, həm də obyektiv
gerçəkliyi bədii dil ekvivalentinə çevirmək baxımından oriji-
nal sənət nümunələridir. Müəllifin öz oxucusuna çatdırmaq
istədiyi ideya sözün bədii plastikasında özünəməxsus üslubi
çalarlarla çatdırılır ki, bu mühüm cəhət G.Hüseynoğlunun
mənsur şeirlərinin müəllif atribusiyasını müəyyən etməkdə
əsas rol oynayır. Bir sözlə, onun mənsur şeir yaradıcılığı
ardıcıl olaraq, heç kimə bənzəməyən bir inkişaf yolu keçir.
Sənətkarın yaradıcılığı üçün xarakterik olan cəhətlərdən biri
də budur ki, Azərbaycan ədəbiyyatşünaslığında mənsur şeir
janrından, onun bədii xüsusiyyətlərindən bəhs edən bütün
«Маариф», 1988, сящ. 101.
39
tədqiqatçılar birmənalı şəkildə G.Hüseynoğlunu mənsur
şeirin əsas nümayəndəsi hesab edir, onun mənsur şeirlərini
bu janrın ən dəyərli nümunələri kimi göstərir və təqdir
edirlər.
G.Hüseynoğlunun mənsur
şeirləri haqqında
deyilənlərdə bir həqiqət vardır. Çünki o, yuxarıda dediyimiz
kimi, geniş epik süjetə malik ola bilən mövzuları belə, kiçik
həcmli mənsur şeirin məzmununda əridə bilir. Yazıçının ilk
mənsur şeiri - «Bənövşə əfsanəsi» əsəri məhz bu sənətkarlıq
cəhəti ilə yadda qalır. Adından da göründüyü kimi, Bənövşə
əfsanəsi – bu sevgili qızın başına gələn qədim və ən qədim
əfsanə geniş təfsilat, nağıletmə və təhkiyə tələb edir. Müəllif
bu əfsanədən istifadə etməklə bu kontekstə yaxın olan
naxırçı oğlu Baharın nakam məhəbbətini təsvir edir. Lakin
bu əhvalatın özü də sanki yaxın keçmişdə baş verən
əhvalatlar fonunda bir əfsanəyə çevrilir. Sonrakı gənc nəsil,
bütün el-oba, insanlar həm Bənövşənin, həm də naxırçı oğlu
Baharın yarımçıq qalmış, nakam məhəbbət əfsanəsini
kədərlə, hüzn və təəssüflə qarşılayırlar.
Əsərdə həm Bənövşənin, həm naxırçı oğlu Baharın və
həm də «məsum çiçəyin» - bənövşənin əfsanəsi qədim bir
bayatının hüznlü məzmunu fonunda təsvir və tərənnüm
olunur.
Əzizim bağda dara,
Zülfünü bağda dara.
Bülbülü güldən ötrü
Çəkdilər bağda dara!
Bu bayatının kədərli notları mənsur şeirdəki
əhvalatların təsirli, elegiya məzmunu
ilə çulğaşaraq əsərin