40
daxili məzmun qatında bir sinkretizm yaradır.
Belə süjet
qurmaq özü də yüksək sənətkarlıq deməkdir.
Lakin əsərdə ən çox diqqəti çəkən sənətkarlıq cəhəti
yazıçının bədii sözdən, onun plastikasından poetik fikir
tutumundan, istifadə etmək ustalığıdır. Yazıçının bədii
təsvirlərindəki hər söz, ifadə, cümlə fikrin morfologiyasını
oxucuya çatdırmaqda fövqəladə rol oynayır. Ədibin
təsvirlərindəki sözlər epiklik səciyyəsini itirərək, romantik-
lirik tərənnüm funksiyası daşıyır. Sözlər elə bil şeirləşir,
bayatılaşır və formal şəkildə qafiyələnərək, ritmik intonasiya
qazanır.
«İlan kimi burularaq əsrarəngiz meşənin qəlbindən
keçən bulağın ahəngdar şırıltısı, vüsal eşqi ilə çırpınan
sevdalı bülbüllərin məlahətli nəğmələri, öz təravətləri ilə
meşəni bihuş edən rəngarəng güllərin xoş rayihəsi, xəfif-
xəfif əsən sabah mehinin həzin, olduqca həzin musiqisi,
meşə ağaclarının incə, sehrli pıcıltıları onu burada vəcdə
gətirər və o da papağını gözünün üstə aşırar, ən çox xoşladığı
bir bayatını ahəstə-ahəstə deyərdi»
1
.
Diqqət etsək görərik ki, bu sadəcə təsvir yox,
qəhrəmanın daxili-psixoloji aləminin lirik tərənnümüdür. Bu
təsvirlərdə qüvvətli bir lirizm vardır. Artıq deyildiyi kimi,
mənsur
şeir qafiyə, ölçü,
bölgü kimi nəzm
xüsusiyyətlərindən uzaqdır. Lakin lirik qəhrəmanın hiss-
həyəcanlarını təsvir və tərənnüm edən yazıçının əsərlərində
daxili bağlılıq, hissin dinamikası müəllifin poetik intonasiya-
sında ritmik surətdə verilir. Müəllifin təsvirlərində təkrar
səslərin alliterasiyası, ifadə və sözlər bədii ideyanın çat-
1
Эцлщцсейн Щцсейноьлу. Сечилмиш ясярляри. 2 ъилддя, 1-ъи
ъилд, Азярбайъан Дювлят няшриййаты, Бакы, 1993, сящ. 238.
41
dırılmasında kateqorik imperativ rol oynayır.
«Payızın soyuq günləri başladı, qış gəldi. Ayna bulaq buz
bağladı. Bənövşədən bir soraq olmadı. Lakin kəndlilər ondan
yenə ümidlərini kəsmədilər. Onu bir daha görmək üçün gələn
bahara bel bağladılar və səbrsizliklə onun gəlişini gözlədilər.
Nəhayət, bahar gəldi. Bütün kənd bulaq başına axışdı.
Fəqət o, yenə yoxdu. Bənövşə gəlməmişdi.
Onlar tənha daşın yanına gəldilər və birdən-birə daşın
böyründən hələ onlara məlum olmayan, boynu çiynində
bitmiş bir zərif çiçəyin baş qaldırdığını gördülər… Və o
gündən bu məsum çiçəyə bənövşə adı verdilər….»
1
.
G.Hüseynoğlu qüdrətli bir lirik nasir kimi geniş təsvirə
ehtiyac duyulan obyektiv gerçəkliyin həqiqətlərini mənsur
şeirdə çox yığcam olaraq bədii həqiqət modelində təsvir edə
bilir.
Yazıçının «Ay nur çiləyəndə…» əsərindəki epizodlara nəzər
salmaq kifayətdir.
«Təbiət gümüşü rəngə boyanır, yarpaqlar pıçıldaşır,
ulduz ulduzu çağırır, sevgililər görüşə çıxır, ay nur çilə-
yəndə…
Qapılara elçilər gəlir, qızların ürəyi səksəkədə olur,
qoşa zurnadan «Vağzalı» süzülür, nişanlı qızlar gəlin gedir,
ay nur çiləyəndə…»
Yaxud:
«İllər keçdi. Yaşa dolduq. Arzular qəlbimizdə yuva
saldı. Arzular – sənin də, mənim də qəlbimi coşduran, bizi
yaşamağa, yaşatmağa çağıran arzular!
Böyüdükcə bir şeyi başa düşə bilmirdim, ay qonşumu-
1
Эцлщцсейн Щцсейноьлу. Сечилмиш ясярляри. 2 ъилддя, 1-ъи
ъилд, Азярбайъан Дювлят няшриййаты, Бакы, 1993, сящ. 241.
42
zun qızı, niyə məndən qaçırdın, özün də istəmədən qa-
çrıdın…
Axşamlar pəncərənizin qabağından
keçəndə bəzən ayaq
saxlar, sənin o incə, gözəl, məlahətli səsini dinlərdim. Sən də…
ahəstə-ahəstə oxuyardın, ay nur çiləyəndə…»
1
.
Keçmiş sovet yazıçısı K.Fedin G.Hüseynoğlununu
kiçik həcmli, böyük mətləblərdən xəbər verən mənsur
şeirlərini oxuduqdan sonra heyrətlənmiş və ədibin «Mücrü»
hekayəsi haqqında «bu metamorfoza məni ovsunlamışdır»
demişdir. Doğrudan da, çağdaş dövrümüzün canlı klassiki
olan G.Hüseynoğlunun əsərləri oxucunu sehrləyir və bədii-
estetik maraq doğurur.
Görkəmli yazıçı Mir Cəlal G.Hüseynoğlunun
yaradıcılığını dəyərləndirərək yazırdı: «Gülhüseyn heç kimə
bənzəməyən, özünün dəsti-xətti, üslubu olan, həmişə axtaran,
poetik kəşflər edən… az yazmağı, mənalı yazmağı sevən
yazıçıdır…»
2
.
G.Hüseynoğlunun mənsur şeirləri nəsrlə yazılmasına
baxmayaraq, onları hisslərin tərənnümü, ritmik keyfiyyətləri,
emosional xüsusiyyətləri baxımından həqiqi lirik şeirlərdən
fərqləndirmək mümkün deyildir. «Mənsur şeir – nəsr şəklin-
də yazılıb lirik səciyyə daşıyan kiçik əsər; ifadəsinin
emosionallığı və ahəngdarlığı ilə şeirə yaxın olur»
3
.
Cəsarətlə demək mümkündür ki, G.Hüseynoğlunun
kiçik həcmli mənsur şeirləri bütün poetik keyfiyyətləri ilə
1
Эцлщцсейн Щцсейноьлу. Сечилмиш ясярляри. 2 ъилддя, 1-ъи
ъилд, Азярбайъан Дювлят няшриййаты, Бакы, 1993, сящ. 247-248.
2
Йазычы Эцлщцсейн Щцсейноьлу. «Оьуз ели» гязетинин айрыъа
бурахылышы, сентйабр, 2001-ъи ил, сящ. 1.
3
Язиз Мирящмядов. Ядябиййатшцнаслыг. Енсиклопедик лцьят.
«Азярбайъан Енсиклопедийасы», НПБ, Бакы, 1998, сящ. 129.
43
oxucuya bədii zövq aşılayan lirik sənət nümunələridir.