32
dilindən
kəskin surətdə fərqlənərək, hər bir misranın ölçüsü
və misradaxili bölgüsü simmetrik şəkildə olur. Bu isə o
deməkdir ki, şeirin birinci misrasında neçə heca vardısa və
daxili pauza neçənci hecaya düşmüşdürsə, sonra gələn misra-
larda da ölçü və bölgü həmin qayda ilə davam edəcəkdir.
Ritm, sözün bədii ifadəliliyini qüvvətləndirmək üçün
rəngarəng üsul və vasitələrdən istifadə, daxili fasilələrin pro-
porsionallığı, sözlərin seçilməsi, təkrarı və s. şeirin və şeir
dilinin əsas xüsususiyyətlərindən biridir.
Şeirdə ahəng, ölçü, bölgü, qafiyə kimi şərtlər xalq şeiri
nümunələrində də çox güclü olmuşdur.
Əziziyəm, dar gəlir,
Köynək mənə dar gəlir.
Bala dərdi çəkməkdən,
Saçlarıma qar gəlir.
Bu bayatıda şeir dilinin bütün texniki tələblərinə əməl
olunmuşdur. Qafiyə, ölçü, bölgü, ritm öz qaydasındadır.
Lakin burada poetik məna, məzmun da diqqəti xüsusi olaraq
cəlb edir. Xalq təfəkküründən süzülüb gələn bu bayatıda, öz
doğma balasını itirmiş bir ananın ah-naləsi verilir. Saçları
ağarmış ana oğul dərdinə tab gətirmir, ağı deyib ağlayır, göz
yaşı tökür. Qarşımızda oğlunu itirib dərdə dözməyən, qəm-
qüssədən saçları qar kimi ağaran ananın obrazı canlanır.
Başqa bir bayatıda təsvir olunan hadisə daha təsirlidir.
Sanki aşağıda verdiyimiz bayatıda baş verən hadisə
yuxarıdakı bayatıda təsvir olunan bayatının mövzusundan
əvvəl baş vermişdir. Bu bayatı artıq oğulun dilindən verilir.
Mən aşiq dolu düşər,
Göy gurlar, dolu düşər.
33
Qəbrim yol üstə qazın,
Anamın yolu düşər.
Bəlkə də bu igid oğul yuxarıdakı bayatıda bala dərdi
çəkməkdən saçları qar kimi ağaran dərdli ananın oğludur.
Göründüyü kimi, dörd misradan ibarət bu bayatı emosional
təsir gücünə malik olub, insanda qəmli əhvali-ruhiyyə
yaradır. Bayatıda d, g, y, o, ü səsləri ilə alliterasiya və
assonans baş vermiş və bu da şeirin ahənginə, musiqililiyinə
təsir göstərmişdir.
Bizi əhatə edən təbiətin, gerçəkliyin min bir aləmi,
özünəməxsus sirləri var. Adi adamlardan fərqli olaraq şairlər
baş verənlərə soyuqqanlı yanaşa bilmir və ona emosional
münasibət bəsləyirlər. Sanki həqiqi şair adi insanın, kütləvi
oxucunun görə bilmədiyini bədii mikroskopda böyüdür,
inandırıcılıqla oxuculara çatdırır. Yalnız bu zaman həqiqi
sənət nümunəsi kimi şeir öz bədii-estetik və dərketmə
funksiyasını yerinə yetirir.
Təbiətin könül açan,
Min rəngi, min səsi var.
Hər ürəyin min arzusu,
Min səsli nəğməsi var.
Bu arzular, bu nəğmələr,
Bu səslər bir saz kimi.
Mənim solğun sözlərimdə
Heç dil aça bildimi?
(B.Vahabzadə)
Göründüyü kimi, şeir parçasında sözlər sırasına,
ahənginə, mənasına görə sənətkarlıqla seçilmişdir. Sanki
34
şairin “könül açan” arzuları, təbiətin “min rəngi”, “min səsi”
sözlərin poetik-estetik enercisi ilə “min səsli nəğmə”yə çev-
rilir. Şeirdə səslər nəğmələşir, lirik şairin poetik “mən”inin
daxilində gizlənən sirlər, səslər sözlərin vasitəsilə şair
qəlbinin nəğməsinə çevrilir, sözlərin həzin melodiyası saz
kimi səslənir, “dil açıb” danışır.
H.Arifin “Necə varsınız” şeirində isə varlığa şairanə
münasibət tamamilə başqadır. Bu şeirdə təbiətin əsrarəngiz
gözəllikləri, təbiət hadisələri bədii sözün köməyi ilə oxucuda
assosiativ hisslər, duyğular oyadır.
A çəmən naxışın həmən naxışdır,
A bulud axışın həmən axışdır.
A şimşək çaxışın həmən çaxışdır,
Belə yarandınız, belə varsınız.
Şair burada eyni sözlərin morfoloji dəyişikliyi yolu ilə
ikiqat qafiyə yaratmışdır. Eyni sözlər həm misradaxili
bölümdə, həm də sonda uğurlu bir şəkildə qafiyələnmişdir.
Bu onu sübut edir ki, şair sözlər üzərində sənətkarlıqla
işləmiş və onların məna yükündən ustalıqla istifadə etmişdir.
Bənddən göründüyü kimi, şair sözlərin təşkilində mühüm rol
oynayan səslər sistemindən də məharətlə istifadə etmiş və
canlı bir təbiət lövhəsi yaratmışdır. Şeirin bu bəndində “ş”
samitinin sözlərin tərkibində işlənmə tezliyi poetik kombina-
siya – alliterasiya yaratmışdır. Təbiətin gözəl guşəsi olan
çəmənə şair sözlə naxış vurur, buludlar “axışır”, şimşəklər
”çaxışır”. Nəticədə isə qarşımızda gözəl təbiət mənzərəsi,
lövhə yaranır. Misal gətirdiyimiz yuxarıdakı şeir
nümunələrində hər iki şairin romantikasının qanadlanan
xəyal və arzularını, lakin eyni zamanda təbiətin, gerçəkliyin
35
sözlə obyektiv rəsm olunduğu romantikasını görürük.
“Poeziya həyat hadisələrini, necə deyərlər, iki vasitə ilə
qavrayır və əks etdirir. Bu vasitələrin hər ikisi eyni məqsədə
xidmət etsə də, lakin yenə də bir-birinin ziddinədir. Şair,
özünün həyata olan baxışının tərzindən, içərisində yaşadığı
dünyaya, öz əsrinə və xalqa olan münasibətindən asılı olaraq
həyatı ya öz xüsusi ideallarında və xəyalında təsəvvür etdiyi
kimi canlandırır, yaxud, varlığın bütün təfərrüatına,
rənglərinə və xüsusiyyətlərinə sadiq qalaraq həyatı bütün
həqiqətilə inikas etdirir. Buna görə də poeziyanı, necə
deyərlər, iki söbəyə ayırmaq mümkündür: ideal və real
poeziya”.
1
1
В.Белински. Сечилмиш мягаляляри. Эянълик, Бакы, 1979, с.69