Microsoft Word Baba -edebiyyatda lirik nov doc



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə11/42
tarix16.08.2018
ölçüsü0,89 Mb.
#63610
1   ...   7   8   9   10   11   12   13   14   ...   42

 

 

44



AZƏRBAYCAN ŞEIRINDƏ VƏZN. 

 

HECA VƏZNI 

 

Azərbaycan milli şeir quruluşunda tələb olunan ən zəruri 



şərtlər ölçü, bölgü və qafiyədir. Bu üç əsas tələb  şeir 

təxnikasının ən vacib atributları olmaqla yanaşı, həm də şeiri 

nəsrdən fərqləndirən mühüm amillərdən biridir. Ölçü  şeir 

texnikasında daha vacib yer tutur. Çünki məhz ölçüyə görə 

şeirin vəzni müəyyən olunur. Əslində  vəzn  şeirin ölçüsü, 

misraların həcmi deməkdir. Misraların həcmi dedikdə, hər 

şeydən  əvvəl, oradakı hecaların sayı  nəzərdə tutulur. 

Məlumdur ki, hər bir sözdə olan hecaların sayı orada işlənən 

sait səslərlə ölçülür. Sözdə neçə sait işlənirsə, bir o qədər də 

heca olur. Buradan da deyə bilərik ki, şeirdə misraların, 

sətirlərin ölçüsündən, hecaların sayından bəhs edən elmə 

vəzn deyilir. Azərbaycan milli şeirində ta qədim 

zamanlardan indiyə  qədər ölçü ən çox tələb olunan 

poetexniki  şərtlərdən biri olub. Odur ki, şeirimizdə  ən çox 

işlənən və ən doğma vəzn də heca vəzni olmuşdur. 

Prof. A.Axundov yazır: “Məlumdur ki, heca vəzninin iki 

mühüm  şərti var: ölçü və bölgü. Bunlardan birincisi 

misralardakı hecaların sayının bərabərliyinə, ikincisi isə 

misralardakı heca mikroqruplarının uyğunluğuna əsaslanır. 

Heca vəzninin  ən mühüm şərti heç şübhəsiz,  ölçüdür

Xüsusən kiçik, ölçülü şeirlərdə (üçhecalıqlardan, 

səkkizhecalıqlaradək) hecaların sayının bərabərliyi heca 

vəznində yazılmış şeirlərin yeganə poetik göstəricisi kimi çıxış 

edə bilir. Hətta şeirimizin əvvəlki dövrlərində onbirhecalıqlarda 

 

 

45



da heca vəzninin əsas əlaməti yalnız ölçü olmuşdur”.

1

 



Azərbaycan  şeirində ölçü sistemi müxtəlifdir. Odur ki, 

şifahi və yazılı şeir nümunələrində iki hecadan tutmuş iyirmi 

hecaya qədər rəngarəng ölçülərə rast gəlirik. Məsələn, “yüz 

ölç, bir biç” kimi atalar sözlərində  hər misra cəmi iki 

hecadan ibarət olub ölçülü-heca vəznindədir. Başqa atalar 

sözlərində: 

Üs / tü /aş/ 

 

  (3) 



 

  

Al / tı /daş/ 



 

  (3) 


 

  

 



Qız  e/vi  

 

 



(3) 

 

Naz 



 

e/vi 


   (3) 

  

 



Yüz / gün ya / raq  

 

(4) 



 

Bir / gün  gə / rək  

 

(4) 


 

Sax / la  sa / ma / nı 

 

 (5) 


  

Gə / lər  za / ma / nı    

(5) 

    


  

İs / tə / yir / sən  /bal/ çö / rək (7)  

Al/ ə / li/ nə  /bel/ kü / rək  

(7) 


 

Azərbaycan  şifahi xalq şeirinin bayatı, ağı kimi 

şəkillərində yeddilik ölçü sistemi əsasdır.  

 

   



Ə / zi / zim,   qı / za / ran / da  

(7) 


   

Dan ye / ri 

 qı / za / ran / da  

(7) 


   

A/na/lar  ca / van / la / şar    

(7) 

   


Oğ / lu / na    qız/ a / lan / da  

(7) 


                                                           

1

 А.Ахундов. Шеир сяняти вя дил. Бакы, Йазычы, 1980, с.16 




 

 

46



 

   


Mən/    a / şiq do / lu dü / şər  

(7) 


   

Göy gur / lar, do / lu dü / şər  

(7) 

   


Qəb / rim yol/ üs / tə qa / zın  

(7) 


   

A / na / mın yo / lu dü / şər    

(7) 

 

M.Müşfiqin “Tar” şeirində  əsasən altılıq heca ölçü-



sündən istifadə edilmişdir. 

Fabrikdə, zavodda, 

Traktor başında. 

Bu saat qarşısında 

Nə qədər adam var! 

Utanma, oxu, tar! 

Mədənli Bakının, 

Pambıqlı Gəncənin, 

İpəkli Şəkinin, 

Acısı, şərbəti 

Alovlu sənəti! 

Oxu, tar, oxu, tur! 

Səni kim unutar? 

 

B.Vahabzadənin “Vətən var” şeiri də altılıq ölçüsündədir. 



Dünya guru bir səs,  

(6) 

Qəm çəkməyə dəyməz.  

(6) 

Yüz-yüz itən olsun,   

(6) 

Min-min də bitən var.  

(6) 

Bizlərdən həm əvvəl,  

(6) 

Həm sonra Vətən var.  

(6) 

 

Azərbaycan  şifahi xalq ədəbiyyatında olduğu kimi, 



 

 

47



yazılı  ədəbiyyatımızda da yeddi hecalı  şeir ölçüsündən 

istifadə edilmişdir. 



Ey Vətən,/ ana Vətən

Heyranam,/ sənə, Vətən! 

Dupduru / göllərin var, 

Yamyaşıl / çöllərin var. 

Dağların / baş-başadır, 

Düzlərin / tamaşadır 

Dərələrin / dərindir, 

Yaylaqların / sərindir. 

Nə gözəldir / qucağın, 

Doğma odun, / ocağın!  

(Ə.Cəmil) 

 

Dolaşırıq dünyanı  



(7) 

Əldə dəmir, bir əsa,  

(7) 

Ayaqda dəmir çarıq.  

(7) 

Biz tapdıqca itirir,    

(7) 

İtirdikcə tapırıq.    

(7)  

    (B.Vahabzadə)  

 

Göylər yerə / enərdi  

(7) 

Dəli çaylar / dinərdi  

(7) 

Yal-yamac / gjizlənərdi  

(7) 

Dağlara çən / düşəndə  

(7) 

(H.Arif) 

 

Səkkiz hecalı ölçüdə yazılan şeirlər:  



El bilir ki, / sən mənimsən      (8) 

Yurdum, yüvam / məskənimsən. (8) 


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə