28
Bu deyilənlərdən aydın olur ki, nəzmdə sətirlər,
sözlər
müəyyən qayda-qanunla, sıra ilə düzülür, tərtib olunur.
“Yəni birinci sətrin quruluşu, texinkası, söz və ifadələrin
tərkibi etibarilə nə şəkildədirsə, sonrakı sətirlərin
quruluşunda da bu nəzərə alınmalıdır. Nəzmdə sətirlər
müəyyən ritmlə qurulur”.
1
Nəzmlə yazalın əsərləri nəsrdən fərqləndirən əsas ifadə
şərtlərindən biri deyildiyi kimi ritmdir. Ritm — adından da
göründüyü kimi, eyni bir hadisənin müxtəlif tərkib
hissələrinin müəyyən bir zaman çərçivəsində ahəngdar
şəkildə, təkrarlanmasıdır. Başqa sözlə desək, nəzmi təşkil
edən hər misra, söz, beyt, səs, fasilə uyğun – proporsional
şəkildə təkrarlanmalıdır. Bu, nəzmin əsas texniki tələbidir.
“Ritm – sənət əsərlərində ortaq ölçülü müxtəlif ünsürlərin
ardıcıl uzlaşması, obyektiv aləmin ritmik proseslərinin
əsərdə əks etdirilməsi. Ritm əsərin aydınlığına, dəqiqliyinə
və müəyyən bir qaydaya düşməsinə kömək göstərir…o,
xüsusilə şeirin əsasını təşkil edir”.
2
Ritm hələ qədim zamanlarda insanlar arasında birlikdə
görülən iş prosesində özünü göstərmişdir. Qədim insan işin
ahəngini sahmana salmaq, onu tez, asan görmək üçün eyni
sözlərin, səs və hərəkətlərin təkrarından istifadə etmişlər. Bu
səs, söz təkrarları isə hamı tərəfindən eyni zamanda, ritmik
surətdə deyilirdi. İnsanların əmək prosesində söylədikləri bu
emosional təkrarlar ahəngdar şəkil alır və iş prosesini
asanlaşdırırdı. Məlum olduğu kimi, bu ritmik, ahəngdar söz
və səslər ibtidai nəzm nümunələrinin, əmək nəğmələrinin,
1
Мир Ъялал, П.Хялилов. Ядябиййатшцнаслыьын ясаслары. Бакы,
1988, с.97
2
Ядябиййатшцнаслыг терминляри лцьяти. Бакы, 1988, с.197
29
mahnıların, bayatı və holavarların yaranmasında mühüm rol
oynamışdır.
“Ritm (yunanca – rhytmos – ahəng, uyğunluq) – şeirdə
sistematik və ölçülü təkrarlar, öz aralarında uyğun şəkildə
səslənən nitiq vahidləri, antik şeirdə uzun və qısa hecaların
misra daxilində eyni şəkildə təkrarı, sillabotonik şeirdə
vurğulu və vurğusuz hecaların ahəngdar növbələşməsi və s.
Belə ahəngdarlıq şeir dilinə xüsusi bir ölçü verir”.
1
Əgər bizim görüb duyduğumuz hərəkətlər eyni qayda ilə
müəyyən hisslərə bölünürsə, burada ritm yaranır. Nəzmi və
ya şeiri təşkil edən ayrı-ayrı hissələr bir misrada bərabər
şəkildə təkrarlanaraq ritm yaradır. Tədqiqatçılar şeir dilində
bərabər şəkildə təkrarlanan müxtəlif ritmik vahidlərin
olduğunu göstərirlər. Ritm sillabik (heca vəzni) şeirdə
hecaların sayına görə yarana bilər. Sillabik – tonik şeirdə
ritm özünü vurğulu və vurğusuz hecaların sayında göstərir.
Ölçülü (metrik) şeirlərdə isə ritm vurğuların uzun və
qısalığına görə yaranır.
2
Ritm – ümumiyyətlə, bədii yaradıcılığın
dil-nitq sis-
teminin əsasını təşkil edir. Belə ki, bədii əsərin dili özünün
yalnız emosional ifadə tərzi ilə yox, həm də ritmi ilə
fərqlənir. Ritm şeir üçün ən xarakterik bir əlamət hesab ol-
unur. Qeyd edildiyi kimi, hətta nəsrlə yazılan əsərlərin
özündə də bu və ya başqa dərəcədə ritm mövcuddur. Şeirdə
misralar, bərabər hecalar, misradaxili pauzalar, ölçü, bölgü
quruluşu ritmin ən əlamətdar təzahür formasıdır. Təsadüfi
deyildir ki, ərəbcə şeir, şeiriyyət anlamının bir mənası da
1
Л.Тимофеев и Н.Венгров. Краткий словарь литературоведческих
терминов. Москва, 1963, с.129
2
Словарь литературоведческих терминов. Москва, 1974, с.321
30
ahəngdarlıq deməkdir.
Nəzmlə yazılan əsərlərin ən emosional-bədii forması
şeirdir. “Şeir – fikri sözlə, obrazlı, qafiyələnmiş və ahəngdar
bir şəkildə ifadə etmək sənəti, müəyyən məzmuna malik,
ahəngdar, vəznli sözlər. Sözün bədii cəhətdən ifadəli olması
üçün rəngarəng təsvir vasitələrindən geniş istifadə edilməsi,
axıcılıq, musiqililik şeirdə səciyyəvi xüsusiyyətlərdir. Şeirdə
cümlənin ayrı-ayrı hissələri arasında müəyyən qayda və ölçü
ilə fasilələr olur, lazımi sözlər vurğularla qabarıq surətdə
nəzərə çatdırılır, bəzi sözlər qəsdən təkrar edilir, sözün
tərkibindəki səslərin ahəngcə bir-biri ilə uyğunlaşmasına
xüsusi fikir verilir”.
1
Xüsusi bədii təfəkkür və obrazlı şəkildə yazılan şeir adi
nəzmdən sənətkarlıq cəhətdən sözsüz ki, üstündür. Şeirdə
poetik sözün demək olar, bütün qanunlarından, texniki
tələblərindən maksimum istifadə olunur, onlara əməl edilir.
Nəzm və şeirin incə fərqlərini müəyyənləşdirən tədqiqatçılar
doğru olaraq belə hesab edirlər ki: “Müəyyən texniki
tələblərə cavab verən, sətirləri ölçü, bölgü və qafiyə ilə təşkil
olunan bütün yazılar nəzmdir. Bu xüsusiyyətdən başqa bədii
əhəmiyyəti olan, varlığa şairanə münasibət bəsləyən, obrazlı
təfəkkürlə yaradılan mənsuz yazılara isə şeir deyilir”.
2
Gah olur, dərələr, düzlər üstünə,
Burula-burula söz yazar sular.
Gah da görürsən ki, itib hardasa,
Sirrini gizlədib yol azar sular,
Bizə zirvələrin sirrini söylər,
1
Ядябиййатшцнаслыг терминляри лцьяти. Бакы, 1988, с.257-258
2
Мир Ъялал, П.Хялилов. Ядябиййатшцнаслыьын ясаслары. Бакы,
1988, с.99
31
Düzdə üzə çıxan nəğməkar sular.
(B.Vahabzadə)
Göründüyü kimi, şair burada bütöv bir bədii mənzərə
yaratmışdır. Təbiətin füsunkar bir
mənzərəsinin sözlə bədii
rəsmi verilmiş bu lövhədə şair hər sözün poetik enercisindən
maksimum sənətkarlıqla istifadə etmişdir. Şair bu şeirdə
yalnız qafiyə, rədif yaratmamışdır. Buradakı sözlər həm də
biri-birinə bağlanaraq böyük məna, məzmun yaratmışdır.
Suların dağlardan, dərələrdən burula-burula axıb gəlməsi
təbii bir hadisədir. Lakin şair bu təbii fondan assosiativ
hisslərin təsviri üçün istifadə edir. Belə ki, dərələrin suyunun
birləşib sel kimi düzlərdən axıb keçməsini şair çayın axaraq
“zirvələrin sirrini söyləməsi” kimi metaforik şəkildə
dəyərləndirir. Həm də şair dağlardan, dərələrdən axb gələn
bu çayları adi sular kimi yox, “nəğməkar sular” kimi
göstərir. Bütün bunlar isə təkcə şairin tapıntısı yox, həm də
onun təbiətə, varlığa, şairanə münasibətidir. Sanki şeirin
özündə də sözlərin ahəngdar, ritmik axını ilə şırıl-şırıl axıb
keçən sel-suların nəğməsi yaranır. Bu, həqiqətən də
gerçəkliyə, varlığa şairanə, obrazlı bir münasibətdir. Lirik
şeirin ən başlıca xüsusiyyətlərindən biri budur ki, orada
oynaq bir ritm, bədii təsvirin ekspressivliyi obrazlılıq və
şeiriyyət olsun. Şeir ərəbcə – munzum ədəbi əsər, nəzm,
şeiriyyət isə incəlik, ahəngdarlıq, gözəllik deməkdir.
Həqiqi şeir ciddi ədəbi-poetik qanunlar əsasında yaranır.
Ahəng, qafiyə, ölçü, bölgü şeirin təşkilinin ən əsas
əlamətlərindən hesab olunur. Şeir sözü yunanca stikhos-
cərgə, düzülüş, qayda-qanun mənasını verib, ölçülü, ritmik,
güclü emosional nitq deməkdir. Məlumdur ki, şeir dili nəsr