88
işlənmişdir: həzəc bəhri, rəməl bəhri, rəcəz bəhri, mütəqarib
bəhri, müzare bəhri, münsərih bəhri, müctəs bəhri, xəfif
bəhri, mütədarik bəhri, kamil bəhri, səri bəhri.
Klassik Azərbaycan şairləri Xaqani, Nizami, Nəsimi,
Füzuli, Q.Təbrizi, Vaqif, S.Ə.Şirvani, M.Ə.Sabir, H.Cavid
əruz vəznində məzmun və formaca kamil olan ən qiymətli
şeir nümunələrini yaratmışlar. Sonrakı dövrlərdə S.Rüstəm,
M.Seyidzadə, S.Vurğun, Ə.Vahid, B.Vahabzadə və başqa
şairlərimiz də əruz vəznində özlərinin ən yaxşı şeir
nümunələrini yazmışlar.
Azərbaycan ədəbiyyatında əruz vəznində müraciət
olunaraq onun ən yaxşı nümunələri yazıldığı kimi, bu vəznin
müasir ədəbiyyatşünaslığımızda nəzəri-estetik və poetik
xüsusiyyətlərindən bəhs edən elmi tədqiqat əsəri də
yaranmışdır. Prof. Əkrəm Cəfərin «Əruzun nəzəri əsasları və
Azərbaycan əruzu» kimi fundamental tədqiqat əsəri bu
baxımdan ən qiymətli bir kitabdır. Əruz nədir sualına müx-
təlif aspektlərdən yanaşan alim bu sözün bir sıra lüğəvi və
terminoloji mənalarını göstərir
1
.
Burada və başqa elmi ədəbiyyatlarda əruz anlamını
çadırın ortasına vurulan dirək, tərəf, Məkkə şəhərinə verilən
adlardan biri, nahiyə, ölkənin bir hissəsi, dəvənin bir cinsi,
bulud, dağda açılmış yol, cığır, düzgün yol mənalarında
işləndiyi göstərilir. Əruz terminoloji baxımdan şeir vəzni,
beytin birinci misrasının son bölümü, son təfiləsi
mənalarında işlənmişdir.
Prof. Ə.Cəfər əruzun lüğəvi və terminoloji
mənalarından danışarkən yazır: «Buradan aydın olur ki, əruz
1
Я.Ъяфяр. Ярузун нязяри ясаслары вя Азярбайъан ярузу. Бакы,
«Елм» няшриййаты, 1977.
89
sözünün mənası başlanğıcdan lazımınca müəyyən deyildir.
Nə üçün əruz vəzninin banisi Xəlil ibn Əhməd ərəb şeirinin
vəznlərindən bəhs edən elmə əruz adını vermişdir? Bu suala
alimlər indiyə qədər aydın cavab verməmişlər».
Heca vəznində misralardakı hecaların sayı əsas
götürüldüyü halda, əruz vəznində saitlərin uzun və qısalığı,
bu səslərin uzun və qısa tələffüz olunması əsasdır. Məsələn,
əruz vəznində beyti təşkil edən misranın birində 11 heca
varsa, digərində 10 heca ola bilər. Belə halda əruz vəzninin
tələbinə görə misradakı hecalar ya uzadılır, ya da qısaldılır.
Deməli, əruz vəznində misralardakı hecaların bərabər olması
mütləq əsas deyildir.
Məsələn, M.Ə.Sabirin «Qarğa və tülkü» şeirinin bəzi
beytlərini təşkil edən misralar 10 və 11 hecadan təşkil
olunmuşdur.
Pendir ağzında bir qara qarğa
⎯
10
Uçaraq qondu bir uca budağa
⎯
11
Bu misraları ərəb dilinin qaydalarına əsasən oxusaq,
yəni birinci misradakı saitlərdən birini uzadaraq tələffüz
etsək, beyt ahəngdar şəklə düşərək, vahid ritm yaranacaqdır.
Yenə həmin şeirdən başqa bir nümunəyə diqqət edək:
Tüklərindir ipək kimi parlaq
⎯
10
Bədnəzərdən vücudun olsun iraq!
⎯
11
Məlumdur ki, ərəb dilində saitlər uzun, orta və qısa
olmaqla üç cürə tələffüz olunur. Məhz bu dilin qanunlarına
uyğun olaraq misralardakı hecalar ya uzadılır, ya da
qısaldılır.
Xalq şairi Səməd Vurğunun «Vaqif» pyesində Qacarla
90
Vaqifin deyişməsi zamanı vəzir şaha verdiyi cavabında belə
deyir:
Buyruq sizinkidir, adil hökmdar,
⎯
10
Sizdə fəzilət də, ədalət də var.
⎯
11
Əruz şeirinin tələbinə və ərəb dilinin fonetik
qaydalarına əsasən də ilk misrada «hökmdar» sözündə «ü»
saiti artırılaraq tələffüz olunmalıdır.
Əruz vəznində misradaxili bölgü də heca vəznindən
fərqlənir. Heca vəznində hər söz bütöv şəkildə misradaxili
bölgüyə düşür. Əruz vəznində isə misradaxili bölgü zamanı
bir söz iki yerə bölünə bilər. Məsələn:
O gün ki, fəs li ya zo lur
Ge cə gü nuz ta ra zo lur
Burada (qövs) şərti olaraq qısa,
⎯ (xətt) isə şərti
olaraq uzun hecanı göstərir. Beləliklə, görürük ki, əruz
vəznində misranın daxili bölgüsü zamanı sözlər iki yerə
bölünür və uzun, qısa şəkildə tələffüz olunur. Diqqət etsək,
görərik ki, yuxarıdakı nümunədə hər iki misrada uzun və qısa
heca proporsional şəkildə, ardıcıllıqla verilir.
Həcəz bəhri. Azərbaycan əruz şeirində ən çox işlənən
bəhrələrdən biri həzəcdir. Həzəc sözünün lüğəvi mənası ərəb
dilindən xoş avazla oxumaq, gözəl, ürəyəyatan deməkdir.
Mənbələrə istinad edən Ə.Cəfər göstərir ki, ərəblərdə mahnı
və şərqilərin çoxu da məhz bu xüsusiyyətinə görə həzəc
bəhrində yazılıb ifa olunmuşdur. O da qeyd olunur ki,
ərəblərin ahənglə oxuduqları şeirlərin çoxu da, demək olar,
həzəc bəhrində yazılıbmış. Son tədqiqatlarda həzəc bəhrinin
15 növü olduğu göstərilir.
91
Həzəc bəhrinin əsas dörd bölümlü təfiləsi belədir:
Məf’Ailün Məf’Ailün Məf’Ailün Məf’Ailün
Mənim tək hiç kim zarü pərişan olmasın, ya rəb!
Əsiri-dərdi-eşgü dağı-hicran olmasın, ya rəb!
M.Füzuli
Mənə badi-səba ol sərvi-gülrüxdən xəbər verməz?
Açılmaz göhçeyi-bəxtim, ümidim nəxli bər verməz.
M.Füzuli
M.Füzuli «Leyli və Məcnun» poemasını həzəc
bəhrində yazmış və poemada bu bəhrin altı növündən istifadə
etmişdir: məf’Ulü, məfAilün, fəUlün; məfUlü, məfAİlün,
fəUlü; məfUlü; məfAilün, fəUlAü və s.
S.Vurğunun «İstiqbal təranəsi» şeiri MəfAİlün
təfiləsinin dörd dəfə təkrarı ilə yazılmışdır:
Həyat eşqilə odlardan, alovlardan keçir insan!
Mənim yurdum da səf çəkmiş, qoşun tökmüş vüqar ilə,
Bu Odlar yurdu sirdaşdır əzəldən ilk bahar ilə.
Diqqət etsək görərik ki, 3-cü misra 15 hecadan
ibarətdir və onu əruzun tələbinə əsasən tələffüz etsək,
saitlərdən biri uzun oxunaraq misralar arasında ahəng
yaradacaqdır.
Rəməl bəhri. Rəməl əzəmət, vüqar, müntəzəm
yürümək, ritm mənasını verir. Rəməl bəhri həzəcdən sonra
Azərbaycan şeirində ən çox işlədilən bəhr hesab olunur.
Rəməlin 13 növü olduğu göstərilir. Rəməl bəhrinin əsas
təfiləsi belədir: