Microsoft Word Baba -edebiyyatda lirik nov doc



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə20/42
tarix16.08.2018
ölçüsü0,89 Mb.
#63610
1   ...   16   17   18   19   20   21   22   23   ...   42

 

 

88



işlənmişdir: həzəc bəhri, rəməl bəhri, rəcəz bəhri, mütəqarib 

bəhri, müzare bəhri, münsərih bəhri, müctəs bəhri, xəfif 

bəhri, mütədarik bəhri, kamil bəhri, səri bəhri. 

Klassik Azərbaycan  şairləri Xaqani, Nizami, Nəsimi, 

Füzuli, Q.Təbrizi, Vaqif, S.Ə.Şirvani, M.Ə.Sabir, H.Cavid 

əruz vəznində  məzmun və formaca kamil olan ən qiymətli 

şeir nümunələrini yaratmışlar. Sonrakı dövrlərdə S.Rüstəm, 

M.Seyidzadə, S.Vurğun,  Ə.Vahid, B.Vahabzadə  və başqa 

şairlərimiz də  əruz vəznində özlərinin  ən yaxşı    şeir 

nümunələrini yazmışlar.  

Azərbaycan  ədəbiyyatında  əruz vəznində müraciət 

olunaraq onun ən yaxşı nümunələri yazıldığı kimi, bu vəznin 

müasir  ədəbiyyatşünaslığımızda nəzəri-estetik və poetik 

xüsusiyyətlərindən bəhs edən elmi tədqiqat  əsəri də 

yaranmışdır. Prof. Əkrəm Cəfərin «Əruzun nəzəri əsasları və 

Azərbaycan  əruzu» kimi fundamental tədqiqat  əsəri bu 

baxımdan  ən qiymətli bir kitabdır.  Əruz nədir sualına müx-

təlif aspektlərdən yanaşan alim bu sözün bir sıra lüğəvi və 

terminoloji mənalarını göstərir

1



Burada və başqa elmi ədəbiyyatlarda  əruz anlamını 

çadırın ortasına vurulan dirək, tərəf, Məkkə şəhərinə verilən 

adlardan biri, nahiyə, ölkənin bir hissəsi, dəvənin bir cinsi, 

bulud, dağda açılmış yol, cığır, düzgün yol mənalarında 

işləndiyi göstərilir.  Əruz terminoloji baxımdan  şeir vəzni, 

beytin birinci misrasının son bölümü, son təfiləsi 

mənalarında işlənmişdir.  

Prof.  Ə.Cəfər  əruzun lüğəvi və terminoloji 

mənalarından danışarkən yazır: «Buradan aydın olur ki, əruz 

                                                           

1

  Я.Ъяфяр.  Ярузун  нязяри  ясаслары  вя  Азярбайъан  ярузу.  Бакы, 



«Елм» няшриййаты, 1977.  

 

 



89

sözünün mənası başlanğıcdan lazımınca müəyyən deyildir. 

Nə üçün əruz vəzninin banisi Xəlil ibn Əhməd ərəb şeirinin 

vəznlərindən bəhs edən elmə əruz adını vermişdir? Bu suala 

alimlər indiyə qədər aydın cavab verməmişlər».  

Heca vəznində misralardakı hecaların sayı  əsas 

götürüldüyü halda, əruz vəznində saitlərin uzun və  qısalığı, 

bu səslərin uzun və qısa tələffüz olunması əsasdır. Məsələn, 

əruz vəznində beyti təşkil edən misranın birində 11 heca 

varsa, digərində 10 heca ola bilər. Belə halda əruz vəzninin 

tələbinə görə misradakı hecalar ya uzadılır, ya da qısaldılır. 

Deməli, əruz vəznində misralardakı hecaların bərabər olması 

mütləq əsas deyildir.  

Məsələn, M.Ə.Sabirin «Qarğa və tülkü» şeirinin bəzi 

beytlərini təşkil edən misralar 10 və 11 hecadan təşkil 

olunmuşdur.  



Pendir ağzında bir qara qarğa 



 10  



Uçaraq qondu bir uca budağa 



 11 

 

Bu misraları  ərəb dilinin qaydalarına  əsasən oxusaq, 



yəni birinci misradakı saitlərdən birini uzadaraq tələffüz 

etsək, beyt ahəngdar şəklə düşərək, vahid ritm yaranacaqdır. 

Yenə həmin şeirdən başqa bir nümunəyə diqqət edək: 

Tüklərindir ipək kimi parlaq 



 10 



Bədnəzərdən vücudun olsun iraq! 



 11 

 

Məlumdur ki, ərəb dilində saitlər uzun, orta və  qısa 



olmaqla üç cürə  tələffüz olunur. Məhz bu dilin qanunlarına 

uyğun olaraq misralardakı hecalar ya uzadılır, ya da 

qısaldılır.  

Xalq şairi Səməd Vurğunun «Vaqif» pyesində Qacarla 




 

 

90



Vaqifin deyişməsi zamanı vəzir şaha verdiyi cavabında belə 

deyir: 


Buyruq sizinkidir, adil hökmdar



 10 



Sizdə fəzilət də, ədalət də var. 



 11 

 

Əruz  şeirinin tələbinə  və  ərəb dilinin fonetik 



qaydalarına  əsasən də ilk misrada «hökmdar» sözündə «ü» 

saiti artırılaraq tələffüz olunmalıdır.  

Əruz vəznində misradaxili bölgü də heca vəznindən 

fərqlənir. Heca vəznində  hər söz bütöv şəkildə misradaxili 

bölgüyə düşür. Əruz vəznində isə misradaxili bölgü zamanı 

bir söz iki yerə bölünə bilər. Məsələn: 



O  gün ki, fəs   li     ya   zo lur 

Ge cə  gü  nuz   ta   ra   zo  lur 

 

Burada           (qövs) şərti olaraq qısa, 



⎯ (xətt) isə şərti 

olaraq uzun hecanı göstərir. Beləliklə, görürük ki, əruz 

vəznində misranın daxili bölgüsü zamanı sözlər iki yerə 

bölünür və uzun, qısa  şəkildə  tələffüz olunur. Diqqət etsək, 

görərik ki, yuxarıdakı nümunədə hər iki misrada uzun və qısa 

heca proporsional şəkildə, ardıcıllıqla verilir. 



Həcəz bəhri. Azərbaycan əruz şeirində ən çox işlənən 

bəhrələrdən biri həzəcdir. Həzəc sözünün lüğəvi mənası ərəb 

dilindən xoş avazla oxumaq, gözəl, ürəyəyatan deməkdir. 

Mənbələrə istinad edən Ə.Cəfər göstərir ki, ərəblərdə mahnı 

və  şərqilərin çoxu da məhz bu xüsusiyyətinə görə  həzəc 

bəhrində yazılıb ifa olunmuşdur. O da qeyd olunur ki, 

ərəblərin ahənglə oxuduqları  şeirlərin çoxu da, demək olar, 

həzəc bəhrində yazılıbmış. Son tədqiqatlarda həzəc bəhrinin 

15 növü olduğu göstərilir.  

 

 



91

Həzəc bəhrinin əsas dörd bölümlü təfiləsi belədir: 

 

Məf’Ailün Məf’Ailün Məf’Ailün Məf’Ailün 



Mənim tək hiç kim zarü pərişan olmasın, ya rəb! 

Əsiri-dərdi-eşgü dağı-hicran olmasın, ya rəb! 

M.Füzuli  

 

Mənə badi-səba ol sərvi-gülrüxdən xəbər verməz?  

Açılmaz göhçeyi-bəxtim, ümidim nəxli bər verməz.  

M.Füzuli 

 

M.Füzuli «Leyli və  Məcnun» poemasını  həzəc 

bəhrində yazmış və poemada bu bəhrin altı növündən istifadə 

etmişdir: məf’Ulü, məfAilün, fəUlün; məfUlü, məfAİlün, 

fəUlü; məfUlü; məfAilün, fəUlAü və s.  

S.Vurğunun «İstiqbal təranəsi»  şeiri MəfAİlün 

təfiləsinin dörd dəfə təkrarı ilə yazılmışdır: 

Həyat eşqilə odlardan, alovlardan keçir insan! 

Mənim yurdum da səf çəkmiş, qoşun tökmüş vüqar ilə,  

Bu Odlar yurdu sirdaşdır əzəldən ilk bahar ilə.  

 

Diqqət etsək görərik ki, 3-cü misra 15 hecadan 



ibarətdir və onu əruzun tələbinə  əsasən tələffüz etsək, 

saitlərdən biri uzun oxunaraq misralar arasında ahəng 

yaradacaqdır.  

Rəməl bəhri.  Rəməl  əzəmət, vüqar, müntəzəm 

yürümək, ritm mənasını verir. Rəməl bəhri həzəcdən sonra 

Azərbaycan  şeirində  ən çox işlədilən bəhr hesab olunur. 

Rəməlin 13 növü olduğu göstərilir. Rəməl bəhrinin  əsas 

təfiləsi belədir: 



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə