Microsoft Word Baba -edebiyyatda lirik nov doc



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə19/42
tarix16.08.2018
ölçüsü0,89 Mb.
#63610
1   ...   15   16   17   18   19   20   21   22   ...   42

 

 

82



Fərəhlə seyr edincə, şeirimdən əvvəl  

axır göz yaşım.  

 

Sərbəst  şeirə aid yuxarıda verilən nümunələrdən də 



göründüyü kimi, ictimai həyatın tələblərinə uyğun olaraq bu 

vəzndə yazılmış  şeirlərdə tendensiyaçılıq, sinfi mübarizə 

ruhu, gələcəyə çağırış motivləri daha güclüdür. Lakin 

istedadlı  sənətkar təkcə  məzmunu tribunçuluğa,  şüarçılığa 

çevirməklə kifayətlənmir, bu ideyanın obrazlı dillə 

çatdırılmasına çalışırdılar.  

Azərbaycan  şeirində  sərbəst vəznin  ən yaxşı 

nümunələrini R.Rza yaratmışdır. Görkəmli şair hər hansı bir 

hadisəni, əhvalatı, etdiyi müşahidəni asanlıqla sərbəst  şeirin 

məzmununda verə bilirdi. Görkəmli aktyorumuz H.Ərəb-

linskinin xatirəsinə həsr etdiyi şeirində olduğu kimi: 

Danimarka prinsi  

nələr gördü, 

nələr çəkdi. 

Xəyanət riya.  

Şəhvət düşkünlüyü. 

Ümid, sevinc beşgünlüyü.  

Yazıq sənə, Hamlet,  

Yazıq, qəmli, filosof! 

Bir dəfə öldürdülər səni  

uzaq-uzaq keçmişdə. 

Bir də böyük aktyorla 

bir gündə; 

sirri açılmayan  

günah üstündə.  

 

 



 

83

Şeirdəki sənətkarlıq göz qabağında olub, açıq-aydın 



sezilir. Adi hadisəyə, hadisə ilə bağlı aldığı təəssürata R.Rza 

bədii-fəlsəfi məna vermişdir. Şeirdə istifadə olunan qafiyələr 

söz yaradıcılığı  və poetik fikrin məqamında işlənməsi 

baxımından diqqət çəkir.  Şeirdə «düşkünlüyü» sözünə 

tapılan «beşgünlüyü»  şair tərəfindən  şeirimizdə ilk dəfə 

işlədilən  ən uğurlu qafiyədir. Burada sözlər, ifadələr, 

misralardakı fikirlər məntiqi ardıcıllıqla verilir və  bədii 

mətnin tamamlanmasında, fikrin yığcam, lakonik 

verilməsində mühüm rol oynayır.  

Şeirdə yenilik, yeni söz yaratmaq, onu qafiyədə 

işlətmək, fikrin bədii-fəlsəfi yozumu, adini qeyri-adi şəkildə 

vermək R.Rzanın sərbəst  şeirlərində  ən  əsas sənətkarlıq 

xüsusiyyətidir.  Şair hamının dediyini təkrarlamır, başqa cür 

deyir, həm də gözlənilməz tərzdə deyir. Bu isə onu göstərir ki, 

şair sərbəst  şeirin imkanlarından uğurla, maksimum 

sənətkarlıqla istifadə edir. Şair yalnız sözdə, qafiyədə, 

vəzndə yox, fikirdə, onun ifa tərzində yenilik edir.  

Bəsti – Bəsti idi, 

Sürəyya – Sürəyya! 

Adları yazmaq olsa da bir sıraya, 

hər insan təkraredilməz bir fərddir.  

Nə bir-birinin eyni, 

nə surəti, nə əvəzidir.  

Bu şərtdir.  

 

Göründüyü kimi, şeirin yeddi misrasında cəmi iki 



qafiyə  işlənmişdir. «Fərddir», «şərtdir» qafiyələri poetik 

fikrin tamamlanmasında istifadə olunan ən uğurlu qafiyələr 

kimi diqqəti cəlb edir.  



 

 

84



R.Rzanın sərbəst vəzndə yazdığı şeirlərinin sənətkarlıq 

xüsusiyyətləri çoxçeşidlidir. Onun şeirləri sadəcə olaraq 

vəzndə zahiri yenilik deyil, dildə, fikirdə, fonetik 

kombinasiyalarda, bədii təsvir və ifadənin yeniliyində, no-

vatorluğundadır. Şairin şeirlərində poetik fikrin episentrində 

işlədilən qafiyələr bir-birini izləyir, səslərin alliterasiyası 

şeirə ritmik-melodik ton gətirir.  

Nə payızdı, 

nə qışdı…  

Bir çinar qurumuşdu. 

Nə suyunu kəsdilər onun,  

nə üstünə kölgə düşdü.  

Ağac ayaq üstə qurumuşdu.  

Nə yarpaqları saraldı,  

saplağı sınmış kimi.  

Nə xəzəli töküldü 

Yuvasından uçan quş kimi. 

Elə bil ki, gövdəsi üşümüşdü. 

Çinar, beş yüz ildən bir az, 

bircə yaz,  

az 

yaşadı.  

  

Müasir dövrdə  Ə.Kərim, F.Qoca, F.Sadıq və başqa 



onlarla gənc  şairlərimiz sərbəst vəzndə  ən gözəl  şeirlərini 

yazıb yaratmışlar. Lakin sərbəst vəznin sərt tələblərindən 

hamı  uğurla çıxa bilməmişdir. Çünki ənənəvi poeziya 

qanunlarını pozub onun əsasında, onun əvəzində sərbəst şeir 

yazmaq, formalistik etmək yox, novatorluq etmək deməkdir. 

Bu isə ənənəvi formada – heca vəznində yazmaqdan qat-qat 

 

 

85



çətindir.  

Ə.Kərimin «Şair» adlı şeiri həm onun özünün, həm də 

R.Rzanın sərbəst  şeirdə orijinal bir sənətkar olduğunu bir 

daha göstərir.  




 

 

86



Dünyada çoxdur şair. 

Necə sayım onların hamısını birbəbir.  

Şair var ki, ömrünü 

Başlamamış bitirir.  

Cansız əsəriylə bir, 

Ömrünü də itirir.  

Şair var ki, ümidi  

Qafiyəyə, vəznədir.  

Şair var ki, özünü 

Başqasına bənzədir. 

Amma şair də var ki,  

Zamanın doğma oğlu; 

İdrakın zirvəsindən,  

Hissin yanğınlarından  

Keçir şeirinin yolu. 

Əsrin ahəngi – vəzni, 

Müqəyyəd qafiyəsi.  

Gah qovuşan cüt ürək… 

Gah da ki, orkestrin  

Toqquşub şaqqıldayan 

Qoşa zərb alətitək… 

Belə şair də vardır: 

Onun ömrünün yolu  

Bir əbədi yazadır.  

O, sözlər sərkərdəsi, 

Fikirlər qəhrəmanı 

Şair Rəsul Rzadır.  

 

 



 

87

ƏRUZ VƏZNİ 

 

Əruz vəzni öz təşəkkül və formalaşma tarixinə görə 



qədim, çoxəsrlik bir tarixə malikdir. Əruz vəzni hələ lap 

qədimlərdə  ərəb poeziyasında meydana çıxmışdır. Bu vəzn 

Yaxın və Orta Şərq xalqlarının da ədəbiyyatında geniş 

yayılmışdır. Belə ki, əruz vəzni IX əsrdən fars, XI əsrdən 

etibarən isə türkdilli xalqların, o sıradan Azərbaycan 

ədəbiyyatının  əsas klassik vəzni kimi yaranmış  və inkişaf 

etmişdir.  

Əruz vəzni ilk dəfə VIII əsrdə  ərəb alimi Xəlil ibn 

Əhməd tərəfindən sistemləşdirilmişdir.  Əruz vəzninin 

özünəməxsus ölçüləri vardır ki, bu şeir vəzninin misraları 

həmin ölçülər əsasında qurulur. Əruz vəzninin yaranmasında 

əsas olan bu ölçülərə  təfilələr deyilir. Tədqiqatçıların qeyd 

etdiyi kimi, əruz vəzni 10 əsas təfilə ilə yaranır: fəUlün, 

fAilün, məfAİlün, fA ilAtün, müstəfilün, MüFailətün, 

MütəfAilün, məf UlAtü, fAilAtün, müstəfilün. Bu təfilələr 

də öz aralarında dəyişərək, müxtəlif düzəltmə  təfilə  əmələ 

gətirir və əruzun misralarını bölümlər üzrə təşkil edir.  

Əruzda təfilələr ayrı-ayrılıqda misranın bir bölümünü 

təşkil edir. Bu təfilələr birləşərək eyni zamanda misralarda 

gəlib yaradır. Təfilələr  əsli  və düzəltmə olmaqla iki yerə 

bölünür. Bu təfilələrin birləşməsi isə  əruz vəznində  bəhr 

yaradır. Beləliklə  də  əruzun elm aləminə 19 bəhri və 200-ə 

qədər növü məlumdur.  

Klassik Azərbaycan  şairləri də  əruz  şeirinə XI əsrdən 

başlayaraq müraciət etmiş, onun fars və türk dillərində  ən 

yaxşı nümunələrini yaratmışlar. Lakin Azərbaycan 

ədəbiyyatında  əruzun on doqquz bəhrindən yalnız on biri 



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə