Microsoft Word Baba -edebiyyatda lirik nov doc



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə28/42
tarix16.08.2018
ölçüsü0,89 Mb.
#63610
1   ...   24   25   26   27   28   29   30   31   ...   42

 

 

122



Hərcayılar səni saldı irağa, 

Həsrət əlin yar əlinə çata-çat. 

Azərbaycan  şifahi xalq şeirinin  əsas janrlarından olan 

qoşma yazılı  ədəbiyyatımızda da geniş yayılmışdır. 

M.P.Vaqif, Q.Zakir kimi klassik şairlərimiz məhəbbət və 

ictimai motivli ən yaxşı hisslərini, düşüncələrini məhz qoşma 

janrında ifadə etmişlər.  



Bulud zülflü, ay qabaqlı gözəlin, 

Duruban başına dolanmaq gərək, 

Bir evdə ki, belə gözəl olmaya, 

O ev bərbad olub talanmaq gərək.  

 

Sərxoş durub sarayından baxanda, 

Ağ gərdənə həmayillər taxanda,  

Gözə sürmə, qaşa vəsmə yaxanda,  

Canım eşq oduna qalanmaq gərək.  

(M.P.Vaqif) 

 

Aşıqlar, adətən, qoşmanın son bəndində öz adlarını, 



yaxud şeirlərində işlətdikləri təxəllüslərini verirlər. Bu bəndə 

möhür bənd və ya tapşırma deyilir.  



Gözəllər sultanı, mələklər xanı, 

Qaytarmazlar pirə gələn qurbanı.  

Öldür Ələsgəri, qurtarsın canı, 

Vay xəbərin göndər qohum-qardaşa. 

(Aşıq Ələsgər) 

 

Sürmə çəksin gözlərinə, qaşına, 

Gündə yüz yol mən dolanım başına. 

Zakir tək yanmağa eşq ataşına, 

 

 



123

Cürəti var isə pərvanə gəlsin! 

(Q.Zakir) 

 

Gəlmişəm gəzməyə sizin dağları, 

Baxım yaylaqlara doyunca barı. 

Bu yerə şairin düşdü güzarı, 

Gözəl qarşıladı xoş iqbal məni.  

 

Bəxt məni bu yerə qonaq göndərdi. 

Gedirəm, yamandır ayrılıq dərdi, 

Demə Səməd Vurğun gəldi-gedərdi

Unutmaz bu oba, bu mahal məni… 

(S.Vurğun) 

 

Gəraylı  – aşıq  şeirinin oynaq və geniş yayılmış 

şəkillərindən biridir. Gözəllik, məhəbbət, təbiət, ictimai 

həyat və s. mövzularını  əhatə edən qəraylı sonralar yazılı 

ədəbiyyatımıza da keçmişdir. Aşıq Abbas Tufarqanlı, Aşıq 

Qurbani, Aşıq Ələsgər, Molla Cümə kimi ustad-aşıqlarımızla 

yanaşı, yazılı  ədəbiyyatımızda M.Əmani, M.P.Vaqif, 

Q.Zakir və başqa  şairlərimiz gəraylının  ən yaxşı 

nümunələrini yaratmışlar.  

Gəraylı klassik aşıq  şeirimizin başqa  şəkillərinə 

nisbətən yazılma və ifa olunma baxımından daha çevik, daha 

oynaqdır. Müxtəlif şəraitə uyğun olaraq lirik, aşiqanə, fəlsəfi, 

sosial hisslərin tərənnümü üçün gəraylı janrı daha əlverişli 

olmuşdur. Odur ki, istər məhəbbət, istərsə  də böyük həcmli 

epik dastanlarımızın mətnində  qəhrəmanların müxtəlif 

psixoloji  əhvali-ruhiyyələrinin tərənnümündə  gəraylı  şeir 

şəklindən tez-tez istifadə olunmuşdur. Dastan yaradıcıları 




 

 

124



«Koroğlu» eposunda Nigarın övlad həsrətini vermək üçün 

gəraylının poetik keyfiyyətlərindən istifadə edərək, kədərli, 

təəssüfləndirici bir lövhə yaratmışlar.  

 

 



125

Qəm – qüssəm başımdan aşıb, 

Mən tək dərdə dalan yoxdu. 

Ah çəkməkdən bağrım bişib, 

Bircə yada salan yoxdu.  

 

Necə baxım ev-eşiyə, 

Yaralı könlüm üşüyə, 

Toz bürümüş boş beşiyə. 

Şirin layla çalan yoxdu.  

 

Çənlibeldə gar görünür, 

Güllər mənə xar görünür, 

Günüm ahu-zar görünür, 

Bir qaydıma qalan yoxdur. 

 

Tutun məclisdə yasımı, 

Geymişəm qəm libasımı, 

Bu fələkdən qisasımı, 

Nə zamandı alan yoxdu.  

 

Cənlibeli güllər bəzər

Güllər saralsa kim üzər? 

Hər quş balasıynan gəzər. 

Niyə sənin balan yoxdu? 

 

Gəraylının misralarındakı hecaların sayı istisna 



olmaqla bütün formal-struktur cəhətləri qoşmada olduğu 

kimidir. Gəraylı da 3, 5, 7, 9 və s. bənddən ibarət olur. Hər 

bəndi 4 misradan ibarətdir. Qafiyələnmə sistemi də qoşmada 

olduğu kimidir. Birinci bəndin 1-ci və 3-cü misrası  sərbəst 




 

 

126



buraxılır, 2-ci və 4-cü misrası  həmqafiyə olur. Qalan 

bəndlərdə 1-ci, 2-ci, 3-cü misralar öz aralarında həmqafiyə 

olur, 4-cü misra isə 1-ci bəndin son misrası ilə qafiyələnir. 

Buna nümunə olaraq Aşıq  Ələsgərin bir gəraylısına nəzər 

salaq: 

Gözəl, sana məlum olsun,   

/a/ 

Alışmışam, yanıram mən.  

/b/ 

Ala gözlər süzüləndə,   /v/ 

Canımdan usanıram mən.  

/b/ 

 

Hansı dağın maralısan?  

/q/ 

Hayıf bizdən aralısan   /q/ 

Sən də yardan yaralısan,  

/q/ 

Duruşundan qanıram mən.  

/b/ 

 

Mənim adım Ələsgərdi,  

/e/ 

Dərdim dillərdə əzbərdi,  

/e/ 

Xalların dürdü, gövhərdi.  

/e/ 

Sərrafıyam, tanıram mən.  

/b/ 

 

Yazılı 



ədəbiyyatımızda gəraylının 

ən yaxşı 

nümunələrini XIX əsr klassik şairimiz Q.Zakir yazmışdır.  

Neyləmişəm, incimisən 

Yenə, ey gülbədən məndən? 

Zahirən, vardır təzədən 

Sənə bir söz deyən məndən. 

 

Qəm evində zar olalı, 

Eşqə giriftar olalı, 

Yarımadıq yar olalı, 

 

 



127

Nə mən səndən, nə sən məndən. 

 

Yox olub Zakirin varı,  

Günbəgün artar azarı, 

Xəbərdar eyləyin yarı, 

Ey Allahı sevən məndən.  

 

Qəzəl – klassik Azərbaycan şeirinin ən geniş yayılmış 

janrlarından biridir. Qəzəlin lirik şeir janrı olaraq uzun bir 

təşəkkül və inkişaf tarixi vardır. Onun haqqında mübahisələr 

şərqşünas alim və  nəzəriyyəçilər arasında hələ indi də 

qalmaqdadır. Bu da təbiidir. Çünki qəzəlin yayılma, yaranma 

arealı çox genişdir. Qəzəl Yaxın və Orta Şərq xalqları 

ədəbiyyatında da konkret desək, ərəb, fars, türk, Azərbaycan

özbək, tacik ədəbiyyatında da ən kütləvi, geniş yayılan 

klassik şeir şəkli olmuşdur. 

Məlumdur ki, qəzəl şeiri ərəb dilinin daxili qanunlarına 

uyğun olaraq əruz vəzninin tələbləri  əsasında yaranmışdır. 

Belə ki, əruz  şeirində misradakı hecaların sayı deyil, 

sözlərdəki sait səslərin uzun və qısa tələffüzü əsas götürülür. 

Türk dillərindən fərqli olaraq ərəb və fars dilində  bəzi sait 

səslər həm uzun, həm də qısa şəkildə tələffüz olunur. Qəzəl 

şeirində də misradaxili bölgü məhz misralardakı uzun və qısa 

saitlərin ahəngdar bölgüsünə əsaslanır.  

Bütün bunlarla yanaşı, tədqiqatçılar VII-VIII əsrlərdə 

yaranıb XII əsrə qədər davam edən ərəb qəzəlinin bəzi başqa 

xüsusiyyətlərini də qeyd edirlər. Belə ki, ilkin təşəkkül 

dövrlərində  qəzəlin məzmununda qısa təfsilatçılıq, epizm, 

süjetlilik elementləri nisbətən dominantlıq təşkil etmişdir. 

Şübhəsiz ki, qəzəlin süjetli olmasının əsas səbəblərindən biri 




Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə