Microsoft Word Baba -edebiyyatda lirik nov doc



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə26/42
tarix16.08.2018
ölçüsü0,89 Mb.
#63610
1   ...   22   23   24   25   26   27   28   29   ...   42

 

 

114



yozumu ayrı-ayrı janrlarda açıq hiss olunur. Uşaq folkloruna 

daxil olan lirik janrlarda struktur, poetik ahəng, ritm, 

alliterasiya kimi sənətkarlıq xüsusiyyətləri diqqəti xüsusi 

olaraq cəlb edir.  

Folklorun ayrı-ayrı lirik janrlarında mövzuların, mo-

tivlərin və süjetlərin bir-biri ilə müştərək  əlaqəsi, qarşılıqlı 

təsiri, kontominasiyası çox güclüdür. Odur ki, folklor 

janrlarının mətnlərinin təhlili zamanı poetik strukturda 

funksionallıq qazanan sözlərin, anlamların  şərhinə xüsusi 

əhəmiyyət vermək lazımdır

1

.  


Qoşma – Azərbaycan  şifahi xalq şeirinin  ən geniş 

yayılmış şəkillərindən biri də qoşmadır. Qoşma həm də aşıq 

şeirində yaranan və kütləvi olaraq yayılan  şeir janrlarından 

biri hesab olunur. Düzdür, qoşma  əsasən  şifahi lirikamızın 

şeir şəkli olsa da, o sonralar Azərbaycan yazılı ədəbiyyatına 

da keçmişdir. M.P.Vaqif, Q.Zakir, S.Ə.Nəbati, sonralar 

S.Vurğun,  Ə.Cəmil, O.Sarıvəlli, H.Arif və müasir 

dövrümüzdə yazıb yaradan bir sıra  şairlər qoşma janrının 

məzmunca və formaca zənginləşməsində böyük rol 

oynamışlar.  İndi demək olar, heca vəznində  və xalq şeiri 

üslubunda yazan şairlərimizin  əksəriyyəti öz duyğularını, 

hisslərini, dövrə münasibətlərini qoşma şeir şəkli vasitəsi ilə 

ifadə edirlər.  

Qoşma  şeir  şəkli daha çox aşıq  ədəbiyyatında yaranıb 

inkişaf etmişdir. Ta qədim zamanlardan əməkçi, istismar 

olunan, sadə xalq təbəqələrinə  ən yaxın olan aşıqlar 

olmuşlar. Odur ki, sadə, zəhmətkeş xalqın  ən ulu arzuları, 

idealları, istəkləri, mübarizəsi qoşma  şeirində  əks 

                                                           

1

  Бах:  Баба  Бабайев.  Ушаг  фолклорунун  поетикасы. «Ядябиййат» 



гязети, 25 май, 2001-ъи ил.  

 

 



115

olunmuşdur. Qoşma  şeirinin xalqın ruhuna, yaşantılarına, 

mənəvi aləminə yaxınlığı, hər şeydən əvvəl, aşıqların özünün 

xalqa yaxınlığı, onların xalq mənafeyini qorumaqları ilə 

bağlı olmuşdur.

1

 



Qoşma  şeir  şəklinin oynaqlığı, ahəngdarlığı  nəzərə 

alınaraq dastan yaradıcıları, aşıqlar ondan geniş istifadə 

etmişlər. «Koroğlu» dastanında qəhrəmanların müxtəlif 

situasiyalardakı ovqatı, daxili hiss-həyəcanları, düşmənə 

qarşı mübarizə, qələbə əzmi qoşmalar vasitəsilə verilmişdir. 

Bu isə xalq dastanlarmıza bir poetik çeviklik, canlılıq 

gətirmişdir.  Şübhəsiz ki, Koroğlunun qocalıqdan  şikayətini 

vermək üçün aşıqlar – dastan yaradıcıları qoşma şeir şəklini 

ən münasib hesab etmişlər ki, bu da epos qəhrəmanının 

ömrünün sonunda yaşadığı hissləri bədii-poetik  şəkildə  əks 

etdirməyə tam imkan vermişdir.  

Titrəyir əllərim, tor görür gözüm, 

Mənmi qocalmışam, ya zəmanəmi? 

Dolaşmır dəhanda söhbətim sözüm, 

Mənmi qocalmışam, ya zəmanəmi? 

 

Tutulur məclisdə igidin yaşı, 

Kar görmür qılıncı, polad libası, 

Gəlib bic əyyamı, namərd dünyası, 

Mənmi qocalmışam, ya zəmanəmi? 

 

Belə zaman hara, qoç igid hara? 

Mərdləri çəkirlər namərdlər dara

Baş əyir laçınlar, tərlanlar sara, 

                                                           

1

 Ятрафлы бах: Баба Бабазадя. Ашыг йарадыъылыьынын нязяри вя 



естетик мясяляляри. «Ядябиййат» гязети, 11 март, 2005-ъи ил. 


 

 

116



Mənmi qocalmışam, ya zəmanəmi? 

 

Axır əcəl gəldi, yetdi hay, haray!.. 

Çəkdiyim qovğalar bitdi hay, haray!.. 

Tüfəng çıxdı, mərdlik getdi hay, haray! 

Mənmi qocalmışam, ya zəmanəmi? 

 

Koroğluyam, Qırat üstə gəzərdim, 

Müxənnətlər başın vurub əzərdim

Nərələr çəkərdim, səflər pozardım, 

Mənmi qocalmışam, ya zəmanəmi? 

Qoşma  şeir  şəklindən ümumiyyətlə, türkdilli xalqların 

poeziyasında geniş istifadə edilmişdir.  İnsanın hiss-

həyəcanları, sevgi, məhəbbət, kədər hissləri, ayrı-ayrı 

adamlar, hadisələr, fəlsəfi hisslər qoşmaların  əsas mövzusu 

ola bilər.  

Qoşmalar ən azı üç bənddən ibarət olur. Hər bəndi dörd 

misradan və  hər misrası on bir hecadan təşkil edilir. 

Qoşmanın misradaxili bölgüsü 6+5, 5+6 və ya 4+4+3 

şəklində olur. Bu cəhət bütün qoşmalar üçün qəbul edilən 

sabit poetexniki tələbdir.  

Qoşmanın birinci bəndi ab-ab kimi qafiyələnərsə, belə 

qoşmalara çarpaz qafiyəli qoşma deyilir. Çarpaz qafiyəli 

qoşmanın ilk bəndində birinci misra ilə üçüncü misra, ikinci 

misra ilə dördüncü misra həmqafiyə olur.  

Aşıq Molla Cümənin (1854-1920) şeirlərində çarpaz 

qafiyəli qoşmalara tez-tez rast gəlirik.  

Ay ağalar, əqlim təmiz itirrəm.   /a/ 

Qələm qaşlı, ay qabaqlı görəndə.  

/b/ 

Qaf dağını darağıma götürrəm,   /a/ 

 

 



117

Şirin dilli, bal dodaqlı görəndə.   /b/ 

 

Mən özüm deyirəm səfil özümə,   /v/ 

Dəli könlüm, neylim, baxmır sözümə,  

/v/ 

Ha bu dünya görünməyir gözümə,  

/v/ 

İnci dişli, gül yanaqlı görəndə 

  /b/ 

 

Eyb etməyin eşq əhlinin işinə, 

  /q/ 

Dünya-ügba əsla girməz guşinə,   /q/ 

Molla Cümə daşı salsın başına,   /q/ 

Yumru çənə, ağ buxağı görəndə   /b/ 

 

Molla Cümənin yaradıcılığında qoşmanın daha oynaq, 



çevik forması olan daxili qafiyəli qoşmadan da istifadə 

edilmişdir. Belə qoşmalara qoşa yarpaq, yəni daxili 

qafiyələrdən istifadə edilən qoşma deyilir: 

Bir zülfü ənbərə, qaşı peykərə, 

Bir gözü xumara canım peşkəşdir. 

Bir yanaq əhmərə, üzü qəmərə

Bir dişi qövhərə canım peşkəşdir. 

 

Bir ləbi sükkərə, dili şəkkərə, 

Bir sinə mərmərə, bəxti əxtərə, 

Bir qəddi ər-ərə, təzə nügbərə, 

Bir belə dilbərə canım peşkəşdir.  

 

Bir ismi əzbərə, əndamı tərə, 

Bir cavan bəşərə, gözəl düxtərə, 

Bir eşqi əxkərə, çox zülümkarə, 

Cüməyəm aşkara canım peşkəşdir.  



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə