148
Sonrakı misralarda qafiyələnmə belə şəkildə davam
edir: v v a a , q q a a, d d a a və s.
Tuyuq – türkdilli xalqların milli şeir formasıdır. Tuyuq
həcm etibarı ilə iki beyt – dörd misradan ibarət olur. Burada
misralar a a b a şəklində qafiyələnir. Yəni 1-ci, 2-ci və 4-cü
misralar həmqafiyə, 3-cü misra isə sərbəst olur. Azərbaycan
ədəbiyyatında Q.Burhanəddin və İ.Nəsimi tuyuq şeirinin ən
yaxşı nümunələrini yaratmışlar.
Hər zamanın bir nigarü şahi var,
/a/
Hər günün günəşi, gecənin mahi var
/a/
Oduna düşənə qalmadı qərar,
/b/
Yola çıxan kişinün allahı var.
/a/
(Q.Bürhanəddin)
Gözlərim baxdıqca ey şah alnına,
/a/
Göydən endi sanıram mah alnına,
/a/
Gördüm anda əhsənə ilah ayətin /b/
Oxudum mən bərəkallah, alnına.
/a/
(İ.Nəsimi)
Tuyuq şeirində bəzən üçüncü misra da digərləri ilə
həmqafiyə olur.
Məclisi kim xoş tutar ənbər, ənbər.
/a/
Könüli kim aparur dilbər, dilbər. /a/
Dünya əhlinün başına kim çətər, /a/
İşini toğru gılan sərvər, sərvər. /a/
(Q.Bürhanəddin)
Tuyuq şeiri əsasən əruz vəzninin rəməl bəhrində
yazılır: fAilAtün, fAilAtün, fAilAtün, fAilAt.
Bəzi hallarda tuyuq şeiri cinas qafiyələr üzərində
149
qurulur. Belə qafiyələr isə,
məlum olduğu kimi, şəkilcə eyni
olsa da, mənaca müxtəlif olur:
Adımı həqdən Nəsimi yazarəm, /a/
Bil bu mənidən ki, siməm, ya zərəm.
/a/
Həm hidayət eylərəm, həm azərəm,
/a/
Həm büti üşadıcı, həm Azərəm.
/a/
(İ.Nəsimi)
Ümumiyyətlə, klassik Şərq və Azərbaycan şeirinin
onlarla, yüzlərlə şəkilləri mövcuddur. Ədəbiyyatşünaslığa
aid lüğətlərdə, ensiklopediyalarda klassik şeirin zəngin
şəkilləri haqqında xeyli bilgilər vardır.
Klassik Şərq şairləri öz əsərlərində təbiət təsvirlərin-
dən, müxtəlif bədii məqamlara uyğun olaraq ilin fəsillərinin
təsvirindən bol-bol istifadə etmişlər. Bir sözlə, təbiət, onun
müxtəlif fəsilləri klassik şairlərin yaradıcılığında öz fikirləri-
ni, bədii duyğularını ifadə etmək vasitəsi olmuşdur. Təbiət,
canlı varlıq, ayrı-ayrı əşyalar, anlayışlar, göy cisimləri, təbiə-
tin ayrı-ayrı lövhələri klassik şairlərin yaradıcılığında
konkret bədii məqsədlə işlədilmişdir. Təbiət, klassik şairlərin
yaradıcılığında öz fikirlərini bədii ifadə etmənin ən əlverişli
üsul və vasitəsinə çevrilmişdir.
Klassik Şərq poeziyasında sanki insan təbiətlə, eyni za-
manda təbiətin özü insanla eyniləşdirilir, müqayisə olunur.
Klassik Azərbaycan ədəbiyyatında da təbiət təsvirlərindən,
qış, payız, yay, yaz, bahar lövhələrindən xeyli çox istifadə
edilmişdir. Q.Təbrizi, Nizami, Füzuli, Xətai kimi klassik
Azərbaycan şairlərinin əsərlərində elə bil təbiət insan kimi
dil açıb danışır. Beləliklə də klassik ədəbiyyatımızda bahar,
qış təsvirləri, bütövlükdə isə təbiət insan əhvali-ruhiyyəsini,
150
lirik qəhrəmanın daxili mənəvi aləmini təsvir etmək vasitəsi
olmuşdur.
Bütün klassik Şərq şairlərində olduğu kimi, Azərbay-
can şairləri də təbiət təsvirlərinin, peyzajların təsvirinə geniş
yer vermişlər. Klassik Azərbaycan şairlərinin əsərlərində li-
rik-romantik qəhrəmanın psixoloji-mənəvi aləmi ilə bağlı
olaraq bahar təsvirlərindən də geniş istifadə edilmişdir.
Məlumdur ki, klassik Şərq şeirində baharla bağlı işlədilən
bədii təsvirlərə təbiət lövhələrinə bahariyyələr deyilir.
Bahariyyə – klassik Şərq şeir formalarından biridir.
Bahariyyə, adından göründüyü kimi, ayrı-ayrı əsərlərdə ba-
har fəslinin, onun təbiətinə məxsus müxtəlif çalarların təsvir
olunduğu lirik şeir parçalarıdır. Bahariyyə şeir formasından
klassik poemaları, iri həcmli epik əsərləri yazarkən də istifa-
də olunmuşdur. Belə ki, bahariyyə şeir forması klassik Şərq
şeirinin müxtəlif janrlarında yazıla bilər. Burada əsas məsələ
baharın sənətkarlıqla, şairanə surətdə, yüksək bədii, poetik
dillə təsvir və tərənnüm olunmasıdır. Klassik sənətkarlar öz
əsərlərində bahariyyələrdən əhvalat və xarakter yaratmaq
üçün istifadə etmişlər. Demək olar, klassik şairlərimizin əsər-
lərində bahar lövhələrinin təsviri ilə insan xarakterinin, onun
mənəvi aləminin təsviri uyğunlaşdırılmış və paralel olaraq
götürülmüşdür.
Bahariyyə anlayışının nəzəri-terminoloji açılışı və bə-
dii-estetik məzmunu haqqında nəzəri fikrimizdə mövcud
olan fikirlər, demək olar, biri digərinin təkrarından ibarətdir.
Lakin bahariyyənin terminoloji açılışı eyni olsa da, müxtəlif
sənətkarların yaradıcılığında ondan öz yaradıcılıqlarına uy-
ğun olaraq müxtəlif məqsədlərlə istifadə etmişlər.
Məsələn, Azərbaycan Sovet Ensiklopediyasında
151
Bahariyyənin nəzəri məzmunu belə verilir:
"Bahariyyə" - klassik Şərq, o cümlədən, Azərbaycan
poeziyasında baharı təsvir və tərənnüm edən lirik şeir. Qəzəl,
qəsidə, məsnəvi və s. formada yazılırdı. Şah İsmayıl Xətainin
"Dəhnamə" məsnəvisinin əvvəlindəki Bahariyyə məşhurdur.
Füzulinin "Söhbətül-əsmar" ("Meyvələrin söhbəti") əsəri də
baharın təsviri ilə başlayır.
1
Demək olar ki, bu nəzəri-elmi tərif bütün ədəbiyyatşü-
naslıq lüğətlərində, nəzəri kitab
və dərsliklərdə bu və ya di-
gər şəkildə təkrar olunur. Lakin qeyd etməliyik ki, klassik
ədəbiyyatımızda işlənən bahariyyə şeir formaları öz məzmu-
nu etibarı ilə çox zəngin və rəngarəngdir. Çünki hər şair ba-
har lövhələrindən öz sənətkarlıq qabiliyyəti, istedadı səviy-
yəsində istifadə etmişdir. Bundan başqa, hər sənətkar bahar
təsvirlərindən öz bədii-estetik dünyagörüşünə uyğun olaraq
istifadə etmişdir.
Prof. Əziz Mirəhmədov tərtib etdiyi "Ədəbiyyatşünas-
lıq terminləri lüğəti"ndə bahariyyə haqqında belə yazır: "Ba-
hariyyə - klassik Şərq ədəbiyyatında baharı təsvir
edən lirik
şeirlər, yaxud böyük bir poemanın baharı əks etdirən hissəsi.
Bahariyyə qəzəl, qəsidə, məsnəvi formasında və başqa şəkil-
lərdə ola bilər".
2
Yaxud da bahariyyə haqqında başqa bir tərtib olunmuş
kitabda belə deyilir:
"Bahariyyə - klassik Azərbaycan (və
ümumiyyətlə, Şərq) poeziyasında yaz fəslini təsvir edən
şeirlər, peyzaj lirikası nümunələri. Qətran Təbrizinin baha-
1
Азярбайъан Совет Енсиклопедийасы, 10 ъилддя, II ъилд. Бакы,
1977, сящ.46.
2
Ядябиййатшцнаслыг терминляри лцьяти (тяртиб едяни: Я.Мирящ-
мядов). - Бакы, Маариф, 1988, сящ.25.