156
Dəryadə dür oldu əbri-neysan.
Durna uçuban həvayə düşdü,
Laçın aluban ovayə düşdü.
Alma ağacı dibində sayə,
Tən eylər idi buludda, ayə...
1
Buradan göründüyü kimi, Xətai baharla bağlı bütün
təsvirləri öz bədii-estetik idealına uyğun olaraq işlətmişdir.
Bahariyyədə verilən ayrı-ayrı peyzaj detalları əsərdəki obraz-
ların əhvali-ruhiyyəsinin açılmasına kömək etmişdir. Doğru
olaraq deyildiyi kimi, "Bədii əsərlərdə peyzaj, ən əvvəl, təbi-
ət təsvirlərinə aid detallardan başlayır. Peyzaj detalları bədii
əsərlərdə əsas estetik rol oynayır. Belə ki, peyzaj bədii əsər-
lərdə sadəcə olaraq təbiət lövhələrinin təsvirindən ibarət de-
yildir. Bu, hər şeydən əvvəl, əsərdə konkert funksiya daşıyan
bir anlayışdır."
2
Ədəbiyyatşünaslar bahariyyələrin nəzəri məsələsindən
danışarkən M.F.Axundovun "Puşkinin ölümünə Şərq poema-
sı"nı da nümunə göstərirlər. Doğrudan da, M.F.Axundov po-
emada baharın təsvirini ustalıqla vermiş, baharın gəlməsi,
güllərin açması, bülbüllərin oxuması və ümumiyyətlə, təbiət-
də baş verən "şadlıqla" özü arasında olan təzadı, şairin ma-
təm içərisində olmasını yüksək sənətkarlıqla ifadə etmişdir.
Beləliklə də şair göstərmək istəmişdir ki, bütün təbiət baha-
rın gəlməsindən sevinirsə də, o, bu xoş əhvali-ruhiyyədən
çox uzaqdır:
1
Ш.И.Хятаи. Дящнамя, Азярб. Ушаг вя Эянъляр Ядябиййаты няш-
риййаты, Бакы, 1959, сящ.13.
2
Н.Мурадялийева. Ядябиййатда романтик пейзаж, Бакы, Йазычы,
1991, сящ.110 (рус дилиндя).
157
Açılıb qönçə, qızılgül də gülüstanda gülür,
Nazlanan yasəmənin telləri bəzən tökülür.
Çöl köçən qızlara bənzər, bəzənib sanki gəlin,
Təpələr ətrini yığmış ətəyə qönçələrin.
Cansıza can verir hər səmti saran mənzərələr
Şah kimi bağda çələng taxmış ağaclar ucalır.
Hər tərəf şövqlü, almas kimi nurlanmışdır.
Nərgizin gözləri məstanə xumarlanmışdır.
Yaralı köksünü bülbül də vurub bir budağa,
Bir qızıl gül varağı bəxş eləyir hər qonağa.
Dürr yığıb göydə bulud nazlı gülüstanə səpir,
Titrəşən incə küləklə yayır ətrafə ətir...
1
Öz yaradıcılığında bahariyyələrdən tez-tez istifadə
edən klassik sənətkarlarımızdan biri də böyük Azərbaycan
şairi Məhəmməd Füzulidir. Dahi söz ustadının yaradıcılığın-
da bahariyyələrin müxtəlif formalarına rast gəlirik. Belə ki,
böyük şair istər qəzəllərində, istərsə də poemalarında baha-
riyyələrin istifadə etmişdir. Şairin yüksək sənətkarlıqla verdi-
yi bahariyyələr, təbiət təsvirləri onun sözdən istifadə etmək
sənətkarlığını bir daha nümayiş etdirir.
Məhəmməd Füzuli yaradıcılığında
bahariyyələr
Məhəmməd Füzuli XVI əsr Azərbaycan lirik şeirinin
ən qüdrətli nümayəndəsidir. Könülləri fəth edən, öz oxucusu-
na yüksək bədii zövq aşılayan, poetik üslubu ilə orijinal sə-
1
М.Ф.Ахундов. Комедийалар. Повест. Ше'рляр, Бакы, Йазычы,
1982, сящ.230-231.
158
ciyyəli Füzuli şeiri beş yüz illik zaman çərçivəsində müəllifi-
nə geniş şöhrət qazandırmış, onu qəlb şairi kimi tanıtmışdır.
Füzuli şeirini sevdirən, oxucu və dinləyicilərini ovsun-
layan ən başlıca amillərdən biri böyük şairin yaradıcılığına
xas olan lirik tərənnüm hisslərinin sonsuzluğu və rənga-
rəngliyidir. Dahi şairin poeziyasında və ümumiyyətlə, yara-
dıcılığında rast gəldiyimiz poetik əlvanlıq, yüksək bədii pa-
fos, bədii sözün oyunu ilə yaranan emosional məna çaları hər
kəsi sehrləyir, ondan asılı olmayaraq həqiqi bir sənət dünya-
sına – Füzuli dünyasına salır.
M.Füzuli yaradıcılığı üçün səciyyəvi olan cəhətlərdən
biri də təbiət təsvirlərindən məharətlə istifadə etməsidir. Bizi
əhatə edən dünya, yer, göy, ay, ulduz, gül-çiçək, bir sözlə, tə-
biətin min bir əsrarəngiz gözəlliyi onun lirikasının ilham və
mövzu mənbəyidir. Təbiət təsviri, peyzaj Füzuli lirikasında
məqsəd və vasitədir. Baharın təsviri, təbiətin oyanması, gül-
lərin açması, bülbüllərin oxuması Füzuli şeirində bədii-poe-
tik qayə kəsb edir. Şərq şeirincə baharla bağlı işlənən bu cür
təbiət təsvirlərinə bahariyyələr deyilir.
Azərbaycan ədəbiyyatında Füzulidən əvvəl də bahariy-
yələr yazılmışdır. Lakin böyük şair bahar lövhələrinin
təsvrindən daha poetik sənətkarlıqla istifadə etmişdir.
Şairin lirikası ilə tanışlıq göstərir ki, Füzuli ilk şeirlə-
rində bahariyyələrdən yox, baharla bağlı anlayışlardan, ele-
mentlərdən istifadə etmişdir. Şairin sonrakı şeirlərində və iri
həcmli epik əsərlərində isə biz klassik mənada bahariyyə şeir
formaları ilə rastlaşırıq.
Məhəmməd Füzuli yaradıcılığı üzərində aparılan müşa-
hidə və araşdırmalar göstərir ki, şair öz əsərlərində bahariy-
yələrdən konkret olaraq aşağıdakı məqsədlərlə istifadə etmiş-
159
dir:
1. Lirik təsvir və tərənnüm: gözələ müraciət, onun zahi-
ri aləmini, üz-gözünü baharla və ya onun elementləri ilə
tərifləmək, tərənnüm etmək;
2. Romantik qəhrəmanın mənəvi, daxili psixoloji əhva-
li-ruhiyyəsini vermək, portret bahariyyələr yaratmaq;
3. Baharın təsviri ilə bədii məkan və zaman yaratmaq;
4. Bahariyyələr, bahar lövhələri kompozisiya elementi
kimi;
Bahariyyələr, buradan göründüyü kimi, klassik şeirin
janrı yox, nəzm və nəsr əsərlərində yalnız epik-lirik təsvir və
tərənnüm vasitəsidir. Füzuli qəzəl, qəsidə və poemalarında
bahariyyələrdən poetik sənətkarlıqla istifadə etmişdir. Müx-
təlif şeir formalarında, poetik məqamlarda işlənməsinə bax-
mayaraq, bahar fəslini sənətkarlıqla, şairanə surətdə, yüksək
poetik dillə təsvir və tərənnüm olunması bahariyyələrin əsas
xarakterik xüsusiyyətidir. Qeyd etdiyimiz kimi, Füzuli baha-
rın, yazın ayrı-ayrı əlamətlərini tərənnüm edə-edə tədricən
bahariyyə şeir formasına müraciət etmişdir. Bu baxımdan,
şairin "Qəmdən öldüm, demədim hali-dili-zar sana" qəzəli
səciyyəvidir:
Qəmdən öldüm, demədim hali-dili-zar sana,
Ey güli-tazə, rəva görmədim azar sana.
İç meyi-nab ki, bağrından edər cümlə kəbab,
Atəşi-eşq ilə üşşaqi-ciyərxar sana.
Meyi gülgünda deyil nərgisi-məstin əksi,
Qədəh olmuş, göz açıb, aşiqi-didar sana.