168
Anlamış guya ki, sünbül kakilinin tabı var.
169
Rahət üçün fərş salmış səbzeyi-tər gülşənə,
Nərgisin görmüş gözün məxmur, sanmış xabı var.
Bulunur hər dərdə istərsən gülüstanda dəva,
Həqqəsində qönçənin guya şəfa cüllabı var.
Güldü gül, açıldı nərgis, lalə doldu, jalədən,
Ey xoş ol kim, işrətü eyş etməyə əsbabı var.
Qalib olmuş xəlqə zövqi-seyri-gülşən, guyiya,
Çəkməyə xəlqi bənəfşə zülfünün qüllabı var.
Gər Füzuli meyli-gülzar etsə fəsli-gül nola,
Ey üçün xunabeyi-dildən şərabi-nabı var.
1
Bu qəzəl bizim Şərq ədəbiyyatı üçün səciyyəvi olan sırf
klassik bahariyyədir. Qəzəlin ümumi bədii ruhunda bahar
fəslinin sözlə çəkilmiş rəsmi var. Burada baharın təbiət
mənzərəsini çəkən ən mahir tablo ustası-rəssam rəng çalar-
larından necə uyarlı istifadə edərdisə, Füzuli də sözün məna
çalarından, sözün bədii tutumundan o cür sənətkarlıqla
istifadə etmişdir. Qəzəldə baharın sözlə bədii ifadəsi, bədii
rəsmi var. Burada söz-sözə bağlanmışdır. Sözlərin deyili-
şində, misraların axarında təbiət gülür, həyat gülür və lirik
qəhrəmanların lirik-intim məhəbbət hisslərinin oyanması
üçün meydan açılır.
Qəzəlin 1-ci beytinə nəzər salaq: bahardır, seyr qıl,
tamaşa elə gör ki, gülüstanın nə gözəl təravəti var. "Güli-
sirab" ifadəsi ilə şair bahar yağışlarına işarə etmişdir. Bahar
fəslində gülün həm yarpaqlarının üstü, həm də açmış
1
М.Фцзули. Сечилмиш ясярляри, 1992, сящ.71.
170
qönçələrinin ağzında su yığılır. Şair bu təbii hadisəyə
assosiativ bədii don geydirir. Demək olar ki, qəzəlin bütün
beytlərində belə ruh hakimdir. Şeirdə baharın gəlişini elə bil
xalq da öz qalibiyyəti kimi qeyd edir. Belə xoş dövranda eyş-
işrət keçirməyin bir "əsbabı" vardır. Bəs görəsən, lirik
qəhrəman-şairin özü nə üçün kədərlidir? Nə üçün o, tökdüyü
göz yaşını özü üçün "eyş etməyə" xalis, saf şərab hesab edir?
Bahar fəslində hamı kimi, bütün sevgililər kimi, şair də öz
məşuqəsinə qovuşar. Bahariyyədən çıxan nəticə, nikbin ruh,
ideya-bədii qayə bundan ibarətdir. Şair bu bədii qayəni
vermək üçün real həyatda bahar fəslindən, bədii-estetik
anlamda bahariyyədən istifadə etmişdir.
Şairin aşağıda təqdim etdiyimiz beytini prof. Samət
Əlizadə çox maraqlı şəkildə belə təhlil və izah etmişdir:
Rüxun görgəc olur suzi-dəruni dərdi-dil hasil
Bahar əyyamı sıçrar bərqi-rəx-şəndə, səhab oynar.
Açılışı: Üzünü gördükdə dərin yanğı və ürəyin dərdi
hasil olur, - bahar günlərində parlaq şimşək sıçrar, buludlar
oynayar.
Beyt təşbehlər silsiləsi üzərində qurulmuş, insan və
təbiət qarşı-qarşıya qoyulmuşdur: gözəlin üzünün görün-
məsi,- baharın gəlişi: sinədəki yanğı-çaxan şimşək; ürəyin
dərdi-buludlar. Sevgilisinin üzünü gördükdə aşiq üçün bahar
gəlir; lakin bu onun öz baharıdır; köksü od tutub yanır,
qəlbini qəm-qüssə buludları bürüyür...
1
Füzuli "Bağə girdim, səri-kuyin anıb əfğan etdim",
"Bağə gir bülbülə ərzi-güli-rüxsar eylə" misraları ilə
1
C.Ялизадя. Шащ бейтляр, Азярбайъан Дювлят няшриййаты, Бакы,
1995, сящ.80.
171
başlanan qəzəllərində də bahariyyədən sənətkarlıqla istifadə
etmişdir.
Qeyd etdiyimiz kimi, Füzulinin bir sıra qəzəllərində
bahariyyələr bədii zaman bildirmək məsqsədilə qələmə
alınmışdır. Şairin farsca yazdığı "Bahar əyyamıdır gəlməz
nədəndir şurə bülbüllər" qəzəli bu baxımdan səciyyəvidir:
Bahar əyyamıdır gəlməz nədəndir şurə bülbüllər,
Məgər düşmüş lətafətdən könüllər şad edən güllər.
Çiçəklər ətir saçdı, nazəninlər seyri-bağ etməz,
Açılmış gülləri yekər pərişan etdi qafillər.
Əgər eşq əhli etməzsə, gözəl məhrulərə rəğbət,
Nə lazımdır bu ziynət, bu gözəllik, bu qəra tellər?
Könüllər bəs neçin gülzarə bağlanmaz bu məsimdə,
Məgər zənciri-zülfün açmamış gülşəndə sünbüllər?
Könül qönçə kimi yüzlərcə qəmlə, bax, düyünlənmiş,
Budur müşkül ki, dövran naz edir açdıqca müşküllər.
1
Bahariyyə formasında yazılmış bu qəzəl şairin başqa
bahariyyələri ilə müqayisə edilərsə, burada Füzulinin bədii
zaman yaratması aydın görünmüş olar. Bədii zaman və
məkan yaratmaq da şairin yaradıcılığında bir məqsəddir. Bu
ruhlu bahariyyələrdə şair çoxşaxəli məqsəd izləyir. Baharın
poetik tərənnümünü verir, bahar atributları ilə insan atribut-
larını eyniləşdirir. Bahar anlayışları ilə lirik qəhrəmanlara
müraciət edir və müəyyən zaman çərçivəsində müxtəlif
hadisələri bədii surətdə əks etdirir.
1
М.Фцзули.Сечилмиш ясярляри, Бакы, 1992. сящ.189.
172
M.Füzuli öz qəsidələrində də bahariyyələrdən mə-
harətlə istifadə etmişdir. Şairin "Həva ərayiş-gülzarə oldu
çəhragüşa, Bahar gülşənə geydirdi hilleyi-xəzra" beyti ilə
başlanan, habelə "Bahar", "Gül" qəsidələri bahariyyələrin
yüksək sənətkarlıqla yazılmış nümunələri baxımından
diqqəti cəlb edir.
Maraqlıdır ki, Füzulinin istər qəzəl, istərsə də qəsidə
janrında yaratdığı bahariyyələrin əsasən çoxu rəməl bəhrində
yazılmışdır.
FAil Atün, FAil Atün, FAil Atün, FA iLün. "Rəməl"
sözü ərəbcə dəvənin ləngərli yerişindən, ritm və ahəngindən
götürülmüşdür. Əzəmət, vüqar ifadə edən rəməl bəhri
buradan götürülmüşdür."
1
Füzulinin "Həva ərayisi-gülzarə oldu çöhrəgüşa"
misrası ilə başlanan qəsidəsində bahariyyə ruhu çoxdur. Yəni
burada həyat əsasən bahar fonunda təsvir və tərən-nüm
olunur. Şairin "Bahar" və "Gül" qəsidələrində isə bahariyyə
fonunda daha çox ictimai-fəlsəfi motiv verilmişdir. Təbiət və
insan gözəlliyi bu qəsidələrin əsas ideyası və məzmununu
təşkil edir. "Bahar" adlı məşhur qəsidəsində deyilir:
Qıldı dəfi-qəm dili-üşşaqdan zövqi-bahar,
Ah kim, göstərdi eşq əhlinə dövran hicri-yar.
Sakini xümxanə peyda qıldı şövqi-seyri-bağ,
Gəldi ol dəm kim, qıla biçarələr tərki-diyar.
Dustlar, əyyami-gül olsaydı həngami-sürür,
Rəd nalan dəmbədəm qılmazdı əbri-əşkbar.
1
Мир Ъялал, П.Хялилов. Ядябиййатшцнаслыьын ясаслары, "Маа-
риф" няшриййаты, Бакы, 1988. сящ.113.
173
Fəsli-gül təbində əmniyyətdən olsaydı əsər,
Qərqi-xuni-laləzar olmazdı tiği-kühsar...
1
Füzulinin "Leyli və Məcnun" poemasında da bahariy-
yələrdən poetik sənətkarlıqla istifadə olunmuşdur. Lakin
burada da şair bahariyyələrdən əvvəlcə epizodik şəkildə is-
tifadə etmişdir. Çünki belə epizodlarda baharın geniş təbiət
təsvirlərindən daha çox lirik qəhrəmanlara müraciət
məqsədilə istifadə edilmişdir. "Leyli və Məcnun"
poemasında "Bu sifəti - Məcnundur və ibtidai-möhnəti-
füzundur" fəslində verilmiş bahariyyə bu baxımdan
xarakterikdir:
Bir dilbəri-sərvqəddü gülruy,
Sərvi-xoşu gülrüxu səmənbuy
Şiirin ləbi-mənşəi-lətafət,
Rəna qədi-durduğu ilə afət...
Şəhla gözü-nərgisi pürəfsun
Ziba qaşı-nərgis üzrəgi nun
Hüsni güli-laleyi-şəfəqfam,
Zülfi xəmi-lalə üzrəgi lam...
2
Göründüyü kimi, burada bahara aid verilən anlayışlar
və təbiət təsvirləri lirik qəhrəmanın tərənnümü üçün
müqayisə ilə verilən portret-bahariyyədir. Çünki burada
baharın elementləri vasitəsilə bahar fəsli yox, daha çox lirik
qəhrəmanın özü dərk olunur: "Sərv boylu, gül üzlü bir dilbər,
gül yanaqlı, yasəmən qoxulu qəşəng bir sərv... Şəhla gözü-
1
М.Фцзули. Сечилмиш ясярляри, Бакы, Йазычы, 1984, сящ.137.
2
М.Фцзули. Лейли вя Мяънун, Бакы, Эянълик, 1993, сящ.119.