152
riyyələri bütün Şərq poeziyasında
məşhurdur və həmin jan-
rın klassik nümunələri kimi tanınır. Şah İsmayıl Xətai özü-
nün "Dəhnamə" poemasında Azərbaycan dilində bahariyyə-
nin ilk mükəmməl nümunəsini yaratmışdır. MəHəmməd Fü-
zulinin "Söhbətül-əsmar" əsəri də ənənəvi bahariyyə ilə baş-
lanır."
1
Bununla bağlı olaraq bahariyyə haqqında başqa bir ter-
minlər lüğətində oxuyuruq:
"Bahariyyə - klassik Şərq, o
cümlədən Azərbaycan poeziyasında baharı təsvir edən şeir
növü. Qəzəl, qəsidə və başqa formalarda yazılardı. Şah İsma-
yıl Xətainin "Dəhnamə" məsnəvisinin əvvəlindəki bahariyyə
məşhurdur. M.Füzulinin "Söhbətül-əsmar" ("Meyvələrin
söhbəti") əsəri M.F.Axundovun "Şərq poeması" da baharın
təsviri ilə başlayır".
2
Göründüyü kimi, bu açıqlamalarda əsas
fikir müxtəlif-
liyi bahariyyənin şeir forması, janrı və ya şeir növü olmasın-
dadır. Bizim fikrimizcə, bahariyyə şeir növü və ya şeir janrı
ola bilməz. Çünki bahariyyə peyzaj lirikasının nümunəsi ki-
mi diqqəti daha çox cəlb edir. Bu baxımdan, bahariyyə məz-
mun və forma elementi kimi diqqəti cəlb edir. Ümumiyyətlə,
bahariyyələr haqqında daha dolğun məlumat almaq üçün
klassik ədəbiyyatımızda yaranan bir sıra şairlərin bahariyyə
şeirlərinə nəzər salmaq daha məqsədəuyğun olar.
Təsadüfi deyildir ki, Qətran Təbrizi bahar lövhələrini
təsvir etməklə, insanların əhval-ruhiyyəsində baş verən xoş
ovqatı yüksək sənətkarlıqla tərənnüm etməyə nail olmuşdur.
1
Елчин, В.Гулийев. Юзцмцз вя сюзцмцз. Азярбайъан Дювлят Няш-
риййаты. - Бакы, 1993, сящ.20.
2
Азярбайъан классик ядябиййатында ишлядилян адларын вя тер-
минлярин шярщи (тяртиб едяни: А.Бабайев), "Маариф" няшриййаты,
Бакы, 1993, сящ.26.
153
Şairin aşağıdakı şeiri bu baxımdan xarakterikdir:
Elə bil kanun ayına şəbixun eylədi neysan:
Səmanı tozla, doldurdu, çölü, səhranı tutdu qan.
Əgər qan istəyirsənsə, nəzər sal buluda bir an.
Bahar yelləri ənbərlə yoğurdu torpağı indi,
Budaqlar zərxara geydi tamam neysan yağışından
Al-əlvan Çin ipəyiylə bəzənmiş bağ, elə bil ki,
Gəlir hər gecə aramsız bağa Çindən yeni karvan
Gəlinlər tək gülür, gülür sevinclə bağçada, bağda:
Ona bülbül oxur əfsun yaman gözlər bəlasından.
Çəmənlərdə gülür lalə üzü tək Leylinin hər dəm,
Bulud göylərdə qan ağlar gözü tək Məcnunun hər an,
154
Uçur mərcan üzərində fəqət bağlarda bülbüllər
Qaçır əlvan ipək üstdə fəqət çöllərdəki ceyran.
1
Ümumiyyətlə, Klassik Azərbaycan şairlərinin əsərləri-
nə müraciət etsək, onların əsərlərində bu
və ya digər şəkildə
bahariyyə nümunələrinə rast gələrik. Bahariyyə formasında
müxtəlif janrlarda əsərlər yazmaq ədəbi ənənəsi demək olar
on doqquzuncu yüzilliyə qədər davam etmişdir. Belə ki, hə-
min şeirlər başdan-başa bahariyyə formasında olmasa da,
onun müəyyən hissələri mütləq baharın təsvir və tərənnü-
mündən ibarət olmuşdur. Məsələn, Şakir Şirvaninin aşağıda-
kı şeiri bu baxımdan diqqəti cəlb edir:
Ey gül, sənə nisbət güli-xəndan ola bilməz,
Hüsnün kimi heç bağda gülüstan ola bilməz,
Qəddin kimi xoş sərvi-xuraman ola bilməz,
Manənd sənə hüriyi-qılman ola bilməz,
Zülfün kimi bir sünbüli-reyhan ola bilməz.
Ey qaşları yay, gözləri nərgis, ruxi-ziba,
Hər yerdə ki, vəsfin oxuram mən dəxi əla,
Ey kakili-sünbül, dəhəni qönçeyi-həmra,
Yoxdur sənə manənd gözüm dəhrdə həmta,
Yox sən təki bir Yusifi-Kənan ola bilməz.
2
Azərbaycan ədəbiyyatşünaslığında bahariyyələrin bə-
dii-estetik və nəzəri məsələlərindən bəhs edən bütün ədəbiy-
1
Щикмят хязиняси (Гядим Азярбайъан ядябиййаты мцнтяхябаты).
Тяртиб едянляр: Я.Сяфярли, Х.Йусифли, "Маариф", Бакы, 1992,
сящ.49.
2
Йеня орада, сящ.455.
155
yatşünaslar Şah İsmayıl Xətainin "Dəhnamə" poemasının
müqəddiməsini bahariyyəyə ən xarakterik nümunə hesab et-
mişlər.
Akad. Həmid Araslı bu münasibətlə yazır: "Əsərin mü-
qəddiməsində yazıçının qələmə aldığı "Sifəti-gülşənü bahar"
adlandırdığı "Bahariyyə" Azərbaycan ədəbiyyatı tarixində
təbiət təsvirinin yaxşı nümunələrindən biridir".
1
Görkəmli ədəbiyyatşünas həmin bahariyyədə verilən
təbiət təsvirlərini nümunə göstərərək yazır: "Bu misralarda
başlanan təsvirdə baharın gəlməsilə təbiətin canlanması, hə-
yatın hər tərəfində əmələ gələn yeniliklər, quşların, heyvan-
ların, bir sözlə, təbiətin bütün sahələrinin gözəlləşməsi çox
maraqlı və obrazlı bir dillə təsvir edilir."
2
Ş.İ.Xətai "Dəhnamə" poemasında, doğrudan da, bahariy-
yənin ən uğurlu, ən səciyyəvi nümunəsini yaratmışdır:
Qış getdi, yenə bahar gəldi,
Gül bitdi və laləzar gəldi.
Quşlar qamusu fəğanə düşdü,
Eşq odu yenə bu canə düşdü.
Yer geydi qəbayi-xizr puşan
Cümlə dilə gəldi ləbxəmuşan.
Sərvin yenə tutdu damənin su,
Sərv üstə oxudu faxtə gu-gu.
Qönçə dəhəni çəməndə xəndan,
Gülməkdən ənar açıldı dəndan.
Bülbül oxudu süfati-hicran,
1
Щ.Араслы. Ш.И.Хятаи вя онун йарадыъылыьы (юн сюз), бу китабда:
Ш.И.Хятаи. Дящнамя, Азярб. Ушаг вя Эянъляр Няшриййаты, Бакы, 1959,
сящ.7.
2
Йеня орада.