178
Başladı eninü nalə bülbül.
Əlqissə, fəzalənib çəmənlər,
Xoş, tazə geyindi yasəmənlər...
1
Göründüyü kimi, bu şeirdə baharın sözlə ifadsi, bədii
tərənnümü vardır. Bahar vaxtı göy çəmənlərin göyərməsi,
nəbatın köynəyinin parçalanması, yırtılması (yetişmək
mənasında), "nərgiz gülünün göz açıb bağə girməsi (nərgizin
açılması)," "əyri boyun bənövşələrin, öz örtük və
pərdəsindən çıxması", "qönçənin yaxasının açılması", "bunu
görən bülbülün şad olması və oxuması", "yasəmənlərin təzə
geyinməsi və s. kimi metaforik ifadələr həqiqi sənətkar
qələminə məxsus təbiət təsvirləridir. Lakin bu şeirdə təbiət
emprik müşahidə ilə təsvir olunmur, təbiət cilalanmış sözlə
bəzənir və rəsm olunur, elə bil dil açıb danışır. Bülbül
Füzulinin sənət dilində oxuyur, qızılgül qönçəsi Füzulinin
bədii dili ilə açılır və ətir saçır.
Prof. Mir Cəlal yazırdı: "Füzulinin bir sıra təbiət
təsvirlərində yalnız bir aşiq ruhu deyil, böyük bir insanın
yüksək həyat zövqünü görürük. Gül, gülüstan, sərv və
sərvistan, fərdi bir eşq aləmi yox, həyatın tükənməz və gözəl
neməti kimi təsvir olunur. Bu təsvir insanı həyata, nəşəyə,
yaşamaq havasilə uçmağa çağırır. Bundan əlavə, Füzulinin
peyzajlarında təbiət gözəlliyinin ifadəsi yalnız ayrı-ayrı
ünsürlərin tərif və vəsfi ilə verilir. Bəlkə əlvan təbiət yalnız
lalədə, nərgis və ya bülbülün ilhamından ibarət qalmır.
Oxucu şeirin istiqamətilə gedərək sanki təbiət döşündə
1
М.Фцзули. Сечилмиш ясярляри, Бакы, "Шярг-Гярб" няшриййаты,
1992, сящ.316-317.
179
gəzir."
1
M.Füzulinin bahariyyələrində sənətkarlıq məsələləri
daha
ətraflı öyrənilməlidir.
Şairin yaradıcılığında
bahariyyələrin təhlili və tədqiqi Füzuli sənətinin sirlərini,
onun bədii-poetik xüsusiyyətlərini bir daha dərindən
öyrənmək üçün ətraflı bilgi verir.
Müasir şeirimizdə də yeni-yeni janrlar, formalar
yaranmaqdadır. Bunlardan biri h i m n d i r . Himn – yunan-
ca: humnos – mədh, tərif, alqış və s. mənada işlənir. İctimai-
siyasi lirikanın nümunəsi olan himnlər öz məzmununa görə,
dövlət əhəmiyyətli, inqilabi, hərbi, dini xarakterli olur. Hər
hansı bir tarixi hadisənin və qəhrəmanların şərəfinə də himn
yazıla bilər. Qədim yunanlar Apollonun, Dionisin şərəfinə
himnlər yazmışlar.
Himn insanlarda vətənpərvərlik, qəhrəmanlıq
hisslərinin formalaşmasında, bu ruhda tərbiyə olunmasında
fövqəladə əhəmiyyətə malik bir şeir şəklidir. Bunun
vasitəsilə oxucularda vətənə məhəbbət, sədaqət, onun
mənafeyinə xidmət etmək kimi ali hisslər yaranır, formalaşır.
Təntənəli mahnı mənasını verən himnlər insanlarda ən ali
vətənpərvərlik hissi olan qəhrəmanlıq xarakterinin
formalaşmasında mühüm rol oynayır.
Fransızların «Marselyoza»sının təsiri ilə xalq kütlələri
səfərbər olunmuş və nəticədə böyük Fransa inqilabı baş
vermişdir. «Marselyoza»nın ilkin adı «Reyn ordusunun hərbi
mahnısı» olmuşdur. Sonralar isə marsellilərin marşı
adlanaraq Fransanın ən populyar mahnısına çevrilmişdi.
Daha sonralar Potyenin yazdığı «Internasional» bütün
1
Мир Ъялал. Фцзул сяняткарлыьы, АДУ няшриййаты, Бакы 1958.
сящ.88.
180
dünya zəhmətkeşlərinin himninə – təntənəli mahnısına
çevrilmişdi. Keçmiş Sovet İttifaqının və ayrı-ayrı müttəfiq
respublikaların ayrıca himnləri mövcud idi. Lakin
Azərbaycan respublikası 1991-ci ildə dövlət müstəqilliyi əldə
edəndən sonra kütlələri müstəqil dövlətimiz ətrafında
səfərbər edən himnə ehtiyac duyulurdu. Çünki müstəqil
dövlətimizin əsas simvollarından olan dövlət himnimiz
dövlətçiliyimizin atributu kimi əhəmiyyətlidir.
İndi sözləri Əhməd Cavada, musiqisi Üzeyir
Hacıbəyova məxsus himnimiz müstəqil, azad, demokratik
dövlətimizin varlığının simvoludur, atributudur:
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətən!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Minlərlə can qurban oldu!
Sinən hərbi meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!
Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!
Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
181
Poema – yunan sözü olub «poiema» - yaratmaq
deməkdir. Qədim zamanlarda yaranan xalq dastanlarına
poema deyirdilər. Poemada həyatın lirik və epik təsviri üs-
tünlük təşkil edir. Ona görə də poemaya bəzən mənzum
povest – yəni şeirlə yazılan povest deyirlər. Poemanı şeirdən
fərqləndirən səciyyəvi cəhət onun həcminin böyüklüyü və
kiçikliyi deyildir. Hər iri həcmli şeir də hələ poema deyildir.
Poema nadir qəhrəmanın və nadir hadisənin geniş, pafoslu və
dəbdəbəli şəkildə şeir dilində təsvir və tərənnüm olunması
deməkdir. Buna görə də poemaya qəhrəmannamə də
deyirlər. Poemanın mərkəzində bir qəhrəmanın və ya bir
hadisənin lirik-epik təsvir və tərənnümü verilir. Adi lirik
şeirdən fərqli olaraq poema müəyyən bir süjetə malik olur.
Poemalar öz quruluşuna, formasına görə, lirik, epik,
lirik-epik və dramatik xarakterli olur. Bütövlükdə isə poema
bir ədəbi forma olaraq epik və lirik cəhətlərin müştərək
vəhdəti ilə yaranır. Bunun nəticəsidir ki, onun spesifikası
haqqında polemik fikirlər hələ indi də qalmaqdadır. Bəzi
nəzəriyyəçilər poemada epik, bəziləri isə lirik
xüsusiyyətlərin aparıcı, dominant olduğunu qeyd edirlər.
Hazırda bir sıra nəzəriyyəçilər poema haqqında danışarkən
onun epik, lirik və dramatik keyfiyyətləri birləşdirən bir janr
olduğunu göstərirlər. Bu isə tədqiqatçılar tərəfindən onunla
əsaslandırılır ki, bəzi poemalarda mənzum təhkiyəçilik
üstünlük təşkil edir və epik xarakterli olur. Bir sıra
poemalarda isə demək olar, süjet olmur və orada hisslərin
tərənnümü əsas götürülür. Başqa poemalarda isə hadisələrin
axarı dialoqlar vasitəsilə inkişaf etdirilir.
Poema janrının tarixinə nəzər salsaq görərik ki, onun
təşəkkülü, yaranması da müəyyən ictimai-tarixi proseslərlə