174
ovsunçu nərgiz, gözəl qaşı-nərgiz üstündə nun. Hüsnünün
gülü-qırmızı lalə, saçının əyrisi-lalə üstündə lam... dodağının
ləli-naz çeşməsinin suyu... O dərəcədə gözəl bir təbiət idi
ki,..."
1
"Leyli və Məcnun" poemasında "Bu Leyliyə Məcnun
güzərdə müqabil olduğudur və gün müqabilində hilali-mehri
bədri-kamil olduğudur" fəsli bədii zaman və məkan, eyni
zamanda lirik qəhrəmanın portretini yaratmaq baxımından
klassik bahariyyədir:
Bir gün ki, bahari-aləməfruz.
Vermişdi cəhanə feyzi-novruz.
Salmışdı niqab çöhrədən gül,
Çəkmişdi sürud-nalə bülbül.
Şəbnəm meyi-nabı ilə lalə.
Doldurmuş idi qızıl piyalə...
Hər yan dedilər ki: "Ey bəlakeş,
Gül çağıdır, olmagil müşəvvəş..."
2
Bu fəslin nəsr variantını vermək fikrimizi əyani şəkildə
açıqlamaq üçün daha məqsədəuyğundur:
"Bir gün dünyanı işıqlandıran bahar günəşi aləmə
novruz feyzi vermişdi, gül üzündən örtüyünü salmış, bülbül
ağlar mahnısına başlamışdı... Bir neçə vəfalı yoldaş şikəstə
Məc-nunun ağlar görüb hər yandan dedilər ki: "Ey bəlakeş,
gül çağıdır, iztirab keçirmə. Bu fəsildə adam gərək şad ola,
qayğıdan, bəla və qəmdən azad ola... Gül kimi sinəni yırtma.
Çəmən kimi torpağı yataq eləmə... Bəlkə bu növbahar fəs-
lində seyrdə sevgilinin vüsalı qismət ola". Dərdli Məcnun
1
М.Фцзули. Лейли вя Мяънун (няср вариантына чевиряни:
С.Ялийев). "Маариф" няшриййаты, Бакы, 1991, сящ.53.
2
М.Фцзули. Лейли вя Мяънун. Бакы, Эянълик, 1993, сящ.32.
175
ayağa durdu, seyr üçün səhralara baş vurdu... Gah çəmənliyə
sirr açar, gah laləyə min-min dualar edərdi... Nərgizin
gözünə nəzər salar, yarının gözünü anıb, ah edərdi... Bənöv-
şəyə könül dərdini söylərdi ki, yarını görsə ona söyləsin.
Halını bülbüllərə, möhnət və məlalını qumrulara şərh edərdi.
Hər türfə çiçək gördükcə ah çəkib, mənzil-mənzil gəzərdi,
birdən yolu bir mənzilə düşdü ki, yarı orada seyr edə idi.
Leyli, şikəstə Məcnundan əvvəl bir neçə pəri üzlü həmdəmlə
o düzənliyə güzar eləmiş, gülün, lalənin, üstünə kölgə
salmışdı. Bir yaşıllıqda yaşıl bir çadır qurmuşdu, ay çəmən-
liyin ortasında halə qurmuşdu. O çadır qönçə kimi idi, o ay
da içində gül yarpağı kimi. Leyli Məcnunla üz-üzə gəldi,
dərd seli qəm dəryasına yetişdi...
1
Əlbəttə, bu cür poetik sənətkarlıqla qurulmuş bahariyyə
şeirləri öz bədii keyfiyyətləri ilə bərabər, həm də poemanın
bədii strukturunu təşkil edən kompozisiya elementi kimi də
diqqəti cəlb edir. Belə bahar təsvirləri əsərə həm də
oxunaqlıq, gözəllik və lirik tərənnüm hisslərinin geniş şəkil-
də verilməsi üçün bədii enerji rolu oynayır. Bu isə Füzuli
yaradıcılığında ümumiyyətlə sözün potensial enerji
yükündən, məna tutumundan maksimum sənətkarlıqla isti-
fadə etməkdən irəli gəlir.
Poemada "Bu, Leylinin bahar əyyamı seyri-gülzar
etdiyidir və gülzarda muradına yetdiyidir" fəsli də
bahariyyənin yüksək poestetik təsvir və tərənnümü
baxımından diqqəti cəlb edir:
Bir gün ki, bahari-aləmaray
Zövq əhlinə oldu rahətəfzay,
1
М.Фцзули. Лейли вя Мяънун (няср варианты), "Маариф" няшрий-
йаты, Бакы, 1991, сящ.53-54.
176
Ayineyi-dövrdən gedib cəng
Dövr etdi zəmini asimanrəng.
Feyzi-şəbi-kimiya əsərdən,
Təsiri-şəmameya-səhərdən,
Açıldı xəmi-bənövşədən tab,
Şəbnəm gülə saçdı löləi-nab,
Gülzarə həva əbir tökdü,
Səhrayə ğübari-mişk çökdü.
Yağdırdı səhab jalə daşın,
Ol daş ilə yardı ğönçə başın,...
Səbzə gülə verdi mişk bacın,
Gül səbzəyə mülkünün xəracın...
1
Əlbəttə, bahariyyəni bütöv də nümunə şəklində vermək
mümkündür. Lakin diqqəti cəlb edən sözdən istifadə etmək
məharətidir. Burada nəinki sözü sözdən, hətta misranı
misradan ayırmaq çox müşküldür. Şeirdə sözlər az qala
özləri də elə bil dil açıb danışır, gül açıb ətirlənir. Təbiətin
özündə bioloji mənada təbiilik, qanunauyğunluq olduğu
kimi, şeirdə də qüvvətli bir lirizm, bədii-məntiqi ardıcıllıq və
beləliklə də baharın tam şəkildə təsvir və tərənnümü var.
"Bənövşənin əyri boynundakı büküyün açılması",
"hava gülzarı xoş qoxu tökdü", "bulut jalə daşını yağdırdı",
"qönçə o daş ilə başını yardı", "qönçə qaş-göz elədi, gül
adına min müəmma açdı", "Ruzigar yaşıllıq bəzəyi ilə yeri
göyə bənzətdi" və sair kimi bədii assosiativ tapıntılar şeirə
real, təbii həyatda olduğundan qat-qat çox cazibədarlıq,
təbiilik gətirir.
Sözlə rəsm olunan bu bahariyyədə həyat oxucu üçün
1
М.Фцзули. Лейли вя Мяънун, Бакы, Эянълик, 1993, сящ.65.
177
daha çox gerçək, təbii və obyektivdir. Füzuli bu cür
bahariyyə təsvirlərində sanki zərgər dəqiqliyi ilə "iş görür",
sözləri seçir, təbiətin həmin hadisəsinə ən uyğununu və uyar-
lısını seçir. "Bulut jalə, daşını yağdırdı", "qönçə o daş ilə
başını yardı", "qönçə qaş-göz elədi" və s. metafora və
frazeoloji ifadələr baş verən və mikroskopik müşahidə
obyekti olan təbiət hadisələridir. Füzuli isə bunları öz
pərəstişkarlarına bədii sənət mikroskopunda böyüdərək
təqdim edir. Belə şeirlərdə həm real, həm də ictimai mənada
həyat var, gözəllik var, ən başlıcası isə hamını məftun edən
cazibədar Füzuli sənəti var.
Füzulinin poemalarında bahariyyələr yuxarıda deyildiyi
kimi, həm də kompozisiya elementidir. Bu şeirlər poemanın
ideya bədii qayəsi, bədii forması ilə üzvi vəhdət təşkil edir.
"Leyli və Məcnun" poemasında sevən aşiqlərin ən yaxşı
əhvali-ruhiyyələrini, tanışlıq və görüş səhnələrini əks etdirən
bahariyyələri poemadan çıxarsaq, o zaman əsərin
kompozisiyasına xələl gələr və zəifləyər.
Şairin "Söhbətül-Əsmar" poemasında verilən bahariyyə
də bu baxımdan diqqəti çəkir:
...Çün nəşvü nüma bulub çəmənlər,
Çak etdi nəbat pirəhənlər.
Mey nəşə ilə əyan çəkdi,
Nərgis ki, göz açdı bağə girdi,
Bir baxmağılan özün itirdi.
Köçgərdan olub bənövşəyi-zar,
Bir nəşeyi meylə oldu xummar.
Qönçə yaxasını eylədi çak,
Bülbül baxuban olub fərəhnak.
Bağ içrə açıldı qırmızı gül,