104
O gözələ deyin ki,
/b/
Baxsın bu yana dağlar
/a/
Azərbaycan bayatılarında cinas qafiyələrdən də istifadə
olunmuşdur:
105
Əzizim, üzüm dəydi,
Bağında üzüm dəydi.
Qiyamət qopmadı ki,
Üzüm – üzünə dəydi.
***
Əzizim, dalda yeri,
Xub yeri, dalda yeri.
İki könül bir olsa,
Taparlar dalda yeri.
Azərbaycan şifahi xalq ədəbiyyatında «aşiqəm», «mən
aşiq», «əzizinəm» və s. kimi ünvanlı bayatılarla bərabər,
konkret adresatların işlənmədiyi, təqdimatsız mücərrəd
ünvanlı bayatılara da çox rast gəlirik. Bu bayatılar müəyyən
zahiri əlamətlərinə görə cüzi şəkildə, formal olaraq
fərqlənsələr də, məzmunu etibarı ilə başqa bayatılar kimi,
estetik bədii düşüncənin bütün sferalarını əhatə edir.
Quş uçar xəstə gedər,
Hərə bir səsdə gedər.
Səni görən cavanlar,
Evinə xəstə gedər.
***
Evlərində var kilim,
Həşyəsi dilim-dilim.
Qəlbə dəyən söz desəm.
Alışsın-yansın dilim.
Azərbaycan folklorunda 1-ci misranın 3-cü və 4-cü
hecası sərbəst buraxılan bayatı-xoryatlara da rast gəlirik.
Dolu düşər,
106
Qar yağar, dolu düşər.
Qəbrim yol üstə qazın,
Yar gələr yolu düşər.
***
Havada.
Quş balalar yuvada.
Əmim oğlu sağ olsun,
Neçin gedirəm yada
Tədqiqatçılar bayatıların ideya-məzmun və forma-
struktur xüsusiyyətlərindən danışarkən, «sual intonasiyası ilə
qurulan bayatılar»dan da bəhs edirlər
1
.
Sual intonasiyası ilə qurulan bu cür bayatılarda təlqin
olunan fikir daha qabarıq və emosional şəkildə nəzərə
çatdırılır.
Qara at nalı neylər?
Qara qaş xalı neylər?
Sən kimi yarı olan,
Dövləti, malı neylər?
***
Əziziyəm, dərdinə,
Dərmanı nə, dərdi nə?!
Yar bağa qonaq etdi.
Aşiq görən dərdi nə?
***
Yaram var.
Üstə xal-xal yaram var.
Aç ürəyim başını,
Gör yanmamış haram var?!
1
Елчин, В.Гулийев. Юзцмцз, сюзцмцз, Б. Азярняшр, 1993, сящ. 18.
107
Yuxarıda dediyimiz kimi, bayatılar bir qayda olaraq 4
misradan ibarət olur. Lakin tədqiqatçılar XVII əsrin əv-
vəllərində yaşamış Azərbaycan şairləri Əmaninin və
Əzizinin bir sıra 6 misralıq şeirlərinin bayatı janrına aid
olduğunu göstərirlər. Bundan başqa Kərkük türkmənlərinin
yaratdıqları bir çox bayatı – xoryatlar da 6 misralıq şeir
formasında olur.
Bayatılar şifahi xalq ədəbiyyatı nümunələri olsa da,
yazılı ədəbiyyatda da bu janrın qiymətli örnəkləri
yaranmışdır. Şair M.Əmaninin, Əzizinin, S.İ.Xətayinin, Sarı
Aşiğin yazılı ədəbiyyatda qələmə aldığı bayatı nümunələri
buna yaxşı misal ola bilər.
Ağılar – Azərbaycan şifahi xalq şeirinin geniş yayılmış
janrlarından biri də ağılardır. Ağıları kədər və hüzn
nəğmələri adlandırmaq olar. Çünki ağılar bir qayda olaraq
yas mərasimlərində yaranır və ifa olunur. Ağılarda qəm,
kədər, qüssə, fəlakət, matəm notları çox güclü olur. Bu isə
ağıların ifa olunduğu konkret situasiya ilə bağlıdır.
Faciəvilik, dərin kədər, matəm ruhu bütün ağılar üçün aparıcı
motiv hesab olunur.
Mən bu bağa gəlmişəm,
Yağa-yağa gəlmişəm.
Götürmüşəm dərdimi,
Ağlamağa gəlmişəm.
Göydə bulud oynadı,
Gözüm yardan doymadı.
Yenicə sevişirdik,
Qanlı fələk qoymadı.
Ağıların məzmununda matəm, qüssə, kədər motivləri
güclü olsa da, təsvirin obyekti baxımından seçilirlər. Ağılarda
hər hansı bir qəhrəmanın, igidin, qərib insanın, oğulun,
qardaşın kədərli taleyi, faciəli ölümü tərənnüm edilir.
Ağacda xəzəl ağlar, Qardaş demə, qan olar,
108
Dibində gözəl ağlar.
Oğlu ölən analar,
Sərgərdan gəzər, ağlar.
Yel əsər, fəğan olar.
Qardaş gələn yollara,
Bacılar qurban olar.
Ağılar da bayatılar kimi 4 misradan və 7 hecadan ibarət
olur. Qafiyə sistemi bayatılarda olduğu kimidir:
Qürbətə gedən gəlməz,
Çarəmi edən gəlməz.
Qardaşım çoxdan gedib,
Bilmirəm nədən gəlməz.
Qərib ölüb, götürün,
Qəbrində gül bitirin.
Yazın vay xəbərini,
Anasına yetirin.
Mən aşiq, dolu düşər,
Göy gurlar, dolu düşər.
Qəbrim yol üstə qazın,
Anamın yolu düşər.
Mən aşiq, başdan ağlar,
Kirpikdən, qaşdan ağlar.
Oğlu ölən analar,
Durar obaşdan ağlar.
Ağılar ta qədim zamanlardan indiyə qədər ağıçılar
tərəfindən ifa edilir. Matəm, yas, təziyə mərasimlərinə dəvət
olunan ağıçı qadınlar ölən qəhrəmanın kimliyindən asılı
olaraq onun göstərdiyi igidliyi, yenilməzliyi, şücaəti, ağlaya-
ağlaya improvizə edirdilər.
Ağı demək məharəti xüsusi mərsiyəçilərdə daha
güclüdür. Elə indinin özündə də ölən igidin şərəfinə
düzənlənən yas mərasiminin daha emosional, daha şan-
şöhrətli keçirilməsi üçün məclisə xüsusi mərsiyəxan dəvət
olunur. Bu mərsiyəxanlarda ağı demək, konkret şəraitə
uyğun söz qoşmaq məharəti o qədər güclü olur ki, onlar ölən
qəhrəmanın, insanın ömür yolu haqqında məclisə
toplaşanlarda konkret təsəvvür yaradırlar.
Bununla belə, ağılar həmişə ənənəvi bayatı şəklində
olmayıb, bəzən «vəznsiz, zəif qafiyəli, oxşama ruhlu
109
misralardan ibarət olur». Bu tipli bayatılarda oxşama, vəsf
etmə, tərif, tərənnüm hissi, sadalama xüsusilə güclüdür.
Gümüş xəncəlli,
At bağrı çatladan,
Düşmən bağrı yaran.
Aslan ürəkli,
Şir biləkli,
Bənövşə buğlu,
Mina boylu,
Darvaza kürəkli,
Gen sinəli,
Gözü qızlar ovçusu
Dili qızlar elçisi
Balam vay!
Ağı nümunələrinə Azərbaycan dastanlarında da çox
rast gəlmək olur. Yazılı ədəbiyyatda da müxtəlif vəznli,
formalı ağı nümunələri yaranmışdır. XIX əsrdə yaşayıb
yaradan X.Natəvan gənc yaşlarında xəstəlikdən vəfat edən
oğlu Mirabbasın şərəfinə yazdığı şeirlərin hamısı ağı,
mərsiyə ruhludur. Dərin hüzn, kədər, ayrılıq, qəm-qüssə bu
şeirlərdə əsas, aparıcı mövzudur.
Ağılar nəsr yolu ilə də yaradılır. Belə ağı
nümunələrində ölən igidin qəhrəmanlıqları, ona məxsus
keyfiyyətlər nəsr dili ilə sadalama intonasiyasında verilir.
Laylalar – Azərbaycan şifahi xalq şeirinin maraqlı
janrlarından biri də laylalarıdır. Laylalar uşaq folklorunun ən
kamil nümunələri kimi diqqəti cəlb edir. Laylalar bir qayda
olaraq anaların beşik başında öz körpələrinə oxuduqları
həzin ruhlu ritmik mahnılardır. Bu mahnı-laylalarda anaların