128
də oradakı obrazların sayının çoxluğu olmuşdur. Əlbəttə, bu
xüsusiyyət qəzəlin yaranmasının daha ilkin dövrlərinə aiddir.
Şərq xalqları ədəbiyyatında farsdilli qəzəlin yaranması
əsasən XII əsrdən başlayır. Q.Təbrizi, Xaqani, Nizami kimi
klassik Azərbaycan şairləri farsdilli qəzəlin ən yaxşı
nümunələrini yazmışlar. Qəzəl şeiri həqiqi lirikanın əsas
janrlarından biri kimi əsl poetik xüsusiyyətlərini bəlkə də
məhz bu dövrlərdən mənimsəyir. Xaqani, Nizami kimi
şairlərin qəzəllərində bədii məzmun, mövzu genişliyinə
baxmayaraq, poetik «mən»in tərənnümü, lirik hisslərin,
əhval-ruhiyyənin təsviri önə çəkilir. Ani hisslərin
tərənnümünə həsr edilən qəzəl şeiri tez yazılır, xalq
tərəfindən məclislərdə, kütləvi yerlərdə əzbərlənir və
yayılırdı. Nizaminin poetik istedadı farsdilli qəzəlin həm
forma – məzmun, həm də bədii təsvir, dil-üslub baxımından
zənginləşməsində müstəsna rol oynamışdır. Nizaminin
qəzəllərində insan ehtiraslarının, onun daxili aləminin
çırpıntılarının təsvir və tərənnümünə daha çox üstünlük
verilir. Duyğuların, hisslərin tərənnümü mövzuya olan
münasibətdən əsas götürülür. Bununla da qəzəl lirik şeir janrı
olaraq öz həqiqi bədii-poetik xüsusiyyətlərini ehtiva etmiş olur.
N.Gəncəvinin aşağıdakı qəzəlinə diqqət edək:
Ay üzlü nigarım, kimə mehman olacaqsan?
Bir söylə, kimin şəninə şayan olacaqsan?
Şahlıq çətiri var başın üstündə bu axşam,
Ənbər çətirinlə kimə sultan olacaqsan?
Şəkkər demərəm mən sənə, ondan da şirinsən,
Dilbər, necə bir bəxtəvərə can olacaqsan?
129
Zülmət gecə, sən nurlu çıraq, bəd gözə gəlmə,
Ey abi-həyat, sən kimə canan olacaqsan?
Getdin, necə bəs tab eləsin hicrə Nizami,
O xəstə ikən, sən kimə dərman olacaqsan?
1
Nizaminin qəzəllərində məhəbbət və gözəlliyin
mənəvi-psixoloji və fəlsəfi təsviri daha güclüdür. Onun
qəzəllərinin mövzusunu, obrazlar aləmini real həyatdan ayrı
düşünmək mümkün deyildir. Şairin qəzəllərinin mərkəzində
əsasən iki obrazın – sevən aşiqin və onun məşuqəsinin obrazı
canlandırılır. Göründüyü kimi, dahi şairin qəzəllərində
istifadə olunan təşbehlər, bənzətmələr, ifadə üsulu və
vasitələri tamamilə yeni və orijinaldır.
Nizaminin qəzəlləri fars dilində yazılmasına
baxmayaraq, bu şeirlərin bədii məzmunu türk təfəkkürü ilə
yoğrulmuşdur. Çünki Nizaminin istər qəzəllərində, istərsə də
epik həcmli poemalarında türk-Azərbaycan təfəkkürünü,
psixologiyasını, deyim tərzini, xalq təfəkkürünü əks etdirən
çoxlu sayda ifadələrdən, frazemlərdən istifadə edilmişdir. Bu
da təsadüfi deyildir. Çünki bu bənzərsiz ifadələr, hər şeydən
əvvəl, Nizami yaradıcılığına xalq ədəbiyyatından süzülüb
gəlirdi. Şairin qəzəllərinin sadə, aydın, anlaşıqlı, ahəngdar
olmasının da səbəbi bununla bağlı olmuşdur.
Şairin əsərlərinə dərindən bələdlik bir daha sübut edir
ki, dahi sənətkar öz qarşısına… xalq ruhunun, onun
dünyagörüşünün ifadəçisi olmaq kimi çətin və məsul bir
vəzifə qoymuşdur. Öz xalqının qədim mənşəyindən, həyat
tərzindən mövzu götürən Nizami yaradıcılığında Azərbaycan
şifahi xalq təfəkkürünün dərin və silinməz izləri ilə
1
Гязялин фарсъадан тяръцмяси Ъяфяр Хяндана мяхсусдур.
130
qarşılaşırıq
1
.
Yuxarıda
deyildiyi kimi, Nizami qəzəlləri XIII əsrdən
başlayaraq təşəkkül tapmağa başlayan anadilli qəzəlin
inkişafında təsirli rol oynamışdır. «XIII əsrdən başlayaraq
bütün Yaxın Şərq bədii fikrində olduğu kimi, Azərbaycan
ədəbiyyatında da qəzəl bir janr kimi öz tam təsdiqini tapdı.
Həm də maraqlıdır ki, ənənəvi orta əsr ədəbi-nəzəri
traktatlarında qəzəlin qarşısında qoyulan tələblərdən fərqli
olaraq, poetik təcrübədə janrın mövzu dairəsi daha geniş
vüsət və əhatəlilik kəsb edir. Aşiq və məşuqə münasibətləri,
məhəbbətin nəşəsi və kədəri, vüsal, hicran səhnələri öz
hakim mövqeyini saxlasa da, təbiət mənzərələri, ictimai-
siyasi, didaktik-etik motivlər də qəzəlin predmetinə çevrilir,
sırf fəlsəfi, sufi-panteist qəzəllər yazılır»
2
.
Anadilli ədəbiyyatımızın tarixi XIII əsrdən başlayır.
İzəddin Həsənoğlunun «Apardı könlümü bir xoş qəmərüz,
canfəza dilbər» qəzəli anadilli şeirimizin ilk nümunəsidir.
Apardı könlümü bir xoş qəmər yüz canfəza dilbər.
Nə dilbər? Dilbəri-şahid. Nə şahid? Şahidi – sərvər.
Mən ölsəm sən büti-şəngül, sürahi, eyləmə gülgül.
Nə gülgül? Qülgüli-badə. Nə badə? Badeyi – əhmər.
Başımdan getmədi hərgiz sənünlən içtigüm badə.
Nə badə? Badeyi-məsti. Nə məsti? Məstiyi-sağər.
Əzəldə canim içində yazıldı surəti-məni,
Nə məni? Məniyi-surət. Nə surət? Surəti-dəftər.
1
Бах: Баба Бабайев. Низами вя халг ядябиййаты. «Азярбайъан мцяллими»
гязети, 5 ийул, 1989-ъу ил.
2
Азадя Рцстямова. Классик Азярбайъан поезийасында гязял. Бакы,
131
Həsənoğlu sana gərçi duaçidir, vəli sadiq.
Nə sadiq? Sadiqi – bəndə. Nə bəndə? Bəndeyi – çakər.
Həsənoğlunun bu qəzəli ana dilində yazılan şeirin ilk
nümunəsi olmaqla yanaşı, həm də dil, süjet – kompozisiya
baxımından mükəmməl bir sənət nümunəsidir. Şairin bu
qəzəli XIII əsr Azərbaycan ədəbi dili haqqında aydın
təsəvvür yaradır. Qəzəlin poetik dil sistemi, məcazları
göstərir ki, bu əsər Həsənoğlunun ana dilində yazdığı yeganə
şeiri deyildir. Ədəbi-tarixi mənbələr onun Azərbaycan
dilində «Divan»ı olduğunu və şairin əsərlərinə türk və fars
dillərində nəzirələr yazıldığını göstərir.
Həsənoğlunun bu qəzəlində ərəb-fars dilinin təsiri ilə
əcnəbi sözlərdən, izafət tərkiblərindən də çox istifadə
edilmişdir. lakin şairin ana dilinə həssaslıqla yanaşması,
poetik ustalığı ərəb-fars mənşəli sözlərin işlənilməsini o
qədər də qabarıq hiss etdirmir. Çünki bu sözlər, tərkiblər bir
növ Azərbaycan dilinin qanunlarına tabe tutulur. Qəzəldə
hal, mənsubiyyət, xəbərlik, zaman, şəxs kateqoriyasına aid
olan sözlər indi dilimizdə işləndiyi kimidir. Bütün bunlar
görkəmli şairin böyük ciddi-cəhdlə ana dilində əsər yazmaq
istəyindən irəli gəlmişdir.
Sonrakı dövrlərdə Q.Bürhanəddin, İ.Nəsimi, Ş.İ.Xə-
tayi, Həbibi, Kişvəri, M.Füzuli anadilli qəzəli inkişaf
etdirərək yeni poetik zirvələrə qaldırmışlar. Q.Bürhanəddin,
İ.Nəsimi, S.İ.Xətayi kimi şairlərin yaradıcılığında qəzəl şeiri
daha mübariz, döyüşkən ruh qazanmışdır. Bu dövrdə yazılan
qəzəllərin məzmununda ictimai-siyasi, fəlsəfi ruh hakim
olmuşdur. Nəsiminin sufi-hürufi məzmunlu qəzəlləri fəlsəfi
«Елм», 1990.