Microsoft Word Baba ocaq Aylis 27. 10. 14. doc



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə31/57
tarix11.03.2018
ölçüsü1,75 Mb.
#31245
1   ...   27   28   29   30   31   32   33   34   ...   57

 Baba ocağı 
 
127
ortasında  qaralan  kösəv  isə  eləcə  dururdu, 
göyərmirdi  ki  göyərmirdi,  kösəvdə  həyat  əlaməti 
görünmürdü. Bütün dost-tanışlarından ayrılıb özünü 
bir  dərədə  məhkum  etmiş  Rövşənin  haqqında 
şaiyələr yayılır, yaxın bildikləri kösəvin göyərəcəyinə 
olan  inamını  sındırmağa  çalışırdılar.  Rövşən  isə  hər 
gün kösəvi suvarır, Ağ Dədənin dediyi sözləri yadına 
salıb  təskinlik  tapırdı:  “Göyərər,  oğlum.  Əgər  sən 
sidqiylə  tövbə  edib,  onu  becərsən,  kösəv  mütləq 
göyərəcəkdir”.  
  Ağ  Dədə  Rövşən  gedəndən  sonra  oturduğu 
dərinin  arxasındakı  qara  daşa  söykənib  mürgülədi. 
Yuxu  ilə  reallıq  arasında  Rövşən  ilə  olan  söhbətini 
son  detallarına  qədər  xatırladı.  Bu  qəribə  adamın 
başının  üstündə  bir  işıq  haləsi  vardı. Ağ  Dədə  başa 
düşürdü  ki,  bu  vaxta  qədər  gözlədiyi  adam  gəlib 
çıxmışdı.  Ağ  Dədə  ona  verilmiş  missiyanın  sona 
gəldiyini anlayırdı. Burdan o tərəfə Uca Tanrının öz 
ixtiyarında qalırdı.  
Ağ Dədə səhərə yaxın oturduğu yerdən qalxdı, 
ocağın  közlərini  çubuqla  bir  yerə  toplayıb  üstünü 
küllədi. Yüz il də qalsa bu ocaq gələcək nəsillərə od 
saxlayacaqdı. Mağaranın girişinin yan tərəfində olan 
qara  daşı  ortalığa  çəkib  getdi.  Bu,  Ağ  Dədənin 
burada olmadığını bildirən əlamətiydi. Ağ Dədə üzü 
dağ  yuxarı  getməyə  başladı.  Dan  yeri  sökülürdü, 
hava işıqlanırdı, Ağ Dədə uzaqlaşıb görünməz oldu.  
 


Nizami Muradoğlu 
 
128
 
 
Rövşənin  haqqında  danışılan  dedi-qodular 
kəndi  bürümüşdü.  Çoxları  “ağlı  qaçıb,  başı  xarab 
olub,”- deyib arxasınca gülürdülər. Rövşən isə əqidə-
sinə  sadiq  qalaraq  öz  işini  davam  etdirir,  adamları 
inandıra  bilmədiyindən  onlardan  uşaqlaşır,  kösəvin 
göyərəcəyi  günü  gözləyirdi.  Tək  nigarançılığı  Ağ 
Dədəni görə bilməməsiydi. Bir neçə dəfə Ağ Dədənin 
mağarasına  baş  çəkmişdi,  məbədə  getmişdi,  amma 
Ağ Dədədən soraq verən olmamışdı. Ağ Dədə qeyb 
olmuşdu, onu heç yerdə görən yoxdu. 
Əylisdə ermənilərin arasında pıçhapıç genişlən-
mişdi.  Rövşən  ermənilərdə  başlayan  bu  soyuqluğu 
hiss  edir,  münasibətlərin  günü-gündən  gərgin-
ləşdiyinin  fərqinə  varırdı,  lakin  onun  dediklərinə 
əhəmiyyət  verilmir,  son  zamanlarda  onun  psixi 
durumunda  xöşagəlməz  halların  baş  verməsi  haq-
qında  deyilənlər  istər-istəməz  adamlarda  bir  şübhə 
yaradırdı.  Bu  səbəbdən  Rövşən  özü  də  insanlardan 
uzaqlaşır,  duyduğu,  eşitdiyi,  hiss  elədikləri  ilə  ilgili 
qəti bir qərar qəbul edə bilmirdi. 
Qafan  tərəfdən  acı  xəbərlər  gəlməkdə  davam 
edirdi.  Xəbərlərdə  Oxçu,  Şabadın,  Atqız,  Pirdavdan 
kəndlərində türklərə qarşı aparılan sıxışdırmalardan 
söhbət  açılır,  tək-tək  adamların  döyülüb  incidildiyi 
söylənilirdi.  Daha  sonra  Nuhgədihdən  Əylis 
bazarına  yağ-pendir  satmağa  gələnlər  Oxçuda  bir 


 Baba ocağı 
 
129
türk çobanının çöldə öldürüldüyü xəbərini gətirdilər. 
Çobanı  öldürəni  görən  olmamışdı,  amma  Oxçu 
camaatı bu işi ermənilərin gördüyü qənaətində idilər. 
 Qafanın  türklərlə  ermənilərin  birgə  yaşadığı 
kəndlərində  gecələr  üzü  örtülü  adamların  türk 
evlərinə  olan  basqınları  haqqında  da  söhbətlər 
yayılırdı.  Əylisdə  də  gecələr Arakelin  evində  yığın-
caqlar keçirilməsi xəbərləri eşidilirdi.  
Türk icması kəndin durumundan narahatdı, hər 
gün ətraf kəndlərdən gələn xəbərlər yaxşı heç nə vəd 
etmirdi.  İçma  qərara  aldı  ki,  Şah Abbas  məscidində 
yığışıb tədbir görsünlər. Kəndin sayılan ağsaqqalları, 
cavanlar  məscidə  dəvət  edildilər.  Hacı  Nəcəf,  Hacı 
Qurbanəli, Mirzə Tahir Əfəndi, Molla Nurməmməd, 
Kəblə  Əhməd,  Məşədi  Kazım,  Məşədi  Bağır,  Aslan 
baba,  Bığ  Abbas,  Bəyməmməd,  Alxan  kişi,  gənc 
müəllim Mirzə Rahab və s. yığıncaqda iştirak edirdi-
lər. Rövşən bu yığıncağa dəvət olunmasa da evlərinə 
baş çəkməyə gedərkən təsadüfən məsciddə qələbəlik 
olduğunu görüb içəri keçdi. Çox danışıqlardan sonra 
Hacı  Nəcəf  ayıq-sayıq  olmaq,  ermənilərin  törədə 
biləcəyi hər hansı bir hadisəyə hazır olmaq haqqında 
təlimat  verdi.  Qərara  alındı  ki,  üç  nəfərlik 
nümayəndə  heyəti  ermənilərlə  görüşüb  son  vaxtlar 
yaranmış gərginliyə aydınlıq gətirsinlər. Nümayəndə 
heyətinin  tərkibinə  Hacı  Nəcəf,  Mirzə  Tahir  Əfəndi 
və  Alxan  kişi  seçildilər.  Görüş  üçün  özünü 


Nizami Muradoğlu 
 
130
ermənilərin rəhbəri kimi qələmə verən Arakelə xəbər 
göndərildi.  
Arakel  təklifi  alar-almaz  hazırlığa  başladı. 
Arakel  fikirləşirdi  ki,  hələlik  türklərlə  mehriban 
danışıb,  səmimi  rəftar  etməklə  onları  arxayınlaşdır-
maq lazımdır. Nümayəndə heyətinin toplanıb görüş 
istəməsi  Arakeli  ziyada  narahat  etsə  də,  özünü 
səmimi aparmağa çalışır, səbr edirdi. Görüş Arakelin 
təklifi  ilə  onun  üç  mərtəbəli  evinin  qarşısındakı 
balaca  həyətdə  baş  tutdu.  Erməni  tərəfdən  Arakel 
keşiş  Mikayıl  və  Petrosu  tərkibə  daxil  etmişdi.  Altı 
kişi  tut  ağacının  altında  oturub  çay  içə-içə  Əylisin 
taleyindən danışırdılar. Hacı Nəcəf sözü belə başladı: 
-Arakel  kirvə,  bilirsən  ki,  Əylis  türkləri  bu 
kənddə sizin babalarınıza qucaq açıb yer verdilər. Biz 
də  əlbir  olub  burada  birlikdə  bu  günə  qədər  çox 
mehriban  yaşadıq.  Amma  son  zamanlar  ayrı-ayrı 
yerlərdən qulağımıza gələn səslər, düzü bizi narahat 
etməyə  bilməz.  Biz  istəmirik  ki,  qucaq  açıb  qoy-
numuza aldığımız dostlarımız ilə aramızda narazılıq 
yaransın.  Elə  bilirəm  ki,  siz  də  bu  barədə  xeyli 
dərindən düşünməlisiniz. Fəqət ki, indi bəzi yerlərdə 
bir  para  cavanlar  məxşuşluq  salmağa  səy  edərlər. 
Dəxi  bizim  borcumuzdur,  onların  qarşısını  alıb  düz 
yola dəlalət edək. 
-  Düz  yola  çağırmaq  Rəbbimizin  hər  bir  bən-
dəsinin  boynunda  olan  şərəfi-nişanəsidir,  -  deyə 
Mirzə Tahir Əfəndi əlavə etdi. 


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə