Microsoft Word Baba ocaq Aylis 27. 10. 14. doc



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə29/57
tarix11.03.2018
ölçüsü1,75 Mb.
#31245
1   ...   25   26   27   28   29   30   31   32   ...   57

 Baba ocağı 
 
119
haqqında hələ gəncliyində eşitmişdi, söhbətlərinə də 
qulaq asmışdı.  
O  vaxtlar  deyirdilər  ki,  Aşıq  Məsum  Tağıya 
vergi  verilibdi.  Bədahətən  şeirlər  deyir,  heç  kəsin 
eşitmədiyi  havalar  çalır,  oxuyurdu.  Amma  sevdiyi 
qız ona qismət olmamışdı. Odur ki, həmişə dünyanın 
vəfasızlığından,  çərxi-fələyin  gərdişindən  şikayət 
ruhlu  qoşmalar  qoşurdu.  Mizrabı  hər  dəfə  sazın 
simlərinə  dəyəndə  bir  dünya  ahu-nalə  ələnirdi. 
Dərdli  aşıq  idi,  çox  dərdliydi.  Oxuyanda  gözlərini 
yumur,  sanki  bu  dünyadan  ayrılırdı.  Nəhayət,  aşıq 
Məsum Tağı bir neçə qoşma dedi, oxudu. Arada bir 
dayanıb bir bardaq çay istədi, o zaman Rövşənin də 
onu dinləyənlərin arasında olduğunun fərqinə vardı 
və ucadan onu salamladı: 
- Rövşən, xoş gəlmisən. 
-Xoş gününüzə gələk.  
-Bir dübəndi də sənin şərəfinə, a Rövşən. 
 Aşıq Məsum Tağı daha da şövqlə oxudu. Qulaq 
asanlar  aşığa  nəmər  verdilər,  sonra  söz  yenə 
gündəlik hadisələrdən, bazardakı qiymətlərdən düş-
dü. Rövşən aşığın cibinə bir onluq qızıl qoydu.  
Aşıq Məsum Tağı Rövşəni kənara çəkdi, ikilikdə 
xeyli  söhbət  etdilər.  Nəhayət  Rövşən  buraya 
qayıtmaqda  məqsədinin  tövbə  etmək  olduğunu, 
lakin  din  adamlarının  ona  bir  düzgün  yol  göstərə 
bilmədiklərini  də  Aşıq  Məsum  Tağıya  bircə-bircə 
söylədi. Əlacsız duruma düşdüyü hər sözündən bəlli 


Nizami Muradoğlu 
 
120
olan  Rövşənin  bu  halı Aşıq  Məsum  Tağının  gənclik 
vaxtlarında  özünün  qarşılaşdığı  əhvalatları  yadına 
saldı.  O  çətin  zamanlarda  Aşıq  Məsum  Tağının 
köməyinə  Ağ  Dədə  yetmişdi.  Ağ  Dədə  indi  çox 
qocalmışdı,  amma  hər  halda  Aşıq  Məsum  Tağının 
bildiyi  qədərincə  hələ  bu  ətraf  mahallarda  Ağ 
Dədəyə  bərabər  bir  kəramət  əhlinə  kimsə  rast  gəl-
məmişdi. Elə bil ki, Allah-təala özü bu gün Aşıq Mə-
sum Tağını Rövşənin qənşərinə göndərmişdi ki, ona 
Ağ  Dədə  haqqında  məlumat  versin.  Əslində  Aşıq 
Məsum Tağı dünəndən uzun bir səfər üçün Təbrizə 
getməliydi.  Amma  karvanın  yubanması  səbəbindən 
gedə  bilməmişdi.  Görünür  bu  da  bir  qismət  imiş. 
Aşıq  Məsum  Tağı Ağ  Dədəni  görməyin  yollarını  da 
Rövşənə söylədi: 
- Aladaşı tanıyırsan? 
- Bəli. 
-  Deməli,  belə;  müsəlman  qəbirstanlığının 
sonundan  Aladaşa  tərəf  bir  yol  gedir.  Aladaşa 
çatmamış  köhnə  bir  məbəd  var  və  məbəddən  sonra 
da  uzun  bir  dərə  ta  dağların  içərilərinə  uzanır.  O 
dərənin  lap  yuxarı  başında  bir  mağara  vardır.  Ağ 
Dədə  deyilən  abid  o  mağarada  yaşayır.  Ağ  Dədə 
mərasim  zamanları  məbədə  gələr,  qalan  bütün 
ömrünü ya həmən mağarada ibadətlə keçirər, ya da 
dağları  qarış-qarış  gəzib  dolanar,  dərman  bitkiləri 
toplayar.  Ağ  Dədə  bütün  elmlərə  vaqif  adamdır. 


 Baba ocağı 
 
121
Sənin  dərdinin  çarəsini  bilsə-bilsə  o  bilər.  Get,  Ağ 
Dədəni gör, dərdini ona danış, yolun açıq olsun. 
 Rövşən  daha  bazarda  durmayıb  Ağ  Dədə  ilə 
görüşmək  üçün  yola  çıxdı.  Ağ  Dədəyə  tez  çatmaq, 
onu  tapıb  dərdinə  əlac  diləmək  üçün  kəsə  yolla 
getməyi  qərara  aldı. Ağ  Dədə  haqqında  əvvəllər  də 
eşitmişdi,  amma  heç  vədə  onu  görə  bilməmişdi. 
Haqqında  yayılan  söhbətlərdə  onun  insanlardan 
uzaq olduğu, tənha yaşadığı məlum olurdu. İndi də 
onu görə biləcəyinə tam əmin olmasa da, hiss edirdi 
ki,  elə  bil  hansısa  bir  qüvvə  onu  Ağ  Dədəyə  tərəf 
dartırdı.  
Yolu  Xoşkeşin  məscidinin  qarşısından  keçirdi. 
Məscidin  qabağında  balaca  bir  çeşmə  vardı. 
Çeşmənin yanında əkilmiş tut ağacı az qala məscidə 
boy verirdi. Məsciddə avazla oxunan Quran ayələrinin 
əzəməti insanı yoldan saxlayır, düşündürürdü. Rövşən 
ayaq saxladı, vaizin səsinə ara verilənə qədər gözlədi, 
sonra  yoluna  davam  etdi.  Xoşkeşin  dağlarının  ətəklə-
rindən  keçib  qədim  qəbirstanlığın  üst  tərəfinə  gəldi. 
Ötən  gün  valideynlərinin  məzarlarını  ziyarət  etdiyi 
qəbirstanlıqda kimsə gözə dəymirdi. Qəbirlər yan-yana 
düzülüb  gedirdi.  Hündürlükdən  qəbirstanlıq  əl  içi 
kimi  görünürdü.  Qəbirstanlığın  altından  keçən  yol 
Araza qədər uzanırdı. Buradan Arazı qoynuna almış 
Əylis  düzü,  Arazın  o  biri  tərəfində  çiynini  göylərə 
söykənəcək edən Kəmki dağı açıq-aşikar görünürdü. 


Nizami Muradoğlu 
 
122
7-8 km-lik məsafədə böyük bir orman, yaşıllıq vardı 
– Əylisin məşhur meyvə bağları.  
Əylisin  meyvələri  dünyada  şöhrət  qazanmışdı. 
Ağ  kahatı  cəvizi,  Abutalıbı  əriyi,  buna  balyarım  da 
deyirdilər, daş badamı, alması, armudu, alma boyda 
albuxaraları,  gilası,  alçası,  tutu,  heyvası  əvəzedil-
məzdi.  Bu  bağlarda  ağaclar  xüsusi  səliqə,  səhmanla 
əkilmişdi,  bir-birindən  müəyyən  məsafədə  aralı 
olması  günəşin  paylanmasına  görə  tənzimlənmişdi. 
Bu  bağlar  dədə-babadan  əylislilərin  iş  yeri,  qazanc 
yeriydi.  
Bağlar əsasən çeşmə suları ilə suvarılırdı. Əylis 
dağlıq ərazi olduğundan bütün çeşmələrin başlanğıc 
nöqtəsi dağların ətəklərinin altına gedir, yerin 10-15 
metrlik  qatlarından  sızan  sulardan  mayalanırdı. 
Əylisin çılpaq dağlarının qoynunda yatan minerallar 
çeşmə  suları  ilə  yuyularaq  bağa-bostana  gəlirdi. 
Həmən  sularda  həll  olmuş  minerallar  meyvələrin 
tərkibinə  keçir,  meyvələrin  ləzzətini  artırırdı. 
Dağların döşündə isə suya davamlı badam və üzüm 
bağları salınmışdı.  
 Rövşən  Qıraqqarın  üst  arxı  boyunca  uzanan 
cəviz ağaclarının kölgəsi ilə gedirdi. Əylisçayın suyu 
bu  arx  ilə  ta  Aladaşın  ətəklərinə  qədər  salınmış 
bağlara  can  verirdi.  Bu  bağların  baş  tərəflərində 
böyük  hovuzlar  tikilmişdi.  Əylislilər  belə  hovuzları 
göl  adlandırırdılar.  Rövşənin  yadına  Qıraqqarın 
hovuzunda  çimdikləri  günlər  düşdü.  Qıraqqarın 


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə